Məhkəmə qərarları › İş №1(102)-1989/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1989/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1989/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkum X2 müdafiəçiləri Abdıyev Rəşad İlqar oğlunun və Mirzəyev Şaiq Səyyad oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarından məhkum X2 müda fiəçisi Abdıyev Rəşad İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayətinə və Mirzəyev Şaiq Səyyad oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavəyə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum X5 xx xxxxxx 1965-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 10 may 2023-cü il tarixli ittiham aktına görə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda psixotrop maddə metamfe tamini qanunsuz olaraq əldə edib daşımaqla üzərində saxlamış, 30 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri H.Əliyev prospektində idarə etdiyi “Mercedes Benz 280” markalı, **-OK*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 02 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 6,207 qram və 4,761 qram, ümumi təmiz çəkisi 10,968 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürü lmüşdür. 3. 24 may 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X5 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq olmaqla külli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib, daşımaqla üzərində saxlamış, 30 yanvar 2023-cü il tarixdə, saat 20 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran Şəhər-rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhəri H.Əliyev pro spektində idarə etdiyi “Mercedes Benz 280” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq Lənkəran ŞRPŞ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilərkən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 6,207 qram və 4,761 qram, ümumi təmiz çəkisi 10,968 qram ağ rəngli kristal formada psixotrop maddə olan metamfetamin əynindəki qara rəngli gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür.

5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-42/2024 nömrəli, 08 fevral 2024cü il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə mü əssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 yanvar 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs X2 müdafiəçisi X8 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm istintaq, həm də məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan da göründüyü kimi təqsirləndirilən şəxsin cinayət əməli Lənkəran ŞRPŞ tərəfindən sadəcə polislərin və bir-birinə tamamilə zidd ifadələr verən hal şahidlərinin ziddiyyətli və qərəzli ifadələrinə əsaslanmaqla sübuta yetirilməyə çalışılmışdır. Belə ki, həm istintaq, həm də məhkəm ə baxışı zamanı H.Cabbarlı özünü təqsirli bilməyərək təxminən saat 18 radələrində işlədiyi inşaat materialları satılan mağazadan çıxıb yanında satıcı işləyən Şahid6 ilə birlikdə Lənkəran şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, zor tətbiq edilərək Lənkəran ŞRPŞnə gətirildiyini, döyülərək üzərinə heç vaxt nə istifadə etdiyi, nə də əlaqəsi olmadığı narkotik vasitə qoyulduğunu, polislərin narkotiki boynuna götüməklə bağlı tələbinə razılıq vermədiyi üçün əvvəlcə çəkiliş aparılmasını, daha sonra isə döyülərək sadəcə mobil telefonla fotoşəkil çəkildiyini, iki hal şahidinin üzünə durduğunu, əvvəlcə eynəkli vəkilin olduğunu, daha sonra isə onun səbəbsiz şəkildə yox olduğunu və əvəzində Zaur adlı vəkilin cəlb edildiyini bildirmişdir. Tutularkən on a heç nə izah edilməmiş, sadəcə kobud şəkildə zorla idarəyə aparmış, polis əməkdaşları tərəfindən ona prosessual statusu, yəni hansı qisimdə tutulması, tutulmanın əsasları və halları barədə hər hansı məlumat verilməmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-42/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum X2 müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu kassasiya şikayəti və Mirzəyev Şaiq Səyyad oğlu kassasiya şikayəti və ona əlavə verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

9. Ka ssasiya şikayətlərinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir. Müdafiəçilər onları təkrarlamaqla, məhkum X2 əməlində cinayət tərkibi olmadığını, buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarının ləğv edilməsi və onun barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

10. Müdafiəçi Mirzəyev Şaiq Səyyad oğlu daha sonra kassasiya şikayətinə əlavə təqdim edərək, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarına istinad edərək, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və məhkum edilmiş şəxsin təqsirliliyi sübut olunmadığı üçün barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.

11. Kassasiya şikayətlərinə və kassasiya şikayətinə əlavəyə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud s übutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəm əsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Kassasiya şikayətlərində məhkum X2 əməlində cinayət tərkibi olmadığı, onun təqsirliliyinin sübuta yetirilmədiyini iddia edilib, kassasiya xahişləri faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbay can Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsvir olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).

22. Təsvir edilən maddi və pr osessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası məhkum X2 əməlində cinayət tərkibi olmadığı, eyni zamanda təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya müraciətlərinin dəlillərini əsassız hesab edir.

23. Belə ki, məhkumun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin dəlillərini araşdıran apellyasiya instansiyası məhkəməsi hazırda mübahisəsi edilən qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüquqi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib hesab etmişdir ki, X2 Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, digər istintaq hərəkəti protokolları, ekspert rəyləri, maddi sübutlar və işdə olan digər təkzibolunmaz sübutların məcmusu ilə müəyyən edilmişdir.

24. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə yoxlayan apellyasiya instansiyası məhkəməsi sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, məhkum X2 hazırki qərarın işin hallarına aid hissəsində təsvir edilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.11-ci maddəsinin dispozisiyasından v ə eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin ittiham edildiyi maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddə ilə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum X2 cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.

26. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs X3 cəza təyin edilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə qismən razılaşsa da, lakin aşağıda qeyd edilən səbəblərə görə mübahisələndirilən qərarın bu hissədə dəyişdirilməsini zəruri hesab edir.

27. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsini n müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü mad dəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

28. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

29. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

30. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

31. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət- hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

32. Şərh edilənlərə əsaslanmaqla məhkəmə kollegiyası məhkum X3 cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşmır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə ümumilikdə götürülməklə maddi hüquq normalarına uyğun qəbul edilsə də, bununla belə məhkumun şəxsiyyəti, onun ailə vəziyyəti və cəzasını yüngülləşdirən halın mövcud olduğu kifayət qədər nəzərə alınmamış, nəticədə Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət edilməmişdir.

33. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, baxılan işdə məhkumun cəzasını yüngülləşdirən hallar olaraq onun ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması və cəzasını ağırlaşdıran halların olmadığı müəyyən edilsə də, bu hallar cəza təyin edilməsi zamanı yetərli dərəcədə nəzərə alınmamışdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında göstərilən hüquqi mövqeyinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirk arın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarı, № 15, § 45, 24 dekabr 2021-ci il).

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də şəxsin azadlıqdan məhrum edilməsinə əsas verən qanuni penoloji məqsədlər sırasına onun cəzalandırması, digərlərinin çəkindirməsi, cəmiyyətin maraqlarının müdafiəsi ilə yanaşı eləcə də həmin şəxsin islah edilməsi daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il).

36. Eləcə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında cəza tətbiqinin əsaslarına aid hüquqi mövqeyi ondan ibar ət olmuşdur ki, ədalət prinsipinə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-c u il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair” 28 iyun 2024-cü il tarixli qərarları).

37. İstinad edilənlərə əsaslanan məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş cinayət əməlinin törədilməsi halları, 33-cü paraqrafda sadalanan məsuliyyəti yüngülləşdirici və şəxsiyyətini müsbət xarakterizə edən halların mövcud olması və cəzanı ağırlaşdıran hər hansı halın olmaması, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər üzrə müəyyən edilmiş hallarla və cəzanın məqsədləri il ə birlikdə götürülməklə nəzərə alınmalı, X2 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-42/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılmalı və ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.

38. Məhkəmə kollegiyası hesab edir ki, bu cəza vasitəsi ilə də məhkum X2 islah edilməsinə nail olmaq, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərin ə çatmaq mümkündür.

39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri və kassasiya şikayətinə əlavə qismən təmin edilməli, X5 barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X2 müdafiəçisi Abdıyev Rəşad İlqar oğlu tərəfindən verilmiş kassasiya şikayəti və Mirzəyev Şaiq Səyyad oğlu tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməs inin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı cəzaya aid hissədə dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-42/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli hökmünə əsasən X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təyin edilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il müddətinə azaldılsın və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-343/2024 nömrəli, 02 may 2024-cü il tarixli qərarı qalan hissədə kassasiya şikayətlərinə münasibət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar