Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1999/2023 23.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, bəraət almış şəxs Məhkum2 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-316/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarından Dövlət ittihamçısı4 tərəf indən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs Məhkum2 xx xxxx 1984-cü il tarixdə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla, Salyan rayonu, Yolüstü kəndində yaşamışdır. 2. 17 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair bibisi oğlu Məhkum1, habelə şəxsiyyəti istintaqla müə yyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Aslan” adı ilə tanıdığı şəxslə razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun istintaqla müəyyən edilməmiş üzvləri tərəfindən qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış, Biləsuvar rayonu, «Çaylı-Əsgərabad» dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş külli miqdarda, yəni 249,669 qram narkotik vasitə heroini əldə etmək məqsədilə 08 iyul 2022-ci il tarixdə, saat 20:35-də Məhkum1la həmin yerə gəldikdən sonra sonuncu qeyd edilən narkotik vasitəni gizlədildiyi yerdən götürüb əynindəki şalvarın sol yan cibinə qoyaraq satış məqsədi ilə qanuns uz olaraq əldə etmiş, saxlamış və daşıyarkən Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 08 iyul 2022-ci il tarixdə saat 20:50 radələrində Biləsuvar şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra Məhkum1 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sol yan cibindən külli miqdarda, 249,669 qram çəkidə narkotik vasitə heroin bir ədəd sellofan bağlamanın içərisində olmaqla aşkar edilərək götürülmüşdür. 3. 11 noyabr 2022-ci il tarixli Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə m əhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-59/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal həbsdən azad olunması hökm edilmişdir.
5. Həmin hökmlə Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddə tinin əvvəlinin 08 iyul 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib hökmün Məhkum2 bəraət verilməsinə dair hissədə ləğv edilməsi, sonuncunun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib həmin maddələrin sanksiyası həddində cəza təyin edilməklə yeni hökmün çıxarılmasını xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-316/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-59/2023 nömrəli, 10 fevral 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Ap ellyasiya instansiyası məhkəməsinin həmin qərarından Dövlət ittihamçısı4 kassasiya protesti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
9. Kassasiya protesti onunla əsaslandırılmışdır ki, hər iki instansiya məhkəməsi bəraət almış şəxs Məhkum2 ilə Məhkum1 verdikləri ifadələr arasında böyük ziddiyyətin olduğunu, ifadələrin belə tərzdə verilməsinin səbəbinin Məhkum2 cinayət məsuliyyətindən boyun qaçırması üçün imkan yaradılması olmuşdur. Məsələn, Məhkum1 ifadəsində Məhkum2 onunla birlikdə Biləsuvar rayonuna getməsini xahiş etməsi barədə göstərdiyi halda, Məhkum2 Məhkum1la təsadüfən görüşüb Biləsuvar rayonuna getmələri barədə ifadəsində göstərmişdir. Bundan əlavə Məhkum2 ifadəsində göstərmişdir ki, Biləsuvar rayonunda yaşayan qohumu molla Hidayətin evinə getmiş, lakin sonuncu özü evdə olmadığından, arvadı Ceyran və qızı Mətanəti görmüşdür. X10 şahid qismində verdiyi ifadəsində uzaq qohumu Məhkum2 yalnız arabir xeyir-şər mərasimlərində iştirak etmək üçün gəldiyini, 2022ci ilin iyul ayının 2-dən 13-dək Naftalan şəhərində yerləşən müalicə müəssisələrindən birində müalicə aldığından evdə olmaması, arvadının təxminən 1 ildir ki, xəstəliyi ilə bağlı Bakı şəhərindəki uşaqlarına məxsus olan evdə yaşamasını, orada müalicə alması və ümumiyyətlə 07 iyul 2022-ci ildən 10 iyul 2022-ci il tarixədək Bağbanlar kəndində yerləşən evlərində heç kimin olmamasını göstərmişdir. Buna baxmayaraq, hər iki instansiya məhkəmələri Biləsuvar rayonuna getmələrinin məqsədləri barədə Məhkum1 və Məhkum2 verdikləri ifadələri arasında ziddiyyətin olmasına əhəmiyyət verməmiş, onların ifadələri a rasında ziddiyyətin yaranması barədə dedikləri ilə kifayətlənmişlər. Halbuki məhz bu ziddiyyətlərə görə Məhkum2 və Məhkum1 arasında müstəntiq tərəfindən üzləşdirmə keçirilmiş, həmin üzləşmə zamanı da Məhkum2 öz ifadəsini təsdiq etməklə yanaşı Məhkum1 yalan danışmasını qeyd etmişdir. Bundan əlavə, Məhkum1 ifadəsindən göründüyü kimi, o, özü Məhkum2 zəng etmiş və onunla Biləsuvar rayonuna birlikdə getmələrini təklif etmiş, Məhkum2 razılaşdıqdan sonra birlikdə getmiş, onlar Salyan şəhərindəki avtovağzalda təsadüfən görüşməmiş, Biləsuvar rayonunda da olarkən Məhkum1 narkotik vasitəni götürməyə getdikdə, Məhkum2 kənarda dayanıb müşahidə etmişdir. Bu hallar 08 iyul 2022-ci il tarixdə, saat 08:59 dəqiqədə onların arasında 13 saniyə ərzində baş vermiş danışıqla da təsdiq edilir. Lakin hər iki insta nsiya məhkəmələri müəyyən edilmiş bu hallara əhəmiyyət verməmiş və bunun nəticəsi olaraq Məhkum2 ibtidai istintaq zamanı Məhkum1la avtovağzalda təsadüfən rastlaşaraq, Biləsuvar rayonunun Bağbanlar kəndində yaşayan qohumları ilə görüşmək üçün getməsinin göstərməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirsə də, sonuncunun bu yöndə ifadəsinin cinayət törətməsinə dəlalət edən və Məhkum1 tərəfindən törədilmiş cinayətdə birgə icraçı kimi iştirakını təsdiq edən mötəbər sübut kimi hesab etməmişdir. Daha sonra hər iki instansiya məhkəmələri Məhkum2 həmin gün Biləsuvar rayonuna hansı məqsədlə gəlməsi məsələsinə münasibət bildirməmişlər. Məhkum2 Biləsuvar rayonuna gəlməsinin məqsədinə dair ifadəsi nin ibtidai istintaqda təsdiq edilməməsini görüb, ifadəsinin həqiqətə uyğun olan kimi göstərmək üçün artıq məhkəmə baxışlarında Məhkum1la birlikdə, guya sonuncunun tanışına baş çəkmək üçün Biləsuvar rayonuna gəlməsini bildirmiş, məhkəmə də onun bu izahını fakt kimi qəbul etməklə Məhkum2 mövqeyindən çıxış edib ona bəraət vermişdir. Cinayətin baş verdiyi son 5 gün ərzində bu iki şəxs arasında 33 qarşılıqlı zənglər olmuş, o cümlədən, cinayətin baş verdiyi gündə aralarında 1 danışıq baş vermişdir. Üstəlik, Məhkum1 məxsus mobil telefonuna quraşdırılmış “WhatsApp” ani yazışma tətbiqinə baxış keçirilən zaman adı “Aslan” kimi yazılmış şəxsin ona Biləsuvar rayonu, “Çaylı-Əsgərabad” dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının fotoşəkilini gö ndərməsi müəyyən edilmişdir. Eləcə də, iş materiallarından görünür ki, Məhkum2 və Məhkum1 Salyan rayonuna qayıtmaq məqsədilə taksilərə yaxınlaşdıqları zaman polis əməkdaşları tərəfindən tutulmuşlar. Göründüyü kimi, Məhkum2 və Məhkum1 cinayət törədilən gün səhər tezdən bir yerdə olmuş, törədəcəkləri cinayəti birlikdə planlaşdırmış və həyata keçirərək, Məhkum1 gizlədilmiş narkotik vasitəni götürmüş, Məhkum2 isə kənarda dayanıb, ətrafı müşahidə etmişdir. Beləliklə, məhkəmələrin müəyyən etdiyi hallar tədqiq etdikləri sübutlara uyğun olmamış, hökm çıxarılarkən məhkəmə yuxarıda təhlil olunan ziddiyyətli hallara tənqidi yanaşmaq əvəzinə yalnız təqsirləndirilən şəxslərin mənafeyindən çıxış etmiş, onların dəlillərini təkzib edən məhkəmə istintaqında tədqiq olunmuş sübutları - şahid ifadələri, bax ış, götürmə protokolları, ekspertiza rəyləri, əməliyyat məlumatlarını müqayisəli təhlil edib nəzərə almamışdır. Daha sonra apellyasiya instansiyası məhkəməsi də iş üzrə tədqiq edilmiş sübutlara, yəni təqsirləndirilən şəxslər və şahidlərin ifadələrinə, baxış və götürmə protokollarına, ekspertiza rəylərinə, üzləşdirmə protokollarına, telefon danışıqlarına dair məlumatlara baxış protokollarına, istintaq hərəkətlərinin protokollarına və digər sübutlara lazımi diqqətlə yanaşmayıb, Məhkum2 cinayət məsuliyyətindən və cəzadan süni surətdə yayınması üçün açıq-aşkar təqsirləndirilən şəxslərin özünümüdafiə xarakterli ifadələrini əsas sübut kimi qəbul edib, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübutların siyahısından çıxararaq, Azərbaycan Respublikası CPMnin 33-cü maddəsində təsbit olunmuş “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini də pozmuşdur. Belə olan halda məhkəmə Məhkum1 ittihamından, külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair Aslan adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından başqa Məhkum2la da razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib, birlikdə cinayət törətmələrinə dair hissəni xaric edilməsində də haqlı olmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntu kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 1(106)-316/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasi ya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbayc an Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyini iddia edərək, kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirm işdir.
16. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bununla əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-316/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Məhkum2 qarşı ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamın məzmunundan görünür ki, o, külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair hazırki cinayət işi üzrə məhkum edilmiş şəxs Məhkum1, habelə şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası vətəndaşı “Aslan” adı ilə tanıdığı şəxslə razılığa gələrək, Biləsuva r rayonu ərazisində yerləşən “Çaylı-Əsgərabad” dairəvi yolunun kənarında quraşdırılmış, baş yol və ikinci dərəcəli yolu müəyyənləşdirən yol nişanının altında gizlədilmiş külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə 08 iyul 2022-ci il tarixdə, saat 20:35-də Məhkum1la həmin yerə gəlmiş, sonuncu narkotik vasitəni əldə edib, saxlayıb və daşıyarkən hər ikisi Biləsuvar şəhəri, H.Əliyev prospektində olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılmış və üzərilərinə şəxsi axtarış keçirilərkən Məhkum1 həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür.
18. Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilməsinin başlıca əsasını onun Məhkum1 və şəxsiyyəti istintaqla müəyyən edilməmiş İran İslam Respublikası nın vətəndaşı “Aslan” adlı şəxslə külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair əlbir olması və narkotik vasitəni əldə etmək məqsədilə 08 iyul 2022-ci il tarixdə Məhkum1la birlikdə Biləsuvar rayonuna gəlməsi, onun və Məhkum1 polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində birlikdə saxlanılması təşkil etmişdir.
19. Cinayət işi materiallarına nəzər yetirdikdə müəyyən edilir ki, ibtidai istintaq və məhkəmə araşdırmalarının müxtəlif dövrlərində Məhkum2 digər təqsirləndirilən şəxs Məhkum1la birlikdə hansı səbəbdən Biləsuvar rayonuna getdiyini fərqli əsaslarla izah etməyə çalışmış və nəticədə bununla bağlı ziddiyyətli ifadələr vermişdir. 20. 08 iyul 2022-ci il tarixdə verdiyi ilkin izahatında R.Məhkum2Əhmədovla birlikdə Biləs uvar rayonunda olmasını həmin gün Biləsuvar rayonuna qohumu ilə görüşmək məqsədilə getdiyi vaxt sonuncunun da onunla gəlmək istədiyi ilə izah etməyə çalışmışdır.
21. Daha sonra, 09 iyul 2022-ci il tarixdə o, şübhəli şəxs qismində verdiyi ifadəsində Məhkum1la Salyan rayon avtovağzalında Biləsuvar rayonuna gəldiyi vaxt təsadüfən rastlaşdığını, sonuncunun onunla birlikdə Biləsuvara orada yaşayan dostu ilə görüşmək üçün getdiyini bildirmişdir. O, həmçinin Biləsuvar rayonunun Bağbanlar kəndində Məhkum1 ayrılıb qohumu molla Hidayət adlı şəxsin yaşadığı evinə yollandığını, Məhkum1 getdiyi yerin ona məlum olmadığını qeyd etmişdir.
22. Bunun əksinə olaraq məhkum edilmiş şəxs Məhkum1 09 iyul 2022-ci il tarixdə şübhəli şəxs, 10 iyul 2022-ci il tarixdə isə təqsirləndirilən şəxs qismində dindirilərkə n verdiyi ifadələrində, həmçinin məhkəmə qarşısında bildirmişdir ki, məhz o, Məhkum2 yaşadığı ünvana çağırmış, sonuncu onun evinə gəldikdən sonra birlikdə cəzaçəkmə müəssisəsində cəza çəkmiş və Biləsuvar rayonunda yaşayan bir tanışı ilə görüşmək üçün onunla yol yoldaşı kimi Biləsuvar rayonuna getməsini xahiş etmişdir.
23. İfadələr arasında olan ziddiyyətlə bağlı Məhkum2 və Məhkum1 arasında 10 iyul 2022-ci il tarixdə üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı bir tərəf digər tərəfin ifadəsində göstərdiyi xüsusatları qarşı tərəfin üzünə deməklə, digərinin dediyini təkzib etmişdir.
24. İbtidai istintaq orqanı Məhkum2 ifadəsində göstərilən xüsusatları araşdırmaq məqsədi ilə onun Biləsuvar rayonuna qonaq getdiyini göstərdiyi X4 və onun ailə üzvlərini şahid qismində dindirmişdir.
25. X8 ibtidai istintaq dövründə 26 iyul 2022-ci il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində Məhkum2 ifadəsində qeyd etdiklərinin yalan olduğunu, həmin gün onun Naftalan şəhərində müalicə müəssisəsində olduğunu, arvadı Nobar Haxverdiyevanın Bakı şəhərində olduğunu, həmçinin digər ailə üzvlərinin də Bakı şəhərində olduğunu və yalnız oğlu Nəsimi Məmmədovun 10 iyul 2022-ci il tarixdə axşam saatlarında evinə qayıtdığını, həmin gün onun evində ümumiyyətlə heç kimin olmadığını və buna görə də Rövşənin onların evinə qonaq gəlmədiyini göstərmişdir.
26. X6 həmçinin 15 avqust 2022-ci il tarixdə şahid qismində verdiyi ifadəsində atası H.H.Məmmədovun ifadəsində göstərilənlərə oxşar məzmunda ifadə verməklə, sonuncunun ifadəsində bildirdiklərini bir daha təsdiq etmişdir.
27. Bununla yana şı, ibtidai istintaq dövründə əldə edilmiş mobil telefon şəbəkəsinin anten dairəsinə dair məlumatlara əsasən Məhkum2 08 iyul 2022-ci il tarixdə, saat 19:00 dəqiqədən saat 21:00 dəqiqəyədək Biləsuvar rayonu, Bağbanlar kəndi ərazisində olmaması müəyyən edilmişdir.
28. Qeyd edilənlərdən göründüyü kimi, Məhkum2 məhkum edilmiş şəxs Məhkum1 ilə Biləsuvar rayonuna hansı səbəbdən gəlməsinə dair ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi məlumatın həqiqətə uyğun olmadığı Məhkum1 və şahidlərin ifadələri, eləcə də cinayət işinin materiallarında olan digər sübutlarla təsdiqlənmişdir.
29. Bundan sonra Məhkum2 məhkəmə araşdırması dövründə 08 iyul 2022-ci il tarixdə Biləsuvar rayonuna hansı səbəbdən getməsinə dair ifadəsini yenidən dəyişib, həmin hissəsini Məhkum1 ifadəsinə bildirdikləri ilə u yğunlaşdırmışdır.
30. Bütün qeyd edilənlərə münasibətdə birinci instansiya məhkəməsinin hökmündə göstərilmişdir ki, ibtidai istintaq orqanı Məhkum2 ifadəsində irəli sürdüyü alibinini təkzib etməyə çalışsa və buna müvəffəq olsa da, həmin gün Bağbanlar kəndinə olan yaşadığı qohumunun evinə getməməsinin təsdiqi, onun Məhkum1 tərəfindən törədilən cinayətdə birgə icraçı olmasını, ümumiyyətlə hər hansı formada iştirakını təsdiq edəcək bir sübut kimi qəbul edilə bilməz. İbtidai istintaq orqanı Məhkum2 ifadəsinin yalan olmasının ifşa edilməsini onun Məhkum1la bir qrup şəxs halında cinayət törətməsinin sübutu kimi qəbul etsə də, belə nəticə ehtimallara, fərziyyələrə söykənmişdir. Nəzərə alınmamışdır ki, Məhkum2 təqsirləndirilən şəxs statusunda olduğundan onun ifadə vermək və ya verməmək, geniş mə nada təfsir edilsə, hətta, yalan ifadə vermək kimi hüquqları vardır.
31. Həmçinin, birinci instansiya məhkəməsi Məhkum2 dəyişən ifadələri arasında olan ziddiyyətli məqamları onun xeyrinə şərh etsə də, bu ziddiyyətlərin izahının alınması istiqamətində hər hansı addım atmamış, eləcə də Biləsuvar rayonunda saxlanıldıqdan əvvəlki 5 gün ərzində Məhkum1la 33 dəfə qarşılıqlı olaraq zəngləşməsinin səbəbini aydınlaşdırmamışdır.
32. Məhkəmələrin gəldiyi qeyd edilən nəticəyə münasibətdə məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası CPM-nin 350.3-cü maddəsinə əsasən məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.
33. Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya protestində göstərilən ziddiyyətli h allar dəlil kimi məhkəmə qarşısında irəli sürülsə də, apellyasiya instansiyası məhkəməsi göstərilən dəlillərə hər hansı qiymət vermədən Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə qanuni əsasların mövcud olmadığı və apellyasiya protestinin dəlillərinin tam əsassız olduğu qənaətinə gəlmişdir.
34. Halbuki, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və ittihamın əsaslandırılması üçün göstərilmiş sü butların onun tərəfindən rədd edilməsinin motivləri göstərilməklə təqsirləndirilən şəxsə bəraət verilməsi əsaslarının göstərilməsi tələbini müəyyən etmişdir.
35. Azərbaycan Respublikası CPM-nin 398.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökmü həmin Məcəllənin 353-cü maddəsinin tələblərinə uyğun olmalıdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 88-ci bəndinə görə də, apellyasiya instansiyası məhkəməsinin hökmünün təsviri-əsaslandırıcı hissəsi apellyasiya müraciətlərinin dəlillərini və həmin dəlillər üzrə məhkəmə qənaətinin əsaslandırılmasını əks etdirməlidir.
37. İstinad edilən milli qanunvericilik normaları və məhkəmə təcrübəsini tənzimləyən müddəaların tələbləri, İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyində də əksini tapır, müvafiq presedent hüququna görə, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları mütənasib şəkildə göstərilməlidir (X1rşı [BP], № 19867/12, § 84, 11 iyul 2017-ci il). Şikayətçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərinə konkret və aydın cavab alacağının təmin edilməsini nəzərdə tutur (Aslan İsmayilov Azərbaycana qarşı, № 18498/15, § 42, 12 mart 2020-ci il).
38. Təsvir olunanlardan görünür ki, apellyasiya protestinin təmin edilməməsi barədə qərarını verərkən, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə yönəlmiş və müvafi q hallarla əsaslandırılmış dəlillər üzrə mübahisə doğurmayan cavab verilməsini tələb edən vəzifəsini icra etməmiş, sadəcə qanunvericilik normalarına istinad etməklə və birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq onun gəldiyi qənaəti köçürməklə yekun nəticəyə gəlmiş, hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edən sübutları lazımınca tədqiq etməyərək Azərbaycan Respublikası CPM-nin 144 və 145-ci maddələrinin tələblərini pozmuş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini tələb edən CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermişdir.
39. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir şərh edilən əsaslara görə hesab edir ki, Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti qi smən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)316/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı Məhkum2 münasibətdə ləğv edilməli, iş yeni apelyasiya baxışına təyin olunmalıdır.
40. Kassasiya protestinin Məhkum1 qarşı irəli sürülmüş ittihamdan külli miqdarda narkotik vasitənin qanunsuz olaraq əldə edilməsi, saxlanması, daşınması və satışına dair Aslan adı ilə tanıdığı İran İslam Respublikasının vətəndaşından başqa Məhkum2 ilə də razılığa gələrək, qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girib, birlikdə cinayət törətmələrinə dair hissəsinin xaric edilməsinin əsassız olmasına dair iddialarına gəldikdə, yuxarıda qeyd olunan – Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində təsbit olunmuş əsaslara görə mübahisəsi edilən qərarın lə ğv edilməsi, cinayət işi üzrə toplanmış sübutların təkrar araşdırılması, təqsirlilik və cəzanın təyin edilməsi kimi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən münasibətin bildirilməsini labüd etdiyindən, məhkəmə kollegiyası hazırki mərhələdə həmin dəlillərin araşdırılmasını və bu dəlillər üzrə kassasiya protestinin təmin edilməsini mümkün hesab etmir. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protesti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-316/2023 nömrəli, 24 may 2023-cü il tarixli qərarı Məhkum2 münasibətdə ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməs