Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1998/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Quliyev Emil Tərail oğlunun iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(032)-209/2023 nömrəli (hakim: Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi ilə) hökmü ilə xx xxxxx 1983-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən CM-in 177.2.2, 177.2.3, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bi linib CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 1 il 6 ay 10 gün vaxtından əvvəl şərti azad olunmuş, bundan başqa Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CM-in 263.2 və 264-cü maddələri ilə təqsirli bilinib 2 il 3 ay nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 4 il 6 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı Əfv sərəncamına əsasən həmin tarixdə əsas cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş, əlavə cəzanı çəkməmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan Məhkum Azərbaycan Respublikası CM-in 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinərək, ona CM-in 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, CM-in 232.1-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, 25 aprel 2020-ci il tarixdən 26 aprel 2020-ci il tarixədək olan dövr üzrə tutulduğu 1 (bir) gün müddətin CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanı lması, CM-in 67.5-ci maddəsinə əsasən Məhkum Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan əlavə cəza 2 il 1 ay 5 gün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə onun üzərində qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkməsinin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 (üç) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə və 2 (iki) il 3 (üç) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının saxlanılması müəyyən edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli 1(106)-119/2024 nömrəli (hakimlər: Əhmədov İsmayıl Həmid oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Şirvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2020-ci ilin fevral ayının sonlarından xx.xx.2020ci il ta rixədək olan müddət ərzində istintaqla müəyyən edilməyən günlərdən birində Zərərçəkmiş şəxs İlqar oğlunun yaşadığı ünvan 2 ünvanında yerləşən evdən, ev sahibinin və ailə üzvlərinin müvəqqəti evdə olmadığına əmin olduqdan sonra oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə evin saxlanc yeri hesab edilən qarajın qıfılını sındırmaqla qanunsuz daxil olaraq odlu silah hesab edilən bir ədəd İJ-58 markalı iki lüləli 16 çaplı DX9450 nömrəli ov tüfəngini və onun 6 ədəd döyüş sursatı hesab edilən patronlarını, həmçinin 1 ədəd 40 manat dəyərində patrondaşı, qiyməti 120 manat olan bir ədəd xəncəri və hər birinin qiyməti 40 manat olan 3 ədəd "Aqidel” markalı su mühərriklərini oğurlamaqla, ümumilikdə zərərçəkmiş şəxsə 280 manat məbləğində maddi zərər vurmaqla özgənin əmlakını gizli olaraq talamış və odlu s ilahı və döyüş sursatını talama cinayətlərini törətmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin məhkumun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Belə ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş torpaq nümunəsi və bir cüt qara rəngli ayaqqabının götürülməsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Məhkum qarşı heç bir şikayət və ya tələbləri olmamış, o Şirvan Apellyasiya Məhkəməsində ifadə verərək bildirmişdir ki, polis əməkdaşları tərəfindən şikayət etdiyi gündən iki gün sonr a yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilmiş, həyətə baxış zamanı bir ədəd 16 çaplı qoşa lüləli ov tüfəngi aşkar edilmişdir. Göründüyü kimi hökm çıxarılarkən təqsirləndirilən şəxsin cinayət hadisəsində iştirakının olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyəti, iş üzrə ağırlaşdırıcı halların olmamasının qeydə alınmaması, ailə şəraiti kimi yüngülləşdirici hallar nəzərə alınmamış və ağır həddə cəza təyin edilmişdir. Belə ki, Məhkum etmədiyi bir cinayətə görə polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmışdır. Təzyiq və təsirlər altında saxlamaqla törətmədiyi cinayət əməlinə görə qanunsuz şəkildə azadlığı məhdudlaşdırılmışdır. Odur ki, göstərilənlərə əsasən, Şirvan Apellyasiya Məhkəməsinin 2 aprel 2024-cü il tarixli qərarının dəyişdirilərək, iş üzrə CM-in 177.2.3 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət tərkibinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə Məhkum barəsində bəraətverici əsaslarla hökm çıxarılması və ya cinayət işinin yeni apellyasiya baxışına təyin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Quliyev Emil Tərail oğlu iştirakları çıxış edərək, məhkumun təqsirləndiyi maddələr üzrə özünü təqsirli bilmədiyini, ziddiyyətli məqamların məhkəmələr tərəfindən araşdırılmadığını bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin p rokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu, o cümlədən ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.6 (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) və 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edi lir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şə xsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, fakt ların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməl i; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əl də edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən normaların tələblərinə müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə məhkəmə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, o cümlədən odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq olunmuş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı ma ddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 177.2.3 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun əməlində cinayət tərkibinin olmadığından əsassız olaraq təqsirli bilindiyi, müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutların prossesual qanunvericiliyin tələblərinə müva fiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilir. Belə ki, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsində göstərilmişdir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi ü zrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsi zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələri, eskpertlərin rəyləri və istintaq hərəkətlərinə dair protokollar ilə, həmçinin iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapdığını m üəyyən edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, “...Təxminən 2020-ci ilin aprel ayının əvvəllərində.... Məhkum onun yaşadığı küçəyə gəlmişdir. Küçədə onunla görüşmüş, ona tüfəng satdığını deyib istəyib-istəmədiyini soruşmuşdur. O da Məhkum tüfəngə baxıb sonra dəqiq söz deyə biləcəyini demişdir. Məhkum avtomobildən parçaya bürünmüş və sökülmüş halda olan tüfəngi çıxarıb ona göstərmiş, tüfəngi yığıb ona baxmaq üçün vermişdir. Silahı əlində tutarkən 16 kalibrli “İJ-58” markalı qoşa lüləli olmasını və saz vəziyyətdə olmasını görmüşdür. Həmin tüfəngin nişangahına və lüləsinə baxdıqdan sonra saz olduğunu görmüşdür. İlya həmin tüfəngi ona 500 manata sata biləcəyini demişdir. İlyadan tüfəngin sənədinin olub-olmamasını s oruşmuşdur. İlya demişdir ki, heç bir sənədi yoxdur. Buna görə də tüfəngi almaqdan imtina etmişdir. İlya isə tüfəngi söküb yenidən parçaya büküb aparmışdır... Zərərçəkmiş şəxs yaşadığı ünvandan oğurluq olması, o cümlədən tüfəngin oğurlanması barədə eşidən kimi Məhkum zəng edərək ona satmaq üçün göstərdiyi tüfəngin oğurluq olduğu təqdirdə sahibinə qaytarmasını demişdir. Sabirabad rayon polis şöbəsində olarkən Məhkum ona satmaq istədiyi tüfəngi təqdim edilmiş bir neçə tüfəng arasından tanımış və bu barədə istintaqa bildirmişdir.” İş materiallarından göründüyü kimi birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid2, o cümlədən ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadələri heç bir ziddiyyət təşkil etmə dən hadisənin real ardıcıllğını özündə əks etdirir. İfadə verən Şahid2 isə ümumiyyətlə Məhkum ona 16 kalibrli “İJ-58” markalı qoşa lüləli, heç bir sənədi olmayan ov tüfəngini ona satmağa cəhd etdiyini bildirmiş və aparılmış istintaq hərəkəti nəticəsində həmin tüfəngi təqdim edilmiş bir neçə tüfəng arasından tanıyaraq təsdiq etmişdir. Bundan başqa cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 iyul 2020-ci il tarixli 7/340 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş torpaq nümunəsi və bir cüt qara rəngli ayaqqabının sol, sağ taylarının alt hissələrində olan torpaq mənşəli maddə hissəcikləri sarımtıl-qəhvəyi rəngli (qrup əlaməti), orta gillicəli, orta karbonatlı, orta minerallı, zəif humuslu (c insi əlamət) torpaqlara aiddirlər. Təqdim edilmiş hadisə yerindən götürülmüş torpaq nümunəsi ilə ayaqqabının sol, sağ taylarının alt hissələrində olan torpaq mənşəli maddə hissəcikləri qrup və cinsi əlamətlərinə görə eynidirlər. Məhkəmələr tərəfindən müəyyən olunmuş sübutları sadalamaqla işin məhz məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti ondan irəli gəlir ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya şikayətinin yeni faktiki hallar müəyyən edilməsinə dair dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci mad dəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti onda n irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlamış, eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş əsasların olmaması haqqında nəticəyə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum ibtidai istintaq və məhkəmə istintaqında verdiyi ifadələri özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahidlərin verdikləri ifadələrini işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək onların verdikləri ifadələrin obyektiv həqiqəti əks etdirməsi, Məhkum verdiyi ifadələrini isə cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadələr kimi qəbul etmiş və o səbəbdən bu məzmunlu ifadələri mötəbər sübut növü kimi qəbul edilməməli olması barədə nəticəyə gəlmişdir. Məhkum ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməlini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası qeyd edir ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra s on tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüng ülləşdirən (yaşayış yerindən müsbət xasiyyətləndirilməsi) və ağırlaşdıran (əməlində cinayətin residivinin olması) halların olması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Qeyd olunan cinayət-hüquqi normalarına əsasən və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri-qanuni olması haqqında müdafiəçinin iddiasının əsa slı olmadığı müəyyən edilir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçinin kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh e dilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Quliyev Emil Tərail oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1998/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1998/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver