Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1995/2023 26.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəs i Nümayəndə iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli, 1(106)-170/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı X11 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx 1964-cü ildə Cəlilabad rayonu Andreyevka (hazırda – Qarazəncir) kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Qarazəncir kəndində qeydiyyatda olmaqla yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 13 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 Saylı Ərazi Vergilər İdarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınan, hüquqi ünvanı ünvan 1n təsisçisi olmaqla həmin tarixdən Cəmiyyətin direktorunun səlahiyyətlərini icra edərək qeyd edilən tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 6 Saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş Cəmiyyətin Nizamnaməsinə əsasən, cəmiyyətin cari fəaliyyətinə rəhbərlik etmək, onun operativ idarə olunmasını həyata keçirmək, vəkalətnamə olmadan cəmiyyətin adından öz səlahiyyətləri daxilində çıxış etmək, onu bütün dövlət hakimiyyəti və y erli özünüidarə orqanları, kommersiya və qeyri-kommersiya təşkilatları qarşısında, o cümlədən, məhkəmələrdə iddiaçı və cavabdeh qismində təmsil etmək, ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasını təmin etmək, öz səlahiyyətləri daxilində cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək (o cümlədən başqasına etibar etmək hüququ ilə), müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək, cəmiyyətin əməkdaşlarının əmək funksiyasının dairəsini müəyyən etmək, onlarla əmək müqaviləsi bağlamaq, şərtlərini dəyişdirmək və qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, cəmiyyətin əməkdaşları barəsində həvəsləndi rmə və intizam tənbehi tədbirləri görmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı sürətdə əmrlə rəsmiləşdirmək və digər təşkilatisərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqınd a Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin yanvar ayında özünə istintaq a məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə müraciət etmiş Şahid5 guya 30 yanvar 2020-ci il tarixdə "xxxx" MMC-də operator vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus ***-***-**-** seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 30 yanvar 2020-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mər kəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X12 və Təyinat Altsistemində (VEMTAS) 06 aprel 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid5 01 aprel 2020-ci il tarixdən hesablanan ayda 276,55 manat olmaqla, 10 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 yanvar 2021-ci il tarixədək olan müddətdə cəmi 2.765,5 (iki min yeddi yüz altmış beş manat əlli qəpik) manat məbləğində ünvanlı sosial yardımın Şahid5 adına "xxxx" ASC-də olan 416974******4165 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, ünvanlı dövlət sosial yardım almasına şərait yaratma qla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir.
3. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üst ünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin fevral ayında özünə istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə müraciət etmiş Şahid6 guya 06 fevral 2020-ci il tarixdə "xxxx" MMC-də operator vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus ***-***-**-** seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbayca n Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 06 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X12 və Təyinat Altsistemində (VEMTAS) 01 mart 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid6 01 mart 2020-ci il tarixdən hesablanan ayda 345,73 manat olmaqla, 21 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, hə min tarixdən 30 noyabr 2021-ci il tarixədək olan müddətdə cəmi 7.260,33 (yeddi min iki yüz altmış manat otuz üç qəpik) manat məbləğində ünvanlı sosial yardımın Şahid6 adına "xxxx" ASC-də olan 416974******2182 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbayc an Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
4. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yar dım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin fevral ayında özünə istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə müraciət etmiş Şahid7 Nürəddin oğlunun guya 07 fevral 2020-ci il tarixdə "xxxx" MMC-də operator vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus ***-***-**-** seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 7 fevral 2020-ci il tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X12 və Təyinat Altsistemində (VEMTAS) 11 fevral 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid7 Nürəddin oğlunun həyat yoldaşı X4 01 fevral 2020-ci il tarixdən hesablanan ayda 381,25 manat olmaqla, 22 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 30 noyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 8.387,5 (səkkiz min üç yüz səksən yeddi manat əlli qəpik) manat məbləğində ünvanlı sosial yardımın Günel Nəsirovanın adına "xxxx" ASC-də olan 416974******3859 nömrəli hes aba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya r esursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
5. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-c i bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin fevral ayında özünə müraciət etmiş Şahid3 guya 10 fevra l 2020-ci il tarixdə "xxxx" MMC-də xadimə kimi işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus ***-***-**-** seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə həmin tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X12 və Təyinat Altsistemində (VEMTAS) 12 fev ral 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid3 01 fevral 2020-ci il tarixdən hesablanan ayda 195 manat olmaqla, 22 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 30 noyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 4.290 (dörd min iki yüz doxsan) manat məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******6232 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, so sial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
6. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövl ət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci h issəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin fevral ayında özünə istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə müraciət etmiş X5 guya 27 fevral 2020-ci il tarixdə "xxxx" MMC-də foto-müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus ***-***-**-** seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya siste minə həmin tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X12 və Təyinat Altsistemində (VEMTAS) 21 mart 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X7 01 mart 2020-ci il tarixdən hesablanan ayda 301,16 manat olmaqla, 21 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 30 noyabr 2021-ci il tarixədək olan müddətdə ümumilikdə 6.324,36 (altı min üç yüz iyirmi dörd manat otuz altı qəpik ) manat məbləğində ünvanlı sosial yardımın Elçin Abbasovun adına "xxxx" ASC-də olan 416974******8169 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vu rmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
7. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlərə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün mürac iət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin mart ayında özünə istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə müraciət etmiş Şahid2 guya 14 mart 2020-ci il tarixdə "xxxx" MMC-də müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə özünə məxsus ***-***-**-** seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə həmin tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosi al Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X12 və Təyinat Altsistemində (VEMTAS) 01 aprel 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid2 həyat yoldaşı X6 01 aprel 2020-ci il tarixdən hesablanan ayda 271,39 manat olmaqla, 5 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 avqust 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.356,95 (bir min üç yüz əlli altı manat doxsan beş qəpik) manat məbləğində ünvanlı sosial yardımın Əfsanə Quliyevanın adına "xxxx" ASC-də olan 416974******1158 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarıl ıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
8. Bundan başqa, o, qeyd edilən təşkilati-sərəncamverici səlahiyyətlə rə malik vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4 və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların i xtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2020-ci ilin mart ayında özünə istintaqa məlum olmayan cinayətdən xəbərsiz şəxs vasitəsilə müraciət etmiş Şahid1 guya 21 mart 2020-ci il tarixdə "xxxx" MMC-də müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şə xsi niyyətlə özünə məxsus ***-***-**-** seriya nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə həmin tarixdə Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000300 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X12 və Təyinat Altsistemində (VEMTAS) 26 mart 2020-ci il tarixdə aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid1 1 mart 2020-ci il tarixdən hesablanan ayda 175,54 manat olmaqla, 6 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 avqust 2020-ci il tarixədək olan müddətdə ümumilikdə 1.053,24 (bir min əlli üç manat iyirmi dörd qəpik) manat məbləğində ünvanlı sosial yardımın Şahid1 adına "xxxx" ASC-də olan 416974******6248 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Cəlilabad rayonu ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olub, ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir.
9. Cəlilabad Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 1(073)-170/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim X9) Məhkum Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə həmin Məcəllənin 46.2.-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-komm ersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsi nəzərə alınmaqla cəza təyin edilməmiş, cəzasını əsas iş yeri üzrə çəkməsi, cəzasının əvvəlinin aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, ondan 31437 (otuz bir min dörd yüz otuz yeddi) manat 88 (səksən səkkiz) qəpik pulun alın ıb Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun hesabına və 184.31 (bir yüz səksən dörd manat otuz bir qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir.
10. Hökmdən birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmişdir.
11. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli, 1(106)-170/2023 nömrəli qərarı ilə (hakim Abdullayev İlkin Qismət oğlunun sədrliyi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə) apellyasiya protesti və apellyasiya şikayətinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1 və 313-cü ma ddələri ilə məhkum edilməsinə dair Cəlilabad Rayon Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli hökmünün Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmas qərara alınmışdır.
12. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli, 1(106)-170/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı X11 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
13. D övlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində bir sıra qanunvericilik aktlarına istinadlar edilərək göstərilmişdir ki, cinayət işi materiallarında Məhkum anadangəlmə ürək qüsuru, qulaqcıqlararası çəpərin deffekti, hipertoniya X İİ d miozit, ürək çatışmamazlığı İ f.s diaqnozu ilə dispanser qeydiyyatında və ambulator müalicə almasına dair arayış vardır. Məhkəmə həmin arayışa istinad edərək, Məhkum ürək xəstəliyindən əziyyət çəkməsini yüngülləşdirici hall hesab edib maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza islah işləri növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab etmişdir. Bundan əlavə, Məhkum həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, ziyanın onun tərəfindən vurulmadığını iddia edərək verilmiş mülki iddianı qəbul etməmişdir. Hesab edirik ki, həmin hal məhkəmə tərəfindən qanunun tələbinə əməl edilmədən cəzanı yüngülləşdirici hal kimi qiymətləndirilmişdir.
14. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində apellyasiya instansiya məhkəməsi tərəfindən məhkuma təyin edilmiş cəza hissəsində düzgün araşdırma aparılmamasını qeyd edərək, protestdə göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM) 416.1.21 maddəsində nəzərdə tutulmuş halı yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
15. Kassas iya protestinə qarşı etiraz verilməmişdir.
16. Qərardan kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları
17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə protestinin həlli məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. İV. Hüquqi məsələlər
19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-ni n 419-cu maddəsi müəyyən edir.
20. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
21. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müə yyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
22. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
23. Dövlət ittihamçısı kassasiya protestində məhkəmə tərəfindən məhkum edilmiş şəxs Məhkum təyin edilmiş cəzanın açıq-aydın yüngül cəza olduğunu iddia edərək, mübahisələndirilən q ərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.
24. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
25. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli tör ədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (bax, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23 iyul 2004-cü il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarını n şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarları).
26. Azərbaycan Respublikası CM-in 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsi yyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
27. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.
28. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində təsbit olunmuşdur. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nə zərə alına bilməz.
29. Azərbaycan Respublikası CPM-in 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.
30. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.
31. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.
32. Dövlət ittihamçısının istinad etd iyi Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də a ncaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.
33. Kassasiya protestində irəli sürülmüş dəlillər nəzərdən keçirildikdə müəyyən olunur ki, bu dəlillər Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.
34. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıq dan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.
35. Həmçinin cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 313-cü maddəsi üzrə cinayət məsuliyyətinə cəl etmə müddəti keçdiyindən barəsində cəza təyin edilməmişdir.
36. Məhkum Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası təyin edilmişdir.
37. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum ürək xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmış, eyni zamanda onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir.
38. Kassasiya protestinin dəlilləri qismində istinad edilən məhkuma təyin edilən cəza növünün onun şəxsiyyətinə və törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyinə uyğun olmamasına münasibətdə kollegiya qeyd edir ki, eyni dəlillər ilə apellyasiya protestində də çıxış edilmiş və sözügedən hal apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, Məhkum barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməklə islah işləri cəzasına məhkum edilməsini əsaslı hesab etmişdir. Eyni zamanda, məhkuma əsas cəza olaraq təyin edilmiş islah işləri cəzasının dəyişdirilərək, azadlıqdan məhrumetmə cəza növü ilə əvəz edilməsinə dair apellyas iya protestinin dəlilləri ilə haqlı olaraq razılaşmamışdır. Hazırki halda isə apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilərək eyni əsaslarla yenidən yeni baxışa qaytarılması üçün əlavə əsaslar müəyyən edilmir.
39. Belə ki, əmələ görə təyin edilmiş aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzası və barəsində AR CM-nin 46.2ci maddəsi tətbiq olunmaqla ona 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyrikommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzasının təyin edilməsi istər əməlin, istərsə də məhkumun şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmuş, ədalətli və əsaslı hesab edilməlidir.
40. Bu səbə bdən kassasiya protestinin dəlilləri qismində sadalanan hallar qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün kifayət qədər əsas hesab edilməli deyil.
41. Qeyd olunan hallar baxımından Məhkum birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş əsas və əlavə cəzalar bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlı şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Azərbaycan Respublikası CMin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, yüngül cəza kimi qiymətləndirilə bilməz. 4
2. Bütün bunlar kassasiya protestinə baxılması nəticəsində Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halların müəyyən edilmədiyini, yəni həmin müraciətin təmin edilməsi, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
43. Beləliklə, məhkəmə kollegiyası iclasda iştirak etmiş dövlət ittihamçısının, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 fevral 2023-cü il tarixli, 1(106)-170/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiya sı QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 fevral 2023-cü il tarixli, 1(106)-170/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş dövlət ittihamçısı X11 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.