Məhkəmə qərarları › İş №1(102)-1993/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1993/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1993/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və X4 ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli, 1(103)-110/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X11 (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Telman Hüseynovdan ibarət tərkibdə) 2023-cü il 18 sentyabr tarixli, 1(101)-889/2023 nömrəli hökmü ilə, xx xxxxxxx 1989-cu il tarixdə Cəbrayıl rayonunun Xudaverdili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Xudaverdili kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, MK 23, Qaçaq Nəbi küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 12.1, 218.2 və 283 -1.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib ona CM-nin 12.1, 218.2-ci maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 283-1.3-cü maddəsi ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti, digər müdafiəçisi Müdafiəçi4 isə apellyasiya şikayətinə əlavə vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X7 (sədrlik edən və məruzəçi), Cavid Hüseyn və Habil Məmmədovdan iba rət tərkibdə) 2024-cü il 14 fevral tarixli, 1(103)-110/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli hökmü ilə Məhkum CM-in 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə təyin olunmuş, CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaq yolu ilə qəti olaraq müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası azaldılaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası həddində müəyyən edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarında n kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə, o cümlədən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan silahlı sabit qrupda iştirak etmiş və həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, B.X14 Respublikasının ərazisində silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə 16 dekabr 2013-cü il tarixdə X12 Limanından təyyarə ilə ilk əvvəl Türkiyə Respublikasına, oradan isə şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin köməkliyi ilə qanunsuz yolla Suriya Ərəb Respublikasının Rifil-Mühəndis şəhərinə gedərək, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün və həmin dövlətin ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış "Cundul Şam” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş və 2014-cü ilin may-iyun aylarınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə hərbi təlimlərdə iştirak etmiş və həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN VƏ MÜDAFİƏÇİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Apellyasiya instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında təqiq olunmuş süb utlarla əsaslandırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Məhkum özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, qruplaşmaya getdiyi vaxt həmin qruplaşmanın “İŞİD” terror qruplaşmasına aid olduğunu bilməmişdir. Elan edilmiş ittihamda “İŞİD” qruplaşmasının adının qeyd olunmasından razı deyil, çünki Rifil-Mühəndis şəhəri ilə yaşadığı yer arasında kilometrlərlə fərq olmuşdur. Onun “İŞİD” terror qruplaşması ilə heç bir əlaqəsi olmamışdır. Baş vermiş hadisə ilə bağlı bildirmişdir ki, tanışı Elxan adlı şəxs “Skype” tətbiqi vasitəsilə onunla əlaqə saxlayıb Suriya Ərəb Respublikasında müsəlmanlara əziyyət verildiyini, vəziyyətin fərqli olduğunu, hər şeyin yaxşı olacağını, dini yaşaya biləcəklərini, heç kimin onlara toxunmayacağ ını, orada insanların zülmə məruz qaldığına görə kömək üçün gəlmələrinin vacib olduğunu dediyindən, o, təxminən 2013-cü ilin dekabr ayında ailə üzvləri ilə birgə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə Qaziantep şəhərinə getmişdir. Həsən adlı şəxsin pul müqabilində etdiyi köməklik nəticəsində sərhədi keçib Suriya Ərəb Respublikasına çatmış, həmin ərəfədə “İŞİD”-lə olduqları ərazidəki qruplaşmalar arasında baş vermiş münaqişə nəticəsində “İŞİD” qruplaşması ərazidən qovulmuşdur. O, vəziyyətin danışıldığı kimi olmadığını, hər kəsin bir-biri ilə müharibə etdiyini görmüşdür, “İŞİD” həmin ərazidən getdikdən sonra o və ailə üzvləri, yəni həyat yoldaşı, qaynı və qayınanası orada qalmış, qış vaxtı olduğundan heç bir təlimdə, döyüşdə iştirak etməmiş, silahla davranış qaydaları ona öy rədilməmişdir. Orada olduğu müddətdə Elxan adlı şəxs “Cundul Şam” qruplaşmasını onunla tanış etmiş, həmin qruplaşmanın üzvlərindən Vasif və Azər adlı şəxsləri tanımışdır. “Cundul Şam” qruplaşmasının rəhbəri Aqil Hacıyevlə həmin yerə getdikdən 2-3 gün sonra görüşmüşdür. Hazırda onun harada olmasından xəbərsizdir. Həmin ərazi təhlükəli olduğuna, insanların bir-birini öldürdüyünə görə ona “Uzi” markalı silah təhkim edilsə də, heç bir döyüş və ya təlimdə iştirak etməmişdir. Hər hansı qruplaşmaya qoşulub döyüşmədiyinə görə ona irad tutularaq çıxıb getmələri bildirilmiş, 2-3 ay sonra, yəni təxminən 2014-cü ilin mart ayında o, arvadı və qayınanası ilə birgə Türkiyə Respublikasına qayıtmış, qaynı isə astma xəstəliyindən vəfat etmişdir. 2018-ci ildə Türkiyə Respublikasında silahlı birləşmələrə qoşu lmaqla bağlı həbs edilib 2 il 7 ay müddətində Maltəpə həbsxanasında cəza çəkdikdən sonra azadlığa buraxılmış və barəsində olan işə xitam verilmiş, xarici ölkədə yaşaya bilmədiyi üçün öz razılığı ilə ölkəyə qayıtmışdır. Əməlindən peşmandır. Ona qarşı ibtidai istintaq vaxtı hər hansı fiziki və ya psixi təzyiq və ya təsir olmamışdır. İfadəsində göstərilənlərin bir qismi ilə, yəni Suriya Ərəb Respublikasından qayıtma vaxtı və təlimlərdən iştirakla bağlı qeyd edilənlərlə razı deyildir. Bakı Ağır Cinayətlər Məhkəməsində X6 Cinayət Məcəlləsinin 218-1.3-cü maddəsi ilə olan cinayət işinə baxılmış və həmin Məhkəmənin 18 sentyabr 2023-cü il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X6 barəsində olan cinayət işinə mahiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsin in eyni hakimi Fərid Namazov, eyni gündə 18 sentyabr 2023-cü il tarixdə hökm çıxarmışdır. Hökmün giriş hissəsində qeyd olunmuşdur ki, X9 qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə, o cümlədən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış cinayətkar birliyin (təşkilatın) tabeçiliyində olan silahlı sabit qrupda iştirak etmiş və həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, o, 2020-cilin ortalarında Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedərək orada dini düşmənç ilik, dini radikalizm və dini fanatizm yaradılaraq fəaliyyət göstərən “Taifatul Mansura” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş, təxminən 2020-ci lin ortalarından 2021-ci ilin sonlarmadək həmin qruplaşmanın üzvləri ilə birlikdə qəsdən dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmiş və həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əməllərə görə xarici dövlətdə məhkum olunmamışdır. Göründüyü kimi, analoji cinayət işinə eyni instansiya məhkəməsi və eyni hakim tərəfindən baxılmış, lakin çıxarılan ittiham hökmləri arasında kəskin ziddiyyət vardır. Bu paradoksal vəziyyət ondan ibarətdir ki, B.X14 Respublikasında şahid ifadələrinə əsasən cəmi 3-4 ay yaşamışdır, lakin X9 qeyd olunan ölkədə 1 ildən artıq yaşamış və qanunsuz silahlı birləşmənin tərkibində fəaliyyət göstərmişdir. Buna baxmayaraq, X9 CM-nin 2831.3-cü maddəsi ilə təqsirləndirlmiş və 7 il müddətə azadlıqdan məhrum edilmiş, lakin Məhkum CM-nin 12.1, 218.2, 283-1.3-cü maddələri ilə təqsirli bilinmiş və 10 il müddətə azadlıqdan məhrum edilmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin sözügedən hökmünü Məhkum təyin edilmiş cəzaya aid hissədə dəyişdirib 09 ilə endirsə də, hələ də qeyd etdiyim taktiki hala istinadən bildirir ki, kəskin ziddiyətlər qalmaqda davam edir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin 1(101)-889/2023 saylı, xx.xx.20 23cü il tarixli hökmü, eləcə də apellyasiya İnstansiya məhkəməsinin 1 (103)-110/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı tamamilə qanunsuz və əsassız olmaqla CM-nin 6-cı maddəsində nəzərdə tutulan qanun qarşısında bərabərlik və 8-ci maddədə qeyd edilən ədalətlilik prinsiplərinin kobud surətdə pozulması ilə çıxarılmışdır. Xüsusi olaraq qeyd olunmalıdır ki, hər iki ittihamın mahiyyəti ondan ibarətdir ki, məhkum Suriya Respublikasında qanunsuz silahlı birləşmənin tərkibində iştirak etmişlər. Lakin xüsusi yanaşmanın mənası başa düşülən deyil və hesab edirəm ki, bu qərəzdən başqa bir şey deyil. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət vermədən, qeyd etmişdir ki, “lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmama sı və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Məhkum barəsində bəraət hökmünün çıxarılmasını istisna edir.” Şikayətin dəlillərinə formal mülahizə adı qoyaraq araşdırmadan imtina olunması başa düşülən deyil. İttiham hökmünün ləğv olunması üçün qeyd olunan dəlillər formal mülahizə deyil, hökmün ləğvi üçün kifayətedici səbəblərdir. Müdafiəçi bildirmişdir ki, apellyasiya şikayətində göstərdiyi dəlillərə kifayət qədər ətraflı hüquqi qiymət verilmədiyinə görə, həmin dəlillər kassasiya şikayətinin dəlilləri kimi qəbul edilib araşdırılmalı və hüquqi qiymət verilməlidir. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-110/2024 saylı qərarının ləğv edilməsini və cinayət işi üzrə icr aata bəraətverici əsasla yəni əməldə cinayət tərkibinin olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında məhkumun müdafiəçisi Müdafiəçi4 çıxış edərək kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkum barəsində bəraət hökmünün çıxarılmalı olmasını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əl aqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məh kəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edil məlidir. Kassasiya şikayətinin dəlillərindən görünür ki, müdafiəçi kassasiya şikayətində məhkuma bəraət verilməli olmasını iddia etmişdir. Kassasiya şikayətinin dəlilləri baxımından məhkəmə kollegiyası aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in iki maddəsi ilə yəni 12.1, 218.2 və 283-1.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir. CM-in 218.2-ci maddəsi cinayətkar birlikdə (təşkilatda) iştirak etməni, CM-in 283-1.3cü maddəsi isə Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarınd an kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçirmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də bu cür qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etməni kriminal əməl kimi xarakterizə etmişdir. Hər iki maddənin dispozisiyalarına nəzər saldıqda aydın olur ki, CM-in 283-1.3-cü maddəsi CM-in 218.2-ci maddəsinə münasibətdə xüsusi normadır, yəni məhkumun bir əməli iki maddə ilə tövsif edilmişdir. CM-in 17.4-cü maddəsinə əsasən CM-in Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Məhkum qarşı irəli sürülmüş ittihamdan da görünür ki, o, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün və Suriya Ərəb Respublikasının ərazisində ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə yaradılmış "Cundul Şam” adlı qanunsuz silahlı sabit qrupa qoşulmuş və 2014-cü ilin may-iyun aylarınadək həmin qruplaşmanın digər üzvləri ilə birlikdə hərbi təlimlərdə iştirak etmişdir. Göründüyü kimi, Məhkum cinayət əməli xüsusi norma olan 283-1.3-cü maddəsi ilə tam əhatə olunur və ona CM-in 218.2-ci maddəsi ilə ittiham CM-in 17.4-cü maddəsinin tələblərinə zidd olaraq verilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 38-ci bəndinin son abzasında göstərilmişdir ki, irəli sürülmüş ittihamda təqsir ləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, CM-in 17.4-cü maddəsinin və CPM-in 318.1-ci maddəsinin müddəlarına əsasən Məhkum qarşı irəli sürülmüş ittihamdan ona CM-in 12.1, 218.2-ci maddəsi ilə irəli sürülmüş ittiham, onun həmin maddə ilə təqsirli bilinib məhkum edilməsinə və ona cəza təyin edilməsinə dair müddəlar, eləcə də CM-in 66.3-cü maddəsinin tətbiqinə dair müddəlar Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2023cü il tarixli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 fev ral 2024-cü il tarixli qərarından çıxarılmalıdır. Məhkum CM-in 283-1.3-cü maddəsi ilə bəraət verilməsi iddiası ilə bağlı müdafiə tərəfinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Məhkum CM-in 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Həmin sübutlar istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilmiş, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilmiş və nəticədə əsaslandırımış məhkəmə aktları qəbul edilmişdir. Məhkəmə kollegiyası həmin sübutları yenidən sadalamadan, sübutların qiymətləndirilməsi ilə bağlı məhkəmələrin mövqeyi ilə razılaşır. Eyni zama nda, cinayət işinin materiallarından görünür ki, B.X2 cinayət məsuliyyətinə cəlb edilmiş, uzun müddət həsbdə saxlandıqdan sonra ona bəraət verilmişdir. Hazırki faktla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, B.X3 həmin dövlətə qarşı terror törədilməsi şübhəsi və ittihamı ilə cinayət məsuliyyətinə cəlb edilmiş və araşdırma nəticəsində onun təqsirli olması sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. B.X5 ərazisində irəli sürülmüş ittihamla Azərbaycan Respublikası ərazisində irəli sürülmüş ittiham bir-birindən tamamilə fərqləndiyindən, eləcə də Məhkum hazırki cinayət əməlinə görə Suriya Ərəb Respublikasının ərazisində cinayət məsuliyyətinə cəlb edilmədiyindən və cəzalandırılmadığından, eləcə də həmin dövlətin ərazində törədilmiş cinayət əməllərinə münasibətdə bəraət al madığından CM-in 12.1-ci maddəsinin tələbləri baxımından onun Azərbaycan Respublikasının CM-in 283-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməısi və cəzalandırılması qanuni və əsaslıdır. Məhkəmə kollegiyası Məhkum CM-in 283-1.3-cü maddəsi ilə təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, həmin maddənin sankiyasında yeddi ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Digər yüngül alternativ cəza nəzərdə tutulmamışdır. Məhkum də məhkəmə hökmü ilə 7 il müddətinə, yəni sanksiyanın ən aşağı həddində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza məhkum tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəlilk dərəcəsinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğun olmaqla, qanuni və ədalətlidir. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, məhkumun təqsirli bilindiyi CM-in 283-1.3-cü maddəsinə CM-in 62-ci maddəsinin, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli, 1(101)-889/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2 və 283-1.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli, 1(103)-110/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 18 sentyabr tarixli, 1(101)-889/2023 nömrəli hökmündən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli, 1(103)-110/2024 nömrəli qərarından Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 218.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə və ona cəza təyin edilməsinə və Azərbaycan Res publikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tətbiqinə dair müddəlar xaric edilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzanın çəkilməsi davam etdirilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 14 fevral tarixli, 1(103)-110/2024 nömrəli qərarı müdafiəçinin kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar