Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1999/2024 26.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X7 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Canıyev Nizami Xudaqulu oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.1 və 244-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli, 1(106)-338/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Canıyev Nizami Xudaqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə (bundan sonra mətndə: kassasiya şikayəti) mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyy atda olmaqla, həmin ünvanda yaşamışdır.
2. İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda cəmi - 433,25 qram çəkidə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana əldə edərək bir qismini yaşadığı evdə, bir qismini isə üzərində saxlayıb daşımış, xx.xx.2023cü il tarixdə saat 01:00 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Məhkumin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinin həyətində yerləşən otağa keçirilən baxış zaman 01 (bir) ədəd poli etilen torbada təmiz çəkisi - 410.0 qram, 06 (altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1,73 qram, 3,83 qram, 4,02 qram, 3,91 qram, 2,93 qram, 2,18 qram, 5 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.16 qram, 0.19 qram, 0.39 qram, 0.33 qram və 0.60 qram, ümumi təmiz çəkisi 430.27 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, istintaq tədbirlərinin davamı olaraq həmin günü saat 02 radələrində Kürdəmir rayon polis şöbəsinin inzibati binasında sonuncunun üzərinə keçirilən axtarış və götürmə zamanı əynində olan qara gödəkçənin sol qoltuq cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 2.98 qram bitki mənşəli kütlə tər kibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, Məhkum yaşadığı evə baxış keçirilərkən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.
3. Bundan başqa o, 13 fevral 2023-cü il tarixdə saat 23 radələrində həmkəndliləri Şahid13, Şahid16, Şahid15 və Şahid14 bir-biriləri ilə nəğd pulla kart oyunu olan “Poker” qumar oyununu oynamaq üçün qabaqcadan oyunçular arasında oyun zamanı xalların bərabərliyi olduğu halda ortada olan pul vəsaitindən 1 manat əldə etmək şərti ilə yaşadığı evin həyat yanı sahəsində yerləşən otaqda qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib qazanc olaraq 6 manat pul əldə etmişdir.
4. Bundan başqa o, təkrarən 14 fevral 2023-cü i l tarixdə saat 01 radələrində tanışları Şahid11 və Şahid7 bir-biriləri ilə pulla kart vasitə ilə “Poker” qumar oyununu oynamaq üçün yaşadığı evin həyatyanı sahəsində yerləşən otaqda oyun zamanı oyunçılar arasında xalların bərabərliyi olduğu halda 1 manat əldə etmək şərti ilə yaşadığı evin həyat yanı sahəsində yerləşən otaqda qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib pul əldə etmiş, xx.xx.2023-cü il tarixdə saat 01:00 radələrində Kürdəmir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Məhkumin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinin həyətində yerləşən otağa keçirilən baxış zamanı həmin qumarxana aşkar olunmaqla, orada olan masanın üzərində müxtəlif əsginazlarda olan 225 manat pul, 36 ədəddən ibarət kart kolod ası aşkar edilərək götürülmüşdür.
5. Kürdəmir Rayon Məhkəməsinin (sədrlik edən hakim: X2) 30 yanvar 2024-cü il tarixli, 1(041)-4/2024 nömrəli hökmü ilə Məhkum CM-in 234.1 və 244-1.2.1-ci maddələri ilə təqsirli bilinərək AR CM-in 234.1-ci maddəsi ilə 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına, AR CM-in 244-1.2.1-ci maddəsinə əsasən 06 ay müdddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum həbs və ev dustaqlığında saxlanıldığı 03 ayın ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsi ndə çəkməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilərək həbs qətimkan tədbri seçilsin və onun məhkəmə iclas zalından dərhal həbs edilməsi, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin onun həbs olunduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
6. Kürdəmir Rayon Məhkəməsinin 1(041)-4/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli hökmündən Azərbaycan Respublikası Baş Prokurorunun müavini, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov apellyasiya protesti verərək, Məhkum Azərbaycan R espublikası CM-in 234.1 və 244-1.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Kürdəmir Rayon Məhkəməsinin 30 yanvar 2024- cü il tarixli hökmünün cinayət qanunu norması düzgün tətbiq edilməklə dəyişdirilməsini xahiş etmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X9 (sədrlik edən, məruzəçi hakim), X4 və X3 ibarət məhkəmə tərkibində) 28 mart 2024-cü il tarixli, 1(106)-338/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorunun müavini 2-ci dərəcəli dövlət ədliyyə müşaviri Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-04/2024 nömrəli, 30 yanvar 2024-ci il tarixli hökmünün apellyasiya protestinə əsasən dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM-in 244-1.2.1-ci ma ddəsi ilə təqsirli bilinərək ona CM-nin 244-1.2.1-ci maddəsi ilə 02 (iki) müdddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən həbs və ev dustaqlığında saxlanıldığı 03 ay müddətin Məhkum təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Kürdəmir Rayon Məhkəməsinin 1(041)-04/2024 nömrəli, 30 yanvar 2024-ci il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli, 1(106)-338/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müd afiəçi2 tərəfindən kassasiya şikayəti və müdafiəçisi Canıyev Nizami Xudaqulu oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. II. Kassasiya şikayətinin (kassasiya şikayətinə əlavənin) dəlilləri və etirazlar:
9. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri qismində müdafiəçilər tərəfindən cinayət işi materiallarında olan sübutlara və bir sıra qanunvericilik normalarına istinadlar edilərək qeyd edilmişdir ki, məhkumun CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair ittiham üzrə cinayət işi materiallarında onun əməlini təsdiq edən sübutlar mövcud olmamışdır. Cinayət işi materiallarından müəyyən edilir ki, Məhkum ibtidai istintaq zamanı yaşadığı evdən aşkar edilərək götürlən kütlənin nanə olmasını bildirmişdir. Bu fakt eyni zamanda şahid ifadələri ilə də öz təs diqini tapmışdır. Belə olan halda şəxsə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilmiş ittiham əsassız olmuşdur.
10. Müdafiəçilər məhkuma CM-in 244-1.2.1-ci maddəsi ilə elan olunmuş ittihama münasibətdə qeyd edirlər ki, istər ibtidai istintaq orqanı, istərsədə hər iki məhkəmə instansiyasında (Kürdəmir rayon məhkəməsi və Şirvan Apellasiya Məhkəməsi) şəxsin əməlinin təkrarlığa və ya davam edən (uzanan) cinayətlərə dair kriteriyaları araşdırılmamış və şəxsə əsassız olaraq elan olunmalı olan CM-nin 244-1.1-ci maddəsindən nəzərdə tutulan ittiham əvəzinə həmin məcəllənin 244-1.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmasını əsaslı hesab etmişlər. Bu isə əməlin düzgün tövsif olunmamasına dəlaət edir.
11. Müdafiəçilər kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikas ı CinayətProsessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.2, 416.1.5 və 416.1.7-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şirvan Apellasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2024-cü il tarixli, 1(106)-338/2024 nömrəli Məhkum CM-in 234.1-ci və 244-1.2.1-ci maddələri ilə təqsirli bilnməsinə dair qərarının ləğv edilməsini, məhkuma CM 234.1-ci maddəsinə münasibətdə bəraət, CMin 244-1.2.1-ci maddəsinə münasibətdə isə əməlinin CM-in 244-1.1-ci maddəsinə tövsif olunmaqla ədalətli cəza təyin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.
12. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
13. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları: 1
4. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Canıyev Nizami Xudaqulu oğlu kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
16. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
18. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münas ibətini bildirir.
19. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
20. Müdafiəçilər kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə Məhkum əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.1 və 244-1.2.1-ci maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, məhkum barəsində CM-in 234.1-ci maddəsi ilə hissəvi bəraət hökmünün çıxarılması, onun CM-in 244-1.2.1-ci maddəsi ilə olan əməlinin isə həmin Məcəllənin 244-1.1-ci maddəsinə tövsif edilməsi və ona ədalətli cəza təyin edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.5 və 416.1.7-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
21. Odur ki, kollegiya müdafiəçilərin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli, 1(106)-338/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edirəə.
22. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
23. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
24. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
25. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
28. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
29. Müdafiəçilər tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, cinayət işi materiallarında hüquqlarını müdafiə etdikləri şəxsin əməlinin CM-in 234.1 və 244-1.2.1ci maddələri ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, məhkum barəsində CM-in 234.1-ci maddəsi ilə hissəvi bəraət hökmünün çıxarılması, onun CM-in 244-1.2.1-ci maddəsi ilə olan əməlinin isə həmin Məcəllənin 244-1.1-ci maddəsinə tövsif edilməsi və ona ədalətli cəza təyin edilməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
30. Bu isə onu göstərir ki, müdafiəçilər kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
31. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Res publikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
32. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məh kəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
33. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, 234.1-ci maddəsi ilə məhkum barəsində bəraət verilməsi, CM-in 244-1.2.1-ci maddəsi ilə olan əməlinin isə həmin Məcəllənin 244-1.1-ci maddəsinə tövsif edilməsi və ona ədalətli cəza təyin edilməsinə dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və məhkumun məhkəmə qərarlarının mübahisələndirilmə si üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
34. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, apellyasiya icraatı zamanı apellyasiya protestinin, ittiham və müdafiə tərəfinin apellyasiya məhkəmə baxışında çıxışının dəlillərində işin faktiki halları və əməlin hüquqi tövsifi mübahisələndirilməsə də, CPM-in 397.2-ci maddəsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq y oxlanılmasına dair tələblərinə müvafiq olaraq apellyasiya instansiya məhkəməsi ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə cinayət və cinayət-prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinə, məhkum olunmuş şəxs Məhkum törətmiş olduğu əməlin hüquqi tövsifinə və daha sonra isə apellyasiya protestinin dəlillərinə uyğun olaraq təyin olunmuş cəzaya hüquqi qiymət vermişdir.
35. Bununla da, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin pros essual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 234.1 və 244-1.2.1-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 234.1 və 244-1.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
36. Kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həy ata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, həmçinin şahid ifadələri, istintaq hərəkətlər inin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
37. Adı çəkilən və digər sübutlar birinci instansiya və apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onlar ı və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, birinci instansiya və apellyasiya məhkəməsinin yekun hökmünü şübhə altına almaq üçün əsas görmür.
38. Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 244-1.2.1-ci maddəsinin tərkibinini yaratmasına münasibətdə kollegiya vurğulayır ki, işin faktiki hallarına görə, Məhkum iki ayrı-ayrı vaxtlarda biri-birilərindən fərqli qrup insanlar üçün qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmişdir.
39. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1 və 244-1.2.1-ci maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının məhkum barəsində CM-i n 234.1-ci maddəsi ilə bəraət hökmünün çıxarılması, onun əməlinin CM-in 244-1.2.1-ci maddəsindən həmin Məcəllənin 244-1.1-ci maddəsinə tövsif edilməsi və ona daha yüngül cəza təyin edilməklə dəyişdirilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
40. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli, 1(106)-338/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda qeyd edilənlərə əsas lanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 244-1.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 mart 2024-cü il tarixli, 1(106)-338/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Canıyev Nizami Xudaqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməsin.