Məhkəmə qərarları › İş №1(102)-1989/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1989/2023

27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1989/2023 27.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Həsənov Fəxrəddin Cəfi oğlunun iştirakları ilə xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvəllər məhku m olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.3-2 və 234.1-ci maddələri ilə, x xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs və mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi, “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Abdullayev Fərid Kazım oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmünə əsasən (hakim T.Ə.Qurbanov) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.3-2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-in 177.2.3-2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzalar qismən toplanmaqla 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 20 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilm işdir. Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 21 dekabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçı "xxxx" ASC-nin mülki iddiası qismən təmin edilərək 4.047 (dörd min qırx yeddi) manat 59 (əlli doqquz) qəpik Məhkum tutulub mülki iddiaçı "xxxx" ASC-yə ödənilməsinə, həmçinin maddi sübut və məhkəmə məsrəflərinə dair qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nüm ayəndə tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.H.Allahverdiyev (sədrlik edən), C.V.Hüseyn və H.Ç.Məmmədov) verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum özgə əmlakını gizli yolla talamaq məqsədilə 10 sentyabr 2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi olan müddət ərzində "xxxx" ASC-nin Bakı səhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən AEK110/55/6 kv/m yarımstansiyasına qanunsuz daxil olaraq oradan vahid niyyətlə 200 metr uzunluğunda, 4x6 ölçüdə 1047,84 AZN dəyərində “Kabel TTR" kabellərini və 9 ədə d 12v190A gücündə olan ümumi dəyəri 3000, "15 AZN təşkil edən akkumlyatorları oğurlamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 4.047,99 AZN dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum tanışı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 21 radələrində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,607 qram olan narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşıyarkən, həmin gün saat 21:10 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryol Deposunun qarşısında saxlanılaraq polis bölməsinə dəvət olunmuş və orada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qa ra rəngli cins şalvarının sağ arxa cibindən iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,272 qram və 0,335 qram olmaqla, ümumi təmiz çəkisi 0,607 qram olan 02 ədəd bükümdəki kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 13 radələrində satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi iki ədəd bükümdə ümumi çəkisi 0,852 qram narkotik vasitə olan heroini hissələrə bölərək, iki ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,272 qram və 0,335 qram, ümumi təmiz çəkisi isə 0,607 qram olan hissəsini xx.xx.2021-cl il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Dəmiryol Deposunun qarşısında Məhkum satmış, bundan sonra satış məqsədi ilə əldə etdiyi narkotik vasitə olan heroinin ümumi çəkisi 0,255 qram hissəsini iki ədəd sellofan kəsiyinə bükülmüş bükümdə satış məqsədi ilə üzərində saxlayıb daşıyarkən xx.xx.2021-ci il tarixdə saat 13:15 radələrində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq polis bölməsinə dəvət olunmuş və orada onun üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan kəsiyinə bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,211 qram və 0,044 qram, ümumi təmiz çəkisi isə 0,255 qram olan qəhvəyi rəngli maddə xa rici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş hüquqi şəxsin - mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, Bakı şəhər Qaradağ rayon məhkəməsi öz hökmündə Zərərçəkmiş şəxs ASC-nin mülki iddiasını qismən təmin edib təqsirləndirən şəxs Məhkum cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs ASC-yə dəymiş ziyanın 4047.99 manat məbləğində müəyyən edərkən məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəş ünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/288 nömrəli ekspert rəyinə əsaslanmışdır. Həmin ekspert rəyinə əsasən 3 (üç) ədəd qara rəngli inci Akü markalı, 190 Ah göstəriciləri olan akkumulyatorun istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450,00 (3x150) manat müəyyən olunmuşdur. Həmçinin, təqsirləndirilən şəxs Məhkum Zərərçəkmiş şəxs ASC-yə məxsus 9 ədəd akkumulyatordan əlavə xeyli sayda kabellərin və digər avadanlıqların oğurlayaraq satması faktı qeyd olunmuşdur. İş materiallarında olan ekspert rəyindən görünür ki, ekspert tədqiqatına sadəcə akkumulyatorlar təqdim edilmiş, həmçinin kabellərin dəyərinin hesablanması barədə ekspert qarşısında sual qoyulmamışdır. Həmçinin nümayəndə tərəfindən məhkəmə baxışı zamanı Məhkum cinayət əməli nət icəsində "xxxx" ASC-yə dəymiş ziyanın 42574.99 manat olması barədə arayış təqdim etmələrinə baxmayaraq məhkəmə təqdim edilmiş sübuta yetərincə düzgün qiymət verməmiş və ekspert rəyi iş üzrə digər sübutlarla yanaşı qiymətləndirilməli olduğu halda, məhkəmə bunu etməyərək sübut qismində təkcə ekspert rəyinə əsaslanaraq ziyanın məbləğini müəyyən etmiş və bununla da, birinci instansiya məhkəməsi mülki iddianı qismən təmin etmiş, apelyasiya instansiyası məhkəməsi də həmin hökmü dəyişdirilmədən saxlamışdır. Ona görə də, verdikləri mülki iddianın tam həcmdə təmin edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin ed ilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum həmçinin şikayətdə qeyd edir ki, o, evdə olarkən səs-küy gəldiyini eşidərək küçəyə çıxmış, bu zaman küçədə olan polis əməkdaşları onu tutaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində ona təzyiq göstərilmiş, döyülmüş və o da məcbur qalaraq qeyd edilən ittihamı boynuna almışdır. Halbuki, tutulan zaman üzərində heç bir narkotik vasitə olmamış, Xəyal adlı şəxsə narkotik vasitə satmamış, onu, ümumiyyətlə, tanımamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məhkum tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətini n təmin edilməməsi barədə məhkum Təqsirləndirilən şəxs və müdafiəçi F.Həsənovun, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Zərərçəkmiş hüquqi şəxsin "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində verilmiş mülki iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apelyasiya baxışına təyin edilməsinə dair qərar qəbul edilməsi xahi ş olunur. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. CM-in 177.2-ci maddəsində görə “Eyni əməllər: 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət tərkibi yaradaraq məsuliyyətə səbəb olur.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin gö stərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmən in bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası zərərçəkmiş hüquqi şəxsin "xxxx" ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini təhlil edərək qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin-mülki iddiaçının (“Azərişıq» ASC-nin) nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs Məhkum qarşı verdiyi "xxxx" ASC-yə vurulmuş 42.574,99 manat məbləğində mülki iddia vermişdir. CPM-in 181-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş gəlirin ö dənilməsini tələb edə bilər. CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsini əks etdirir. həmin ünvanda İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Məhkum özgə əmlakını gizli yolla talamaq məqsədilə 10 sentyabr 2021-ci tarixdən xx.xx.2021-ci tarixə kimi olan müddət ərzində "xxxx" ASC-nin Bakı səhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən AEK110/55/6 kv/m yarımstansiyasına qanunsuz daxil olaraq oradan vahid niyyətlə 200 metr uzunluğunda, 4x6 ölçüdə 1047,84 AZN dəyərində “Kabel TTR" kabellərini və 9 ədəd 12v190A gücündə olan ümumi dəyəri 3000, "15 AZN təşkil edən akkumlyatorları oğurlamaqla zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə ümumilikdə 4.047,99 AZN dəy ərində maddi ziyan vurmaqla oğurluq etmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/288 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 3 ədəd qara rəngli inci Akü markalı, 190 Ah göstəriciləri olan akkumilyatorın istifadədə olması nəzərə alınmaqla hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 450,00 (3x150) manat təşkil edir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, Məhkum törətdiyi cinayət əməli nəticəsində "xxxx" ASC-nə məxsus elektrik boşaldıcı və panel dəstinin zədələnməsinə dair cinayət işində həmin hüquqi şəxsin məktubundan başqa, hər hansı bir sübut mövcud deyil, mülki iddiada MMC-yə dəymiş ziyanın 42.574,99 manat olması göstərilsə də, iddia ərizəsinə bunu təsdiq edən hər hansı bi r sübut əlavə edilməmiş, maddi ziyan məbləği əsaslandırılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinə münasibətdə məhkum Məhkum barəsində apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum Təqsirləndirilən şəxs əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, şahidlərin ifadələri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ə dalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarlar qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qi ymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs qeyd edilmiş cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də, şahid X4 ifadəsi, “şəxsi axtarış və götürmə keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol və protokola əlavə edilmiş videogörüntü”, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5568 nömrəli ekspert rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 420 və 430 nömrəli ekspert rəyləri, habelə toplanmış digər sübutlarla məhkumun təqsiri tam sübuta yetirilmişdir. Məhkəmələrin əsaslandıqları sübutların ibtidai araşdırma zamanı toplanması və həmin sübutların məhkəmə iclaslarında araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməsi, qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməsi və ya sübutların tədqiqindən əsassız imtina olunması müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Təqsirləndirilən şəxs əməlində CM-in 234.2-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi üçün əsaslar yoxdur. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətlərinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətlərinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətlər təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və A zərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum və Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 may 2023-cü il tarixli qərarı məhkum Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs ASC-nin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar