Məhkəmə qərarları › İş №1(102)-199/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-199/2020

22.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-199/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarından Məhkum tərəfind ən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Z.A.Şirinov) Məhkum (xx xxxxxx 1957-ci il tarixdə ünvan2də anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 02 iyul 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, hökmlə zərərçəkmiş şəxs X4 Məhkum, X1 və X8 əldə çıxmış fayda nəzərə alınmaqla cəmi 800000 manat məbləğində və çəkdiyi əlavə xərclərinin əvəzi olaraq 630 manat məbləğində, mənəvi zərərin əvəzi qismində 10000 manat məbləğində, cəmi 810630 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutulmasına dair mülki iddiası qismən təmin edilərək Məhkum maddi zərərə görə (cinayət əməli nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi) 284.100,60 manat məbləğində pulun tutularaq mülki iddiaçıya ödənilməsi, qalan hissədə mülki iddianın təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim R.K.Səfərov, hakimlər N.E.Məmmədov və Ə.İ.Qasımovdan ibarət məhkəmə tərkibi) zərərçəkmiş şəxs X4 nümayəndəsi X11, habelə Məhkum və onun müdafiəçisi X12 tərəfindən verilmiş apellyasiya şikayə tləri təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 iyul 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum 2014-cü ilin əvvəllərindən 2015- ci ilin noyabr ayınadək olan müddət ərzində ünvan87 X3 Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı idarəsi tərəfindən ünvan4 yaşayış sahəsi 417,3 kv.m., köməkçi sahəsi 513,3 kv.m. olmaqla 10 otaqdan və 70 sot torpaq sahəsindən ibarət olan X5 məxsus tikiliyə və həyətyanı sahəyə dair iddialarına əsasən müxtəlif məhkəmə instansiyalarında, o cümlədən 19 oktyabr 2006-cı il tarixli Bakı Apellyasiya məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının Sabunçu Rayon Məhkəm əsinin 20 iyun və 22 sentyabr 2006-cı il tarixli qətnamələrinin dəyişdirilmədən saxlanılması barədə yekun qətnaməsinin sonuncunun xeyrinə olması ilə barışmayaraq həmin evi və torpaq sahəsini əldə edə bilmədiyinə görə nəticədə özünün haqlı ziyan etməsi qənaətinə gələrək qəsdən həmin ünvana gətizdirmiş olduğu kran, digər texnika və istintaqa məlum olmayan günəmuzd fəhlələrə həmin evi özünə məxsus ev kimi təqdim etməklə XXX68dan qisas almaq üçün söküb zərərçəkmiş şəxsə 284.100,60 manat dəyərində külli miqdarda ziyan vurmaqla qəsdən əmlaklarını məhvetmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən müdafiə tərəfinin təqdim etdiyi sübutlara əhəmiyyət verilməmiş, nəticədə işin halları düzgün araşdırılmamış və o, təqsirli olmad ığı, heç kimə ziyan vurmadığı halda əsassız olaraq, o cümlədən 62 yaşında olması, şəxsiyyətinə, ailə vəziyyətinə dair məlumatlar nəzərə alınmadan cinayət törətməkdə təqsirli bilinmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarının ləğv edilməsini, barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsasla xitm verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində təqsirli olması müəyyən olunmadığı, hərəkətləri ilə ziyan vurmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 186.2.1-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.6 və 416.0.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə, xüsusilə qəsdən məhv edilmiş əmlakın dəyərinin 284.100,60 manat olmaqla külli miqdar təşkil etməsi barədə nəticəyə məhkəmə tikinti-texniki ekspertizasının 06 mart 2018-ci il tarixli 31814 saylı rəyi həlledici şəkildə əsas olmuşdur. Belə ki, hökmdə müstəsna olaraq həmin rəyə istinadən göstə rilmişdir ki, “ünvan7 ünvanda inşa olunmuş obyektin tikintisində yerinə yetirilmiş təmir və tikinti işlərinə sərf olunacaq vəsaitin, eləcə də həmin tikintiyə dəymiş ziyanın məbləği 284.100,60 manat olduğu müəyyən edilmişdir”. Rəydə işlədilən “təmir və tikinti işlərinə sərf olunacaq vəsaitin, eləcə də həmin tikintiyə dəymiş ziyanın məbləği” ifadəsi qeyri-müəyyən olmaqla 284.100,60 manat məbləğinin yanız tikilinin tamamilə sökülməsi (məhv edilməsi) nəticəsində meydana gələn faktiki ziyanı əhətə etmədiyi, onun həm də təmir-tikinti işlərinə (yeni binanın inşasına) gələcəkdə sərf olunacaq maddi vəsaiti də nəzərdə tutduğunu göstərir. Rəydə olan qeyri-müəyyənlik üzündən və müdafiə tərəfinin ziyanın şişirdilməsi ilə bağlı irəli sürdüyü digər dəlillərə görə birinci instansiya məhkəməsi 29 yanvar 2019-cu il tarixli qərarı ilə kompleks məhkəmə əmtəəşünaslıq və məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2019-cu il tarixli 4584 saylı məlumatı ilə (binanın tikintisinə dair layihəsmeta sənədləri təqdim edilmədiyindən söküntü nəticəsində dəymiş ziyanın həcmini müəyyən etmək mümkün olmadığına görə) ekspertizanın keçirilməsindən imtina edilmişdir. Ekspertizanın keçirilməsindən imtina edilməsi faktı ilə (xüsusilə də bunun üçün gətirilən əsaslarla) yanaşı sözügedən tikilinin sökülməsindən meydana gələn ziyanın miqdarına dair şübhələri artıran hallar həm də odur ki, cinayət işindəki materiallara görə həmin tikili və onunla birlikdə (təxminən 7000 kv.metr) torpaq sahəsi X6 tərəfindən 24 mart 2004-cü i ldə Məhkum qardaşı XXX74dən cəmi 10.000 ABŞ dollarına əldə edildiyi və daha sonra – 10 noyabr 2005-ci ildə XXX54 tərəfindən Türkiyə Respublikasının vətəndaşı (zərərçəkmiş) XXX26ə 80.000 ABŞ dollarına satıldığı halda, hazırki işdə yalnız tikilinin (özü də başa çatdırılmayan vəziyyətdə) dəyəri 284.100,60 manat olaraq (yəni, torpaq sahəsi və tikilinin birlikdə həmin yazılı və şifahi əqdlərdə göstərilən dəyərindən dəfələrlə artıq) müəyyən edilmişdir. Məhkumun müdafiəçisi birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində Məhkum bəraət verilməsini tələb edən xüsustlar kimi digər dəlillərlə yanaşı tikilinin sökülməsi nəticəsində meydana gələn ziyanın miqdarına dair məhkəmə qənaətinin mötəbər və bu mühüm hal barədə nəticəyə gəlmək üçün kifayət edən materiallara əsaslanmadığ ını, bununla bağlı aradan qaldırlması mümkün olmayan (xüsusilə təkrar kompleks məhkəmə ekspertizasının keçirlməsindən imtina edilməsindən irəli gələn) şübhələrin olduğunu qeyd etmişdir. Lakin, apellyasiya instansiyası məhkəməsində Məhkum bəraət verilməsi barədə tələbin irəli sürüldüyü apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxıldığından, müdafiəçinin dəlilləri lazımınca yoxlanılmamış, tikilinin sökülməsi nəticəsində meydana gələn zərərin miqdarının müəyyən edilməsi ilə bağlı mövcud olan şübhə (araşdırmanın natamamlığı) aradan qaldırılmamışdır. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bi lməz. Bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə barətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və o byektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da məhkəmə istintaqı aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, Məhkum kassasiya şikayəti qismən əsaslı hesab edilməli, onun (müdafiə tərəfinin) dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (sübutlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə görə) mübahisələndirilən qərar ləğv edilməli, apellyasiya şikayəti üzrə məhkəmə baxışı təkrarən keçirilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 sentyabr 20 19-cu il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qimən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar