Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-199/2025 18.02.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs Xn və müdafiəçisi Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 1(103)-875/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında bax araq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 1(001)107/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim: A.A.Qurbanova) XXXX ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı apellyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və A.M.Tanrıverdiyev) apell yasiya protesti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, X9 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının X6 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Həmin hökmdən məhkumun müdafiəçisi Orucov Vüsal Əkbər oğlu kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Cinayət Kollegiyasının 14 fevral 2024-cü il tarixli 1(102)-180/2024 nömrəli qərarı ilə (hakimlər: K.L.Kazımov ( sədrlik edən), Ə.C.Seyidov və N.R.Mövsümov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü ləğv edilmiş, cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. İşə yenidən baxılmış və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli qərarı ilə (hakimlər: H.Ç.Məmmədov (sədrlik edən), C.V.Hüseyn və E.H.Allahverdiyev) apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İşin halları: Cinayət təqibi orqanı tə rəfindən X8 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o, 03 sentyabr 2020-ci il tarixdə saat 13:30 radələrində BCED kateqoriyalı, AD 206926 nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, 2008-ci il buraxılış ili "X” markalı, kran manipulyator tipli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sulutəpə-Biləcəri avtomobil yolu ilə hərəkətdə olarkən "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud surətdə pozaraq, yəni sürücü yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, idarə etdiyi avtomobil i sola doğru manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola manevr etdirməməli, idarə etdiyi XXXX markalı avtomobili hərəkət etdiyi zolağın sağ tərəfindən sola doğru manevr etdirməzdən əvvəl ondan arxada hərəkət zolağın sol ilə eyni istiqamətdə hərəkətdə olan mopedə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola manevr etdirməli olduğu halda bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texnik imkanı olduğu halda heç bir tədbir görməyərək avtomobilin sola istiqamətlənərkən X4 idarə etdiyi mopedin XXXX markalı avtomobilin arxa sol hissəsi ilə toqquşması nəticəsində sonuncunun ehtiyatsızlıqdan ölümünə səbəb olmu ş qaraciyərin qapı venasının və qaraciyərin sağ payının cırılmış yaraları, sağ alıngicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, burun sümüyünün aşıq, qəlpəli sınığı, sağ göz ətrafının qançır-hematoması, döş qəfəsinin sağ yarısının qançırı, burun əsasının, sağ qaşüstü və sağ təpə-gicgah nahiyələrinin əzilmişcırılmış yaraları ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da "XXXX” markalı, kran manipulyator tipli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, sürücü X tərəfindən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur Birinci instansiya məhkəməsi X9 tərəfindən idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla, o cümlədən Xun özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, ekspert rəyləri və aparılmış istintaq hərəkətləri ilə X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş ci nayət əməli üzrə təqsirliliyi tam sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə müstəsna olaraq Xun özünümüdafiə xarakterli ifadəsi əsasında sonuncunun təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermiş, apellyasiya məhkəməsi isə qeyd olunan nəticə ilə razılaşmışıdır. Dövlət ittihamçısı bildirir ki, hadisə yerinə baxış keçirilməklə müvafiq sxem tərtib edilmiş, şahidlər dindirilmiş, iş üzə müvafiq ekspertizalar təyin edilməklə rəylər alınmış və digər zəruri istintaq hərəkətləri yerinə yetirilməklə Xun CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi müəyyən edilmişdir. Lakin məhkəmələr təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmaq üçün verilən ifadələrə aid hissədə nəticəl əri ilə razılaşqları halda, Xun təqsirliliyini sübut edən şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlərə aid hissədə sübutları şübhə altına almış və belə olan halda şübhələrin aradan qaldırılması üçün hər hansı araşdırma aparmamışlar. Dövlət ittihamçısı İ.F.Yusifov kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətləri nin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X6 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apelly asiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəz ərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayətprosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət t əqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bə raət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Birinci və apellyasiya məhkəmələrinin gəldiyi qənaətə görə, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayəti (X11 ölməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsini) X9 tərəfindən (idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində) törədilməsi sübuta yetirlməmişdir. Belə ki, X6 "XXX” markalı, kran manipulyator tipli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilli hərəkət etdiyi zolağın sağ tərəfindən sola doğru manevr etdirməsi, arxada hərəkət zolağın sol ilə eyni istiqamətdə hərəkətdə olan mopedə yol verməməsi (hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola manevr etdirməli olması), müvafiq olaraq da Xun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblər ini pozması, onun əməlində cinayət tərkibinin olması və cinayətə aidiyyəti sübuta yetirilməmişdir. Kassasiya protestinə diqqət etdikdə isə aydın olur ki, protest müəllifi aşağı instansiya məhkəmələrinin işin mühüm əhəmiyyətli faktiki halları barədə qənaətlərinin sübutların CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmadığına iddia etsə də, birinci və apellyasiya instansiyasında məhkəmə baxışının, çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmələr sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışları qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmişdir. Bununla bağlı ilk növbədə qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsinin X8 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə verilmiş bəraət apellyasiya məhkəməsinin 23 fevral 2023-cü il tarixli hökmü ləğv edildikdən sonra, apellyasiya məhkəməsinin adı çəkilən hökmündən məhkumun müdafiəçisinin verdiyi kassasiya şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən Xun Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilməsinin mübahisələndirilməsinə dair kassasiya şikayətində istinad edilmiş dəlillərə baxılmış və Ali Məhkəmənin Cinayət kollegiyası 14 fevral 2024-cü il tarixli, 1(102)-180/2024 nömrəli qərarı ilə apellyasiya məhkəməsinin Xun göstərilən maddə ilə təqsirl i bilinib cəzalandırılması ilə bağlı qənaəti iş üzrə toplanmış sübutlarla uzlaşmayan qanunsuz, əsassız nəticə hesab edilmiş və müdafiəçinin kassasiya şikayəti qismən təmin edilməklə, cinayət-prosessual qanunun 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin edilmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, ittiham tərəfinin X8 Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraətin verilməsinin mübahisələndirilməsi üzrə dəlilləri (hazırkı kassasiya protesti ilə eyni olan) onun barəsində (bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə münasibətdə) verilmiş apellyasiya protestinə təkrar baxılması zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 14 fevral 2024-cü il tarixli, 1(102)180/2024 nömrəli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alınmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən bəraət almış şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları və digər sübutlarla təkzib olunması haqqında nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya protestində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, kassasiya pr otestində göstərilənlər isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin X9 tərəfindən idarə etdiyi avtomobil ilə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması sübuta yetirilməməsi əsası ilə ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verməsi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunan və digər sübutlar hökmdə ətraflı təsvir edilib, ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvi r və şərh edilməsini zəruri saymır. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmayaraq qeyd edir ki, apellyasiya məhkəməsinin təqdim olunmuş sübutların Xun ona istinad edilən Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, beləliklə Xa təqsirliliyinin sübuta yetirilməsi haqqında nəticəyə gəlməsi yuxarıda qeyd edilən CPM-in prinsip və normalarının, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir, kollegiya isə apellyasiya məhkəməsinin gəldiyi bu nəticələrlə razılaşır. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respu blikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il). Məhkəmə kollegiyası Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyindən çıxış edərək belə qənaətə gəlir ki, apellyasiya protesti ilə eynilik təşkil edən kassasiya protestində göstərilən dəlillərə apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib ittiham tərəfinin iddiaları ilə müqayisə edilməklə tam, hərtərəfli və obyektiv qiymət verildiyindən, kassasiya protestində apellyasiy a məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, hazırkı kassasiya müraciətində irəli sürülmüş dəlilərə geniş şərh vermədən, apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşaraq onların təsdiqi ilə kifayətlənmək mümkündür. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan halda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2, kassasiya protestinin təmin edilməməsi haqqında bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X6 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 1(103)-875/2024 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. X8 Azərbaycan Respubl ikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2024-cü il tarixli, 1(103)-875/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-199/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-199/2025
18.02.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver