Məhkəmə qərarları › İş №1(102)-1995/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1995/2025

12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1995/2025 12.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və X11 ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, Məhkum və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası nın 31 may 2024-cü il tarixli 1(106)-360/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Cəlil Nəbiyev (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Müşfiq Məmmədov) 23 yanvar 2024-cü il tarixli 1(099)-5/2024 nömrəli hökmü ilə xx xxxxxxx 2002-ci ildə Masallı rayonunun Sığdaş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləyən, Masallı rayonunun, Sığdaş kəndində qeydiyyatda olmaqla, Masallı şəhəri, Həzi Aslanov küçəsində yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 126.3-cü maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 08 iyun 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinmişdir ona görə ki, o, Masallı şəhəri, Xətai küçəsində yerləşən topdansatış anbarında onunla birlikdə fəhlə işləyən Zərərçəkmiş şəxs ilə sonuncunun bir neçə dəfə onunla yersiz zarafatlar edərək özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində bir neçə dəfə mübahisələri olmuş, sonuncu dəfə 08 iyun 2022-ci ildə, saat 17 radələrində işdə olarkən avtomaşına yük vurduqları zaman Zərərçəkmiş şəxs kənarda durmaqla işləmədiyini görüb ona öz iradını bildirməklə işləməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona əh əmiyyət vermədiyi üçün aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun onun ünvanına yenidən nalayiq söyüşlər söyməsi səbəbindən onu cəzalandırmaq qərarına gəlmiş, bu məqsədlə qəsdən sol əli ilə onun sifətinə bir yumruq zərbəsi vurub yerə yıxaraq yetirildiyi anda həyat üçün təhlükəli olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid ağır qapalı kəllə-beyin travması, baş-beynin yumşaq qişasına qansızma, sağ gözyuvası ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, sağ gözün içəri bucağına yaxın hissədə sıyrıq, üst dodağın selikli qişasında qansızma ilə müşayiət olunan xəsarətlər yetirməsi Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhməd ov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Yaşar Həşimov) 31 may 2024-cü il tarixli 1(106)-360/2024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 1(099)-5/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmış, Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli 1(106)-360/2024 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətində qeyd edir ki, baş vermiş hadisənin xronologiyasına əsasən həm ibtidai araşdırma dövr ündə, həm də məhkəmənin birinci baxış iclasında məhkumun məhkəməyə bildirdiyi məlumatlar həqiqətə uyğundur. İttiham tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş şahidlərin siyahısından müəyyən edilir ki, 8 (səkkiz) nəfər şəxs hadisənin bilavasitə şahidləri kimi məhkəməyə təqdim ediliblər. Lakin birinci instansiya məhkəməsinin mübahisəli hökmündən görünür ki, həmin səkkiz nəfər şahiddən yalnız beş nəfəri (X6, X17, X23, X13 və X18) məhkəmə iclasına çağırılaraq dindirilmiş, digər üç nəfər şahid (X4, X24 və X19) isə məhkəməyə çağırılaraq dindirilməsindən birinci instansiya məhkəməsi qəti şəkildə imtina etmişdir. Onların məhkəməyə çağırılaraq dindirilməsini müdafiə tərəfi dəfələrlə vəsatət verərək xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş beş nəfər şahiddən üçünün, yəni - X3, X 8 və X14 ifadələri birinci instansiya məhkəməsi tərəfindən bilərəkdən qısaldılmaqla, dəyişdirilməklə və təhrif edilməklə yazılmışdır. Birinci instansiya məhkəməsi iclasında dindirilmiş beş şahiddən ən azından üçü məhkəməyə əminliklə bildirmişlər ki, Məhkum mərhum Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir yumruq vurduqdan sonra Zərərçəkmiş şəxs təxminən 3 (üç) saniyə ərzində yerə yıxılmış və yıxılan zaman başı (başının arxası) beton metlax döşəməyə bərkdən dəymişdir və Zərərçəkmiş şəxs başının beton metlax döşəməyə dəyməsinin səsini onlar aydın şəkildə eşitmişlər. Lakin, həmin şahidlərin məhkəmədə verdikləri ifadələr birinci instansiya məhkəmə hökmündə həm qısaldılmış, həm də dəyişdirilmiş və təhrif edilmişdir. Həmçinin, işdə 08 iyun 2022-ci il tarixli, saat 20:00-dan - 22:00-dək müddətdə tər tib edilməsi göstərilən “Baxış aparılması haqqında Protokol”u ilə işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinin rəisi X20 08 iyun 2022-ci il tarixli, 25 nömrəli Ekspert Rəyi arasında biri-digərini inkar edən ziddiyyətlər olmaqla bərabər, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinin rəisi X20 08 iyun 2022-ci il tarixli, 25 nömrəli ekspert rəyinin özündə də əsaslı biri-digərini inkar edən ziddiyyətlər mövcuddur. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə iclasında məhkəmə tərəfindən qanun pozuntularına yol verilmişdir. İş üzrə ittiham tərəfindən 8 (səkkiz) nəfər şahid göstərildiyi halda məhkəmə onlardan yalnız 5-nin (beşinin) dindir ilməsini təmin edərək qalan 3 (üç) nəfəri dindirməkdən imtina etmişdir. Baxmayaraq ki, müdafiə tərəfi həmin şahidlərin dindirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Məhkum barəsində olan cinayət işi üzrə məhkəməyədək icraat zamanı tibbi ekspert rəyini vermiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinin rəisi X20 məhkəməyə çağırılaraq dindirilməsindən imtina etmişdir. Halbuki, işdə olan ekspert rəyi tamamilə ziddiyyətli və yanlış məlumatlardan ibarətdir. Müdafiə tərəfi olaraq, hazırkı məhkəmə tərkibi tərəfindən həyata keçirilmiş məhkəmə iclaslarının iclas protokolları ilə - kağız daşıyıcıda olan mətni və onların tərkib hissəsi olan - videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilmiş məhkə mə iclaslarının videoyazıları ilə tanış olmağa və meydana çıxa bilən uyğunsuzluqlarla, dəqiqsizliklərə, natamamlıqlara və təhrif etmələrə bağlı zəruri qeydləri məhkəməyə təqdim etməyə imkan verməmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyimizin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan məhkəmə iclaslarının gedişi və nəticələrinin protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunması məsələləri qüvvədə olan qanunvericiliyimizin müvafiq imperativ normaları ilə tənzimlənir və məhkəmənin həmin hərəkətləri Azərba ycan Respublikası CPM-nin 51.1-ci, 51.2-ci, 51.6cı, 51.6-1-ci, 51.7-ci, 51-2.2-ci, 51-2.7-ci və 51-2.8-ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iclasında sədrlik edən hakimin 30 dekabr 2023-cü il tarixli 1(099)xx/xx-2023 nömrəli məktubundan görünür ki, hakim məhkəmə iclas protokollarını müdafiə tərəfinə yalnız “iş üzrə yekun məhkəmə qərarı qəbul ediləndən sonra” tanış olmaq imkanı yaradacağını bildirmişdir. Bu mövqe isə qüvvədə olan qanunvericiliyimizin tələblərinə ziddir. Ona görə də, Məhkum barəsində olan cinayət işi üzrə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilmiş məhkəmə iclaslarının bütün videoyazıları həmin cinayət işinə əlavə edilmədiyi və həmin iş üzrə müdafiə tərəfinə tanış olmaq üçün təqdim edilmədiyi təqdirdə həmin məhkəmə araşdırmasının məhkəmə iclas protokolları işdə olmalı videoyazılara uyğun tərtib edilmiş hesab edilə bilməzlər və Lənkəran Ağır Cinayətlər Məhkəməsində hazırkı iş üzrə sədrlik edən tərəfindən məhkəmə iclaslarının videoyazıları iş materiallarına əlavə edilməklə zamanında müdafiə tərəfinə hər bir məhkəmə iclası bitdikdən sonra 3 gün müddətində təqdim edilmədiyi də ciddi prosessual pozuntu kimi qeyd edilməli idi. Birinci və apellyasiya instansiyası məhkəmələri, ibtidai araşdırma orqanının Məhkum əməlini tövsif edərkən maddi hüquq normasının tətbiqində səhvə yol verdiyini, yəni – təqsirləndirilən şəxs Məhkum qəsdi zərərçəkmiş şəxsi həyatdan məhrum etməyə yönəlməmiş, buna görə də onun təqsiri sağlamlığa hər-hansı şəkildə zərər vurmaya münasibətdə qəsdən, baş vermiş ölümə münasibətdə isə ehtiyatsızlıqdan ibarət olduğu nu qeyd etsə də, hazırkı işin tam, obyektiv və hərtərəfli araşdırmasının həyata keçirilməsindən ötrü zəruri olan və birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadığından, həmin məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilmədiyindən və məhkəmə tərəfindən cinayət qanunu normasının düzgün tətbiq edilmədiyindən yekunda cinayət əməlinin tövsifində ciddi və əsaslı səhvə yol vermişdir və vətəndaş Məhkum Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilmək əvəzinə səhvən Azərbaycan Respublikasının CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təq sirli bilmişlər. Məhkəmələr sübutlar arasında olan ziddiyyətləri araşdırmadan və müdafiə tərəfinin işin hallarının obyektiv müəyyən edilməsinə yönəldilmiş vəsatətlərini təmin etmədən qanuna uyğun olmayan, ədalətsiz məhkəmə aktları qəbul etmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kas sasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkum barəsində Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə ittiham hökmü əsassız çıxarılmışdır. Belə ki, kassasiya şikayətində göstərilir ki, məhkəmələr işin h allarını tam, hərtərəfli və obyektiv araşdırmadan, ziddiyyətli və mötəbər olmayan sübutlar əsasında səhv nəticəyə gəlmişlər. Müdafiəçi tərəfindən irəli sürülmüş bütün dəlillərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr tərəfindən müəyyən edilmiş hallardan fərqli olaraq məhkumun vurduğu yumruq zərbəsi nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vuran bədən xəsarəti yetirilməmişdir. Müdafiəçinin mövqeyinə görə, zərərçəkmiş şəxsin ölümü məhkumun endirdiyi zərbədən deyil, həmin zərbədən sonra yıxılaraq başının beton döşəməyə sərt dəyməsi nəticəsində yaranmış bədən xəsarətlərindən irəli gəlmişdir. Bu səbəbdən müdafiəçi hesab edir ki, məhkumun əməlini CM-in 126.3-cü maddəsi ilə tövsif etmək mümkün deyil, məhkumun əməli CM-in 124.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun müdafiəçisi tərəfindən birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin həmin dəlillərinə hüquqi qiymət vermiş və onların əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız s übutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, zərərçəkmiş şəxsin hüquqi varisi X1, şahidlər X6, X21, X23, X13, X9 ifadələrini, məhkəmə-tibbi və digər ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını, habelə işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkumun müdafiəçisinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq belə nəticəyə gəlir ki, birinci və apellyasiya instansiya məhkəmələri sübutlara və işin hallarına düzgün hüquqi qiymət vermişlər. Toplanmış sübutlar cinayət hadisəsinin baş verməsi faktını, onun konkret hallarını, eləcə də Məhkum əməlində Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcudluğunu təsdiq edir və onun həmin cinayəti törətməkdə təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Belə ki, həm məhkumun, həm də cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələ ri məhkum tərəfindən zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir möhkəm yumruq zərbəsinin endirildiyini etibarlı şəkildə təsdiq edir. Kassasiya şikayətində də bu fakt mübahisələndirilmir. Azərbaycan Respublikası CPM-in 140-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyi əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsin ölümünün səbəbini və onun aldığı bədən xəsarətlərinin ağırlıq dərəcəsini və xarakterini müəyyən etmək üçün cinayət işi üzrə ibtidai istintaq zamanı məhkəmə-tibbi ekspertizası keçirilmişdir. İşə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 08 iyun 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Həsənağa o ğlunun meyitinin üzərində ağır qapalı kəllə-beyin travması, baş beyin yumşaq qişasına qansızma, sağ gözyuvası ətrafı-gicgah nahiyəsində şişkinlik və qançır, sağ gözün içəri bıçağına yaxın hissədə sıyrıq, üst dodağın selikli qişasında qansızma. Müəyyən olunan xəsarətlər həyati olub bərk küt əşyanın təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir. Qərarda göstərilən şəraitdə, yəni yumruqla vurulan güclü zərbə nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurma əlamətlərinə aiddir. Meyitin xarici və daxili müayinə zamanı yuxarıda qeyd olunanlardan başqa hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhrum Zərərçəkmiş şəxs Həsənağa oğlunun ölümünə səbəb baş beyinin yumşaq qişasına qansızma səbəb olmuşdur. Ekspertiza rəyinin meyitin xarici müayin əsi hissəsində qeyd edilmişdir ki, meyitin başının tüklü hissəsi xəsarətsizdir. Rəyin meyitin daxili müayinəsi hissəsində qeyd edilmişdir ki, kəllə qapağı və kəllə əsası sümükləri tamdırlar. Qansızmalar beyinin ənsə payı nahiyəsində yerləşirlər. Məhkəmə-tibbi eksperti X26 rəylə bağlı verdiyi izahlarda qeyd etmişdir ki, zərbənin vurulduğu nahiyə sağ göz yuvası və gicgah hissəsi olmuşdur. Yumruqla endirilmiş zərbə nəticəsində məhrumun baş-beyinin yumşaq qişasında qansızma yaranmışdır. Ekspertin izahatına görə, gözaltı nahiyəyə zərbə dəydikdə başın arxa hissəsində – zərbənin vurulduğu istiqamətin əks tərəfində – qansızma əmələ gəlməsi xarakterik haldır. Həmçinin ekspert əlavə etmişdir ki, əgər zərbənin təsiri ilə məhrumun baş nahiyəsi yerə möhkəm dəymiş olsaydı, həmin nahiyədə müvafiq xəsarət və ya zədə izləri qeydə alınmalı idi. Lakin məhrumun başının arxa hissəsində, habelə başın tüklü nahiyəsində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Meyitə baxış protokolundan görünür ki, mərhum Zərərçəkmiş şəxs başın tüklü hissəsində hər hansı xəsarət aşkarlanmamışdır. Zərərçəkmiş şəxsin ölümünə səbəb olan xəsarətlərin alınma mexanizminin müdafiə tərəfinin irəli sürdüyü fərziyyəyə uyğun baş verdiyini təsdiqləmək məqsədilə müdafiəçi kassasiya şikayətində qeyd edir ki, guya şahidlər P.L.Kiçibəyov, S.E.Əhədov və M.Ə.Məmmədov məhkumun vurduğu zərbə nəticəsində zərərçəkmişin yıxılmasını və başının beton döşəməyə möhkəm dəyməsini görmüş, bu barədə ibtidai istintaq zamanı və məhkəmə baxışında ifadə vermişlər. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, kassasiya şikayətində irəli sürülmüş bu dəlil cinayət işinin materialları ilə uzlaşmır. Belə ki, şahidlər P.L.Kiçibəyov, S.E.Əhədov və M.Ə.Məmmədovun ibtidai istintaq zamanı verdikləri ifadələrin protokollarının təhlili göstərir ki, həmin şahidlər zərərçəkmişin zərbədən sonra yıxılarkən başının yerə möhkəm dəyməsi barədə heç bir məlumat verməmişlər. Əksinə, onlar zərərçəkmişin yıxılması zamanı başının hər hansı bir əşyaya və ya predmetə dəymədiyini bildirmişlər. Məhkəmə iclasının protokolundan da görünür ki, şahidlər S.E.Əhədov və M.Ə.Məmmədov məhkumun zərbə vurması və zərərçəkmişin yıxılması anını görmədiklərini, yıxılma səsi eşitdikləri barədə göstərsə də, zərərçəkmişin başının möhkəm yerə dəyməsi barədə heç bir açıqlama verməmişlər. Şahid P.L.Kiçibəyov isə məhkəmə iclasında zərərçəkmişin yerə yıxılmasını gö rməsini bildirsə də, yıxılmanın səsi eşitmədiyini bildirmişdir. Göründüyü kimi məhkəmələr məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən işin hallarını düzgün müəyyən etmiş və zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulması mexanizmi barədə əsaslı olaraq nəticəyə gəlmişlər ki, zərərçəkmiş şəxsin ölümünə səbəb olan xəsarətlər məhz məhkumun onun sifətinə yumruq zərbəsinin vurulması nəticəsində yetirilmişdir. Cinayətin törədilməsi barədə müdafiə tərəfinin irəli sürdüyü mexanizm iş üzrə mövcud sübutların məcmusu ilə müəyyən edilmiş faktiki hallara uyğun gəlmir. Hadisənin müdafiə tərəfinin təsvir etdiyi şəkildə baş verdiyi obyektiv və şübhə doğurmayan sübutlarla - meyitə baxış protokolu və məhkəmə-tibbi ekspertizasının rəyi ilə təkzib olunur. Müdafiə tərəfinin təqdim etdiyi fərziyyə hər hans ı mötəbər sübuta və faktiki hallara əsaslanmır, yalnız müdafiə tərəfinin subyektiv mülahizələrinə söykənir. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi barədə yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları düzgün qiymətləndirmişdir. Məhkəmə kollegiyası birinci və apellyasiya məhkəmələrinin cinayət və cinayətprosessual qanunlarının normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum təqsirinə və ə məlinin tövsifinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tərəfindən ittihamın şahidlərindən – X2, X15 və X10 məhkəmə iclasında dindirilməməsi ilə əlaqədar aşagıdakıları qeyd edir. Cinayət prosesində sübutların kifayət etməsini tənzimləyən Azərbaycan Respublikası CPM-in 146-cı maddəsinin tələblərinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların e lə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin maddədə göstərilir ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Sübutların məcmusunun toplanması sübut materiallarının lüzumsuz artıq toplanmasına və ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzadılmasına (süründürməçiliyə) gətirib çıxarmamalıdır. Azərbaycan Respublikası CPM-in 337.1-ci maddəsinə əsasən dövlət ittihamçısı ittihamın təsdiqi üçün tədqiq edilmiş sübutların kifayət olmasını hesab etdikdə məhkəmə istintaqı nın ittiham tərəfindən təqdim olunmuş sübutların tədqiqinin baxılmış sübutlarla məhdudlaşdırılması barədə vəsatət qaldıra bilər. Məhkəmə cinayət prosesi tərəflərinin hər birini dinləyərək aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdir: həmin vəsatəti təmin etmək və ya tədqiq edilməmiş sübutların irəli sürülmüş ittihamın məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılması üçün mühüm əhəmiyyətə malik olduğunu hesab etdikdə, vəsatəti rədd etmək. A.X. Səmədov, N.Z. Ağayev və A.A. Yaqubov hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən şahid qismində dindirilmiş və onların ifadələri digər sübutlarla birlikdə məhkumun Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirini təsdiq etmək məqsədilə məhkəməyə təqdim edilmişdir. Qeyd edil məlidir ki, şahidlərdən A.X.Səmədov və A.A.Yaqubov bu cinayət işi üzrə birinci instansiya məhkəməsində işə başqa hakimlərdən ibarət məhkəmə kollegiyaları tərəfindən baxıldığı dövrdə iki dəfə - birinci dəfə 09 dekabr 2022-ci il tarixdə, ikinci dəfə isə məhkəmə kollegiyasının tərkibinin dəyişdirilməsi ilə əlaqədar 12 aprel 2023-cü il tarixdə şahid qismində dindirilmişlər. Cinayət işinə əlavə olunmuş dindirmə protokollarından və birinci instansiya məhkəməsinin məhkəmə iclası protokollarından görünür ki, A.X.Səmədov hadisə baş verən vaxt ümumiyyətlə anbarda olmamış, N.Z. Ağayev və A.A.Yaqubov hadisə vaxtı anbarda olsalar da, hadisənin özünü görməmiş, yalnız səs-küy eşidərək hadisə yerinə gəlmişlər. Məhkəmə kollegiyası A.X.Səmədovun, N.Z.Ağayevin və A.A.Yaqubovun ibtidai istintaq zamanı və başq a hakimlərdən ibarət məhkəmə kollegiyası tərəfindən işə baxıldığı zaman verdikləri ifadələri təhlil edərək belə nəticəyə gəlir ki, həmin ifadələr hadisənin baş verməsi barədə ümumi xarakterli məlumatlardan ibarətdir. Onların ifadələrində göstərilən məlumatlar digər şahidlərin ifadələrində əks olunan məlumatlarla üst-üstə düşür və kassasiya şikayətində irəli sürülmüş dəlillərin mahiyyətinə dair açıqlama vermir. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hökmündə məhkumun təqsirini müəyyən edərkən A.X.Səmədovun, N.Z.Ağayevin və A.A.Yaqubovun ifadələrinə istinad etməmişdir. Bu halda məhkəmə kollegiyası nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən dövlət ittihamçısının vəsatətinə əsasən məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə kifayətlənərək A.X.Səmə dovun, N.Z.Ağayevin və A.A.Yaqubovun məhkəmə iclasında dindirilməməsi CPM-in 146 və 337-ci maddələrinin tələblərinə uyğun olmuşdur. Məhkəmənin qeyd olunan şahidləri məhkəmə iclasında dindirməməsi işin hallarının tam və obyektiv araşdırılması, habelə müdafiə tərəfinin hüquqlarının pozulması kimi qiymətləndirmək olmaz. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmışlar. Sübutlar məhkəmələrin müvafiq olaraq hökm və qərarında ətraflı təsvir edilmişdir. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Kassasiya şikayətində həmçinin göstərilmişdir ki, hazırkı cinayət işi üzr ə apellyasiya icraatı zamanı apellyasiya şikayətində irəli sürülmüş dəlillər əlavə istintaq aparılmadan, yalnız birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlar əsasında araşdırılmışdır. Kassatorun fikrincə, bu yanaşma ilə apellyasiya instansiyası məhkəməsi qanunvericiliklə onun üzərinə qoyulmuş işin hallarını tam və hərtərəfli araşdırmaq vəzifəsini icra etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsinin baxışı zamanı cinayət işi üzrə bütün sübutlar və müdafiə tərəfinin irəli sürdüyü dəlillər tam şəkildə araşdırılmış və qiymətləndirilmişdir. Bu araşdırmanın nəticəsində müəyyən edilmiş hallar və əldə olunmuş məlumatlar apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi q iymət vermək üçün kifayət olmuş, əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin müdafiə tərəfinin apellyasiya müraciətini birinci instansiya məhkəməsinin icraat materialları əsasında həll etməsi qanunvericiliyin tələblərinə uyğun və əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq orqanı sübutların toplanmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmiş, onun əməllərinin Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmələr tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və məhkumun əməlinə düzgün hüquqi qiymət verilməməsi barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hal larda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli, 1(106)360/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutar aq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 126.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 may 2024-cü il tarixli, 1(106)-360/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar