Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1996/2023 20.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 202 3-cü il tarixli höpkmündən Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin (hakim Şövkət Nəcəfova) 18 noyabr 2022-ci il tarixli, 1(012)-243/2022 nömrəli hökmü ilə, xx xxxxxx 2003-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli 12 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhk əməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, cinsi ehtirasını təmin etmək niyyəti ilə aşkar surətdə on altı yaşına çatmayan, xx xxxx 2007-ci il təvəllüdlü X3 ilə 07 iyun 2021-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri “Əhmədli” metrostansiyası yaxınlığında tanış olduqdan sonra onunla Bakı şəhəri, Xətai rayonu, “Neapol” dairəsi deyilən yerdəki parkda ağacların sıx olduğu yerə gəlib orada və 08 iyun 2021-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, İstiqlal küçəsi, 8-ci binanın 2-ci girişində 4-cü mərtəbədə yerləşən müvəqqəti yaşadığı mənzildə boynundan, sinəsindən öpməklə, cinsiyyət orqanını nümayiş etdirib arxa dəliyinə sürtüb, sonra isə arxa keçəcəyinə daxil edib, cinsi ehtirasını təmin etməklə seksual xarakterli hərəkətlər etmişdir. Sumqayıt Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ruhiyə Əsgərova (sədrlik edən və məruzəçi), Azər İsmayılov və Rəşadət Ağayev) 1(105)131/2023 nömrəli, 01 mart 2023-cü il tarixli hökmü ilə Abşeron Rayon Məhkəməsinin 1(012)-243/2022 saylı, 18 noyabr 2022-ci il tarixli hökmü ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinib və 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi 12 oktyabr 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Apsana Guseinova tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum müdafiə çisi Müdafiəçi3 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsi və Məhkum barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinə baxış keçirilərkən işə obyektiv və hərtərəfli yanaşılmamışdır. Müdafiəçi kassasiya şikayətində qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin sözügedən hökmünə diqqət etdikdə 1-ci instansiya məhkəməsinin hökmünün köçürülmüş variantı olduğunu görməmək mümkün deyildir. Həm birinci instansiya məhkəməsində işə baxılarkən, həm də ibtidai araşdırma zamanı aparılan istintaqın kifayət qədər qüs urlu olduğunu, şəxsin təqsirli bilinməsi üçün heç bir sübutun olmadığı halda onun məhkəməyə verilməsi. Birinci instansiya məhkəməsində zərərçəkmişin verdiyi ifadələrlə (təqsirləndirilən şəxsin xeyrinə), ibtidai araşdırma zamanı verdiyi ifadə arasında kifayət qədər ziddiyyətlər nəzərə alınmamış. Məhkəmə tibb ekspertizasının vermiş olduğu rəydə zərərçəkmişin bildirdikləri (təqsirləndirilən şəxsin xeyrinə) ilə dindirilməsi zamanı vermiş olduğu ifadələr arasında kifayət qədər ziddiyyətlər olması və bu ziddiyyətlər də Məhkum təqsirsizliyinin sübutu olduğu halda nəzərə alınmamış və Məhkum əsassız və qanunsuz olaraq məhkum edilmişdir. Hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Məhkum konstitusion hüquqları pozulmuş, təqsirsizlik prezumpsiyasının norması pozulmuş, nəticə etibarı ilə maddi və prosessual hüquq normalarının tələbləri təmin edilməmiş və apellyasiya şikayəti üzrə işə tam hərtərəfli obyektiv baxmadan qanunsuz və əsassız bir qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən müdafiəçi hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ləğv edilməli və Məhkum kifayət qədər əsaslar olduğundan bəraət verilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi m əsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətlərinin əsas dəlili Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanun suz olaraq ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr məhkuma qarşı irəli sürülmüş ittihamın tam, obyektiv və hərtərəfli baxılması üçün müdafiə tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız imtina etmiş, sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, Məhkum hazırkı cinayət işində təqsirsiz olduğuna baxmayaraq barəsində bəraət hökmünün çıxarılmalı olduğu halda qanunsuz olaraq ittiham hökmü çıxarmış, məhkumun əməli CM-in 152.1-ci maddəsi ilə tövsif edərək hüquqi səhvə yol vermişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlillərinə qiymət verərək iş materiallarına əsasən qeyd edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə özünü təqsi rli bilməsə də, onun həmin maddədə nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu – onun özünün, zərərçəkmiş şəxsin, onun qanuni nümayəndəsinin ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyi və digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum ona elan edilmiş ittihamda özünün təqsirli bilməməsi barədə məhkəmədə verdiyi ifadələri işin faktiki hallarla və iş üzrə toplanmış sübutlarla uzlaşmır. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istin taqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən də görünür ki, məhkəmə yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Beləliklə, Məhkum hazırki cinayət işi üzrə on altı yaşına çatmayan X2 qarşı seksual xarakterli digər hərəkətləri etməsi tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci ma ddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət e dilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətlərin bu dəlilini əsassız sayır. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmə iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı h esab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbay can Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən CM-in 59-cu və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrinə nəzərdə tutulan cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkum T.M.Hüseynova təyin edilmiş cəza onun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətinin təmin edilmədə n, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə məhkum olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-1996/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1996/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver