Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1993/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6 və 150.1-ci maddələri ilə məhkum olunması na dair cinayət işi üzrə buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 30 aprel tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər: C.C.Nəbiyev (sədrlik edin), E.İ.Əliyev, M.Ə.Abdullayevdən ibarət tərkibdə) 2017-ci il 30 avqust tarixli 1(089)-334/2017 saylı hökmü ilə, 1 yanvar 1983-cü ildə Yardımlı rayonunun Talavar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, X10 Stansiyasında elektrik montyoru işləmiş, əvvəllər məhkum olunmamış, Yardımlı rayonunun Telavar kəndində qeydiyyatda olmaqla orada yaşam ış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6 və 150.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək, CM-in 120.2.6-cı maddəsi ilə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 150.1-ci maddəsi ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə ona qəti olaraq 18 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanın əvvəlinin xx.xx.2017-ci il tarixdən hesablanması, cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Məhkəmənin qeyd olunan hökmündən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçisi X6 və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi X5 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (Hakimlər Ə.Ə.Novruzov (sədrlik edən), E.Ə.Camalov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibində) 2025-ci il 30 aprel tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum xx.xx.2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 8 noyabr 2017-ci il tarixli qərarından kassasiya şikayəti vermiş, eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qarşısında vəsatət qaldıraraq ona münasibətdə kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının (X1 (sədrlik edən), X11 və X4 ibarət tərkibdə) 2025-ci il 30 aprel tarixli qərarı ilə vəsatət təmin edilməmiş, Məhkum Şirvan Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 08 noyabr 2017-ci il tarixli 1(106)634/2017 saylı qərarından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından ona münasibətdə imtina edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-634/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı hələ də rəsmi qaydada Məhkum verilməmişdir. Məlum olduğu kimi Məhkum azadlıqdan məhrum etmə növündə cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi nin 1 saylı X13 çəkən məhkumdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsi 30 avqust 2017-ci il tarixli hökmünü dəyişdirilmədən saxlayan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-634/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarı hələ də ona verilməmişdir. O, hələ də bilmir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi 30 avqust 2017-ci il tarixli hökmü hansı əsaslar ilə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Əslində bunu bilməsi də mümkün deyil, belə ki, onun səhhəti cinayəti törətmədən əvvəl pozulmuş, əslində o, cinayəti törətdiyi anda faktiki olaraq anlaqlı olmamış və hələ də anlaqlı olmadığı təqdim edilən tibbi sənədlərlə təsdiq olunur. Göründüyü kimi, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)634/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017- ci il tarixli qərarı hələ də rəsmi qaydada Məhkum verilmədiyi üçün müdafiəçi hesab edir ki, o, kassasiya şikayətinin verməsi ilə bağlı CPM-də nəzərdə tutulan müddəti ötürməmişdir. Bu durum həm də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, 61-ci maddələrinin və digər qanunvericilik aktlarının da pozulmasıdır. Məhkum uzun müddətdir ki, hələ də davam edən fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduğu üçün obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına sahib olmamışdır. Belə ki, Məhkum bu işdə göstərilən adam öldürmə cinayətini törətmədən əvvəl yəni, 2015-ci ildə fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulub və onda həmin xəstəlik hələ də davam edir. Belə ki, işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli tibbi arayışdan məlum olur ki, həmin tarixdə Məhkum müayinə olunmuş və ona Üzvi mənşəli şəxsiyyət pozuntusu (epilepsiya) diaqnozu qoyulmuşdur. Həmin Epilepsiya xəstəliyi beyindəki neyronların anidən və nəzarətsiz şəkildə boşalmasına deyilir. Bunun nəticəsində xəstədə qeyri-iradi qıcolmalar, duyğu dəyişiklikləri və şüurda dəyişikliklərə rast gəlinir. Başqa bir ifadə ilə Məhkum psixi pozuntu və psixiki göstəricilərdən biri olan qeyriadekvat haldadır. O, hal-hazırda ağır vəziyyətdə psixik travma halında 1 saylı X13 cəzasını çəkməkdədir, uzun müddətdir ağır xəstədir, bu səbəblə də heç kimlə demək olar ki ünsiyyət qurmur, normal yaşam funksiyalarını yerinə yetirə bilmir, yəni uzun müddətli fiziki və psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduğu üçün obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanı olmam ışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-634/2017 saylı iş üzrə qəbul etdiyi xx.xx.2017-ci il tarixli qərarından kasasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin ötürülməsinin üzrlü sayılmasını və həmin müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Müdafiəçi kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.6 və 150.1-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 30 aprel tarixli qərarının dəyişdiril mədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittiha mçısının çıxışını dinləyib, müddətin bərpası ilə bağlı məsələyə baxmış apellyasiya instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq belə hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə prosessual müddətlər elə vaxt dövrüdür ki, həmin müddətdə cinayət prosesinin iştirakçıları prosessual hüquq və vəzifələri icra etməli, prosessual qərarları qəbul etməli, prosessual hərəkətləri həyata keçirməli və ya həmin hərəkətləri etməkdən çəkinməlidirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından—onların çıxarıldığı, bu Məcəllənin 410.11-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 12 (on iki) ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 410.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin verilməsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətin dəlillərini araşdırıb, hesab edir ki, Məhkum kassasiya şikayət i verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair vəsatətinin təmin edilməsi üçün hüquqi və faktiki əsaslar mövcud olmadığından, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq vəsatətin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 411.1-ci maddəsinə əsasən kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün müddət üzrlü səbəbdən buraxıldıqda, bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxslər apelyasiya instansiyası məhkəməsi qarşısında kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 411.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestin in verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti aşağıdakı hallarda təmin etmək hüququna malikdir: -411.2.1. bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanıolmadıqda; -411.2.2. bu Məcəllənin 409-cu maddəsində göstərilən şəxsi vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə. İş materiallarında kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü sayılaraq bərpa olunması üçün yuxarıda qeyd edilən hallardan hər hansı biri müəyyən edilməmişdir. Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.1, 28.2 və 28.6-cı maddələrinə görə məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrıayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir. Həmin Məcəllənin 202.1-202.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatı zamanı bu Məcəllə ilə müəyyən olunmuş müddətlər saatlar, günlər, aylar və illərlə hesablan ır. Cinayət mühakimə icraatı zamanı müddətlər hesablanarkən müddətin başlandığı saat və gün hesaba alınmır. Cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 409.1.1-ci maddəsinə əsasən məhkum edilmiş, bəraət almış təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsinin kassasiya şikayəti vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası müddətin bərpa edilməsi barədə məhkumun vəsatətini təmin etməyən apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, kassasiya şikayəti vermə müddətinin üzrlü hesab edilərək təmin edilməsi üçün heç bir hüquqi və faktiki əsas mövcud deyil. Cinayət işinin materiallarından görünür ki, məhkum məhkəmə qərarının surətini xx.xx.2017-ci il tarixdə almışdır və həmin tarixdən 7 il 4 aydan artıq müddət keçmişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini vurğulamışdır. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, məhkum cəzaçəkmə müəssisəsində də müalicə oluna bilər və ya həmin xəstəliklə bağlı müvafiq məhkəmə tibb ekspertizasının rəyi əsasında cəza çəkməkdən azad olunmaq hüquq və imkanına da malikdir. Məhkəmə kollegiyası həmçinin müddətlərin t ətbiqi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət edilməsi hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra məqsədləri var. Bunlardan əsası - işlərə ağlabatan müddətdə baxılmasını təmin etməklə, hüquqi müəyyənliyi qoruyub saxlamaq və məhkəmə çəkişmələri tərəflərinin uzun müddət qeyri-müəyyənlik vəziyyətində qalmasının qarşısını almaqdır. Bu qayda, eyni zamanda, perspektiv şikayətçiyə məhkəməyə müraciət edib etməmək barədə düşünmək, şikayət etməyə qərar verdiyi halda isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar vermək üçün vaxt verir. Müddət məhdudiyyətinin müəyyən edilməsi eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən ed ilməsi imkanlarını genişləndirir, çünki zaman keçdikcə, qaldırılan məsələlərə ədalətli şəkildə baxılması problemli hala çevrilir. Belə qayda məhkəmələr tərəfindən həyata keçirilən nəzarətin müəyyən vaxtla məhdud olduğunu nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət mümkün olmayacağını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olduğu, İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasına üzv dövlətlərinin qəbul edilmiş məhkəmə qərarlarının davamlı olaraq şübhə altına alınmasının qarşısını almaq arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə tərəf lərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsaslarını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (bax, X14rşı [BP], no. 27396/06, §§ 39-42, 29 iyul 2012) Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti vermə müddəti üzrsüz səbəbdən buraxmaqla verildiyindən və iş materialları ilə müddətin üzrlü səbəbdən buraxılması və kassasiya şikayətinin vaxtında verilməsinə maneə olan bir hal olmadığından kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası barədə vəsatətin dəlilləri əsassızdır və ona görə də həmin vəsatətin rədd edilməsinə dair apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə əsaslıdır. Qeyd olunanlara əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 30 aprel tarixli qərarı, məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1993/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1993/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver