Məhkəmə qərarları › İş №1(102)-1992/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1992/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1992/2024 27.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, məhkum X3 müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 yanvar tarixli, 1(103)-160/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli, 1(101)-1454/2023 nömrəli hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Səbinə Məmmədzadə və Əli Məmmədovdan ibarət tərkibdə), 1981-ci il 4 may tarixində Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küçəsi, ev 50, mənzil 2-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İ.Anaşkin küçəsi nömrəsiz evdə yaşamış, hazırda azadlıqdan mə hrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 2023-cü il 31 yanvar tarixindən hesablanması, barəsində seçilmiş "həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması, barəsində xüsusi müsadirənin tətbiq edilməməsi hökm edilmişdir. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər: Habil Məmmədov (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Elbəy Allahver diyevdən ibarət tərkibdə) 2024-cü il 11 yanvar tarixli, 1 (103)-160/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 11 oktyabr tarixli, 1(101)1454/2023 nömrəli hökmü Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, naməlum vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 34,485 qram narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Sabunçu rayon Polis idarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 31 yanvar 2023 -cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Sabunçu rayonu, İ.Anaşkin küçəsi fərdi evin qarşısında olan zaman saxlanılaraq Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş bükülüdə təmiz çəkisi 34,485 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, təqsirləndirildiyi cinayət işində cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. Ona elan edilən ittiham üzrə təqsirliliyini bilavastə sübut edə bilə cək yetərli və mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun şəkildə qiymətləndirilməmiş, məhkəmənin gəldiyi yekun nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkum kassasiya şikayətində bildirmişdir ki, cinayət işinin materiallarında göstərilmişdir ki, o, Nizami rayonunda yerləşən Qəbələ restoranının yanında həmin əraziyə qoyulmuş narkotik vasitəni götürərkən saxlanılmışdır. Həmin vaxt və həmin tarixdə onun istifadəsində olmuş telefonun anten məlumatları onun həmin ərazidə olmadığını təsdiq edir. Bundan başqa o bildirmişdir ki, o, ümumiyyətlə narkotik vasitələrin istifadəçisi deyil, belə ki barəsində aparılmış məhkəmə kimyəvi narkoloji ekspertizanın rəyində onun narkotik vastə istifadəçisi olmaması göstərilmişdir. Daha sonra gö türmə kimi vacib istintaq hərəkəti lentə alınmamış və prosessual pozuntuya yol verilmişdir. O, əlavə olaraq bildirmişdir ki, himayəsində 4 azyaşlı uşağı var, ailənin maddi durumu ağırdır. Məhkum yuxarıda göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 yanvar tarixli, 1 (103)-160/2024 nömrəli qərarının ləğv edilməsini və barəsində CM-in 234.1-1-ci maddəsi ilə bəraət hökmünün çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Yaqut Əliyeva çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 yanvar tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cin ayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum qanunsuz məhkum edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmi n etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilm əsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət i ttihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, 31 yanvar 2023-cü il tarixdə Məhkum üzərində şəxsi axtarış və götürmə aparılması hal şahidlərinin işrirakı ilə keçirilmiş, bu zaman həmin proses video lentə alınmamışdır. (bax: cild 1, i.v. 30-31). Bundan sonra, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 31 yanvar 2023-cü il tarixli qərar qanuniliyinin yoxlanılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmə tərəfindən 01 fevral 2023-cü il tarixli qərar qəbul edilmişdir. (bax: cild 1, i.v. 47-48). Həmin qərarda göstərilmişdir: “...İş materiallarında olan “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş diskdəki görüntülərdən görünür ki, Məhkum üzərinə baxış keçirilən zaman o əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngdə maddəni özü könüllü təqdim etmişdir...” Göründüyü kimi, burada ziddiyyət yaranır. Cinayət işinin materiallarından şəxsin üzərinə baxışın hal şahidlərinin iştirakı ilə keçiridiyi, məhkəmənin qərarından isə baxışın video çəkilişlə keçirildiyi və hakim tərəfindən bu görüntülərin tədqiq edildiyi məlum olur. Bu ziddiyyətli məqamın araşdırılması üçün hazırkı cinayət işin ə yenidən baxılarkən həmin materıalın məhkəmədən tələb edilərək araşdırılması, həmin materialda diskin olubolmamasının yoxlanılması, həmin qərarın hazırkı iş üzrə və ya başqa bir iş üzrə olubolmamasının ayınlaşdırılması, eləcə də bu məsələlərlə bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəlarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli qərarının və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarxili qərarının 16 və 17-ci bəndlərinin müddəalarının nəzərə alınması tövsiyyə olunur. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Məhkum ərizə verərək onun üzərində baxış və şəxsi axtarışın müdafiəçisinin iştirak ı olmadan keçirilməsini xahiş etmiş (bax: cild 1, i.v. 29), şəxsi axtarış da protokoldan göründüyü kimi müdafiəşinin iştirakı olmadan keçirilmişdir. Təkrar baxış zamanı işin bu halının da, yəni məhkumun hansı səbəbdən talehinin həll edildiyi bir istintaq hərəkəti aparılarkən müdafiəçisinin iştirakını istəməməsininin səbəblərini, ümumiyyətlə, hazırkı istintaq hərəkəti aparılarkən mövcud olan, artıq işə qoşulmuş müdafiəçinin, bu məhkum üçün olduqca əhəmiyyətli olan istintaq hərəkətində iştirak etməməsinin məhkumun müdafiə hüququnu pozub-pozmamasının, bütün istintaq dövründə məhkumun müdafiə hüququnun səmərəli təşkil edilib-edilməməsinin araşdırılması tövsiyyə olunur. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, Məhkum üzərinə baxış hal şahidlərinin iştirakı ilə keçirilmiş və narkotik vasit ə aşkar edilmişdir. Həmin hal şahidlərinin adı Şahid4 və Şahid5dur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 05 sentyabr 2023-cü il tarixli 22/2-127487 saylı məktubdan və məktuba əlavə edilmiş tələbnamələrdən müəyyən olunur ki, Şahid4 məhkum olunmamış, lakin iş üzrə iştirak etmiş digər hal şahidi Şahid5 Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə 5 dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hal-hazırda Xətai Rayon Polis İdarəsi və Nizami Rayon Polis X1 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.1-ci maddələri ilə istintaq araşdırılması gedir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli 3-6-7\2469 nömrəli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsininin elektron qeydiyyat siste minə əsasən Şahid4 1(008)-304/2017 və 1(008)-219/2018 nömrəli cinayət işlərində hal şahidi qismində iştirak etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1 sentyabr 2023-cü il tarixli 333/2023 saylı məktubundan görünür ki, Şahid5 1(007)-73/2020 və 1(007)- 77/2020 saylı cinayət işlərində hal şahidi qismində iştirak etmişdir. Şahid5 hal şahidi kimi iştirak etdiyi 02 mart 2020-ci il tarixli 1(007)-73/2020 və 12 avqust 2020-ci il tarixli 1(007)-77/2020 hökmlərin kserosurətləri cinayət işinin materiallarına əlavə edilmişdir. CPM-in 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi maraqı olmayan şəxs hal şahidi ola bilər. Lakin dəfələrlə məhkum olunmuş, polisdə barəsində cinayət işinin istintaqı davam edən şəxsin, eləcə də hal şahidi qismində dəfələrlə iştirak edən şəxsin cinayət prosesində h ər hansı formada şəxsi marağının olmamasını demək çətindir. Bundan əlavə, məhkum istintaq zamanı vermiş olduğu izahat və ifadələrində İstaqram sosial şəbəkəsindən istifadə etdiyini və İran vətəndaşı ilə həmin sosial şəbəkə vasitəsilə yazışaraq narkotik vasitəni əldə etdiyini bildirmişdir. Məhkum məhkəmə iclaslarında, ümumiyyətlə, İstaqram sosial şəbəkəsindən istifadə etmədiyini, istifadə etdiyi telefonda da belə bir proqramın olmadığını bildirmişdir. Məhkuma məxsus mobil telefon istintaq orqanının sərəncamında olmasına baxmayaraq işin bu halı araşdırılmamışdır. Hazırki işə yenidən apellyasiya instansiyası məhkəməsində baxılarkən qərarın əsaslandırıcı hissəsində istinad edilən ziddiyyətli məqamlar ətraflı araşdırılması, şəxsin təqsirliliyi ilə bağlı məsələnin həllində mühüm əhəmiyyətə malik olan sübutlar qiymətləndirilərkən CPM-in 419.1.12-ic maddəsinin tələblərinə uyğun olaraq CPM-in 21, 25, 28, 33 və 145-ci maddələrinin tələblərinə ciddi əməl edilməsi tövsiyyə olunur. CPM-in 419.12-ci maddəsinə əsaəsn bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiy a instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası heüsab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməs inin 2023-cü il 11 oktyabr tarixli, 1(101)-1454/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 11 yanvar tarixli, 1(103)-160/2024 nömrəli qərarı kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar