Məhkəmə qərarları › İş №1(102)-1984/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1984/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1984/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlunun və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X3 və bəraət almış şəxs Rüstəmov Firdovsi Əliağa oğlunun iştirakları ilə, Rüstəmov Firdovsi Əliağa oğluna Azərbaycan Respublikası CM-in 221.3- cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli, 1(103)-737/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Aygün Qurbanova) 2024-cü il 11 yanvar tarixli, 1(001)-21/2024 nömrəli hökmü ilə, 1985-ci il 3 yanvar tarixində Qubadlı rayonu, Balasoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Balasoltanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilmişdir. Hökmdən dövlət ittiha mçısı tərəfindən apellyasiya protesti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Elbəy Allahverdiyev (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədovdan ibarət tərkibdə) 2024cü il 24 aprel tarixli, 1(103)-737/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 11 yanvar tarixli, 1(001)- 21/2024 nömrəli saxlanılmışdır. hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən İŞİN HALLARİ: İstintaq orqanı tərəfindən X2 CM-in 221.3-cü maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir ondan ötrü ki, o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş «Ömər» adlı şəxslə bir qrup şəxs halında xx.xx.2022-ci il tarixdə saat 21:10 radələrində ünvan 2 ünvanında yerləşən «X6» restoranına gələrək, həmin restoranın icarədarı Zərərçəkmiş şəxs2 çılçıraq, ərzaq və içkiləri verməməsini cüzi səbəb gətirərək, heç bir əsaslı səbəb olmadan, həmin restoranda gül satan işləyən Zərərçəkmiş şəxs1 əlində mobil telefon olduğunu görüb, sonuncunun həmin telefonla mübahisəni video qeydə aldığını düşünərək, Zərərçəkmiş şəxs1 üzərinə hücum çəkib zor tətbiq edərək, əlindən sonuncuya məxsus 60 manat dəyərində «LG» markalı, Q-6 modelli mobil telefonunu zorla alıb yerə çırparaq sındırmaqla, restoranda olan çoxsaylı müştərilərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmu ş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, «Ömər» adlı şəxs isə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq ifadələr işlədib, sol bud nahiyəsinə təpiklə vuraraq, sol budun aşağı 1/3-nin ön bayır səthinin hematoması ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bundan sonra öz cinayət əməllərini davam etdirərək «Ömər» adlı şəxslə birlikdə, hər biri əlində istintaqla müəyyən edilməmiş bıçaqları silah qismində istifadə edib, Zərərçəkmiş şəxs2 zor tətbiq etmək hədəsi ilə, əynində olan 100 manat dəyərində köynəyini cırıb yararsız hala salmış, daha sonra da bununla sakitləşməyərək, öz cinayət əməllərini davam etdirib «X6» restoranında olan 250 manat dəyərində 1 ədəd masanı, hər birinin dəyəri 100 manat təşkil edən 300 manat dəyərində 3 ədəd oturacaqları, hər birinin dəyəri 15 manat təşkil edən 1650 manat dəyərində 110 ədəd dərin boşqabları, hər birinin dəyəri 20 manat təşkil edən 180 manat dəyərində 9 ədəd nazik bakalları, hər birinin dəyəri 45 manat təşkil edən 450 manat dəyərində 10 ədəd meyvə qablarını, hər birinin dəyəri 25 manat təşkil edən 250 manat dəyərində 10 ədəd dəm çayniklərini, hər birinin dəyəri 10 manat təşkil edən 120 manat dəyərində 12 ədəd kül qabları və hər birinin dəyəri 8 manat təşkil edən 80 manat dəyərində 10 ədəd pivə bakallarını məhv etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3380 (üç min üç yüz s əksən) manat məbləğində maddi ziyan vurmaqla, bir qrup şəxs tərəfindən, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə, silah qismində istifadə edilən əşya tətbiq etməklə, zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qəsdən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, müdafiə tərəfi və həmin tərəfin arqumentlərini qəbul edən məhkəmə iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrinin qəbul edilməsinin yolverilməzliyini əsaslandırmamış, hökmdə ümumiyyətlə onların ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ziddiyyətli ifadələri digər sübutlarla müqayisəli şəkildə təhlil etməyib onlara münasibət bildirməmiş, şahidlərin məhkəmədə ifadələrini dəyişməsi səbəbini araşdırıb qiymət verməmişdir. Ümumiyyətlə, məhkəmə iş üzrə toplanmış sübutları düzgün təhlil etməməklə, qeyridüzgün qiymətləndirməklə təqsirləndirilən şəxs Firdovsi Rüstəmova CM-nin 221.3-cü maddəsi ilə bəraət verməklə, CPM-nin 33-cü maddəsində nəzərdə tutulmuş “sübutların qiymətləndirilməsi” prinsipini, eləcə də qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət, humanizm prinsiplərini pozmuşdur. Dövlət ittihamçısı kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin e dilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya protestinin təmin olunmasını və Rüstəmov Firdovsi Əliağa oğluna CM-in 221.3cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bəraət almış şəxs Rüstəmov Firdovsi Əliağa oğlu kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya protestinin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏ R: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı bəraət hökmünü mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi ba rədə tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci ma ddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təy in etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi bəraət almı ş şəxsə münasibətdə məhkəmələrin qərarlarını mübahisələndirərək ittiham tərəfinin sübutlarının düzgün qiymətləndirilmədiyini, əsassız bəraət hökmünün çıxarıldığını göstərmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə bəraət almış şəxsin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, bəraət almış şəxs Firdovsi Rüstəmov istər ibtidai istintaq zamanı, istərsə də, məhkəmələrdə eyni məzmunlu ifadə vermiş, baş vermiş hadisəni gördüyü kimi müfəssəl təsvir etmişdir. Bundan əlavə, cinayət işinin materiallarından da göründüyü kimi, iş üzrə zərərçəkmiş şəxs və şahidlər ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə istintaqı zamanı dəyişərək bəraət almış şəxsin ifadəsinə uyğun ifadələr vermişlər. Lakin dövlət ittihamçısı kassasiya protestində həmin şəxslərin məhkəmə qarşısında deyil, ibtidai istintaq zamanı müstəntiqə vermiş olduqları ifadələri əsas götürərək, məhkəmələrin də məhz həmin ifadələrə istinad etməli olduqlarını göstərək, həmin şəxslərə ifadələrini dəyişmək üçün təsir edildiyi iddiasını irəli sürmüş, lakin bununla bağlı heç bir dəlil gətirə bilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası dövl ət ittihamçısnın həmin mövqeyini əsassız hesab edir. Firdovsi Rüstəmova qarşı irəli sürülmüş ittihama görə o, şəxsiyyəti istintaqla müəyyən edilməmiş “Ömər” adlı şəxslə birlikdə cinayət əməli törətmişdir. Lakin verilmiş ittiham mücərrəd və anlaşılmaz olmaqla F.Rüstəmovun konkret olaraq hansı hərəkətlərlə cinayət əməli törətməsini müəyyən etmək mümkün olmur. Bundan əlavə, ittihamda F.Rüstəmovun əlində hadisə vaxtı bıçaq olduğu göstərilsə də, lakin həmin bıçaq aşkar edilməmiş, məhkəmə istintaqı zamanı da müəyyən edilmişdir ki, F.Rüstəmovun əlində heç kim bıçaq görməmişdir. Dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsində vermiş olduğu vəsatətin təmin edilməməsi ilə bağlı CPM-in 121-ci maddəsinin pozulduğunu iddia etmişdir. Bununla bağlı qeyd edilməsi zəruridir ki, qeyd edilən məsələ CPM-in 397-ci maddəsinin tələblərinə uyğun qaydada tənzimlənir. Cinayət işinin materiallarından da görünür ki, məhkəmənin ilkin baxış iclasında dövlət ittihamçısı apellyasiya protestinin məhkəmə baxışının məhkəmə istintaqı aparılmadan keşirilməsini məhkəmə kollegiyasından xahiş etmiş, məhkəmə araşdırması zamanı da məhkəmə istintaqının keçirilməsi ilə bağlı vəsatət verməsi məhkəmə iclas protokolundan görünmür. Məhkəmə kollegiyası bəraətin dəlilləri ilə bağlı birinci instansiya və apellyasiya məhkəməsinin mövqeləri ilə razılaşaraq həmin dəlillərin təkrar edilməsinəni zəruri hesab etmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassızdır, məhkəmələr tərəfindən araşdırılaraq qiymətləndirilmiş sübutlarla şəxsin təqsirsizliyi müəyyən edi lir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2024-cü il 11 yanvar tarixli, 1(001)21/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət almış şəxs Rüstəmov Firdovsi Əliağa oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 24 aprel tarixli, 1(103)737/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar