Məhkəmə qərarları › İş №1(102)-1989/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1989/2025

14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1989/2025 14.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-192/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qəra rı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxxx xxxx-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 09 aprel 2024-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 177.2.1 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 04 iyun 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 24 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, V.Xuluflu küçəsində Şahid məxsus dayanmış vəziyyətdə olan “Chevrolet Cruze” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yeri hissəsindən “Fil Electronics” şirkətinə məxsus 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (6+128 grey), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 blue), 1 ədədinin qiyməti 400 manat olan 800 manat dəyərində 2 ədəd “Xiaomi Note 11” (4+64 grey), 450 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (8+128 Grey), 430 manat dəyərində 1 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 280 manat olan 560 manat d əyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 grey), 760 manat dəyərində 1 ədəd “Xiaomi Mİ12 lite” (8+128 green), 350 manat dəyərində 1 ədəd “Samsung A13” (64 GB black), 650 manat dəyərində 1 ədəd “Xiaomi Poco X4 Pro” (8+256 GB 5G Black), 1 ədədinin qiyməti 430 manat olan 860 manat dəyərində 2 ədəd “Xiaomi Note 11S” (6+128 Grey), 1 ədədinin qiyməti 830 manat olan 1660 manat dəyərində 2 ədəd “Xiaomi Mİ12 Lite” (8+256GB 5G black), 1 ədədinin qiyməti 330 manat olan 3960 manat dəyərində 12 ədəd “Samsung A13” (32 GB black), 1 ədədinin qiyməti 280 manat olan 2520 manat dəyərində 9 ədəd “Samsung A035” (64 GB blue), 1 ədədinin qiyməti 350 manat olan 700 manat dəyərində 2 ədəd “Samsung A-325” (64GB Violet), 280 manat dəyərində 1 ədəd “Samsung SM-A035” (LTE 4GB 64GB Black), 650 manat dəyətində 1 ədəd “Xiaomi Poco X4” (Pro 8+256GB 5G black), 820 manat dəyərində 1 ədəd “Xiaomi Poco F4” (8+256 Black), 1 ədədinin qiyməti 850 manat olan 1700 manat dəyərində 2 ədəd “Samsung SM-A7361” (6/128 Grey), 1 ədədinin qiyməti 320 manat olan 2560 manat dəyərində 8 ədəd “Samsung A13” (32GB Black), 1 ədədinin qiyməti 400 manat olan 2000 manat dəyərində 4 ədəd “Samsung A”35” (64 GB Black), 280 manat dəyərində “Samsung A-035” (64GB Black), 830 manat dəyərində 1 ədəd “Samsung A-536” (5G 256GB Black), 400 manat dəyərində 1 ədəd “Samsung 235” (64GB Black), 250 manat dəyərində 1 ədəd “Samsung A-035” (32GB red), 1 ədədinin qiyməti 250 manat olan 500 manat dəyərində 2 ədəd “Samsung SM-035” (LTE3GB 32 GB Black), 1 ədədinin qiyməti 250 manat olan 1750 manat dəyərində 7 ədəd “Samsung SM035” (LTE 3GB 32GB black), 1 ədədinin qiyməti 250 manat olan 1250 manat dəyərində 5 ədəd “Samsung A-035” (32GB Red), 1 ədədinin qiymətin 250 manat olan 1000 manat dəyərində 4 ədəd “Samsung A-035” (32GB Blue), 1 ədədinin qiyməti 280 manat olan 560 manat dəyərində 2 ədəd “Xiaomi Redmi 10A” (4+128 Silver) markalı, ümumilikdə 30190 manat dəyərində 82 ədəd “Samsung” və “Xiomi” markalı mobil telefonları gizli olaraq talayıb, zərərçəkmiş hüquqi şəxs “Fil Electronics” şirkətinə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir.

5. Gəncə Şəhər Məhkəməsinin 1(125)-274/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasın a məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay müddətin təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 noyabr 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir.

7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilə n şəxs Məhkum apellyasiya şikayəti verib, işinə düzgün baxılmasını xahiş etmişdir.

8. Hökmdən digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 da apellyasiya şikayətləri vermişlər.

9. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-101/2025 nömrəli, 15 yanvar 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 1(125)-274/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün cinayət qanunu normasının düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir.

11. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-192/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 1(125)-274/2024 nömrəli, 28 noyabr 2024-cü il tarixli hökmünün apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Məhkum hökmlə təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

13. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəza ilə razılaşmadığını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödədiyini, onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmasına baxmayaraq ona yuxarı həddə cəza təyin edildiyini bildirərək, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)192/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərarının dəyişdirilməsi, ona təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsi, yaxud minimum həddə endirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktla rı təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməm əsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, kassasiya xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

20. Odur ki, məhkəmə kolleg iyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-192/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müva fiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası M əcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

22. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

23. Cəzanın təyin edi lməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

24. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

25. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkə məsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayəthüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəf indən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

26. Məhkum ona daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqayisədə nəzərdən keçirən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.

27. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməli həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

28. Eləcə də Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin ümumi məzmununa görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz.

29. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən xüsusatları, cəzasını yü ngülləşdirən hallar olaraq zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın ödənilməsi və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmaması, cəzasını ağırlaşdıran hallar olaraq əməlində cinayətin residivinin olmasını nəzərə alıb, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələblərini rəhbər tutmaqla ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Lakin məhkumun əvvəllər cəzasını şərti olaraq çəkdiyini nəzərə alınmadan, cəzaçəkmə müəssisəsinin növü səhv olaraq ciddi rejimli olaraq müəyyən edilmişdir.

30. Buna görə də hazırda mübahisləndirilən qərardan verilmiş apellyasiya protesti əsasında işə baxmış apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaətini eyni əsaslarla təsdiqləyərək, hökmü yalnız cə zaçəkmə müəssisəsinin növünün təyin edilməsi hissəsində dəyişdirmiş və məhkumun ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğu qənaətinə gəlmişdir.

31. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyin edilməsinə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3cü maddələrinin tələblərinə xidmət edir.

32. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasi ya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

33. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, zMəhkum kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-192/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(104)-192/2025 nömrəli, 04 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar