Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2/2019 10.04.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) – 2/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ "10" aprel 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Əliyev Fərhad Kazım oğlu və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, Qasımov Orxan Əhməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Abşeron rayon hüquq məsləhətxanasının vəkil Abasov Nizami N ovruz oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi N.N.Abasov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Qəribov Fikrət Atlıxan oğlu, hakimlər Sadıxov Rasim Əkrəm oğlu və Hacıyev Əfqan Niyətulla oğlundan ibarət tərkibdə) xx xxxxx 1958-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Baytarlıq institut unda “Beynəlxalq elmi əlaqələr və məlumat” şöbəsinin müdiri işləmiş, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; xx xxx 1958-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü ilə Məhkum1 təqsir li bilinib məhkum edilmişdir ona görə ki, o, əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X20 ilə əlbir olan bir qrup şəxs halında xalası oğlu X10 və onun həyat yoldaşı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən 0,0938 ha torpaq sahəsindən ibarət 986 saylı bağ sahəsini 40.000 manata və X13 məxsus Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən ümumi sahəsi 85,5 kv.m olan yaşayış sahəsi 68,4 kv.m, köməkçi sahəsi 17,1 kv.m olan 4 otaqlı 986 A saylı bağ evini və mülkiyyətində olan 0,12 ha torpaq sahəsini 80.000 manata,cəmi,120.000 manata satması ba rədə razılaşıb həmin torpaq sahələrinə dair 25.07.2008ci il tarixdə və 02 avqust 2008-ci il tarixdə Bakı şəhəri Səbail rayonu 46 saylı notariat kontorunda tanışı X20 adına aldadıb etibarnamələr almasına nail olub Zərərçəkmiş şəxs məxsus torpaq sahəsini 30.000 manata və X10 məxsus torpaq sahəsi üzərində olan tikililərlə birlikdə 47.000 manata X5 satması barədə 25.11.2009-cu il tarixdə Bakı şəhəri Səbail rayonu 46 saylı notariat kontorunda bağlanılmış alqı-satqı müqaviləsinə əsasən rəsmiləşdirilməsinə baxmayaraq X5 130.000 manata satıb əldə etdikləri pulun 55.000 manatını Zərərçəkmiş şəxs verib qalan 65.000 manatı şəxsi ehtiyaclarına xərcləməklə Zərərçəkmiş şəxs etibarından suiistifadə edərək ona məxsus külli miqdarda 65.000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq etmiş lər. Bundan başqa, o, təkrarən, 25 may 2011-ci il tarixdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 ilə əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Baka şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 1-ci Bağlar döngəsi 20 a-saylı ünvanda yerləşən fərdi yaşayış sahəsini Ata bankın Nərimanov filialına girov qoyub kreditə pul götürüb həmin pula spirt biznesi ilə məşğul olub əldə olunmuş gəlirdən ona xeyir verəcəklərini vəd edib qeyd olunan yaşayış sahəsini Zərərçəkmiş şəxs etibarını qazanıb onu aldatmaqla 25 may 2011-ci il tarixdə Məhkum2 adına Bakı şəhəri Səbail rayonu 46 saylı notariat kontorunda etibarnamə alıb 29 iyun 2011-ci il tarixli, 456NF-saylı kredit müqaviləsinə əsasən Ata bankın Nərimanov filialına girov qoyaraq 119.000 manat pulu götürüb ələ keçirib vədlərinə əməl etməyərək etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs 119.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Həmin hökmlə Məhkum2 təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, 25 may 2011-ci il tarixdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum1 ilə əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Səbail rayonu Badamdar qəsəbəsi 1-ci Bağlar döngəsi 20 a-saylı ünvanda yerləşən fərdi yaşayış sahəsini Ata bankın Nərimanov filialına girov qoyub kreditə pul götürüb həmin pula spirt biznesi ilə məşğul olub əldə olunmuş gəlirdən ona xeyir verəcəklərini vəd edib qeyd olun an yaşayış sahəsini Zərərçəkmiş şəxs etibarını qazanıb onu aldatmaqla 25 may 2011-ci il tarixdə Məhkum2 öz adına Bakı şəhəri Səbail rayonu 46 saylı notariat kontorunda etibarnamə alıb 29 iyun 2011-ci il tarixli, 456NF-saylı kredit müqaviləsinə əsasən Ata bankın Nərimanov filialına girov qoyaraq 119.000 manat pulu götürüb ələ keçirib Məhkum1lə birlikdə vədlərinə əməl etməyərək etibardan sui-istifadə etməklə Zərərçəkmiş şəxs 119.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Səfərov Rizvan Kamal oğlu, hakimlər Əhmədov Həsən Hüseyn oğlu və Mursaqulov Vaqif Ənvər oğlundan ibarət tərkibdə) 16 noyabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2016-cı il tarixli hökmü dəyişdirilmədən, apellyasiya şikayətləri isə təmin edilmədən saxlanılmışdır.. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi N.N.Abasov kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qərarını ləğv etməklə məhkumlar Məhkum1 və Məhkum2 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkumlar Məhkum1 və Məhkum2 müdafiəçisi N.N.Abasov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə məhkumlar Məhkum1 və Məhkum2 barələrində cinayət hadisəsinin olmaması və təqsirliliklərinin sübuta yetirilməməsi əsasları üzrə cinayət işi üzrə icraata xitam verilməsi üçün əsaslar mövcuddur, belə ki, Məhkum1 iki epizod üzrə ittiham verilmiş, birinci epizod üzrə, guya, notariat kontorunda zərərçəkmiş şəxs tərəfindən etibarnamənin ona verildiyi, bunun əsasında Məhkum1 gizli şəkildə evi satdığını, evin satışından əldə olunan 120.000 manat pulu mənimsədiyini, işin üstü açılanda həmin puldan qalan 55.000 manat pulu qaytardığını, qalan məbləği isə qaytaracaqlarına söz versə də, qaytarmamış, lakin ibtidai istintaq zamanı toplanmış sübutlar birinci instansiya məhkəməsində tədqiq olunarkən, çıxarılmış ittiham hökmünün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Zərərçəkmiş şəxs öz ifadəsində Məhkum1 evi özəlləşdirmək üçün etibarnamə verdiyini, lakin Məhkum1 digər məhkum X20 ilə əlbir olaraq, evi satdıqlarını və satışdan əldə olunan puldan qalan 55.000 manat pulu ona qayta rdıqlarını, pulun qalan hissəsini qaytarmadıqlarını göstərmişdir. Həmçinin şikayətdə, istər birinci instansiya məhkəməsinin, istərsə də apellyasiya instansiya məhkəməsinin iş üzrə toplanmış sübutlara tam, hərtərəfli və obyektiv qiymət verilməmiş, həmin sübutlar əsasında da apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamış, dələduzluq cinayətinin aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirməkdə ifadə olunduğunu, iş materiallarına əsasən, zərərçəkmiş şəxsin 25 iyun 2008-ci ildə 46 saylı dövlət notariat kontorunda nümayəndəsinə etibarnamə verdiyini, həmin nümayəndənin etibarnamə əsasında evi digər alıcı-X1, satış qiymətinin - 77.000 manatın müqavilədə göstərildiyini, 77.000 manat pul vəsaitinin notariusun bankda olan hesabı na köçürüldüyünü, ev-alqı satqısının 2009-cu ilin noyabr ayında həyata keçirildiyini, pulun depozit hesabından 21 yanvar 2010-cu il tarixdə götürüldüyünü, hər bir əməliyyatda zərərçəkmiş şəxsin iştirak etdiyini, zərərçəkmiş şəxsin deməsinə görə, guya, həmin proseslərdə Məhkum1 iştirak etdiyini, lakin iş materiallarında olan anten məlumatlarına əsasən, etibarnamə verilən saatda Məhkum1 46 saylı notariat kontorundan təxminən 5 kilometr aralıda olduğunu, birinci instansiya məhkəməsində hökm çıxarıldıqdan sonra onların müdafiə tərəfi olaraq, zərərçəkmiş şəxslə danışdıqlarını, zərərçəkmiş şəxsin özünü də deməsinə görə, onun proseslərdə özünün iştirak etdiyini və 77.000 manatın depozit hesabına köçürüldüyünü, bu məbləğdən artıq pul ödənilmədiyini, Məhkum2 aid epizoda gəldikdə isə kredit və ipote ka müqavilələrinin mövcud olduğunu, müqaviləyə əsasən, 119.000 manat kredit götürüldüyünü, həmin kreditin 93.000 manat hissəsinin ödənildiyini, sonradan onun müflis olduğunu və ticarətini davam etdirə bilmədiyini, bu səbəbdən ödəmənin aparılmadığını, ödənilməmiş qalan kredit məbləği barədə iş materiallarında “Atabank”ın rəsmi arayışlarının olduğu qeyd edilmişdir. Göstərilənlərə əsasən müdafiə tərəfi kassasiya şikayətinin təmin olunmasını, apellyasiya məhkəməsinin qərarını ləğv etməklə məhkumlar Məhkum1 və Məhkum2 barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunmasını, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər) hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı isə ləğv edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblər inə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ittihamı təsdiq edən amillər kimi istinad etdiyi sübutlar, onlarda olan məlumatlar arasında mövcud olan kəskin ziddiyyətlərin, ittihamın sübut edilməsində yaranmış bir sıra şübhələrin aradan qaldırılması üçün heç bir tədbir görməmiş, müdafiə tərəfinin Məhkum1 və Məhkum2 müdafiəsi üçün irəli sürdükləri dəlilləri yoxlamamış, özünün gəldiyi nəticənin düzgünlüyü, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən halları araşdırmamış, gəldiyi nəticəni hökmdə faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Məhkum1 və Məhkum2 verilmiş, 119.000 manat mə bləğində özgə əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinə dair ittiham təsdiq olunmur. Bu şəxslərə həmin epizod üzrə ittiham verilmişdir ki, “... Məhkum1 təkrarən 25 may 2011-ci il tarixdə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Məhkum2 ilə əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri ünvan 5 ünvanda yerləşən fərdi yaşayış sahəsini Ata Bankın Nərimanov filialına girov qoyub kreditə pul götürüb həmin pula spirt biznesi ilə məşğul olub əldə olunmuş gəlirdən ona xeyir verəcəklərini vəd edib qeyd olunan yaşayış sahəsini Zərərçəkmiş şəxs etibarını qazanıb onu aldatmaqla 25 may 2011-ci il tarixdə Məhkum2 Tapdıq oğlunun adına Bakı şəhəri Səbail rayonu 46 saylı notariat kontorunda etibarnamə alıb 29 iyun 2011-ci il tarixli, 456NF-saylı kredit müqaviləsinə əsasə n Ata Bankın Nərimanov filialına girov qoyaraq 119.000 manat pulu götürüb ələ keçirib vədlərinə əməl etməyərək etibardan sui-istifadə etməklə zərərçəkmiş Zərərçəkmiş şəxs 119.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər...”. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli 7 №-li qərarının 1-ci bəndində izah olunmuşdur ki, “... Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəz ərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun...”. İş materiallarından göründüyü kimi, Məhkum1 ifadə vermişdir ki, Badamdar qəs əbəsində yerləşən yaşayış sahəsinin girov qoyulması məsələsində onun iştirakı yalnız bundan ibarət olmuşdur ki, o, həmin sahəni satmaq istəyən Zərərçəkmiş şəxs belə əmlak almaq niyyətini bildirən Məhkum2lə tanış etmiş, bu əmlakın girov qoyulmasında və kredit götürülməsində iştirak etməmişdir. Bunları Məhkum2 özü də təsdiq etmiş, yalnız Zərərçəkmiş şəxs və X10 qeyd olunan ifadələrdən fərqli ifadə vermiş, Məhkum2lə birlikdə Məhkum1 də onları aldatdıqlarını göstərmişlər. İş materiallarında Məhkum2 və Məhkum1 həmin ifadələrini təkzib edən, Zərərçəkmiş şəxs və X10 ifadələrini (bu hissədə) təsdiq edən hər hansı bir digər məlumat yoxdur (bir neçə şahid X10 və Zərərçəkmiş şəxs sözlərindən bildikləri barədə ifadə vermiş və bu ifadələr Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələblərinə görə sübut kimi istifadə edilə bilməz). Zərərçəkmiş şəxs özünün aldadıldığını iddia etsə də, onun ifadələrinin və, ümumiyyətlə, bütün sübutların təhlili göstərir ki, sübutlarda olan məlumatlar Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs aldatmaları barədə fikir söyləmək üçün əsas yoxdur. Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ona yaşayış sahəsini girov qoymaqla kredit götürüb spirt biznesi ilə məşğul olaraq gəlirdən xeyir veriləcəyi vəd edilmişdir. İttihamda da Məhkum1 və Məhkum2 belə vəd vermələri göstərilmişdir. İş materiallarından görünür ki, həmin əmlak həqiqətən də banka girov qoyularaq, 119.000 manat kredit götürülmüşdür. Şahid X2 ifadəsində isə görünür ki, həmin məbləğin xeyli hissəsi sonuncunun məşğul olduğu spirt biznesinə qoyulması üçün ona verilmiş, o da biznesdən əldə etdiyi puld an 2011-ci ilin yay aylarından 2012-ci ilin avqust ayına kimi müddət ərzində Məhkum2 hissə-hissə 105.000 manat pul ödəmişdir. Göründüyü kimi, yaşayış sahəsi həqiqətən banka girov qoyulmuş, müəyyən məbləğdə kredit götürülmüş, gəlir əldə etmək üçün spirt biznesinə qoyulmuş, Zərərçəkmiş şəxs ona məxsus sahə ilə əlaqədar vəd olunmuş hərəkətlər edilmişdir (Zərərçəkmiş şəxs bu vədlərlə əlaqədar aldadılmamış, etibarından da sui-istifadə olunmamışdır). İttihamda təqsirləndirilən şəxslərin əldə olunmuş gəlirdən Zərərçəkmiş şəxs xeyir veriləcəyinin vəd edilməsi də göstərilmişdir. Bu məsələ ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən şahid X2 spirt biznesindən əldə olunmuş gəlirdən Məhkum2 105.000 manatın verildiyini göstərmiş, məhkəmə kollegiyasının qənaətinə görə bu ifadələri n məbləğə dair hissəsinin həqiqətə uyğun hesab edilmədiyi üçün əsas yoxdur (hər halda X2 həmin məbləği azaltmaq marağı olduğu barədə fikir söyləməyə əsas yoxdur).X4 isə Məhkum2 kredit müqaviləsinə əsasən banka ayrı-ayrı vaxtlarda 93.098 manat məbləğində vəsait ödədiyini göstərmiş, bu hal müvafiq bank sənədləri ilə də təsdiq edilmişdir. Mübahisəsizdir ki, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədən, yəni banka olan borc tam ödənilmədən, əmlak girovdan azad edilmədən əldə ediləcək gəlirin bölgüsündən söhbət gedə bilməz, iş materiallarından isə görünür ki, Məhkum2 həmin borcu ödəmək, əmlakı girovdan azad etmək istiqamətində hərəkətlər etsə də, hətta əsas borc məbləğinin xeyli hissəsi məbləğində banka pul ödəsə də (spirt biznesindən əldə etdiyi məbləğin əksər hissəsini təşkil edən məbləğdə), borcun tam ödənilməsinə və əmlakın girovdan azad edilməsinə nail ola bilməmiş, borcun bir hissəsi ödənilməmiş qaldığı halda, spirt biznesindən bu və ya digər səbəblərdən (həmin səbəblər əmələ hüquqi qiymət vermək baxımından əhəmiyyət kəsb etmir) kənarlaşdırılmış, bu baxımdan kommersiya fəaliyyəti kifayət qədər uğurlu olmamış və bundan sonra heç bir gəlir əldə etməmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs gəlirdən ona xeyir verilməsi vədi ilə bağlı aldadılması və etibarından sui-istifadə edilməsi barədə fikir söyləmək üçün də əsas yoxdur. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr Məhkum2 banka kredit borcu ilə bağlı 93.000 manat pul ödədiyi barədə sübutlara, ümumiyyətlə, bu halın özü-özlüyündə Məhkum2 özgə əmlakını ələ keçirmək niyyətinin olduğu barədə iddiaların (ittiham tərəfinin) şübhə altına qoyduğuna heç bir əhəmiyyət verməmiş, münasibət bildirməmiş, həmin ödəməyə dair sübutları yuxarıda göstərilən Plenum qərarının izahları baxımından qiymətləndirməmişlər. Həmin Plenum qərarının 5-ci bəndində izah olunmuşdur ki, “... şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idar ə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir...”. Qeyd olunan qərarın 8-ci bəndində izah edilmişdir ki, “...məhkəmələrin diqqəti dələduzluq cinayəti nin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin...”. Həmin Plenum qərarının 27-ci bəndində də izah edimişdir ki, “...“Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz... Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilə lər üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər...”. Məhkəmə kollegiyası Plenum qərarının bu izahları baxımından sübutları təhlil edərək belə nəticəyə gəlir ki, Məhkum1 və Məhkum2 yaşayış sahəsini girov qoyaraq kredit götürülməsindən əvvəl (və ya kredit götürülərkən) Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirmək niyyətində olduğu, Zərərçəkmiş şəxs aldatdıqları, onun etibardan sui-istifadə etmələri, Zərərçəkmiş şəxs qarşısında götürülmüş öhdəliyin (Məhkum2 tərəfindən) yerinə y etirilməməsinin, sonuncuya əmlakın tam şəkildə qaytarılmamasının səbəblərinin Məhkum2 uğursuz kommersiya fəaliyyəti ilə əlaqədar olmadığı barədə birmənalı fikir söyləməyə əsas yoxdur və bunlar həmin cinayət epizodu üzrə ittihamın sübuta yetirilməsində yaranmış və aradan qaldırılması artıq mümkün olmayan şübhə kimi qiyməntləndirilməli və qanun tələblərinə əsasən təqsirləndirilən şəxslərin xeyrinə təfsir edilməlidir. Belə olan halda Məhkum1 və Məhkum2 zərərçəkmiş şəxsə 119.000 manat ziyan vurmaqla dələduzluq etmələri epizodu üzrə (ittihamda göstərilən) təqsirlikləri sübuta yetirilmədiyinə görə apellyasiya məhkəməsinin qərarı bu hissədə ləğv edilməklə cinayət işinin icraatına həmin hissədə xitam verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum1 Zərərçə kmiş şəxs 65.000 manat ziyan vurmaqla dələduzluq etməkdə təqsirli bilinməsi hissəsində də ləğv edilməlidir. Məhkum1 ibtidai istintaq və məhkəmədə verdiyi bütün ifadələrində Zərərçəkmiş şəxs 65.000 manat əmlakının ələ keçirməsində iştirakı epizodu üzrə göstərmişdir ki, Zərərçəkmiş şəxs məxsus olan Bilgəh qəsəbəsində yerləşən bağ evində heç vaxtı olmamış, o, Zərərçəkmiş şəxs aldadıb ona məxsus Bilgəh qəsəbəsində yerləşən bağ evinə X20 adına etibarnamə verməmiş, eləcədə xalası oğlu X10 aldadıb ona məxsus Bilgəh qəsəbəsində yerləşən evinə və onun mülkiyyətində olan torpaq sahəsinə görə onun Zərərçəkmiş şəxs vermiş olduğu etibarnamə əsasında Zərərçəkmiş şəxs adından X20 adına etibarnamə verdirməmiş, X7 onun qonşusu olsa da, o, heç vaxt onu tanımamış, həmin bağ sahəsinin satılmasında iştirak etm əmiş və bu məqsədlə notariat kontorunda olmamış, o, Zərərçəkmiş şəxs və onun həyat yoldaşı Arzu Şuşalıya məxsus mülkiyyətlərində olan Bilgəh qəsəbəsində yerləşən torpaq və bağ sahələrinin satışında iştirak etməmiş və bu məqsədlə Zərərçəkmiş şəxs hər hansı bir məbləğdə pul verməmişdir. İttihamın məzmununa görə həmin cinayətdə iştirak etmiş, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X20 Məhkum1 ifadələrinə uyğun ifadələr verərək göstərmişdir ki, çoxdan tanıdığı Dilarə ona demişdir ki, bağ evini satmaq istəyir, X10 spirtki içkiyə meyilli bir adamdır, o, bağ evinin satılmasından X10 xəbər tutmasını istəmir, onun bağ qonşusu evi almaq istəyir. X20 həm də göstərmişdir ki, 2007-ci ildə Zərərçəkmiş şəxs atası rəhmətə gedəndə, o, onun dəfn və yas mərasiminin keçirilməsində yaxından köməklik göstərmiş, ona çox yaxşılıq etmiş, o, Zərərçəkmiş şəxs ilə Dubaya və başqa yerdə çəkdirdikləri şəkilləri gətirib müstəntiqə göstərmiş, 2009-cu ilin noyabr ayında Zərərçəkmiş şəxsin bağ evinin alqı-satqısı olmuş, etibarnamə ona verildiyi üçün alqı-satqıda o iştirak etmişdir, Zərərçəkmiş şəxs isə alqı-satqıda iştirak etməmiş, maşında oturub gözləmişdir, Zərərçəkmiş şəxsin notariusda iştirak etmədiyinin səbəbi, notariusun onu və ailə üzvlərini tanıdığı, notariusun və ərinin bu işdən xəbəri olmasını istəmədiyi olmuş, Zərərçəkmiş şəxs bağ evinə görə 77.000 manat pul almış, bundan sonra onlar Zərərçəkmiş şəxs ilə birlikdə Dubay şəhərinə cehiz almaq üçün getmiş, qayıtdıqdan bir müddət sonra Zərərçəkmiş şəxs ilə birlikdə pulu çıxarıb sayıb sonuncuya vermiş, ona etibarnamə veriləndə İlqar orada iştirak etməmiş, ümumiyyətlə, Məhkum1 bu işdən xəbəri olmamış, bankda sənədlərə o, imza edib pulu çıxarıb Zərərçəkmiş şəxsə vermiş, bağ evi 2009-cu ilin noyabr ayında satılmış, bankdan pulu təxminən 03 aydan sonra çıxarıb Zərərçəkmiş şəxsə vermiş, Zərərçəkmiş şəxs bağın özəlləşdirilməsinə və satılmasına görə ona etibarnamə vermişdir. Birinci instansiya məhkəməsi ittihamın təsdiq edilməsi qənaətinə gələrkən əsaslandığı, Zərərçəkmiş şəxs ifadələrinin Məhkum1 və X20 yuxarıda göstərilən ifadələrində olan, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən məlumatlarla kəskin ziddiyyət təşkil etməsinə, bunlarla əlaqədar ittihamın sübut edilməsində şübhələrin yarandığına əhəmiyyət verməmiş, həmin uyğunsuzluqların, ziddiyyətlərin və şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görm əmiş, Zərərçəkmiş şəxs və onun əri X10 X20 etibarnamə verilməzdən əvvəl sonuncunu tanıyıb-tanımadıqlarını, tanıyırdılarsa, hansı vaxtdan və hansı şəraitdə tanış olduqlarını, bir-biri ilə hansı münasibətdə olduqlarını, bu şəxslərin hadisələrdən bir müddət əvvəl tanışlıqları və müəyyən münasibətləri olduğu halda (bu təsdiq edilərsə), Zərərçəkmiş şəxs əmlakı (bağ evi və sahələri) satmaq məsələsini X20la deyil, Məhkum1lə razılaşdığının (Zərərçəkmiş şəxs bağ evinin və bağ sahəsinin yalnız özəlləşdirilməsi üçün etibarnamə verdiyini göstərsə də, ittiham tərəfi və birinci instansiya məhkəməsi ifadələrin bu hissəsi ilə razılaşmayaraq, ittihamın məzmununda Zərərçəkmiş şəxs və Məhkum1 həmin əmlakın satılmasını razılaşdırdıqlarını qeyd etmişlər) səbəblərini aydınlaşdırmamış, yuxarıda göstərilən şəxslə rə qeyd olunan məsələnin dəqiqləşdirilməsi, müvafiq halların müəyyən edilməsi istiqamətində aidiyyəti suallar verməmiş, çarpaz dindirmələr aparılmamış, etibarnaməni təsdiq edən 46 saylı notariat kontorunun notariusunu məhkəmədə dindirməmiş (etibarnaməni vermiş Zərərçəkmiş şəxs həmin sənədi bilavasitə imzalayarkan əmlakın satılmasını kimə etibar etməsi və etibarnamədə göstərilən digər məlumatların ona izah olunubolunmadığının müəyyən edilməsi, bununla Zərərçəkmiş şəxs etibarnaməni X20a deyil, Məhkum1 verməsini zənn etdiyi barədə ifadələrini təsdiq və təkzib edilməsi üçün), hökmdə X20un ifadəsinə münasibət belə bildirməmiş, onun təkzib edilib-edilmədiyini göstərməmiş, Məhkum1 ifadələrini X20n ifadəsi, onlarda olan məlumatlar (Məhkum1 ifadələrində göstərilənlərin həmin məlumatlara uyğun olduğ u) baxımından qiymətləndirməmişdir. Bundan başqa, iş materiallarında göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələlərə və işin düzgün həll olunması üçün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən digər hallara aydınlıq gətirə bilən, bağ evini və bağ sahələrini alqı-satqı müqaviləsinə əsasən əldə etmiş X5 məhkəmədə dindirilməsini təmin etməmiş, onun istintaqda verdiyi ifadələri məhkəmə tərəfindən kifayət qədər ətraflı tədqiq olunmamış, həmin ifadədə olan bir sıra uyğunsuzluqlara aydınlıq gətirilməmişdir. X5 ibtidai istintaq zamanı ifadə vermişdir ki, o, Bakı şəhəri, ünvan 6 ünvanında qeydiyyatda olmağına baxmayaraq 2012-ci ilin sentyabr ayından hazırkı vaxta kimi Bakı şəhəri, ünvan 5 ünvanında bağ sahələrində tikilmiş evdə yaşayır, X16 onunla 1971-ci ildə nikaha girmiş və o, 23 y anvar 2012-ci ildə rəhmətə getmiş, 0,24 hektardan ibarət olan Bakı şəhəri, ünvan 5 ünvanında bağ sahələri onların bağ sahəsinə qonşuluqda yerləşmiş, həyat yoldaşı X16 2008-ci ilin payız aylarında həmin torpaq sahələrini almaq istəmiş, 25.07.2008-ci ildə Səbail rayonu 46 saylı notariat kontorunda X20 etibarnamə əsasında 0,24 ha ibarət olan Bakı şəhəri ünvan 5 ünvanında bağ sahələrini ona 130.000 manata satmış və bu barədə notarius tərəfindən onunla X20 arasında alqısatqı müqaviləsi rəsmiləşdirilmiş, həyat yoldaşı X16 notariusun məktubuna əsasən 130.000 manat pulu hansısa bankda olan depozit hesabına X20 adına keçirmişdir. İbtidai istintaqda həmin şahid (G.Əliyeva) və 46 saylı notariat kontorunun müdiri X6 Məhkum1 tanımadıqlarını, notariat əməliyyatlarını X20 tərəfindən aparıldığını göstərmi şlər. Göründüyü kimi, Məhkum1 bağ evinin və bağ sahəsinin satılmasında iştirak etməsinə dair Zərərçəkmiş şəxs ifadəsi yuxarıda qeyd olunan ifadələrlə faktiki olaraq təkzib edilir və işin bu xüsusatı ittihamın sübuta yetirilməsində yaranmış şübhə kimi qiymətləndirilməlidir. Əks mövqedə, yəni Məhkum1 həmin cinayətdə iştirak etdiyi mövqeyində olan birinci instansiya məhkəməsi isə bu şübhəni aradan qaldırmamış, özünün gəldiyi nəticənin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılması istiqamətdə müvafiq tədbirləri görməmiş, şahidlər X6 və X5 məhkəmədə dindirilməsini təmin etməmiş, bu şahidlərin ifadələrinə (Məhkum1 ümumiyyətlə tanımadıqları hissəsində) münasibət bildirməmiş, bu ifadələri həmin hissədə mötəbər hesab edibetmədiyini, onların hər hansı bir sübutla təkzib və ya təsd iq edilib-edilmədiyini açıqlamamışdır. Məhkəmə kollegiyası X5 ibtidai istintaq zamanı verdiyi həmin ifadələrin məhkəmədə daha ətraflı tədqiq edilməsini həm də ona görə vacib hesab edir ki, ibtidai istintaq orqanı və məhkəmələr bağ evinin və bağ sahəsinin hansı qiymətə satılmasını müəyyən edərkən məhz həmin şahidin ifadəsinə də əsaslanmış və ibtidai istintaq zamanı verilmiş bu ifadədəki məlumata üstünlük verərək, qeyd oluna əmlakın 130.000 manata satıldığı qənaətinə gəlmişlər (ittihamın məzmunundan göründüyü kimi). Halbuki, həmin ifadədə və digər sübutlarda olan məlumatların birlikdə, ətraflı və dəqiq təhlili göstərir ki, bu şahidin ifadəsində olan məlumatlar (əmlak üçün ödənilən vəsaitə dair) digər sübutlarla ziddiyyət təşkil edir. X5 130.000 manatın X20 adına olan depozitə keçirildiyini g östərmiş, iş materiallarında olan digər sübutlarla (müvafiq bank sənədləri ilə) depozit hesabına ümumilikdə 77.000 manatın ödənildiyi təsdiq olunur. Birinci instansiya məhkəməsi bu uyğunsuzluğa da əhəmiyyət verməmiş, həmin ziddiyyətlərin, bununla bağlı şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş, X5 ifadəsinin (ibtidai istintaqda verdiyi) tədqiq edilməsini, ifadəsinə ittihamın bir hissəsini (əmlakın 130.000 manata satılması hissəsini) təsdiq edən sübut kimi əsaslandığı bu şahidin (X5) təqsirləndirilən şəxs tərəfindən məhkəmədə dindirilməsini təmin etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə ittihamda göstərilən hər hansı bir müddəanın təsdiq edilməsi üçün ibtidai istintaq orqanın və məhkəmənin istinad etdiyi ifadələri vermiş (ibtidai istintaqda) şahidin məhkəmədə d indirilmədiyi təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsində və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndində göstərilən hüquqların pozulması kimi qiymətləndirilməlidir (bu normaların mənasına görə). Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsində təsbit edilmişdir ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüquqlarını təmin etməlidir. İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi hüququna malikdir. Hazırkı işin yuxarıda göstərilən halları Məhkum1 həmin normalarda təsbit edilmiş hüquqlarına riayət olunmadığı qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan, sübutlar arasında kəskin ziddiyyətlərin olduğunu və bununla bağlı şübhələrin mövcudluğunu (ittihamın sübut edilməsində yaranmış) göstərən hallarla əlaqədar həm də vurğulayır ki, iş materiallarından göründüyü kimi, cinayət təqibi orqanları tərəfindən hər iki epizod üzrə cinayət işi başlanılması cinayət hadisəsi olmadığı əsası ilə rədd edilmişdir (Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqinin 30 yanvar 2014-cü il tarixli qərarı ilə, Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqlərinin 23 may 2014 və 10 iyul 2014-cü il tarixli qərarları ilə). Yəni, ittiham tərəfini təmsil edən prosessual şəxslərin özlərinin Məhkum1 verilmiş ittihamın sübuta yetirilib-yetirilmədiyi məsələsinə fərqli yanaşmaları olmuş, onlar bu məsələ üzrə ayrı-ayrı qərarlar çıxarmışlar. Birinci instansiya məhkəməsi isə işin bu xüsusatlarına, son nəticədə qeyd olunan şübhələr aradan qaldırılmadan Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ittiham verilməsinə əhəmiyyət verməmiş və özü də, yuxarıda göstərildiyi kimi, bu istiqamətdə (şübhərin aradan qaldırılması üçün) faktiki olaraq müvafiq tədbirləri görməmişdir. Apellyasiya məhkəməsi də qeyd olunan uyğunsuzluqları, çatışmazlıqları və şübhələri aradan qaldırmamış, müdafiə tərəfinin apellyasiya şikayətinin dəlillərini qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni fakti ki olaraq əsaslandırmamışdır. Apellyasiya məhkəməsinin qərarında ittihamın qeyd olunan hissəsi üzrə həmin məhkəmənin mövqeyi ilə əlaqədar yalnız aşağıdakılar göstərilmişdir: “... Cinayət işinin materiallarından görünür ki, məhkumlar ittiham olunduqları cinayət əməllərində özlərini təqsirli bilməsələr də, onların cinayət əməlləri zərər çəkmiş şəxsin və şahidlərin ifadələrilə, işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq onlara düzgün qiymət vermişdir,çıxarılmış hökm hər iki məhkumun barəsində cinayət işinin materiallarına, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğundur. Məhkumların cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 178.3.2 maddəsilə, düzgün olaraq, tövsüf ed ilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkumların cinayətlərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onlara şəxsiyyətlərinə və cinayətlərinin ağırlığına uyğun cəzalar təyin edilmişdir. Məhkəmə kollegiyası məhkumlara ittiham olunduqları maddə ilə bəraət verilməsi barədə apellyasiya şikayətlərində gətirilən dəlilləri əsassız hesab edərək qeyd edir ki, bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində göstərilən əsaslardan heç biri mövcud olmadığından Məhkum1 və Məhkum2 bəraət verilə bilməz, bu səbəbdən apellyasiya şikayətləri təmin olunmamalıdır. Məhkəmə kollegiyası məhkəmə iclasına gələ bilməyən şahid X5 Bakı Apellyasiya Məhkəməsinin dəftərxanası vasitəsilə daxil olmuş notarial qaydada təsdiq olunmu ş ərizəsilə bağlı qeyd edir ki, onun ərizəsində göstərilənlər ibtidai istintaq zamanı verdiyi ifadədə göstərilənlərlə məzmunca fərqlidir, ibtidai istintaq zamanı verdiyi ifadə daha mötəbər hesab olunmalıdır, belə ki, həmin ifadə verilən zaman ona yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq elan edilmişdir, ərizəsindəkiləri göstərərkən isə ona belə xəbərdarlıq edilməmişdir...”. Göründüyü kimi, apellyasiya məhkəməsi də yuxarıda göstrilən uyğunsuzluqlara, çatışmazlıqlara, ittihamın sübut edilməsində yaranmış şübhələrə əhəmiyyət verməmiş, bunların aradan qaldırılması üçün müvafiq tədbirləri görməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən, lakin araşdırılmamış qalan halları araşdırmamış, müdafiə tərəfinin irəli sürdüyü dəlilləri qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Bundan başqa, apellyasiya məhkəməsi qərarında, şahid X5 məhkəmə iclasına gələ bilmədiyini qeyd etsə də, onun hansı səbəbdən məhkəmə çağırışına riayət etmədiyini aşıqlamamış, həmin şahidin məhkəməyə üzrlü və ya üzrsüz səbəbdən gəlmədiyini göstərməmişdir. Digər tərəfdən, şahidin hər hansı bir səbəbdən məhkəməyə təyin edilən gün gəlməməsi (gələ bilməməsi) məhkəmənin sonrakı iş günlərində sübutları tədqiq etmək, yoxlamaq, təqsirləndirilən şəxslərin hüquqlarını (o cümlədən Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsində və İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 3d bəndində təsbit edilmiş hüquqlarını) təmin etmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsində birmənalı olaraq göstərilmişdir ki, “... bu Məcəllənin 226.1—226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər...”. Şahid X5 məhkəmədə dindirilməsinin zəruriliyi cinayət təqibi ilə bağlı bütün halların məhz hərtərəfli, tam və obyektiv tədqiq edilməli olduğuna, təqsirlə ndirilən şəxsin hüquqlarının tam təmin edilməli olduğuna dair tələbləri ilə şərtlədirildiyi, həmin zərurətin elə bu tələblərdən irəli gəldiyi yuxarıda ətraflı şərh edilmişdir. Apellyasiya məhkəməsi isə həmin şahidin dindirilməsini təmin etmək üçün qanunla ona verilən bütün səlahiyyətlərdən, imkanlardan istifadə etməmiş, bu istiqamətdə müvafiq tədbirləri (o cümlədən Azərbaycan Respublikası CPM-nin 178-ci maddəsində nəzərdə tutulan) görməmişdir. Şahid X5 notariat qaydada təsdiq edilmiş ərizəsinə apellyasiya məhkəməsinin münasibəti, qərarda göstərilən həmin ərizəyə aid fikirlə əlaqədar qeyd olunmalıdır ki, bu şahid ərizəni bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıması barədə artıq xəbərdar edildiyindən (ibtidai istintaq zamanı dindirilərkən) sonra göndərmiş və həmin sənəd ifadə kimi qiymətləndirilməli olmasa da, Azərbaycan Respublikası CPM-nin 124.4.5-ci maddəsinin tələblərinə görə sübutlardan biri hesab edilir. Bu baxımdan həmin sənəd də digər sübut növlərinə bərabər tutulur və müvafiq qaydada tədqiq edilib qiymətləndirilməlidir. Apellyasiya məhkəməsi isə bunları etməmiş, qeyd olunan sənəddəki məlumatları iş materiallarına, o cümlədən bank sənədlərinə daha uyğun olduğunu (G.Əliyevanın ibtidai istintaqdakı ifadəsinə nisbətdə) nəzərə almamış, buna müvafiq qiymət verməmişdir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, apellyasiya məhkəməsinin qərarı ittihamın Məhkum1 zərərçəkmiş şəxsin 65.000 manat məbləğində əmlakının ələ keçirilməsində (dələduzluq yolu ilə) təqsirli bilinməsinə aid hissədə də ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya b axışına qaytarılmalıdır. Məhkəmə kollegiyası belə qənaətə gələrkən, hazırkı işdən ayrılmış cinayət işi üzrə, Məhkum1 verilmiş ittihamda göstərilən cinayətdə (65.000 manat məbləğində özgə əmlakın ələ keçirilməsi) iştirak etməsində təqsirli bilinmiş (müvafiq hökmlə) A.Aslanov barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 oktyabr 2018-ci il tarixli qərarının eyni əsaslarla ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edildiyini də (Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 03 aprel 2019-cu il tarixli qərarı ilə) nəzərə alır. Mübahisəsizdir ki, belə çatışmazlıqlarla çıxarılmış apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslı hesab oluna bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğv edilməli, ittihamın 119.000 manat məbləğində ziyan vurmaqla dələduzluq törədildiyi hissəsi üzrə Məhkum1 və Məhkum2 təqsirlikləri sübuta yetirilmədiyinə görə barələrində cinayət işinin icraatına həmin hissədə xitam verilməli, Zərərçəkmiş şəxs məxsus 65.000 manat məbləğində ələ keçirməklə dələduzluq törədilməsi üzrə ittihamın hissəsində cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması üçün təyin edilməli olduğu qənaətinə gələrkən aşağıdakı normalara əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, ey ni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində göstərilmiş və təsbit olunmuşdur ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə isə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə görə isə şəxsin cinayət törətmək də təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 392.3-cü maddəsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Məhkəmə istintaqı tam və ya qismən aparıldıqda apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlillərin tədqiq edilməsi məcburidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə qərarının əsaslandırılması problemi üzrə mövqeyini bir çox sənəddə o, cümlədən “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 11 yanvar 2007-ci il tarixli qərarının 83-cü bəndində şərh etmişdir. Həmin qərarda göstərilmişdir ki, “...formalaşmış ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi prinsipini əks etdirən presedent hüququna uyğun olaraq məhkəmələrin və ədalət mühakiməsini həyata keçirən başqa orqanların qərarlarında onların qəbul edilməsi əsasları yetərincə əks etdirilməlidir. 6-cı maddənin 1-ci bəndi məhkəmə instansiyalarından tələb edir ki, onlar çıxardıqları qərarların əsaslarını göstərsinlər, lakin həmin bəndə hər bir dəlilin ətraflı cavablandırmasını tələb edən qayda kimi baxmaq olmaz. Qərarı n əsaslandırılması barədə vəzifə hansı həcmdə yerinə yetilməlidir – bu qəbul edilən qərarın xarakterindən asılıdır (Ruis Torixa İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il tarixli qərarın 29-cu bəndi). Baxmayaraq ki, məhkəmələr konkret iş üzrə dəlillərin müəyyən edilməsi məsələsi haqqında qərarın verilməsində və tərəflərin mövqelərinin əsaslandırılması üçün sübutların gətirilməsində məhdud səlahiyyətlərdən istifadə edirlər, bu orqanlar qəbul etdikləri qərarların motivlərini təsvir etməklə öz hərəkətlərinin əsaslarını göstərməyə borcludurlar (Suominen Finlyandiyaya qarşı iş üzrə 1 iyul 2003-cü il tarixli qərarın 36-cı bəndi). Əsaslandırılmış qərarın daha bir rolu ondan ibarətdir ki, bu halda tərəflərə aydın olur ki, onların mövqeləri dinlənilib. Bundan başqa qərarın əsaslandırılması tərəfl ərə onu mübahisələndirməyə, apellyasiya məhkəməsinə isə həmin qərara yenidən baxmağa imkan yaradır. Qərarda əsasların təsvir edilməsi ictimaiyyət tərəfindən ədalət mühakiməsi üzərində nəzarətin həyata keçirilməsi üçün başlıca vasitədir. (Xirvisaari Finlyandiyaya qarşı iş üzrə 27 sentyabr 2001-ci il tarixli qərarın 30-cu bəndi)”. Qeyd olunanlara uyğun mövqe Hiro Balani İspaniyaya qarşı iş üzrə məhkəmə qərarında da (09 dekabr 1994-cü il tarixli) göstərilmişdir. Həmin işdə ərizəçi məhkəməyə konkret cavab tələb edən yazılı arqumentlər təqdim etməsinə baxmayaraq, məhkəmə həmin arqumentlərə cavab verməmiş, bu səbəbdən də müəyyən etmək mümkün olmamışdır ki, məhkəmə həmin arqumentlərə sadəcə olaraq əhəmiyyət verməyib, yoxsa onları rədd edib, əgər rədd edibsə bunu hansı əsaslara görə edib. Bu hal İ nsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı ilə İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu hesab edilmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, (Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsində göstərilən əsaslarla) kassasiya şikayəti isə qismən təmin edilməlidir. Məhkum1 barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla hissəvi xitam verilməli olduğunu, bununla əlaqədar ittihamın həcminin xeyli azaldığını və işin digər hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 barəsində qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxmış, bu səbəbdən onun barəsində həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad edilməlidir. Şər h edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.2 və 419.10.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 noyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İttihamın Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs 119.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq törətmələri hissəsi üzrə təqsirlikləri sübuta yetirilmədiyinə görə barələrində cinayət işinin icraatına (cinayət təqibinə) həmin hissədə xitam verilsin. Məhkum2 dərhal həbsdən azad edilsin. Məhkum1 verilmiş ittihamın, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona məxsus külli miqdarda 65.000 manat məbləğində pulunu ələ keçirib ziyan vurmaqla dələduzluq törətməsi üzrə hissəsində cinayət işinin apellyasiya məhkəməsində yenidən baxılması təyin edilsin. Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad olunsun. Kassasiya şikayəti qismən təmin edilsin. Sədrlik edən: Əli Seyfəliyev Hakimlər: Fərhad Əliyev Azər Hüseynov
Məhkəmə qərarları › İş №1(102)-2/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-2/2019
10.04.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver