Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1986/2024 23.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və X1 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və Müdafiəçi2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-ci il ta rixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Fərid Əmirəliyev) 12 oktyabr 2023-cü il 1(001)-218/2023 nömrəli tarixli hökmü ilə xx xxxxx 1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, 4-cü Köndələn küçəsində yerləşən fərdi yaşayış evində yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 186.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, Məhkum əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-in 128-ci maddəsi ilə təqsirli bilinib ona 8 (səkkiz) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbsdə olduğu 9 (doqquz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir günü hesabı ilə hesablanıb, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum məhkəmə istintaqı dövründə barəsində “həbs” qətimkan tədbiri və “ev dustaqlığı” qətimkan tədbiri seçilməklə 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla ona təyin olunmuş 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasını çəkmiş hesab e dilmişdir. İşin halları: İttihama əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, 08 yanvar 2022-ci il tarixdə, saat 18 radələrində Zərərçəkmiş şəxs1 onu işdən çıxarmasını bəhanə edib, heç bir əsaslı səbəb olmadan ünvan 3 ünvanına gələrək, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs1 məxsus «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod, ön sol fara və sol yan güzgüsünü sındıraraq 4.350 (dörd min üç yüz əlli) manat, istirahət otağında olan stolu sındırmaqla 1.000 (bir min) manat, həmçinin həmin istirahət otağının şüşədən olan qapısını yerindən çıxararaq şüşənin alt hissəsində quraşdırılmış dəmir relslər sındırmaqla 500 (beş yüz) manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmiş, özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı insanlardan üstün tutub evdə olan şəxslərin ünvanına uca səslə qeyrietik, nalayiq ifadələr səsləndirib, digər şəxslərin istirahəti və rahatlığını pozaraq ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmuş, qərəzli hərəkətlərinin davamı olaraq Zərərçəkmiş şəxs2 əl və ayaq zərbələri ilə qəsdən vurub sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sol yanağın qançırı, sağ əl pəncəsinin arxa səthində İİ, İİİ və İV daraqsümükləri proyeksiyasının və İV barmağın əsas falanqasının arxa səthinin sıyrıqlar ı, sol əlin V barmağının əsas falanqasının şişkinliyi fonunda barmağın arxa və sol baldırın yuxarı 1/3nin ön-iç səthlərinin qançırları ilə müşayiət olunan xəsarətlər yetirmiş, həmin vaxt Məhkum qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən Zərərçəkmiş şəxs3 müqavimət göstərərək əlindəki dəmir dabankeşdən silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 qəsdən vurub sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən sağ əl pəncəsinin arxa səthində İ-İİ daraqsümükləriarası sahənin, sol əl pəncəsinin arxa səthində V daraqsümüyünün distal proyeksiyasının, İV barmağın əsas falanqasının arxa səthinin, sol budun yuxarı və aşağı 1/3-nin bayır, sağ budun aşağı 1/3nin ön-iç və sol baldırın orta-yuxarı 1/3-nin ön ba yır səthlərinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirmiş, qərəzli hərəkətlərinə davam edərək o, əlindəki beldən silah qismində istifadə etməklə, həmçinin əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs1 qəsdən vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan dərəcələrinə görə sağlamlığa yüngül zərərvurmaya aid sol qaş qövsünün bayır qurtaracağı proyeksiyasının sıyrığı, sağ baldırın 1/3-nin bayır səthinin hematoması və sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları ilə müşayiət edilən xəsarətlər yetirərək qərəzli xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 1(103)-186/2024 nömrəli, 02 may 2024-ci il tarixli qərarı ilə apellyasiya protesti və Zərərçəkmiş şəxs1 apellya siya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli, 1(001)-218/2023 saylı hökmü verilmiş apellyasiya protesti və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə bəraət verilməsi və CM-in 128-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli qərarının ləğv edilməsini və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən, CM-in 186.1-ci maddəsi ilə bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etdiyindən və CM-in 221.3-cü maddəsinə münasibətdə törədilmiş əməlin tövsifində səhvə yol verildiyindən həmin qərar ləğv olunmalı və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməlidir. İşdən görünür ki, aşağı instansiya məhkəmələri təqsirləndirilən, zərər çəkmiş şəxslərin, həmçinin şahidlərin ifadələrini, məhkəmə-tibb və məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərini düzgün tədqiq etməyərək iş üzrə əsassız nəticəyə gəlmiş, məhkəmələr həmin ittiham sübutlarının rədd edilməsinin mo tivlərini əsaslandırmağa çalışsalar da, bu əsaslandırmalar işin faktiki halları ilə ziddiyyət təşkil etmişdir. Məhkəmələrin zərər çəkmiş şəxslərin ibtidai istintaq mərhələsindəki ifadələrinə şübhə ilə yanaşması, şahidlərin ziddiyyətli ifadələrini sübut kimi qəbul etməsi, ittihamın sübutlarından biri olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini və digər istintaq hərəkətlərinin protokollarını, habelə digər sənədləri düzgün tədqiq etməməsi tam əsassız qənaətə gəlmələri ilə nəticələnmişdir. İşdən aşkar görünür ki, həm Zərərçəkmiş şəxs1 cinayət prosesinin bütün mərhələlərində, həm də digər şəxslərin istintaq zamanı verdikləri ifadələr və apellyasiya baxışında da əlavə tədqiq edilmiş videogörüntülər məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində qeyd olunanları (ziyanın 5.000 manatdan çox ol masını) tam təsdiq etdiyi halda, məhkəmələr ittihamın təqdim etdiyi bu sübuta ümumiyyətlə düzgün münasibət bildirməmişlər. Cinayət işinin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli qüsur aktından və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6408 nömrəli rəyindən görünür ki, Məhkum Zərərçəkmiş şəxs1 ümumilikdə 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmişdir. Məhkəmələr isə sübutları düzgün tədqiq etməyərək, Məhkum Zərərçəkmiş şəxs1 məxsus «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön orta vozduxovod və ön sol farasını zədələməsinə dair xüsusatların öz təsdiqini tapmadığına, onun əmlakla bağlı zərər çəkmiş şəxsə vurmuş olduğu maddi ziyanın məbl əğinin 5000 manatdan yuxarı olmadığına dair əsassız nəticəyə gəlmişlər. Məhkəmələr Məhkum ibtidai istintaq orqanı tərəfindən CM-in 221.3-cü maddəsi ilə elan edilmiş ittihamı həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərkən nəzərə almamışlar ki, hadisə şəxsi münasibətlər zəminində başlansa da, sonrakı gedişatda ictimai qaydanı kobud pozan və cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslərə zor tətbiq edilməsi və onların əmlakının zədələnməsi ilə müşayiət edən hərəkətlərə çevirmişdir. Bu hal cinayət işi üzrə toplanmış sübutlarla tam təsdiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırkı qərarı çıxararkən məhkuma qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutları CPM-in 143-146-cı maddələ rinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, CM-in 186.1-ci maddəsi ilə ittiham edilmiş şəxsin təqsirsizliyi barədə məhkəmə qərarının əsasını yolverilməz sübutlar təşkil etmiş, CM-in 221.3-cü maddəsi ilə olan hissədə isə Məhkum əməlinin tövsifində səhvə yol vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələrin iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları düzgün araşdırmaması, Məhkum qarşı irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 143146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmaması və təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə bəraət verilməsinin və onun əməlinin CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmasıdır. İşdən görünür ki, ibtidai istintaq orqanı Məhkum törətdiyi cinayət əməllərinə görə ona qarşı Azərbaycan Respublikası CM-in 186.1 və 221.3-cü maddələri ilə ittiham irəli sürmüşdür. İstintaq orqanı Məhkum ona qarşı irəli sürülmüş ittihamda təqsir ini təsdiq etmək üçün məhkəməyə təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, CD diskə baxış protokolu və digər sübutlar təqdim etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlarla Məhkum CM-in 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi təsdiq olunmur, təqsirləndirilən şəxsin əməllərində xuliqanlıq cinayətinin əlamətləri yoxdur, onun zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması ilə əlaqədar əməlləri isə CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə və Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinə əsasən işə yenidən baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, apellyasiya protestini və apellyasiya şikayətini təmin etməmişdir. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələr cinayət işi üzrə ittiham tərəfinin sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, həmin sübutlara düzgün qiymət verməmiş, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə bəraət verilməsinin və onun əməlinin CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsinin əsassız və qanunsuz olmuşdur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərin qiymətləndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu i lə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Mə hkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, həmin sübutlarla Məhkum 08 yanvar 2022-ci il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaşadıqları evin həyətinə özbaşına daxil olub Zərərçəkmiş şəxs1 çağırması, həmin vaxt Zərərçəkmiş şəxs2 və evə qonaq kimi gələn sonuncunun bacıları Zərərçəkmiş şəxs3, Aynurə Hüseynovanın və Zərərçəkmiş şəxs1 keçmiş arvadı Şahid2 ondan heyətdən çıxmaq haqqında tələbləri icra etmədiyindən həmin şəxslər tərəfindən onu həyətdən çıxartmaq cəhdlərə cavab olaraq onlara müqavimət və zor tətbiq etməsi, Zərərçəkmiş şəxs1 evdən həyətə çıxdıqdan sonra sonuncu ilə dalaşması, Zərərçəkmiş şəxs1 evə daxil olduqdan sonra həyətdə olan sonuncuya məxsus avtomobilə təpik və yumruq zərbələri vuraraq zədələr y etirməsi, sonra evin istirahət otağına daxil olub stulu qaldırıb yerə çırparaq sındırması müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasından görünür ki, xuliqanlıq altında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci madd əsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərt ərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. Məhkəmələrə izah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məc əlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Birinci instansiya məhkəməsi nəticəyə gəlmişdir ki, Məhkum zərərçəkmiş şəxslərlə münaqişə şəxsi münasibətlərdən irəli gəlmiş, münaqişə fərdi evin həyətində baş vermiş, həmin münaqişədə yalnız bir-birini tanıyan adamlar iştirak etmiş, Məhkum bu əməli xuliqanlıq motivi ilə törətməmiş, ona görə də məhkumun əməli xuliqanlıq kimi qiymətləndirmək olmaz. Buna əsasən məhkəmə nəticəyə gəlmişdir ki, Məhkum tərəfindən həmin münaqişə zamanı Zərərçəkmiş şəxs1 sağlamlığına qəsd ən yüngül zərər vurulması yalnız Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, iş hallarından görünür ki, Məhkum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 evində yaşayan şəxs olmamış, onların yaşadığı evin həyətinə sonuncuların icazəsi olmadan daxil olmuşdur. Həmin vaxt evdə və evin həyətində məhkumla münaqişəli vəziyyətdə olmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 başqa onunla münaqişə münasibətində olmayan Zərərçəkmiş şəxs1 keçmiş arvadı Şahid2, habelə Zərərçəkmiş şəxs2 bacıları - Zərərçəkmiş şəxs3 və Aynurə Hüseynova da olmuşlar. Məhkum həm ev sahiblərinin, həm də evdə olan qonaqların həyəti tərk etmək qanuni tələblərinə məhəl qoymadıqda, Zərərçəkmiş şəxs2, Şahid2, Zərərçəkmiş şəxs3 və Aynurə Hüseynova onu həyətdən çıxartmağa cəhd göstərmiş, lakin məhkum onlara müqavimət göstərmiş və onlara qarşı fiziki zor tətbiq etmişdir. Həm zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, həm də iş materialına əlavə edilmiş CD diskə yazılmış videogörüntü ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2, Şahid2, Zərərçəkmiş şəxs3 və Şahid1 tərəfindən məhkuma fiziki təsir yalnız onun evin həyətindən çıxmaq tələblərini icra etməkdən imtina olduqdan sonra, onu həyətdən çıxartmaq məqsədilə tətbiq olunmuş və məhz buna yönəldilmişdir. Beləliklə, məhkum zərərçəkmiş şəxslərin evlərinə şəxsi münasibətlərdən irəli gələn məsələlərin araşdırılması üçün gəlsə belə, onun hərəkətləri sonradan ictimai qaydanı kobud pozmağa və evin həyətində olan adaml ara qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. Belə ki, Məhkum zərərçəkmişlərin və şahidlərin yuxarıda göstərilən qanuni tələblərinə, sonra isə hərəkətlərinə cavab olaraq, onlara zor tətbiq etməklə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 bədən xəsarətləri yetirməsi, habelə sonradan Zərərçəkmiş şəxs1 evdən çıxmamasından narazı olaraq, sonuncunun həyətdə olan avtomaşına təpik və yumruqla zərbələr vuraraq zədələri yetirməsi, habelə icazəsiz evin tərkib hissəsi olan şüşəli istirahət otağına daxil etməklə orada olan stulu qaldırıb yerə çırparaq sındırması açıq aşkar göstərir ki, məhkumun həm hərəkətləri, həm niyyəti məhz xuliqanlıq xarakter daşımışdır. Həmçinin şahidlər Şahid4 ifadəsindən də görünür ki, məhkumun əməlləri nəticəsində digər şəxslərin də istirahəti və rahatl ığı pozulmuşdur. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin bu barədə dəlilləri ilə razılaşaraq hesab edir ki, məhkumun əməlində xuliqanlıq cinayəti əlamətlərinin olmamasına dair birinci və apellyasiya instansiya məhkəmələrinin gəldiyi nəticə toplanmış sübutlara və işin hallarına uyğun gəlmir, birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün qüvvədə saxlanılması barədə apellyasiya instansiyası qərarı həmin hissədə əsaslı hesab oluna bilməz. Məhkumun əməlində CM-in 186.1-ci maddəsinin tərkib əlamətlərini təsdiq edən sübutların məhkəmələr tərəfindən düzgün tədqiq edilməməsi barədə kassasiya protestinin dəlilinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. İbtidai istintaq orqanı nəticəyə gəlmişdir ki, məhkum Zərərçəkmiş şəxs1 məxsus «Porsche Cayenne» markalı **-FE- *** dövlət qeydiyyat nişanlı avtomobilə yumruq və təpiklə zərbələr vuraraq avtomobilin ön vozduxovod, sol fara və sol yan güzgüsünü zədələyərək 4.350 (dörd min üç yüz əlli) manat, evin istirahət otağında olan stolu sındırmaqla 1.000 (bir min) manat, həmçinin həmin istirahət otağının şüşədən olan qapısını yerindən çıxararaq şüşənin alt hissəsində quraşdırılmış dəmir relslər sındırmaqla 500 (beş yüz) manat olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 5.850 (beş min səkkiz yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmuşdur. Bununla əlaqədar istintaq orqanı nəticəyə gəlib ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi yaradır və həmin maddə ilə ona qarşı ittiham irəli sürülmüşdür. İttihamı təsdiq etmək üçün istintaq orqanı məhkəməyə məhkumun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Svetlana Məmmədovanın, Zərərçəkmiş şəxs3, şahidlər Şahid2, və Aynurə Hüseynovanın ifadələrini, "xxxx" MMC-in qusur aktını, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyini, CD diskə yazılmış videogörüntü və həmin görüntüyə baxış keçirilməsi barədə protokolu təqdim etmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları tədqiq edərək qiymətləndirmiş və nəticəyə gəlmişdir ki, məhkum tərəfindən «Porsche Cayenne» markalı **-FE-*** dövlət qeydiyyat nişanlı avtomobilin 270 manat dəyəri olan vozduxovodun və 3800 manat dəyəri olan farasının məhkum tərəfindən zədələnməsi təsdiq olunmur, onun tərəfindən zədələnmiş digər əşyaların qiyməti isə 5000 manatdan az olduğundan məhkumun əməli CM-in 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Kassasiya p rotestində qeyd edilir ki, məhkəmənin gəldiyi nəticə əsassızdır. Məhkəmə səhv nəticəyə sübutların düzgün tədqiq edilməməsi və sübutlara düzgün qiymət verilməməsi nəticəsində gəlmişdir. Birinci instansiya məhkəməsi məhkum tərəfindən zərərçəkmiş şəxsin avtomobilinin farası və vozduxovodun zədələnməsi təsdiq olunmamasını onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Məhkum avtomobilin həmin hissələrinin onun tərəfindən zədələnməməsini göstərmiş, ittihamın təqsirləndirilən şəxsin bu əməli müəyyən edən digər sübutlar isə ziddiyyətlidir, həmin sübutlar ittihamın bu hissəsinin təsdiq edilməsi barədə yekun və mötəbər nəticəyə gəlməyə imkan vermir. Belə ki, birinci instansiya məhkəməsi öz hökmündə qeyd etmişdir ki, zərərçəkmiş və şahidlər ibtidai istintaq zamanı öz ifadələrində avtomobilin vozd uxovodu və sol farasının Məhkum tərəfindən zədələnməsini göstərsə də, məhkəmədə onun yalnız sol yan güzgünü sındırmasını göstərmişlər. İşdə olan CD diskinə yazılmış videogörüntüyə baxılması barədə 19 avqust 2022-ci il tarixli protokolda isə videoçəkilişin 02:39-cu dəqiqəsində Məhkum Zərərçəkmiş şəxs1 məxsus avtomobilin sol yan güzgüsünü və qabaq hissəsini vurması göstərilsə də, həmin videoya məhkəmədə baxış zamanı Məhkum Zərərçəkmiş şəxs1 məxsus avtomobilin ön orta vozduxovod və sol qabaq fara hissəsinə zərbə endirilməsi, eləcə də toxunması ilə bağlı heç bir görüntü müəyyən edilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə əlavə edilmiş CD diskdə olan videogörüntünün 2:39 dəqiqəsində Məhkum evin həyətində olan avtomobilin sol yan qabaq hissəsinə təpiklər, sonra isə yumru q zərbələri endirməsi görünür. Beləliklə, işdə olan CD diskdə olan videoyazıda hadisə vaxtı məhkum tərəfindən zərərçəkmiş şəxsin avtomobilinə zərbələrin endirilməsi müəyyən edilmişdir. Lakin birinci instansiya məhkəməsi həmin zərbələrin nəticəsində Zərərçəkmiş şəxs1 məxsus avtomobilin "xxxx" MMC-in qusur aktında göstərilmiş ön vozduxovudun və sol qabaq farasının zədələnməsinin mümkün olub-olmamasını araşdırmadan nəticəyə gəlmişdir ki, məhkum həmin zədələri törətməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübutun düzgün tədqiq edilməməsi ilə əlaqədar gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmünün əsaslandırıcı hi ssəsində məhkəmənin gəldiyi nəticə haqqında ziddiyyətli məqamlar göstərilir. Belə ki, hökmün 17-ci vərəqədə məhkəmə əsaslandarmanın yekununda qeyd etmişdir ki, “Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs Məhkum tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.” Bundan sonrakı abzasda məhkəmə məhkumun əməli ona qarşı irəli sürülmüş ittihamda olan CM-in 186.1 və 221.3-cü maddələri ilə deyil, CM-in 128-ci maddəsi ilə tövsif edilməsinə dair nəticəyə gəlir. Bundan başqa birinci instansiya məhkəməsi məhkuma Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cəza təyin edərkən onun tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edilməsi cəzasını yüngülləşdirən hal kimi müəyyən etmişdir. Halbuki, məhkumun əməlləri nəticəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 sağlamlıqlarına yüngül zərər vurulmamış və onlar hazırkı cinayət işi üzrə məhkumun xuliqanlıq hərəkətləri ilə əlaqədar sağlamlıqlarına zərər vu rmayan xəsarətlərin alınması ilə əlaqədar zərərçəkmiş şəxslər qismində tanınmışlar. Məhkəmə isə məhkumun əməlində xuliqanlıq cinayətin əlamətlərin olmadığı və onun əməlinin CM-in 128-ci maddəsi ilə tövsif edilməsi barədə qərar qəbul edilməsinə baxmayaraq, yəni məhkumun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qarşı heç bir cinayət əməlini törətməməsi barədə nəticəyə gəldikdən sonra onları zərərçəkmiş şəxsləri kimi qəbul etmiş və məhkuma cəza təyin edərkən onlarla barışıq əldə edilməsini əsassız olaraq məhkumun cəzasını yüngülləşdirən hal kimi müəyyən etməklə, Azərbaycan Respublikası CPM 58, 59 və 87-ci maddələrinin tələblərini pozmuşdur. Dövlət ittihamçısının birinci instansiyası məhkəməsinin hökmündən verdiyi apellyasiya protestindən görünür ki, protestdə Məhkum CM-in 186.1-ci maddəsi ilə b əraət, o cümlədən onun əməlinin CM-in 128-ci maddəsinə tövsif edilməsi hökmünün əsassız və qeyri-qanuni olması bildirilməklə ləğv olunması, onun əməlində Azərbaycan Respublikası CM-in 186.1 və 221.3-cü maddəsinin tərkib hissələrinin olması və təqsirləndirilən şəxsin əməlinin həmin maddələr ilə təqsirli bilinib məhkum olunması xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə apellyasiya protestinin dəlillərini tam araşdırmadan, hökmü qüvvədə saxlayaraq, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş yuxarıda qeyd edilən qanun pozuntularını təkrarlamışdır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv a raşdırmaq daxildir. Həmin Məcəllənin cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət prosessual qanunun 144-146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materialların birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməs i olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittiham tərəfinin sübutları və apellyasiya protestinin dəlilləri ilə bağlı işin halları tədqiq etməməklə, gəldiyi nəticəni əsaslandırmamaqla Azərbaycan Respublikası CPM-in 349-cü maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri əsaslı olduğundan, kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul e dildiyindən ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası bildirir ki, yeni apellyasiya baxışı zamanı iş üzrə düzgün nəticəyə gəlmək üçün işin halları tam, hərtərəfli və obyektiv araşdırılmalı, məhkumun əməlinə məhkəmə iclasında müəyyən edilmiş işin hallarına uyğun hüquqi qiymət verilməklə iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 may 2024-cü il tarixli Məhkum barəsindəki qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1986/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1986/2024
23.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver