Məhkəmə qərarları › İş №1(102)-199/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-199/2019

12.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-199/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və Məhkumun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq üMÜƏYYƏN ET Dİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim H.A.Səfərov) 08 avqust 2018-ci il tarixli hökmü ilə xx xxxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Abşeron rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, ünvan 2 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun ibtidai istintaq zamanı 5 (beş) ay həbsdə olduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 08 avqust 2018-ci il tarixdən hesablanmışdır. İşin halla rı: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, 10 iyun 2017-ci il tarixdə X4 ilə tanış olaraq onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaları barədə apardığı danışıqları istifadə etdiyi “Samsung” markalı mobil telefonun diktofonu vasitəsi ilə yaddaşa yazmış, bunu səbəb kimi bəhanə gətirib, 12 iyun 2017-ci il tarixdə ünvan 3 ünvanda yerləşən metronun “xxxx” stansiyasının qarşısında X10a bildirməklə haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə əmlak xarakterli hərəkətlər edərək ona cəmi istədiyi 5000 manat məbləğində pul verməsini tələb edib vahid niyyətlə əhatə olunan qəsdlə ilkin olaraq həmin gün 700 manat, 14 avqust 2017-ci il tarixədək olan müddət ərzində isə müxtəlif vaxtlarda sonuncuya eyni üsulla hədə-qorxu gələrək hissə-hissə olmaqla ondan ü mumilikdə 3600 manat pulunu tələb edib ələ keçirmiş, sonuncu dəfə 16 avqust 2017-ci ildə ünvan 5 ünvanda yerləşən motrosunun “xxxx” stansiyasının qarşısında hədə-qorxu ilə tələb etdiyi 1400 manat pulu almaq üçün gələrkən X6 RPİ-nin 27-ci Polis Bölməsinə yazmış olduğu şikayət ərizəsi əsasında həmin polis bölməsinin əməkdaşları tərəfindən yaxalanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Sahibxan Mirzəyev (sədrlik edən və məruzəçi), Faiq Qasımov və Elşad Şamayevdən ibarət tərkibdə) 04 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum v erdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum onunla əsaslandırır ki, onun barəsində qəbul edilmiş apellyasiya məhkəməsinin qərarı əsassız və qanunsuz olduğundan iş yenidən məhkəmə baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməli nə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum kassasiya şikayətinin dəlili barəsində çıxarılmış hökm və qərarın əsassız olmasıdır. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərind ə zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə başa düşülür. İşdən görünür ki, Məhkum barəsində çıxarılmış məhkəmə aktlarının əsassız olduğunu bildirsə də onun qeyd edilən cinayət əməlini törətməsi özünün etiraf edici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs X5in və şahid X9un ifadələri ilə, işin digər sənədləri ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum verilmiş ittiham üzrə təqsirli olmasını müəyyən edərkən konkret sübutlara əsaslanmışdır. İş materiallarından isə görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin apellyasiya i nstansiyası məhkəməsi həmin nəticə ilə razılaşarkən cinayət və cinayət prosessual qanunların normalarını düzgün tətbiq etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmələrin gəldikləri nəticə qanuni və əsaslıdır. Bundan əlavə, nə ibtidai istintaq, nə də apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum əməlini tövsif edərkən sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, birinci ins tansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə b iləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayət in təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 oktyabr 2018-ci il tarixli Məhkum barəsindəki qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar