Məhkəmə qərarları › İş №1(102)-1990/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1990/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1990/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünv an 2 yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən), Ə.Q.Quliyev və A.İ.Paşayev) Məhkum - Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 22 sentyabr 20 21-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Rəhimov (sədrlik edən), F.A.Qəniyev və K.H.Əkbərov) apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 may 2022-ci il tarixli hökmü dəyişdiyilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 4 (dörd) il müddətinə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum 2021-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs arxasınca təhqiramiz ifadələr işlətməsi səbəbində n aralarında yaranan mübahisə zamanı Bakı şəhəri, Xətai rayonu, “Əhmədli” metrostansiyasının yanında olan “Dost Qapısı” kafesindən kənarda sonuncunun onu yumruqla vurmasından sonra 2021-ci il sentyabrın 22-də saat 02 radələrində ünvan 3 ünvanında yerləşən “Əhmədli” metrostansiyasının yaxınlığındakı “Natural” aptekin qarşısında Zərərçəkmiş şəxslə təsadüfən görüşdükdə sonuncunun onu vurması ilə bağlı aralarında yaranan münasibətlərə bir daha aydınlıq gətirərkən Zərərçəkmiş şəxs onu yenidən yumruqla vurduqdan sonra üzərində gəzdirdiyi, istintaq tərəfindən müəyyən edilməyən bıçaqla sonuncunun sol qoltuqaltı nahiyəsindən bir dəfə vurub həmin şəxsə döş qəfəsinin sol yarısının sol plevra və qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası, diafraqmanın zədələnməsi, dalağın çıxarılması, soltərəfli hematoraks və boyun nahiyəsinin sıyrığı ilə müşayiət olunmaqla insan həyatı üçün təhlükəli olan xəsarətlər yetirərək qəsdən Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkum hesab edir ki, onun törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsindən həmin Məcəllənin 129.1-ci maddəsinə tövsif edilməli və həmin maddə ilə cəza təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara h üquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş apellyasiya instansiyası məhkəməsi isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişdir ki, Məhkum məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, şahidin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutl arın qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində CM-in 126.1-ci maddəsi ilə olan əməlinin hüquqi tövsifi və təyin edilmiş cəzanın ağır olması mübahisə edilir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası cinayət qanunvericiliyinin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun şərhlərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarına müraciət etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tö vsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin yalnız sübutlara əsasən müəyyən edilməsini tələb edir. Məhkəmə kol legiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət qanunvericiliyinin müddəalarını nəzərə alıb məhkəmə iclasında araşdırılmış sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən onların mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayəti törətməsi və onun əməlinin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif edilməsi haqqında qanuni nəticəyə gəlmişdir. CM-in 126.1-ci maddəsinə əsasən qəsdən sağlamlığa ağır zərər vurma - yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təq sirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma başa düşülür. Qüvvədə olan cinayət qanunvericiliyində nəzərdə tutulur ki, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən sağlamlığa ağır zərər vurma Azərbaycan Respublikası CM-in 129-cu maddəsi ilə cinayət məsuliyyəti yarad ır. Bu, ilk növbədə o deməkdir ki, təqsirkarın əməlinin Azərbaycan Respublikası CM-in 129-cu maddəsinə tövsif edilməsi üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir, sair qanunsuz və ya əxlaqsız əməllər nəticəsində təqsirkarda coşğun surətdə yaranan, kəskin xarici ifadəyə malik olan qısa müddətli, lakin intensiv cərəyan edən və yüksək həyəcanlanma ilə xarakterizə olunan vəziyyətdir. Başlıca olaraq qeyd etmək lazımdır ki, əsas şərt kimi təqsirkarın əməlində güclü ruhi həyəcan vəziyyəti qəflətən olmalıdır. Belə ki, zərərcəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və sair qanunsuz və ya əxlaqsız əməlləri nəticəsində təqsirkarın törətdiyi əməl müəyyən müdd ət sonra deyil, dərhal əmələ gəlməsi kimi başa düşülür. Yəni arada müəyyən zaman fasiləsi olmamalıdır. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, əməl Cinayət Məcəlləsinin digər müvafiq maddələri ilə tövsif edilir. Belə ki, məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixiloji ekspertizasına dair 2021-ci il 11 noyabr tarixli 2638 saylı ekspert rəyindən görünür ki, Məhkum xasiyyətin psixopatik cizgiləri müəyyən edilməklə hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Məhkum hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik, inadkarlıq, kinlilik, eqosentrizm kimi xarakterik xüsusiyyətlərə malikdir, sonuncu fizioloji affekt vəziyyətində olmamışdır (vərəqə 137-139). Azərbaycan Respublikası CPM-in 124.2.2-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi cinayət prosesində sübut kimi qəbul edilir. Həmin Məcəllənin 140.0.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliy ini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Məhz yuxarıda qeyd edilən səbəbdən də məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 129.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etm işdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və ya dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci m addəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum oğlu barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar