Məhkəmə qərarları › İş №1(102)-1997/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1997/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1997/2023 26.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri X6 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Zərərçəkmiş şəxs2 nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi il ə təqsirli bilinib məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023cü il tarixli, 1(101)-231/2023 nömrəli hökmündən Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətin təmin olunmaması barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(101)-231/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-1294/2023 nömrəli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN ETDİ: Təqdim edilmiş cinayət işi materiallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməs inin 09 fevral 2023-cü il tarixli, 1(101)-231/2023 nömrəli hökmü ilə (hakimlər X5 (sədrlik edən), X3 və X1 ibarət tərkibdə) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs Məhkum təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Məhkum barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclasından azad edilməsi, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum sınaq müddəti ərzində davranışına nəzarətin Bakı şəhər Probasiya İdarəsinə tapşırılması, Məhkum Zərərçəkmiş şəxs2 və "xxxx" MMC-nə qarşı dələduzluq epizodu üzrə olan ittihamdan Məhkum "xxxx" MMC-nə qarşı dələduzluq etməsinə dair hissənin çıxarılması, "xxxx" MMC-nin hazırki iş üzrə zərərçəkmiş şəxs qismində işdə iştirakına xitam verilməsi hökm edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən apellyasiya şikayəti və birinci instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 11 aprel 2023-cü il tarixli, 1(103)-922/2023 nömrəli qərarı ilə sözügedən şikayət və protestə baxılması zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədi ilə cinayət işinin birinci instanisya məhkəməsinə qaytarılması səbəbindən hərəkətsiz saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(101)-231/2023 nömrəli qərarı ilə, Bakı Ağır Cinayətlər məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmündən Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayəti verilməsi müdətinin bərpa olunmasına dair vəsatəti təmin edilməmiş, həmin qərardan narazı qalan Zərərçəkmiş şəxs2 apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əyyubov Fərid İlham oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X4 ibarət tərkibdə) 07 iyun 2023-cü il tarixli, 1(103)1294/2023 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 may 2023-cü il tarixli, 1(101)231/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlilləri qsismində cinayət işi materiallarına istinadlar edərək, buraxılmış prosessual müddətin bərpasına dair mövqeyini onunla əsaslnadırmışdır ki, cinayət işinin materiallarında olan hökmü Zərərçəkmiş şəxs2 almasına dair qəbzdən 02 may 2023-cü il tarixdə keçirilmiş məhk əmə iclası zamanı məlumatı olmuşdur. Birinci instansiya məhkəməsində də vəsatətə baxan hakim hökmün surətinin alınmasına dair qəbzə istinad etdikdə zərərçəkmiş şəxs ona imzanın ona məxsus olmamasını bildirmişdir. Buna baxmayaraq, qeyd edilən hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılmamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxsin zərərin ödənilməsi və şikayətin olmaması ilə bağlı yazdığı ərizə yalan vədlərin nəticəsi olmuşdur. Hazırki vəziyyətdə kassasiya şikayəti təmin edilməsə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən pulunu tələb etmək hüququ olmayacaqdır. Diqqətə çatdırır ki, iş materiallarında olan hökmün surətinin xx.xx.2023-cü il tarixdə qəbul edilməs inə dair qəbzdəki imza zərərçəkmiş şəxsə məxsus deyildir və onun imzası saxtalaşdırılıbdır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Prosses iştirakçılarının çıxışları: Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə, tərəfindən verilmiş kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin nümayəndəsinin və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti, apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Eyni zamanda həmin Məcəllənin 384.2-ci maddəsinə görə həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Sözügedən Məcəllənin 386.2-ci maddəsinə əsasən apellyasiya şik ayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Azərbaycan Respublikası CPM-in 412.3-cü maddəsinə görə kassasiya şikayəti və ya kassasiya protestinə, həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər. Cinayət işinin materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmünün surəti xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 imza etdirilməklə təqdim olunmuşdur. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin vəsatəti təmin etməməklə bağlı gəldiyi nəticəni əsaslı sayaraq qeyd etmişdir ki, “cinayət işinin materiallarında olan hökmü almama dair qəbzdən 02 may 2023-cü il tarixdə keçirilm iş məhkəmə iclası zamanı məlumatım olub. Həmin imza mənə məxsus deyil” mülahizəsinə münasibətdə qeyd etmişdir ki, cinayət işi materiallarında bir neçə yerdə zərərçəkmiş şəxsin imzası öz əksini tapmışdır (məhkum edilmiş şəxs tərəfindən dəymiş ziyanın ödənilməsinin notarial qaydada təsdiq edilməsinə dair ərizə (səh: 62), cinayət işi üzrə icraatda birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin iltizamı (səh:64) və.s). Məhz həmin imzalara ilkin vizual baxış zərərçəkmiş şəxsin mülahizələrinin təkzibinə əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən sözügedən hökmdən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 20 günlük prosessual müddətin axımı həbsdə saxlanılan məhkum istisna olmaqla cinayət prosesində iştirak edən və apellyasiya şikayəti və ya apellyasiya protesti vermə hüququna malik olan bütün iştirakçılar üçün eyni zamandan, yəni hökmün elan edildiyi andan hesablanır. Buna görə də, hətta zərəçəkmiş şəxsin nümayəndəsi tərəfindən elan edilmiş hökmdən məlumatın olmaması iddia edilsə də, qanunverici yalnız qeyd edilən halın mövcudluğunu özlüyündə buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb hesab etmir. Xüsusilə də, konkret olaraq, sözügedən cinayət işinə münasibətdə cinayət işi materiallarında hökmün elanından bir gün sonra, yəni xx.xx.2023-cü il tarixində hökmün surətinin zərərçəkmiş şəxs tərəfindən şəxsən qəbul edilməsinə dair məhkəmə qəbzi mövcuddur. Hətta, hazırda zərərçəkmiş şəxs və nümayəndəsi tərəfindən hökmün surətinin zərərçəkmiş şəxs tərəfindən qəbul edilməsinə dair qəbzdəki imza mübahisələndirilərək, məlumatlarının olmaması qeyd edilsə də, əlavə olaraq eyni tarixdə birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin nümayəndəsi qismində iştirak etmiş Zərərçəkmiş şəxs5 tərəfində də hökmün surətinin qəbul edilməsinə dair qəbz mövcuddur. Bununla da, Zərərçəkmiş şəxs2 münasibətdə qeyd edilən hökmdən apellyasiya şikayəti vermə hüququ xx.xx.2023-cü il tarixdən başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli apellyasiya şikayəti və müddətin bərpasına dair vəsatəti isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs2 tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş 20 gün ərzində deyil, həmin müddətdən 1 aydan artıq vaxt keçdikdən sonra verilmiş və bununla da apellyasiya şika yəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət buraxılmışdır. Kassasiya şikayətinin hökmün elanından məlumatının olmaması ilə əlaqədar müddəti ötürməsindən ibarət dəlillərini təsdiq edən hər hansı sübut müəyyən olunmur. Əksinə cinayət işi materiallarında hökmün surətinin zərərçəkmiş şəxs tərəfindən qəbul edilməsinə dair mövcud olan qəbz qeyd edilən dəlilləri təkzib edir. Qanunvericiliyin şərh olunan normalarına və prosessual müddətlərə dair ümumi müddəalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 fevral 2023-cü il tarixli hökmündən qanunla müəyyən edilmiş müddət ərzində, yəni hökmün elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti vermək hüququ və imkanı olsa da, o, bu hüququndan istifadə etməmiş, birinci i nstansiya məhkəməsi tərəfindən Zərərçəkmiş şəxs2 tərəfindən iş materialları ilə prosessual müddətin buraxılmasının səbəbi kimi onun istinad etdiyi hallar araşdırılaraq, ötürülmüş müddətin üzrlü hesab edilməsinə əsas tapmadığından, düzgün olaraq onun vəsatətini təmin etməmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymışdır. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, kassasiya şikayətinin apellyasiya şikayətinin verilmə müddətinin üzrlü səbəbdən buraxılması barədə mülahizələri əsaslı və inandırıcı deyil. Zərərçəkmiş şəxs2 buraxılmış prosessual müddətin bərpası barədə vəsatətinə həmin müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən edən sübutlar əlavə edilməmişdir. Həmçinin məhk əmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs2 təqdim olunmuş hökmün surətində həmin hökmdən apellyasiya şikayətinin verilməsi qaydası və müddəti bilavasitə göstərilmişdir. Ona görə də, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət Zərərçəkmiş şəxs2 tərəfindən üzrsüz səbəbdən ötürülmüşdür. Kassasiya şikayətində prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün hər hansı əsaslı dəlil göstərilməmişdir. Digər tərəfdən, kifayət qədər üzrlü səbəblər olmadan buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini poz muş olar. Ona görə də məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməzdir və vaxtında istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)1294/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq Qərara aldı: Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 iyun 2023-cü il tarixli, 1(103)-1294/2023 nömrəli qərarı Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar