Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1996/2022 07.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlundan və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1 28-ci maddəsi ilə bəraət verilməsinə dair sadələşdirilmiş icraat materialları üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Biləsuvar Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə (Əliyev Rəfayil Əfraddin oğlunun sədrliyi ilə) 15 dekabr 1995-ci ildə Biləsuvar rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, 000 qeydiyyatda olan və həmin ünvanda yaşayan, X13 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfin dən apellyasiya protesti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarı ilə (hakim Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov İsmayıl Həmid oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) apellyasiya protesti təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən X11 ittiham verilmişdir, ona görə ki, o, 27 yanvar 2022-ci il tarixdə, saat 12 radələrində, Biləsuvar rayon Məhkəməsinin inzibati qarşısında, qardaşı arvadı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində, yəni sonuncunun əxlaqsızlıqla mə şğul olmasını deyərək, ona uşağı ilə görüşməsinə imkan vermədiyi üçün aralarında baş vermiş mübahisə zamanı əli ilə vuraraq, Zərərçəkmiş şəxs boyun nahiyəsinin şişkinliyi, qançırı və sıyrıqları, sol bazu oynağının yumşaq toxumalarının əziyi ilə nəticələnmiş xəsarətlər yetirərək, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, məhkəmə baxışları zamanı vəsatətlər əsassız olaraq təmin edilməmişdir. Belə ki, məhkəmələr tərəfindən işdə olan canlı şəxsin ekspertizasının «Zərərçəkmiş şəxs boyun nahiyəsi nin şişkinliyi, qançırı və sıyrıqları, sol bazu oynağının yumşaq toxumalarının əziyi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əllə döyülmə, boğazın sıxılması nəticəsində əmələ gələ bilərdi, əmələ gəlmə müddəti müayinə olunanın qeyd etdiyi 27 yanvar 2022-ci il tarixə uyğun gəlir. Göstərilən xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş yüngül zərərvurmaya aiddir.» Məhkəmə 29 yanvar 2022-ci il tarixli, 26 saylı rəyinin qanunvericiliyə uyğun verilməməsi qənaətinə gəlsədə əlavə, təkrar və ya komissyon ekspertizalardan birini təyin edib rəy almadan, hazırki ekspert rəyini sübut növü kimi qəbul etməmiş, heç bir mütəxəssis rəyinə əsaslanmadan ekspert rəyinin mötəbərliyini şübhə altına almışdır. Məhkəmələr ekspert rəyində bədən xəsarətinin ağırlıq dərə cəsi və xarakterinin araşdırılması üçün ekspertiza rəyi vermiş məhkəmə-tibb eksperti X5 belə dindirmədən ekspert rəyini sübut növü kimi qəbul etməmişdir. Eyni zamanda məhkəmələr təqsirləndirilən şəxs X7 vəsatəti əsasında qardaşının vəkili olmuş Bakı şəhəri 6 saylı vəkil bürosunda vəkil işləyən X3 dindirmiş və E.Ə.Xammədovun Ə.F.Əbilovun Zərərçəkmiş şəxs döyməməsi barədə ifadəsini əsas götürərək bəraət hökmü çıxartmışdır. Göründüyü kimi, məhkəmələr tədqiq olunmuş sübutları düzgün qiymətləndirməmiş, birtərəfli mövqe tutaraq ittihamı təsdiq edən sübutları şübhə altına almış, yalnız təqsirləndirilən şəxs Əli Əbilovun ziddiyyətli ifadələrini əsas götürərək, bir sübutun rədd, digər sübutların qəbul edilməsinin motivlərini hökmdə əsaslandırmamış, işin faktiki hallarına uyğun olmayan nəticəyə gə lmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarın ləğv edilməsini, sadələşdirilmiş icraat materiallarının yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya protestinin təmin olunmasını və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessua l Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkə məsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla məhkuma Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli s ürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qey d edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəl i sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, X7 Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurması sübuta yetirilməmişdir. Biləsuvar Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Belə ki, apellyasiya məhkəmə baxışı qismən məhkəmə istintaqı aparmaqla keçirilmiş, sadələşdirilmiş icraaat materialları araşdırılıb mövcud sübutlara yenidən hüquqi qiymət verilmişdir. Məhkəmələr belə nəticəyə gəlmişlər ki, ibtidai araşdırma orqanı tərəfindən X10 Azərbaycan Respublikası 128-ci maddəsi ilə ittiham irəli sürülərkən, məhz Əli Əbilov tərəfindən Zərərçəkmiş şəxs yüngül xəsarət yetirilməsini təsdiq edən hər hansı şahid ifadəsinə və ya digər sübuta istinad edilməmiş, Zərərçəkmiş şəxs iddia olunan cinayət hadisəsinin baş verməsindən 2 gündən də artıq vaxt keçdikdən sonra keçdiyi müayinə nəticələrinə uyğun olaraq verilmiş ekspert rəyinə və ailə məsələlərinə görə Əli Əbilovla münaqişəli münasibətlərdə olan Zərərçəkmiş şəxs ifadəsi əsas götürülərək, X10 CM-in 128-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq, birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş sübutlara, xüsusi olaraq isə nə bəraət almış şəxs, nə də zərərçəkmiş şəxslə heç bir münasibəti olmamaqla, obyektiv ifadə vermiş şahidlər Allahverdiyev ilqar Sabir oğlu, X2 ifadələrinə qiymət verərək hesab etmişdir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Əli Əbilovun CM-in 128-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası, kassasiya protestinin “məhkəmə ekspert rəyini sübut növü kimi qəbul etməmiş, heç bir mütəxəssis rəyinə əsaslanmadan ekspert rəyinin mötəbərliyini şübhə altına almışdır” dair dəlillərinə qiymət verərək qeyd edir ki, CPM-in 127.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. İşdə olan canlı ş əxsin ekspertizasının 29 yanvar 2022-ci il tarixli, 26 saylı rəyindən isə görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı onun üzərində Xİ-Xİİ qabırğalar istisna olmaqla 1 qabırğanın fraqmentlərinin yeri dəyişməyən sınıqları; burun sümüyünün cərrahi müdaxilə tələb etməyən, əhəmiyyətli deformasiyası olmayan sınığı; əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin İ barmaqları, ayaqların İ, İİ və İİİ barmaqları istisna olmaqla); stasionar və ambulator müalicə alıb-almamasından asılı olmayaraq cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar; baş beyin silkələnməsi növündə xəsarətlər aşkar edilməmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər də Zərərçəkmiş şəxs boyun nahiyəsində yalnız qızartı və sıyrıqlar gördüklərini bildirmişlər. Z ərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi fotoşəkillərdə də Zərərçəkmiş şəxs boyun nahiyəsində hər hansı yara izləri görünmür. Zərərçəkmiş şəxs müayinəsi zamanı onun üzərində boyun nahiyəsinin şişkinliyi, qançırı və sıyrıqları, sol bazu oynağının yumşaq toxumalarının əziyi növündə xəsarətlər aşkar edilsə də, məhkəmə-tibb eksperti həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına hansı şəkildə səbəb olduğunu göstərmədən və ümumiyyətlə gəldiyi nəricəni əsaslandırmadan, Zərərçəkmiş şəxs xəsarətlərinin sağlamlığı qısa müddətə pozan yüngül zərər vurmaya aid xəsarətlər kateqoriyasına aid olması barədə rəy vermişdir. Halbuki, “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının” 20ci bəninin Qeydinin “b” yarımbəndinə görə əgər yetirilmiş xəsarətlər əmək qabiliyyətinin müvəqqət i itirilməsinə və ya ümumi əmək qabiliyyətinin cüzi dayanıqlı itirilməsinə səbəb olmayan sıyrıq, qançır, cərrahi tikişə ehtiyacı olmayan kiçik yaralar halındadırsa, onda bu xəsarətlərin xarakteri, lokalizasiyası, onları törətmiş əşyanın xüsusiyyətlərini əks etdirən əlamətləri, əmələ gəlmə müddəti və mexanizmi qeyd edilməklə onların sağlamlığa zərər vurmadığı göstərilməli və dərəcəsi təyin edilməməlidir. Bundan başqa, işdə olan sübutlarla, o cümlədən Zərərçəkmiş şəxs özünün ifadəsi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs ona yüngül xəsarət yetirildiyini iddia etdiyi hadisədən dərhal sonra işlədiyi ticarət mərkəzinə getmiş, həmin gün saat 18-dək, habelə növbəti günlər bütün iş günü ərzində iş yerində olmuş və bu müddətdə tibbi yardım almamışdır. Bu isə Zərərçəkmiş şəxs üzərində aşkar edilmiş xəsarətlər onun əmək qabiliyyətinə hər hansı formada təsir göstərmədiyini təsdiq edir. Beləliklə, birinci instansiya məhkəməsi iş materiallarında olan ekspert rəyinə münasibət bildirərək bunu yekun qərarında kifayət qədər əsaslandırmış, apellyasiya məhkəməsi də haqlı olaraq bunlara dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Göstərilənlərə, birinci instansiya məhkəməsinin bəraət hökmünə və apellyasiya məhkəməsinin qərarında ətraflı şəkildə sadalananlara əsasən, birinci instansiya və apellyasiya məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Əli Əbilovun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassa siya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Əli Əbilova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun norma larının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət -Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərba ycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət - Prosessual Qanunun 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəy ə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin. Kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya baxışının, onun yekununda çıxarılmış bəraət hökmünün bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə baxışı qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, məhkəmə tərəfindən cinayət prosesi tərəflərinin təqdim etdikləri hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbay can Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və X11 bəraət verilməli olmasına dair yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli hökmü ilə X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verilməsinə dair sadələş dirilmiş icraat materialları üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 avqust 2022-ci il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1996/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1996/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver