Məhkəmə qərarları › İş №1(102)-1995/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1995/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1995/2024 29.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi Nümayəndə, Məhkum və onun müdafiəçisi Hü seynov Əli Meybulla oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Ə.M.Hüseynov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Azad Əli Ağa oğlu və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə) Məhkum, 27 sentyabr 1967-ci il tarixdə Cəlilabad rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respubli kasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun Təzəkənd kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış, CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 (beş) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 23 sentyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “KAMAZ 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bak ı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində, Zabrat-Maştağa yolu ilə hərəkətdə olarkən, Gömrük Akademiyasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol hərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilib-dağılması, kəllə tağı və üz skel et sümüklərinin çoxsaylı açıq və qapalı çoxqəlpəli sınıqları, boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları, sağ ll-lll- İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və hər iki bud sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması), peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, bədən səthinin çoxsaylı qançır və sıyrıqları kimi, Zərərçəkmiş şəxs1 isə baş-beyin maddəsinin əzilib-dağılması (evakuasiyası), kəllə tağı və üz skelet sümüklərinin çoxsaylı açıq, çoxqəlpəli sınıqları, boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları, hər iki körpücük və döş sümüklərinin, sağ ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İXX, sol ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və sol bud sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərin, qaraciyərin və dalağın əzilmişcırılmış yaraları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması), peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, bədən səthinin çoxsaylı qançır və sıyrıqları kimi dərəcələrinə görə hər ikisində ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, Zərərçəkmiş şəxs2 kəllə tağı sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli açıq və qapalı sınıqları ilə əlaqədar baş-beyin maddəsin in əzilib-dağılması, Zərərçəkmiş şəxs1 isə başbeyin maddəsinin əzilib-dağılması (evakuasiyası), kəllə və üz skeleti sümüklərinin sınıqları ilə müşayiət olunan başın küt travması onların, yəni hər iki şəxsin ölümünə səbəb olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 4 mart 2024-cü il tarixli hökmündən Məhkum müdafiəçisi Ə.M.Hüseynov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Bəhrəmzadə Sabit Xanlar oğlu və Məmmədov Murad Akif oğlundan ibarət tərkibdə) 1 may 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024 -cü il tarixli qərarından Məhkum müdafiəçisi Ə.M.Hüseynov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunması haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 60, 63 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) və CM-in bir sıra normalarına, “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli Sərəncamına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Azərbaycan R espublikası Konstitusiya Məhkəməsi Plenumunun bəzi Qərarlarına, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarına, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən kompleks məhkəmə-video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinə, bu ekspertizanın keçirilməsi haqqında birinci instansiya məhkəməsinin məhkəmə iclasında qaldırdığı vəsatətə, həmin vəsatətində ekspertlər qarşısında qoyulmuş suallara, özünün apardığı hesablamalara istinad edən və işin faktiki hallarını mübahisələnd irən müdafiəçi Ə.M.Hüseynov həmin şikayətini onunla əsaslandırmışdır ki, hələ ibtidai araşdırma zamanı müstəntiq hadisə yerinin müayinəsini tam və hərtərəfli aparmamış, piyadaların sürətlərini, onların yolun hərəkət hissəsində qət etdikləri məsafəni, vurulma yerini və hadisənin digər həqiqi hallarını düzgün müəyyən etməmiş, məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının təyin edilməsi haqqında qərarında isə ekspertlərə həqiqətə uyğun olmayan məlumatlar təqdim etmiş və buna görə ekspertlər düzgün nəticəyə gəlməyərək Məhkum yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olması barədə rəy vermişlər. Halbuki, işin həqiqi halları ondan ibarətdir ki, piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hərəkət yolunu sağdan sola keçərkən Məhkum üçün təhlükə onun idarə etdiyi avtomaşınla piyadalar arasında çox az məsafə qaldığı andan yaranmış və həmin vaxt sürücü yüklə dolu “Kamaz” markalı avtomaşını saxlamaqdan ötrü tədbirlər görsə də, bunu edə bilməmiş, nəticədə də həmin avtomaşınla piyadaların vurulması baş vermişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəməyə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən CD diskə yazılmış videogörüntülər təqdim olunduqdan sonra müdafiə tərəfinin vəsatətinə əsasən kompleks məhkəmə-video-texniki və əlavə yolnəqliyyat hadisələri ekspertizası keçirilsə də, həmin ekspertiza üzrə rəy vermiş ekspertlər də düzgün hesablamalar aparmamış, öz rəylərində bir çox məqamlara diqqət yetirməmiş, hadisənin həqiqi hallarını nəzərə almamış və yekun olaraq yenə də Məhkum “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozması və hadisənin qarşısını almaqdan ötrü texniki imkanının olması barədə natamam rəy vermişlər. Buna görə apellyasiya şikayətinə məhkəmə baxışı iclasında müdafiə tərəfi həmin rəyi vermiş ekspertlərin dindirilmələri barədə vəsatət qaldırmış, lakin bu vəsatət apellyasiya instansiyası məhkəməsi tərəfindən əsassız olaraq təmin olunmamış, bununla da məhkəmə iş üçün əhəmiyyətli sübutun tədqiqindən imtina etmişdir. Bununla yanaşı, məhkəmələr araşdırılmış sübutlara da qanuna müvafiq qaydada qiymət verməmiş, nəticədə isə Məhkum qanunsuz və əsassız olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinərək məhkum olunmuşdur. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi Ə.M.Hüseynov onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasın ın keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, zərərçəkmiş şəxsin hüquqi varisi X9 naməlum səbəblərdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası bununla bağlı proses iştirakçılarının rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə zərərçəkmiş şəxsin hüquqi varisi Ş.S.Əzizovun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi Ə.M.Hüseynovun həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işə baxmış məhkəmələr tərəfindən iş üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən imtina olunaraq Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasına dair yekun məhkəmə aktlarının əsasına qoyulmuş sübutlara düzgün qiymət verilməmiş, onun barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmış, apellyasiya instansiyası məhkəməsi də əsassız olaraq bu hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Beləliklə, müdafiəçi Ə.M.Hüseynov kassasiya şikayətində ətraflı təsvir etdiyi dəlillər üzərində quru lmuş kassasiya tələbini CPM-in 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.1, 416.1.2 və 416.1.11-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. Odur ki, məhkə mə kollegiyası müdafiəçi Ə.M.Hüseynovun kassasiya şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət fak tının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməs ində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi, araşdırılmış sübutlara əsasən işin faktiki hallarının müəyyən edilməsi birinci və apellyasiya instansiya məhkəməsini n səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqları nın və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərərçəkmiş şəxslərin isə hüq uqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, həmçinin cinayət xarakterli əməl törətmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilmələrini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsir siz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsip inə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Ə sas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli su byektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Cinayət mühakimə icraatının eyni prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (ş übhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü madd ələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllə nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə t utulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əl də edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş c əzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünl üyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökm ü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3. 2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliy inə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddə lərinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kim i baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cina yət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, həm ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, həm də işə birinci instansiyası məhkəməsi tərəfindən baxılarkən əldə edilmiş sübutlar həmin məhkəmənin məhkəmə iclasında məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış, bu sübutlar hökmün təsviriəsaslandırı cı hissəsində ətraflı təsvir edilməklə onlara CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmiş və bu qiymətləndirmənin nəticəsi olaraq məhkəmə Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi barədə qənaətə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması, onun əməlinin hüquqi tövsifi, barəsində cəza tədbirinin seçilməsi və digər məsələlər üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və kassasiya şikayətində göstərilənlərin əksinə olaraq hesab etmişdir ki, Məhkum yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliy yat hadisəsi törətmişdir. Kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası həmçinin vurğulayır ki, cinayət işinin materiallarına əsasən, Məhkum təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 124, 138-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla, yəni Məhkum ibtidai araşdırma zamanı özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin hüquqi varisləri X8un, Ş.S.Əzizovun ifadələri ilə, həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən keçirilmiş məhkəmə ekspertizalarının, xüsusən də məhkəmə-yol-nəqliyyat hadisələri və kompleks məhkəmə-video-texniki və əlavə yolnəqliyyat hadisələ ri ekspertizalarının rəyləri ilə, bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir. Həmin sübutların hər birisi ayrı-ayrılıqda birinci və apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktlarında ətraflı şərh edilsə də məhkəmə kollegiyası hazırki qərarında da onların bir hissəsinə müraciət etməyi zəruri bilir. Bundan əvvəl isə məhkəmə kollegiyası müdafiəçi Ə.M.Hüseynovun kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması, Məhkum ona ittiham olunmuş cinayəti törətməsinin sübuta yetirilməməsi və buna görə iş üzrə ədalətli qərar qəbul edilməsi üçün cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsinə dair tələbinin əsaslılığını y oxlayarkən işin faktiki hallarının kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən olunmuş halları rəhbər tutur. Bu hallardan isə görünən odur ki, Məhkum 23 sentyabr 2022-ci il tarixdə, saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ verən “C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “KAMAZ 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsindən Maştağa qəsəbəsi istiqamətində, Zabrat-Maştağa yolu ilə hərəkətdə olarkən, Gömrük Akademiyasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsin in sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir kimi tələblərə riayət etməklə yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, həmin yol hərəkəti qaydalarını pozub qeyd olunan istiqamətdə sağ səkidən sol səkiyə doğru yolu keçən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ehtiyatsızlıqdan avtomobilin qabaq hissəsi ilə vurması nəticəsində Zərərçəkmiş şəxs2 baş-beyin maddəsinin əzilib-dağılması, kəllə tağı və üz skelet sümüklərinin çoxsaylı açıq və qapalı çoxqəlpəli sınıqları, boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları, sağ ll-lll- İV-V-Vİ-Vİİ-Vİİİ-İX, sol lllll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və hər iki bud sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqla rı, ağciyərlərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaraları, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması), peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, bədən səthinin çoxsaylı qançır və sıyrıqları kimi, Zərərçəkmiş şəxs1 isə baş-beyin maddəsinin əzilib-dağılması (evakuasiyası), kəllə tağı və üz skelet sümüklərinin çoxsaylı açıq, çoxqəlpəli sınıqları, boyun, döş və bel fəqərələrinin çoxsaylı qapalı qəlpəli sınıqları, hər iki körpücük və döş sümüklərinin, sağ lllll-İV-V-Vİ-Vİİ-Vİİİ-İXX, sol ll-lll-İV-V-Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların, çanaq sümüklərinin, hər iki yuxarı ətraf və sol bud sümüklərinin yerini dəyişən qapalı qəlpəli sınıqları, ağciyərin, qaraciyərin və dalağın əzilmiş-cırılmış yaral arı, ikitərəfli hemotoraks (hər iki plevra boşluğuna qanın yığılması) və hemoperitonium (qarın boşluğuna qanın yığılması), peritona, bağırsaqlara və böyrəkətrafı yumşaq toxumalara qansızma, bədən səthinin çoxsaylı qançır və sıyrıqları kimi dərəcələrinə görə hər ikisində ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik olmaqla, Zərərçəkmiş şəxs2 kəllə tağı sümüklərinin kəllə əsasına keçən çoxqəlpəli açıq və qapalı sınıqları ilə əlaqədar baş-beyin maddəsinin əzilib-dağılması, Zərərçəkmiş şəxs1 isə baş-beyin maddəsinin əzilib-dağılması (evakuasiyası), kəllə və üz skeleti sümüklərinin sınıqları ilə müşayiət olunan başın küt travması onların, yəni hər iki şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən tələblərindən və işin ha llarından çıxış edərək hesab edir ki, hazırki iş üzrə Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinə dəlalət edən sübutların mötəbər olmayan sübutlar kimi qiymətləndirilməsi üçün heç bir əsas yoxdur və bu baxımdan məhkəmələr tam əsaslı olaraq məhz həmin sübutlara əsaslanaraq Məhkum təqsirlilik məsələsini həll etmiş, iş üzrə əlavə sübutların əldə edilməsinə, o cümlədən kompleks məhkəmə-video-texniki və əlavə yol-nəqliyyat hadisələri ekspertizasının rəyini vermiş ekspertlərin dindirilmələrinə zərurət yaranmamışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq ilk növbədə qeyd edir ki, iş üzrə ibtida araşdırma zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilməzdən əvvəl müstəntiq tərəfindən 23 sentyabr 2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verdiyi yer tam və hərtərəfli müayinə edilərək müvafiq ölçülər götürülmüş, bununla əlaqədar tərtib olunmuş protokola həmin müayinəni əks etdirən sxem və fotoşəkillər əlavə edilmiş, bundan sonra Məhkum hadisə yerinə çıxarılaraq onun ifadələri orada da yoxlanılmış, bu ifadələrə əsasən də sonradan ekspertlərə təqdim olunmuş bir sıra məsafələr müəyyən edilmiş, həmin istintaq hərəkətinin aparılması halları isə tərtib edilmiş 24 sentyabr 2022-ci il tarixli protokolda və ona əlavə olunmuş sxemdə və fotoşəkillərdə əks etdirilmişdir. Həmçinin, ibtidai araşdırma zamanı verdiyi ilk izahatında, sonradan isə həm şahid, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən Məhkum göstərmişdir ki, 23 sentyabr 2022-ci il tarixdə saat 08:00 radələrində o, idarə etdiyi texniki cəhətdən saz olan “Kamaz 65115” markalı, 99-XD495 dövlət qeydiyyat nişanlı yük avtomaşınına İmişli rayonunda qum yükləyərək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində satması üçün Bakı şəhərinə yola düşmüşdür. Həmin tarixdə saat 13:00 radələrində o, Bakı şəhərinə çatmış, şəhərə daxil olaraq saat 14:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi tərəfdən Maştağa qəsəbəsi istiqamətində, Zabrat-Maştağa yolu ilə saatda 30-40 kilometr sürətlə hərəkətdə olarkən, Maştağa qəsəbəsində, Gömrük Akademiyasının qarşısında işıqforun yaşıl işığının yandığını görüb dayanmadan yoluna davam etmişdir. Həmin vaxt sağında və solunda, həmçinin arxada və ya qarşıda hərəkətdə olan heç bir avtomaşın olmamış, lakin ondan 20 metr irəlidə avtobus dayanacağının qarşısında sağ səkidən sol səkiyə doğru asta yerişlə yolu keçən, sonra dan adlarını bildiyi piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 görmüşdür. Bu an onun üçün təhlükə yaransa da o, düşünmüşdür ki, piyadalar yük avtomobilini görüb dayanacaqlar, buna görə o, idarə etdiyi avtomaşınla hərəkətini eyni sürətlə davam etdirmişdir. Lakin, piyadalar da hərəkətlərini davam etdirərək təxminən 8 metr düzünə məsafə qət etdikdən sonra yolu başa vurmağa 1 metr qalmış yük avtomobilinin qabaq sol tərəfinə dəyərək avtomobilin altına yıxılmışlar. O, təxminən 10 metr qarşıda avtomobilini saxlayaraq Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yaxınlaşmış və hər ikisinin elə hadisə yerində öldüklərini müəyyən etmişdir. Bundan sonra isə o, baş vermiş hadisə barədə DİN-in “102” xidmətinə hadisə barədə məlumat vermişdir. Bu ifadələrin təhlili göstərir ki, Məhkum piyadaları vurmazd an əvvəl idarə etdiyi avtomaşınla hər hansı manevr etməsini, yaxud da sonuncuları gördükdə avtomaşının sürətini tam dayanma həddinə qədər azaltması üçün müvafiq tədbirlər görməsini bildirməmiş, bu hallar ibtidai araşdırma zamanı toplanmış digər sübutlarla da müəyyən edilməmişdir. İbtidai araşdırma orqanı tərəfindən yuxarıda göstərilən sübutlar əldə edildikdən sonra 22 oktyabr 2022-ci il tarixli qərarla iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və həmin ekspertizanın 29 noyabr 2022-ci il tarixli 8/3115 saylı rəyi alınaraq cinayət işinə əlavə olunmuşdur. Bu rəydən görünür ki, təqdim olunmuş materiallara əsasən ekspert tərəfindən müvafiq tədqiqat aparılmış, baş vermiş hadisə üzrə müvafiq parametrlər (sürətlər və məsafələr) müəyyən edilmiş və həmin tədqiqat nəticəsi ndə ekspert belə nəticəyə gəlmişdir ki, “Kamaz 65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1ci hissəsinin tələblərinə görə isə, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Cinayət təqibinin təhlil edilən mərhələsində 23 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən video görüntülər əldə olunmasa da (hadisə yer ində təhlükəsizlik şəhər kameraları mövcud olmadığına görə) cinayət işinə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən zərərçəkmiş şəxsin hüquqi varisi X8un nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək cinayət hadisəsinin baş verməsi ilə əlaqədar 1 (bir) ədəd disk təqdim etmiş, həmin diskdə isə hadisənin videogörüntüləri əks olunduğundan məhkəmənin qərarı ilə qeyd olunan disk sübut qismində cinayət işinə əlavə edilməklə həmin videogörüntülərə baxış keçirilmişdir. Bundan əvvəl isə məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, hadisə baş verən gün, yəni 23 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində o, etibarnamə ilə idarə etdiyi “Kamaz 65115” markalı, 99-XD495 dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Bakı şəhərinin Maştağa qəsəbəsinə qum daşımış və həmin qəsəbə istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkət edən avtobus onun idarə etdiyi avtomaşını ötərək qarşısına keçmişdir. Bu zaman o, sürücüsü olduğu avtomaşını hərəkət yolunun sol tərəfindəki zolağa tərəf sürmüş, avtobus isə dayanacağa çataraq orada saxlamışdır. Bu an onun idarə etdiyi avtomaşınla avtobus arasındakı məsafə təxminən yüz metr, onun avtomaşınının sürəti isə saatda təxminən 40-45 km olmuşdur. Dayanacaqda düzgün qaydada dayanmamış avtobusu ötüb keçmək istəyərkən o, qəfildən avtobusun qarşısından iki nəfər piyadanın yolun sağından soluna keçmələrini görmüş, lakin onun idarə etdiyi avtomaşınla həmin piyadalar arasında məsafə az olduğundan avtomaşını saxlaya bilməyib onları avtomaşının qabaq hissəsi ilə vurmuşdur. Bu hadisə ona görə baş vermişdir ki, o, əvvəlcədən piyadaların yolu keçmələrini görməmiş və sonuncular onun qarşısına qəflətən çıxmış və bu an onun idarə etdiyi avtomaşınla sonuncular arasında məsafə çox az olmuşdur. Verilən suallara cavab olaraq Məhkum həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı hadisənin təsirindən özündə olmadığı üçün müstəntiqə verdiyi ifadələrin məzmununu xatırlamır, hadisə baş verən zaman ifadələrində qeyd etdiyi avtobusla eyni yol zolağı ilə hərəkət etməmiş və həmin avtobus onun qarşısına keçdiyi üçün yolun sol hissəsi ilə hərəkət etmək məcburiyyətində qalmış, qəza anında qarşısına çıxan şəxsləri görməmiş, çünki artıq həmin şəxslərlə onun arasında bir metr məsafə olmuş və məhz həmin vaxt piyadaları anidən görmüş, buna qədər yold a quraşdırılmış işıqforda qırmızı işıq yanarkən hərəkət etməmiş və yalnız yaşıl işıq yandıqdan sonra hərəkətini davam etdirmişdir. Məhkum bu ifadələrinə və Nümayəndə məhkəməyə təqdim etdiyi videogörüntülərə əsaslanaraq təqsirləndirilən şəxsin müdafiəçiləri Abbasov Murtuzəli Aydın oğlu və Ə.M.Hüseynov birgə vəsatət qaldıraraq iş üzrə kompleks video-texniki və əlavə yolnəqliyyat hadisələri ekspertizanın təyin edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmiş, məhkəmə 11 sentyabr 2023-cü il tarixli qərarla müdafiə tərəfinin bu vəsatətini təmin edərək həmin ekspertizanı təyin etmiş, öz qərarında isə ekspertlər qarşısında elə müdafiəçilərin öz vəsatətlərində əks etdirdikləri sualları qoymuşdur. Hökmün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının əsasına qoyulmuş və Məhkum təqsi rliliyinə dəlalət edən mötəbər sübutlardan biri olan həmin ekspertizanın 21 dekabr 2023-cü 8/2834-4/1561 nömrəli ekspertiza rəyinə əsasən tədqiqata təqdim olunmuş 1 (bir) ədəd “Verbatim” markalı DVDR diskə yazılmış [CAM60] 20220923-141535(00) adlı videoyazıya görə “Kamaz-65115” markalı yük avtomobilinin rəyin tədqiqi hissəsində göstərilən məsafədə orta sürəti V=51 km/saat olmuşdur. Tədqiqata təqdim olunmuş videoyazının 1339-cu kadrında İ piyadanın (qara rəngli geyimdə olan) “Qazel-yük” markalı avtomobilin sol tərəfindən ("Qazel-yük” markalı avtomobilin arxa solunda qara rəngli avtomobil dayanmışdır) yolun hərəkət hissəsi üzrə sağa tərəf qaçışa başladığı (həmin ana qədər piyada daha aşağı templə, yəni yerişlə hərəkətdə olur) vaxt videoyazının 1376-cı kadrında (55,773 san) “Kamaz” markalı yü k avtomobilinin ona (İ piyadaya) çatdığı görünür. Hadisələrin sonrakı inkişafını yol kənarında olan ağaclar bu obyektlərin görüntüsünü bağladığından müəyyən etmək mümkün olmamışdır. İ piyadanın hərəkətə başlayaraq yol kənarındakı ağacın onu görünməz etdiyi andan “Kamaz” markalı yük avtomobilinin ona (İ piyadaya) çatdığı ana qədər t = 6,931 san vaxt keçmişdir. Videoyazıların tədqiqatından belə məlum olur ki, videoyazının 1339-cu kadrında İ piyadanın (qara rəngli geyimdə olan) “Qazel-yük” markalı avtomobilin sol tərəfindən (“Qazel-yük” markalı avtomobilin arxa solunda qara rəngli avtomobil dayanmışdır) yolun hərəkət hissəsi üzrə sağa tərəf qaçışa başladığı (həmin ana qədər piyada daha aşağı templə, yəni yerişlə hərəkətdə olur) vaxt videoyazının 1376-cı kadrında (55,773 san) “Kamaz” markalı y ük avtomobilinin ona (İ piyadaya) çatdığı görünür. Bu isə onu izah edir ki, piyadalar yolun sağından sola doğru keçərkən iti qaçışla hərəkətdə olmamışlar. Yəni müdafiə tərəfinin təqdim etdiyi məlumatlar işin faktiki hallarına uyğun olmamaqla real hadisə mexanizminə uyğun deyildir. “Kamaz-65115” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum tədqiq olunan şəraitdə hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təsvir edilən rəyin təhlili göstərir ki, əvvəla ekspertlər onların qarşılarında qoyulmuş suallara ətraflı və əsaslandırılmış cavablar vermək üçün nəinki iş materiallarını və onlara təqdim olunmuş videogörüntüləri, həmçinin hadisənin təfərrüatlarını əks etdirən və “Google earth PT” proqramı vasitəsilə əldə etdikləri videogörüntüləri də ətraflı tədqiq etmiş, rəy üzrə gəldikləri nəticələri isə elmi cəhətdən kifayət qədər əsaslandırmışlar. İş üzrə həm ibtidai araşdırma zamanı, həm də işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında təyin olunaraq keçirilmiş ekspertiza rəylərinin (müvafiq olaraq məhkəmə-yol nəqliyyat hadisələri və kompleks məhkəmə-video-texniki və əlavə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri) digər sübutlarla birgə təhlili məhkəmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, həmin ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş, qeyd olunduğu kimi, onların nəticələri elmi cəhətdən kifayət qədər əsas landırılmış, bu ekspertizaların keçirilməsi zamanı ekspertlərə hər hansı təzyiq və ya təsirin göstərilməsi müəyyən edilməmiş, rəylərin nəticələri isə iş üzrə toplanmış digər sübutlarla da müəyyən edilmiş hallarla tam uzlaşır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəyin şübhə altına alınması üçün heç bir əsas yoxdur və buna dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri də əsaslı sayır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya şikayətinə məhkəmə baxışının tam və ya qismən məhkəmə istintaqı aparılmaqla baxılması, o cümlədən sonuncu rəyi vermiş ekspertlərin dindirilmələri üçün heç bir zərurət olmamış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu haqda müdafiə tərəfinin vəsatətini təmin etməməklə hansısa pozuntuya, o cümləd ən məhkum olunmuş şəxsin ədalətli məhkəmə araşdırılmasına nail olmaq hüququnun və təqsirsizlik prezumpsiyası prinsipinin (Avropa Konvensiyasının 6-cı maddəsi) pozulmasına yol verməmişdir. Kassasiya şikayətində isə bu məsələ, yəni iş üzrə natamam araşdırılma aparılması iddia olunsa da, müdafiəçi Ə.M.Hüseynov yalnız öz mülahizələrinə əsasən belə araşdırmanın labüdlüyünü qeyd etmiş, lakin onun tərəfindən apellyasiya instansiyası məhkəməsinə əlavə olaraq araşdırılması tələb olunan heç bir sübut, o cümlədən iş üzrə keçirilmiş ekspertizaların nəticələrini təkzib edən sübutları təqdim etməmiş, öz dəlillərini və bu dəlillər üzərində qurulmuş tələb irəli sürərkən isə heç bir sübuta əsaslanmayan hesablamalar aparmaqla kifayətlənmişdir. CPM-in 416.1.1-ci maddəsinin tələbinə və mənasına görə isə, bu maddədə təsbit edilmiş pozuntu o halda müəyyən edilə bilər ki, apellyasiya instansiyası məhkəməsi cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etsin. Belə hal isə iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPM-in XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhət dən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-in 263.3-cü maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr Məhkum CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gələrkən həmçinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respub likası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli qərarında əksini tapmış izah və tövsiyələri də nəzərə almışlar. Belə ki, həmin Qərarın 1-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilmişdir. Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə ba xış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülər in sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərərçəkmiş şəxsin sağlamlığına məhz yol hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə mə hkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Təhlil olunan Qərarın 19-cu bəndində məhkəmələrə həmçinin izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar məhkəmələrə sübutları qiymətləndirərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərə findən aparılmasına xüsusi diqqət yetirmələri, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilmələrinin nəzərə alınması tövsiyə edilmişdir. Bundan başqa həmin bənddə məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilərək həmçinin tövsi yə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçıla rının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə olunmuşdur. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. «Yol hərəkəti haqqında» Azər baycan Respublikası Qanunun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara, o cümlədən məhkəmə ekspertizalarının yuxarıdakı rəylərinə, birinci və apellyasiya instansiyası məhkəmələrinin araşdırılmış sübutlara verdikləri qiymətləndirməyə əsaslanaraq Məhkum cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə gəldikləri nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına heç bir əsas yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə araşdırmaları zamanı CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. M əhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi Məhkum təqsirliliyinin sübuta yetirilməməsinə dair dəlilləri heç bir sübutla təsdiq olunmur və məhkum olunmuş şəxsin cinayət məsuliyyətindən yayındırılmasına xidmət edən dəlillər kimi qiymətləndirilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416.1.1, 416.1.2 və 416.1.11ci maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürülmədiyindən, apellya siya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya şikayətinin dəlillərindən asılı olmayaraq məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın başqa cəza ilə əvəz edilməsi, yaxud da təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum müdafiəçisi Ə.M.Hüseynovun kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu müraciətin təmin edilmə si barədə məhkumun və onun müdafiəçisinin, həmin şikayətin təmin edilməməsi haqda isə zərər çəkmiş şəxsin hüquqi varisi X8un, onun nümayəndəsi Nümayəndə və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək, kassasiya şikayətinin təmin edilməməsini, Məhkum CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarının isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 263.3-cü maddəsi təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1 may 2024-cü il tarixli qərarı Məhkum müdafiəçisi Ə.M.Hüseynovun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar