Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1985/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinay ət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2023-cü il tarixli 1(101)-491/2023 nömrəli (hakimlər: Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-Məmmədova Leyla Səyavuş qızından ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, xxx-da qeydiyyatda olmaqla xxx-də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutul an cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 29 avqust 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 mülki iddialarının təmin edilməsi, Məhkum Zərərçəkmiş şəxs6 xeyrinə maddi zərərin ödənilməsi üçün 53.065 manat, vurulmuş mənəvi zərərə görə 5.000 manatın, dövlət rüsumu 264,2 manat - cəmi 58.329,2 manatın, Zərərçəkmiş şəxs5 xeyrinə isə 14.200 manatın, dövlət rüsumuna görə 133 manat - cəmi 14.333 manatın tutulması müəyyən edilmişdir. Hökmdən məhkum olunmuş şəxs tərəfindən v erilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023cü il tarixli 1(103)-1641/2023 nömrəli (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü təyin edilmiş cəzanın müddəti hissəsində dəyişdirilmiş, həmin hökmlə Məhkum CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il endirilməklə, cəza 7 (yeddi) il müəyyən edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarından məh kum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs8 Cənubi Koreya Respublikasından «Toyota Rav 4» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib ona təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq, 16 aprel 2021-ci il tarixdə rəhbəri olduğu MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində Zərərçəkmiş şəxs8 19800 manat, 2022-ci ilin aprel ayının əvvəlin də sifariş olunan avtomobilin gömrük xərclərinin ödənilməklə avtomobilin sonuncuya təhvil verilməsi adı ilə həmin ünvanda 5000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs8 24800 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs4 birlikdə Cənubi Koreya Respublikasından “BMW” markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib sataraq qazanc əldə etmək barədə yalan vəd verib onu aldadaraq, 21 apre l 2021-ci il tarixdə rəhbəri olduğu MMC-nin ünvan 2 ünvanında yerləşən ofisində 5500 manat, 2021- ci ilin iyun ayının əvvəlində X4 «Chevrolet» və «Toyota Prius» markalı avtomobilləri alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib sataraq qazanc əldə edəcəkləri adı ilə həmin ünvanda 10800 manat və yenə də 2021-ci ilin iyun ayının əvvəlində X4 «Kia Stinger» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib sataraq qazanc əldə edəcəkləri adı il həmin ünvanda 6000 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 ümumilikdə 22300 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə x x.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs3 “BMW” markalı avtomobil üçün qabaq faraları, led surət cihazı və sükan X4 gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2021-ci ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu H.ünvan 5 ünvanında yerləşən «3 x» adlanan binanın qarşısında 6000 manat pulunu alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs3 6000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət in təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs5 Cənubi Koreya Respublikasından «Kia Sportage» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 5 oktyabr 2021-ci il tarixdə rəhbəri olduğu MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 6200 manat, 2021-ci ilin oktyabr ayının sonunda sifariş olunan avtomaşının dəyərinin qalan hissəsinin ödənilməsinin tələb olunması bəhanəsi ilə Bakı şəhəri Binəqədi rayonu x küçəsində yerləşən avtotəmir məntəqəsində 2800 manat və 2021-ci ilin noyabr ayının ortalarında sifariş olunmuş avtomobilin gömrük xərcinə tələb olunması bəhanəsi ilə həmin ünvanda 5200 manat pulu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş ş əxs5 14200 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs2 X4 «Toyota Rav 4» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2021-ci ilin dekabr ayında ünvan 6 ünvanında 9600 manat pulu alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs2 9600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs6 Cənubi Koreya Respublikasından «Kia Sportage» və «Hundai Santafe» markalı avtomobili alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2022-ci ilin yanvar ayında Bakı şəhəri Binəqədi rayonu Əliyar Əliyev küçəsində yerləşən avtotəmir sexində 4400 manat, 2022-ci ilin fevral ayında həmin ünvanda 14000 manat və 2022-ci ilin mart ayında həmin yerdə 34665 manat pulu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs6 53065 manat məbləğində külli miqdarda maddi ziyan vur maqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs9 oğluna sonuncunun bacısı oğlu Zərərçəkmiş şəxs4 ilə birlikdə qazanc əldə etmək məqsədi ilə sifariş etdikləri avtomaşınların gömrük xərclərinin ödənilməsinin tələb olunması barədə yalan məlumat verərək onu aldadıb 2022-ci ilin mart ayında rəhbəri olduğu MMC-nin ünvan 1 ünvanında yerləşən ofisində 9700 manat və 2022-ci ilin aprel ayının əvvəlində Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospekti 2 ünvanında yerləşən Dövlət Gömrük Komitəsinin inzibati binası nın qarşısında 6700 pulunu alıb vədinə əməl etməyərək zərərçəkmiş şəxsə ümumilikdə 16400 manat məbləğində xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs7 X4 «BMW F 30» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 2022-ci ilin aprel ayında Bakı şəhəri Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən «Təzəbazar» ticarət mərkəzinin yaxınlığında yerləşən ofisdə 14000 manat, 2022-ci ilin may ayında sifariş olunm uş avtomobilin gömrük xərcinə tələb olunması adı ilə ünvan 8 ünvanında 7500 manat alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs7 21500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə tanışı Zərərçəkmiş şəxs1 X4 «Toyota Prius» markalı avtomobil alıb Azərbaycan Respublikası Bakı şəhərinə gətizdirib təhvil vermək barədə yalan vəd verib onu aldadaraq, 21 iyun 2022-ci il tarixdə sonuncunun Bakı şəhəri Yasamal rayonu C.Cabbarlı küçəsində yerləşən « Kapital Bank»a aid bankomat vasitəsilə onun plastik kart hesabına göndərdiyi 3655 manat, 24 iyun 2022-ci il tarixdə həmin ünvanda eyni qayda ilə göndərdiyi 2365 manat pulu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 6020 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin barəsindəki qərarı əsassız olduğundan və kifayət qədər araşdırma aparılmadan qəbul edildiyindən dəyişdirilməlidir. Belə ki, ittiham aktında adları çəkilən bir-biri ilə yaxın qohumluq əlaqəsində olan şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrində açıq aşkar bəlli olan ziddiyyətlər vardır. Odur k i, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli mübahisələndirilən qərarının dəyişdirilməsini və cinayət işinin obyektiv araşdırılaraq ədalətli qərar verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, zərərçəkmiş şəxslərin istintaqda verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadələr arasında ziddiyyətlər olduğunu, iş materiallarında sözü gedən məbləğlərin bəzilərinin ona verilmədiyini bildirib, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıx ış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddə də təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmadığı və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143 - 146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsul iyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud o lub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən fakti ki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin f ormalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübute tməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması, məhkumun isə kassasiya şikayətinin təmin edilməsi barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti ald atma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun o lmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş külli miqdarda ziyan vurmaqla dələdu zluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yara tdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən, apellyasiya məhkəməsi isə hökmü qüvvədə saxlayarkən, ittiham tərəfinin təqdim etdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutlara, təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı irəli sürülmüş ittiham üzrə qismən təqsirli bilməsinə dair izahat və ifadələri, ittihamı təsdiq edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs2 və şahidin ifadələri, «Xidmət göstərilməsinə dair» xx.xx.2021-ci il tarixli müqavilə, zərərçəkmiş şəxslərin müxtəlif t arixli ərizələri, “NN Company MMC”-in xx.xx.2022-ci il tarixli müqaviləsi, «Kapital Bank»ın ödəniş qəbzi, hadisə yerinə baxış protokolları və cinayət işi üzrə toplanılmış digər sübutlar ilə Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə apellyasiya şikayətində irəli sürülmüş iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilib qiymətləndirilmiş sübutlara əsaslandığından, apellyasiya müraciətlərində isə birinci instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, apellyasiya məhkəmə kollegiyası bi rinci instansiya məhkəməsinin çıxardığı Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması barədə yekun qənaətini şübhə altına almaq üçün heç bir əsas görməmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər müdafiə tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin də lillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qərarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Odur ki, cinayət işinin materiallarını kassasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisə edən kassasiya məhkəmə kollegiyası o qənaətə gəlir ki, Məhkum "xxxx" MMCin təsisçisi və direktoru kimi öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxslərin xeyli və külli miqdarda əmlakını ələ keçirməsi özünün ibtidai istintaq zamanı verdiyi, zərərçəkmiş şəxslərin, şahid ifadələri, hadisə yerinə baxış protokolları, müqavilələr və ödəniş qəbzləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanunun normalarının pozulmasına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi tərəfindən Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayət inin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1985/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1985/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver