Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Məhkumlar Məhkum1, Məhkum2, Müdafiəçi – “Femida” vəkil bürosunun vəkili Rzazadə Cavid Əfsər oğlu, Zərərçəkmiş şəxsin hüquqi va risi X4, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi İsayev Samir Nadir oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.1, 120.2.2, 120.2.3, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2016-cı il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 tərəfindən verilmiş kassasiya şikayətlərinə və onların müdafiəçisi Rzazadə Cavid Əfsər oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əlavəyə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Səbuhi Sabir oğlu, hakimlər Məcidov Azad Əli Ağa oğlu və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə) xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, Bakı şəhəri, ünvan1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.1, 120.2.2, 120.2.3 və 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 221.3-cü maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 120.2.1, 120.2.2, 120.2.3-cü maddələri ilə ömür lük azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti olaraq, cəzasını həbsxanada çəkməklə, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; xx xxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri,ünvan 2 ünvanında yaşamış Məhkum2 Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3 və 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 221.2.1, 221.2. 2-ci maddələri ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 120.2.1, 120.2.2, 120.2.3-cü maddələri ilə 19 il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə 14 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq, cəzasının ilk 05 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 20 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü ilə Məhkum1 təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmət sizlik ifadə edən, vətəndaşlar üzərində və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə silah qismində istifadə etdiyi əşya ilə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, habelə bir qrup şəxs halında, digər şəxsi xuliqanlıq niyyəti və zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürərək həyatdan məhrum etmiş, eləcə də bir qrup şəxs halında, digər şəxsləri xuliqanlıq niyyəti və zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, o, dostu Məhkum2 ilə idmanla məşğul olmaq üçün 21 aprel 2015-ci il tarixdə saat 1850 radələrində Bakı şəhəri,ünvan 3 ünvanda yerləşən “XXXX (X27) “XX” idman klubuna gəlmiş, klubun nəzarət-qeydiyyat yerində ö dəniş etdikdən sonra soyunubgeyinmə zalında paltarlarını dəyişmiş və ümumi zala daxil olmuş, döşəməyə sərilmiş idman döşəyinin (tatami) üzərinə sanitariya və gigiyena qaydalarına zidd olaraq ayaqqabı ilə çıxdıqlarına görə ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar onlara irad bildirən klubun üzvləri Zərərçəkmiş şəxs1, X15 və Zərərçəkmiş şəxs2 ilə onlar arasında mübahisə olmuşdur. O və Məhkum2, onlara tutulan iradları özlərinə təhqir kimi qəbul etmiş, aqressiv olsalar da Zərərçəkmiş şəxs2 polis orqanında işləməsini zənn etdiklərindən qanunsuz hərəkətlərini və mübahisəni davam etdirməkdən ehtiyatlanmış və saat 2005 radələrinə kimi idmanla məşğul olmuşlar. İdmanla məşğul olub qurtardıqdan sonra yuyunma zalında yuyunmuş, sonra klubun geyinib-soyunma zalına keçmiş, paltarlarını geyinib həmin zalı tərk edərək saat 2024 radələrində dəhlizə çıxaraq klubun çıxışındakı qeydiyyat-nəzarət yerinə gəlmiş, Məhkum2 isə, soyunub-geyinmə zalında şkaf açarı qaldığına görə açarı götürmək üçün həmin yerə geri qayıtmışdır. Sonra Məhkum2 açarı götürüb qayıtdığı zaman dəhlizdə Zərərçəkmiş şəxs2 sonuncunun polis əməkdaşı olmadığını bildikdə, aqressiv hərəkətlərini davam etdirərək öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edib Zərərçəkmiş şəxs2 nalayiq sözlərlə təhqir etmiş, zor tətbiq edərək bir neçə yumruq zərbələri endirməyə cəhd etsə də, Zərərçəkmiş şəxs2 həmin zərbələrdən yayınmış, bu zaman o da həmin yerə gəl ərək qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs2 ünvanına nalayiq sözlər işlətmiş, əlbəyaxa olaraq bir-birilərini itələyəitələyə dəhlizlə klubun çıxışındakı qeydiyyat-nəzarət yerinin qarşısına hərəkət etmişlər. Saat 20:25 dəqiqədə yaxınlıqda olan və hadisəni görən X15, Zərərçəkmiş şəxs1 və X16 ictimai qaydanın pozulmasının qarşısını almaq və ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar mübahisəni sakitləşdirib onu və Məhkum2 klubdan çıxarmaq istədikləri zaman o, qeydiyyat-nəzarət masasının qarşısında silah qismində istifadə etdiyi əlindəki bıçaqla xuliqanlıq niyyəti ilə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə bədəninin sol bazu nahiyəsinə zərbə endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetir miş, yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 hadisə yerindən dəhlizə tərəf qaçdığına görə ona əlavə bıçaq zərbələri endirə bilməmiş, bu ərəfədə Məhkum2 isə, X15in müqavimətini qıraraq arxadan əllərini tutmuş, o isə həmin bıçaqla X15in bədəninin sol qoltuqaltı çuxur nahiyəsinə daxilə nüfuz etməyən, ölümlə nəticələnən - döş qəfəsinin ön səthinə daxilə nüfuz edib ürəyin perikard qişasını və sağ mədəciyinin yaralanması, döş qəfəsinin sol yarısının yan səthinin sol plevra boşluğuna nüfuz edən və divar plevrasının zədələnməsi ilə müşayiət olunan ağır dərəcəli bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar X15i qəsdən öldürmüş, daha sonra Məhkum2 arxadan Zərərçəkmiş şəxs2 tutaraq müqavimətini qırmış, o isə bundan istifadə edərək əlindəki bıçaqla Z ərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının (ürək nahiyəsi istiqaməti) ön səthinə və sağ saidin yuxarı ⅓-nə zərbələr endirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə, ictimai qaydanın pozulmasının qarşısını almaları və ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar öldürməyə cəhd etmiş, hadisə barəsində təhlükəsizlik xidmətinə məlumat verildiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini tam həyata keçirə bilməmiş və hadisə yerindən qaçmış, onun və Məhkum2 cinayətkar əməlləri nəticəsində hadisə baş verdiyi andan “XX” idman klubunun iş rejimi pozulduğuna görə gün ərzində fəaliyyəti dayandırılmışdır. Həmin hökmlə Məhkum2 təqsirli b ilinib məhkum edilmişdir, ona görə ki, o, bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, habelə bir qrup şəxs halında, digər şəxsi xuliqanlıq niyyəti və zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürərək həyatdan məhrum etmiş, eləcə də bir qrup şəxs halında, digər şəxsləri xuliqanlıq niyyəti və zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar iki şəxsi qəsdən öldürməyə cəhd etmişdir. Belə ki, o, dostu Məhkum1 ilə idmanla məşğul olmaq üçün 21 aprel 2015-ci il tarixdə saat 1850 radələrində Bakı ş əhəri, ünvan 3 ünvanda yerləşən “XXXXX” Mehmanxanasının (X27) “XX” idman klubuna gəlmiş, klubun nəzarət-qeydiyyat yerində ödəniş etdikdən sonra soyunub-geyinmə zalında paltarlarını dəyişmiş və ümumi zala daxil olmuş, döşəməyə sərilmiş idman döşəyinin (tatami) üzərinə sanitariya və gigiyena qaydalarına zidd olaraq ayaqqabı ilə çıxdıqlarına görə, ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar onlara irad bildirən klubun üzvləri Zərərçəkmiş şəxs1, X15 və Zərərçəkmiş şəxs2 ilə onlar arasında mübahisə olmuşdur. O və Məhkum1, onlara tutulan iradları özlərinə təhqir kimi qəbul etmiş, aqressiv olsalar da Zərərçəkmiş şəxs2 polis orqanında işləməsini zənn etdiklərindən qanunsuz hərəkətlərini və mübahisəni davam etdirməkdən ehtiyatlanmış və saat 2005 radələrinə kimi idmanla məşğul olmuşlar. İdman la məşğul olub qurtardıqdan sonra yuyunma zalında yuyunmuş, sonra klubun geyinib-soyunma zalına keçmiş, paltarlarını geyinib həmin zalı tərk edərək saat 2024 radələrində dəhlizə çıxmış, Məhkum1 klubun çıxışındakı qeydiyyat-nəzarət yerinə gəlmiş, o isə, soyunub-geyinmə zalında şkaf açarı qaldığına görə açarı götürmək üçün həmin yerə geri qayıtmışdır. O, açarı götürüb qayıtdığı zaman dəhlizdə Zərərçəkmiş şəxs2 sonuncunun polis əməkdaşı olmadığını bildikdə, aqressiv hərəkətlərini davam etdirərək öz üstünlüyünü ətrafdakılara nümayiş etdirmək məqsədilə cəmiyyətdə insanlar arasında bərqərar olunmuş birgəyaşayış qaydalarını kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edib Zərərçəkmiş şəxs2 nalayiq sözlərlə təhqir etmiş, zor tətbiq edərək bir neçə yumruq zərbələri endirməyə cəhd etsə də, Zərərçəkmiş şəxs2 həmin zərbələrdən yayınmış, bu zaman Məhkum1 də oraya gəlib qərəzli xuliqanlıq hərəkətləri edərək Zərərçəkmiş şəxs2 ünvanına nalayiq sözlər işlətmiş, əlbəyaxa olaraq bir-birilərini itələyə-itələyə dəhlizlə klubun çıxışındakı qeydiyyat-nəzarət yerinin qarşısına hərəkət etmişlər. Saat 2025 dəqiqədə yaxınlıqda olan və hadisəni görən X15, Zərərçəkmiş şəxs1 və X16 ictimai qaydanın pozulmasının qarşısını almaq və ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar mübahisəni sakitləşdirib onu və Məhkum1 klubdan çıxarmaq istədikləri zaman, Məhkum1 qeydiyyat-nəzarət masasının qarşısında silah qismində istifadə etdiyi əlindəki bıçaqla xuliqanlıq niyyətilə ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədilə bədəninin s ol bazu nahiyəsinə zərbə endirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirmiş, yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs1 hadisə yerindən dəhlizə tərəf qaçdığına görə əlavə bıçaq zərbələri endirə bilməmiş, bu ərəfədə o, X15in müqavimətini qıraraq arxadan əllərini tutmuş, Məhkum1 isə həmin bıçaqla X15in bədəninin sol qoltuqaltı çuxur nahiyəsinə daxilə nüfuz etməyən, ölümlə nəticələnən - döş qəfəsinin ön səthinə daxilə nüfuz edib ürəyin perikard qişasını və sağ mədəciyinin yaralanması, döş qəfəsinin sol yarısının yan səthinin sol plevra boşluğuna nüfuz edən və divar plevrasının zədələnməsi ilə müşayiət olunan ağır dərəcəli bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti və ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar X15i qəsdən öldürmüş, daha sonra o, arxadan Zərərçəkmiş şəxs2 tutaraq müqavimətini qırmış, Məhkum1 isə bundan istifadə edərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 döş qəfəsinin sol yarısının (ürək nahiyəsi istiqaməti) ön səthinə və sağ saidin yuxarı ⅓-nə zərbələr endirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirərək, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə, ictimai qaydanın pozulmasının qarşısını almaları və ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar öldürməyə cəhd etmiş, hadisə barəsində təhlükəsizlik xidmətinə məlumat verildiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini tam həyata keçirə bilməmiş və hadisə yerindən qaçmış, onun və Məhkum1 cinayətkar əməlləri nəticəsində hadisə baş verdiyi andan “xx” id man klubunun iş rejimi pozulduğuna görə gün ərzində fəaliyyəti dayandırılmışdır. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Murquzov İlqar Mustafa oğlu, hakimlər Abbasov Mirzəli Əbdüləli oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə) 14 dekabr 2016-cı il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 mart 2015-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2016-cı il tarixli qərarından məhkumlar Məhkum1, Məhkum2 kassasiya şikayətləri, onların müdafiəçisi Rzazadə Cavid Əfsər oğlu kassasiya şikayətinə əlavə verərək apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum1 əməlin in Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə tövsif edilməsini, Məhkum2 əməlində cinayət tərkibinin olmadığına görə ona bəraət verilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNƏ ƏLAVƏNİN DƏLİLLƏRİ: Məhkum1 kassasiya şikayətini onun əsaslandırmışdır ki, məhkəmə qərarları əsassız olduğundan ləğv edilməli, onun əməli Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsi ilə tövsif edilib ona həmin maddənin sanksiyası həddində cəza təyin olunmalı, cinayət işinin istintaqını aparan X11 prosessual pozuntulara yol verdiyi nəzərə alınaraq barəsində xüsusi qərar çıxarılmalıdır. Məhkum2 kassasiya şikayətini onun əsaslandırmışdır ki, məhkəmə qərarları əsassız olduğundan ləğv edilməli, ona bəraət verilməli, cinayət işinin istintaqını aparan X11 prosessual pozuntulara y ol verdiyi və məhkəmənin sübutları təhrif etməsi və zəruri sübutların əldə olunmasından imtina etməklə, müdafiə hüququnun həyata keçirilməsinə maneə yaratdığı nəzərə alınamalıdır. Müdafiəçi Rzazadə Cavid Əfsər oğlu kassasiya şikayətlərinə əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarında əks olunmuş ifadələrin məzmunu məhkəmə iclas protokolunun nə vəziyyətdə olduğunu göstərir. Belə ki, həm hökm, həm də qərarda əks olunan ifadələr bilavasitə ittiham aktının elektron variantından köçürülmüş, güya müstəqil şəkildə tərtib edildiyini göstərmək üçün bəzi sözlərin sonluqları dəyişdirilməklə, habelə araya bir iki söz atmaqla ittiham aktının hökm və qərarda kopyalanması ört-basdır edilməyə çalışılsa da, ifadələrin necə ittiham aktında əks olunub eləcə də hökm və qərarda saxlanı lmış, hətta müstəntiqin buraxdığı orfoqrafik səhvlərdə hökmdə təkrarlanmışdır. Halbuki, birinci instansiya məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslər və şahidlər sərbəst şəkildə ifadə verə bilməmiş, onların hər biri mızıldanıb hadisədən uzun müddət keçdiyini, şokda olduqlarını, birinci dəfə məhkəməyə ifadə verdiklərini bəhanə edib ifadə verməkdə çətinlik çəkdiklərini demişlər. Bu şəxslərin hər birinin oxşar davranış göstərmələri yalnız ona dəlalət edir ki, onlar ibtidai istintaq zamanı altına imza atdıqları ifadənin məzmunundan xəbərsizdilər və müstəntiqin xəstə təxəyyülünün məhsulu olan ifadəni yalnız imza etdiklərindən məhkəmədə hansı məzmunda ifadə verməli olduqlarını bilməmişlər. Bu vəziyyət məhkəmə kollegiyası tərəfindən bilərəkdən yaradılmış, tərəflərin ifadələrinin alınmasınd a, hadisə ilə bağlı yaddaşlarında qalan detalların aydmlaşdırılmasmda məhkəmə maraqlı olmamış, saxta ittihamı təsdiq etmək üçün canfəşanlıq göstərərək dərhal ifadələri elan etməyə başlamışdır. Bu arada qeyd olunmalıdır ki, qeyd olunan şəxslərin hər birinin ifadələrinin elan olunmasına baxmayaraq müdafiə tərəfi iş üzrə şahidlər və zərərçəkmiş şəxslərə çoxsaylı suallar verib istintaq zamanı alınmış ifadələrində göstərilənlərə uyğun olmayan məqamları üzə çıxarsa da, həmin sual-cavab məhkəmə hökmündə əks olunmamış, məhkəmə həmin məqamlara qiymət verməmişdir. Belə olan halda, tam əminliklə qeyd etmək olar ki, ən azından sual-cavabın tam məzmunu hökmdə olduğu kimi məhkəmə iclas protokolunda da, əks olunmamışdır. Təsadüfi deyil ki, apellyasiya instansiyası məhkəməsinin gedişatında sərbəst şəkildə ifadə verən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsi zamanı onların adından tərtib olunmuş ifadələrin məzmununu təsdiq etməyib ümumiyyətlə belə bir ifadə vermədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs2 isə bununla yanaşı ayrıca ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, müraciətində hadisə zamanı Məhkum1 əlində bıçaq görmədiyini, Məhkum2 isə yerə yıxaraq hərəkətsiz vəziyyətə gətirdiyini və bu səbəbdən Mövludun heç kimi, o cümlədən mərhum X15 və zərərçəkmiş şəxs1i tutub onların müqavimətini qırmaq iqtidarında olmadığını, ibtidai istintaq və məhkəmə istintaqları zamanı ifadələrini rus dilində verdiyini, lakin ona apellyasiya instansiyası istisna olmaqla digər mərhələlərdə tərcüməçi təyin olunmad ığını və bu səbəbdən adından yazılmış ifadələri oxumadan imzaladığını, yazılı ifadələrin isə onun həqiqətdə gördüklərini və dediklərini əks etdirmədiyini bildirmişdir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ifadələrini heç bir ağlabatan və əsaslı hallara istinad olunmadan inandırıcı hesab etməmişdir. Apellyasiya instansiya məhkəməsinin qərarından da açıqaşkar görünən saxtakarlıq isə ondan ibarətdir ki, cinayət işi üzrə ibtidai araşdırmanı aparmış müstəntiq X11 apellyasiya instansiyası məhkəməsinə çağırılaraq dindirilməsini, xüsusən də, müstəntiqin iştirakı ilə məhkəmə istintaqı zamanı nümayiş etdirilən videogörüntülərlə bağlı aparılmış araşdırmanı öz qərarında əks etdirməmiş, onlara hüquqi qiymət verməkdən yayınmışdır. Halbuki, müstəntiq X11 dindirilərkən də məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 iştirak etmiş, müstəntiq onun həqiqətən də rus dilində ifadə verdiyini təsdiq etmiş, eyni zamanda müdafiə tərəfinin videomaterial ilə bağlı vermiş olduğu sualları cavablandıra bilməmiş, xüsusən cinayət işinin materiallarında mövcud videogörüntülərin «flaş kart»dan diskə göçürdüyünü etiraf etsə də, həmin kartın özünün iş materiallarına əlavə edilməməsini izah edə bilməmiş, özünün tərtib etmiş olduğu «kompyuter texnikasında kompakt diskə baxış keçirilməsi barədə» 30 iyun 2015-ci il tarixli protokolun məzmunu ilə məhkəmə iclasında nümayiş etdirilmiş videogörüntülər arasında olan uyğunsuzluq və ziddiyyətlərə aydınlıq gətirə bilməyərək bununla bağlı da verilmiş sualları cavablandıra bilməmişdir. Xüsusilə vurğulanma lıdır ki, cinayət işinin materiallarında olan videogörüntülərdə əks olunan hadisənin baş vermə ardıcıllığı və iştirakçıların davranışları məhkum edilmiş şəxslərlə yanaşı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 apellyasiya instansiyası məhkəməsi gedişatında vermiş olduqları ifadələrə uyğun şəkildə baş vermiş, apellyasiya instansiyası məhkəməsi isə bu uyğunsuzluğa qiymət verməkdə acizlik nümayiş etdirib adıçəkilən şəxslərin ifadələrinə sadəcə inandırıcı hesab etmir kimi qiymətləndirmişdir. Həmçinin kassasiya şikayətlərinə əlavədə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində olan məhkəmə baxışının gedişatmda vermiş olduğum şifahi vəsatətlərdən birinin, yəni cinayət işinin materiallarında olan videodiskə baxış keçirilərkən zərərçəkmiş şəxslər və şahidlərə video ilə b ağlı suallar verilməsi və çarpaz dindirmələrinin həyata keçirilməsi ilə bağlı şifahi vəsatətin təmin olunması məhkəmə kollegiyası tərəfindən elan edilsə də, son nəticədə videodiskə baxış zamanı yalnız Zərərçəkmiş şəxs2, şahidlər X8 və X9 iştirakları təmin edilmiş, lakin onların özlərinə belə videogörüntülərlə bağlı sualların verilməsinə şərait yaradılmamış, zərərçəkmiş şəxsin nümayəndəsi olaraq qanunsuz şəkildə həm istintaq həmdə məhkəmə tərəfindən işə buraxılmış X12 müdaxiləsi və etirazı ilə tamamilə qanunsuz şəkildə razılaşan məhkəmə kollegiyası vəsatətin təmin edilməsi barədə öz qərarına hörmətsiz yanaşmış, bununla da, işin həqiqi hallarının müəyyən edilməsində və ədalətin bərqərar olmasında maraqlı olmadığını göstərmişdir. Bundan başqa, şikayətdə göstərilmişdir ki, məhkəmə kollegiyasın ın yalnız ittiham aktından köçürülmüş sübutlara əsaslanması, məhkəmə istintaqı zamanı şahid və zərərçəkmiş şəxslərin obyektiv ifadələrinin alınmasında və onlara qanuni qiymət verilməsində maraqlı olmaması, videomateriala (yalnız apellyasiya instansiyasında) normal şəkildə baxılıb tədqiq edilməsinə şərait yaradılsa da, son nəticədə açıq-aşkar uyğunsuzluqları öz gözü ilə görən kollegiya üzvlərinin bunu öz qəbul etdikləri qərarda ümumiyyətlə əks etdirməyib eyni ilə birinci instansiya məhkəməsi kimi istintaqın saxta protokolunu əsas tutması, zəruri olan əlavə sübutların əldə olunmasına şərait yaradılmaması, cinayət işinin materiallarında olan saxtalaşdırılmış və təhrif edilmiş sübutları rəhbər tutmaqla qərar qəbul etməsi səbəbindən hesab edirəm ki, hazırkı kassasiya şikayətinə baxılarkən işin aşağıda sadalanan faktiki hallarına məhkəmələr tərəfindən qiymət verilməməsi kollegiya tərəfindən mütləq şəkildə nəzərə alınmalı, illərdir davam edən sifarişli saxtakarlığa son qoyulmalıdır. Cinayət hadisəsi və cinayət işinin mahiyyəti ilə bağlı qeyd olunmalıdır ki, müstəntiqin heç bir mötəbər sübuta əsaslanmayan, yalnız şəxsi təxəyyülünün məhsulu olan ittiham aktına və hər iki məhkəmə kollegiyasının eyni məzmunlu qərarlarına görə Məhkum1 dostu Məhkum2 ilə idmanla məşğul olmaq üçün 21 aprel 2015-ci il tarixdə saat 1850 radələrində «Avropa» mehmanxanasının «XX» İdman klubuna gəlmiş, klubun nəzarət-qeydiyyat yerində ödəniş etdikdən sonra soyunub-geyinmə zalında paltarlarını dəyişmiş və ümumi zala daxil olmuş, döşəməyə sərilmiş idman döşəyinin («tatami») üzərinə sanitariya və gigiyena qaydala rına zidd olaraq ayaqqabı ilə çıxdıqlarına görə, onlara, ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar irad bildirən klubun üzvləri Zərərçəkmiş şəxs1, X15 və Zərərçəkmiş şəxs2 arasında mübahisə olmuşdur. İttihamın bu hissəsindən göründüyü kimi, müstəntiq, sonradan isə məhkəmə kollegiyası CM-nin 120.2.3-cü maddəsi ilə verilmiş ittihamı öz aləmlərində əsaslandırmaq üçün belə bir ifadələrdən istifadə etmişlər ki, guya Sənanla Mövlud «tatami» üzərinə sanitariya və gigiyena qaydalarına zidd olaraq ayaqqabı ilə çıxdıqlarına görə, onlara, ictimai borclarını yerinə yetirmələri ilə əlaqədar irad bildirən klubun üzvləri Zərərçəkmiş şəxs1, X15 və Zərərçəkmiş şəxs2 arasında mübahisə olmuşdur. Bundan başqa, şikayətdə göstərilmişdir ki, Cinayət işi məhkəmənin icraatında olduğu zaman şahid X3 ifad əsinin alınma saatı saxtalaşdırılmış, bununla da, onun təqsirləndirilən şəxs Məhkum2 ifadəsinin alınma saatı ilə üst-üstə düşməsi pərdələnmişdir. Həm ibtidai araşdırma, həmdə məhkəmə baxışının gedişatmda Zərərçəkmiş şəxs2 nümayəndəsi qismində qanunsuz olaraq X12 buraxılmışdır. Bu hal iki şeyə dəlalət edir. Birincisi müstəntiq X11 səriştəsizliyi və Vəkillər Kollegiyasının üzvü olmayan şəxsin zərərçəkmişin nümayəndəsi qismində buraxılmasının qeyri mümkünlüyü barədə qanunun tələblərindən bixəbər olmasına dəlal edir. İkincisi isə məhkəmə kollegiyasının ibtidai araşdırma orqanına gözü bağlı inamı və ittihamın ən kiçik bir sənədinə belə şübhə ilə yanaşmağa çəkindiyindən xəbər verir. Əgər belə olmasaydı məhkəmə hər halda hazırlıq iclasında müdafiə tərəfini titizliklə yoxladığı kimi, ittiham tərəf dən olan proses iştirakçılarınında səlahiyyətlərini yoxlayardı. Həmçinin, apellyasiya instansiyası məhkəməsi X12 kimi səlahiyyətsiz şəxsin «hüquqi xidmətlər»indən istifadə etmiş Zərərçəkmiş şəxs2 adından ibtidai araşdırma və birinci instansiya məhkəməsində tərtib olunmuş ifadələri sübut kimi əsas tutmazdı. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqının gedişatmda dindirilmiş zərərçəkmiş şəxslər və hadisənin bilavasitə şahidi olmuş şəxslərin heç biri doğru dürüst ifadə vermədi, verə bilmədi, hərəsi bir bəhanə gətirdi ki, hadisədən çox vaxt keçib deyə yaddaşlarında dəqiq qalmayıb. Məhz bu səbəbdən bütün şahidlərin ifadələri elan edildi, hələ üstəlik bəzi uyğunsuzluqlar olduqda sədrlik edən tərəfindən yönləndirici suallar verilməklə (xüsusən şahid X9 münasibətdə) ittihamın eyb inin örtülməsinə uğurlu cəhdlər oldu. Şahidlərin sərbəst ifadə verə bilməmələrinin səbəbi isə sadədir: - «bir insan gördüyünü normalda yadda saxlayar, lakin başqa bir insanın (hazırkı halda müstəntiq X11) fantaziyasının məhsulu olan ifadəsini sadəcə imzaladıqda detallar barədə ifadə verməyə çətinlik çəkər». Apellyasiya instansiyası məhkəməsi isə bu xüsusata qiymət verməməklə yanaşı, özünün qəbul etdiyi qərarda bu cür saxta və qeyri-müəyyən şahid ifadələrini əsas götürüb özünün keçirdiyi qismən məhkəmə istintaqının nəticələrini inandırıcı hesab etməmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 nümayəndəsi X12 həm ibtidai araşdırma dövründə, həmdə cinayət işinin məhkəmə icraatında olduğu dövrdə heç bir qanuni əsas olmadan nümayəndə qismində iştirak etməsi, cinayət prosesinə müdaxilələr etməsi, vəsatət verməsi, verilmiş vəsatətlərə münasibət bildirməsi, hətta müdafiə tərəfinin Zərərçəkmiş şəxs2 ünvanlanmış suallara etirazlar etməsi (hansı ki, həmin etirazlar birinci instansiya məhkəməsində məhkəmə kollegiyası tərəfindən təmin olunmuş və Zərərçəkmiş şəxs2 sualların verilməsinin qarşısı alınmışdır) cinayət işi üzrə mövcud sübutların tədqiqinə və yeni sübutların müəyyən olunmasına maneçilik törədən kobud prosessual pozuntu hesab edilməlidir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı başlanılmazdan əvvəl təqsirləndirilən şəxslər ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə istintaqında bütün zərərçəkmiş və şahidlər dindirilmədən, cinayət işinin materiallarında olan sübutlar tədqiq edilmədən, xüsusən hadisəni əks etdirən videogörüntülər nümayiş etdirilməklə həmin görüntülərlə b ağlı zərərçəkmiş şəxslər və şahidlərə sual vermək şəraiti yaradılmadan hər hansı bir sənədə imza atmaq, hər hansı bir ifadə vermək və hər hansı bir sualı cavablandırmaqdan imtina etdiklərini bildirmişlər. Həmin ərizənin məzmunundan göründüyü kimi, təqsirləndirilən şəxslər ümumilikdə ifadə verməkdən imtina etməmişlər, yalnız sadalanan istintaq hərəkətləri aparıldıqdan sonra ifadə vermək niyyətində olduqlarını bildirmişlər. Görünən odur ki, təqsirləndirilən şəxslər ifadə vermək hüquqlarından istifadə edə bilməmişlər, onlara bu şərait yaradılmamış, məhkəmə istintaqı «tez-bazar» şəkildə, hətta müdafiəçilərin mövqeyi öyrənilmədən başa çatdırılmışdır. Təqsirləndirilən şəxslərin ifadələri sübut hesab edilsə də, həmin sübutün tədqiqi məhkəmə istintaqının gedişatmda təmin edilməmişdir. Hesab edirik ki, təqsirləndirilən şəxslərin ifadələri mühüm sübuti əhəmiyyətə malik olduğundan onlar əsasında əlavə tədqiqat tələb edildiyi açıq aşkardır. Məhkəmə istintaqının gedişatmda Məhkum2 xəstəliyi və psixiatr müşahidəsində olmasına dair sənədlər sədrlik edən tərəfindən elan olunsa da, həmin sənədlər üzrə ibtidai araşdırmanın gedişatında olduğu kimi, məhkəmə istintaqının gedişatmda da, əlavə tədqiqat aparılması zəruri bilinməmiş, müvafiq ekspertizanın təyin edilməsi üçün vəsatət verməyə müdafiə tərəfinə fürsət belə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də, bu xüsusata qiymət verməmiş, bununla bağlı verilmiş vəsatəti təmin etməmiş, zəruri təkrar məhkəmə-psixiatrik ekspertizanı təyin etməmişdir. Birinci instansiya məhkəməsində keçirilən məhkəmə istintaqının gedişatında müdafiə tərəf inin vermiş olduğu vəsatətlərin bir qismi baxılmamış saxlanılmaqla, həmin vəsatətlərə məhkəmə istintaqının sonrakı gedişatmda münasibət bildiriləcəyi sədrlik edən tərəfindən elan edilsə də, məhkəmə istintaqının sonrakı gedişatmda həmin vəsatətlərə münasibət bildirilməmiş, onların təmin edilib-edilməməsinə dair qərar qəbul edilməmişdir. Məhkəmə araşdırması dövlət ittihamçısının təklif etdiyi ardıcıllığa uyğun olaraq ilk növbədə ittiham tərəfinin təqdim etdiyi sübutların tədqiqinin, sonradan isə müdafiə tərəfinin təqdim edəcəyi sübutların tədqiqinin aparılması ilə həyata keçirilməsi məhkəmə kollegiyası tərəfindən müəyyən edilsə də, ittihamın son sübutu olan videomateriala «baxış» keçirildiyi fonu yaradıldıqdan sonra faktiki olaraq müdafiə tərəfinə öz sübutlarını təqdim etmək və onların tədqi qini həyata keçirmək üçün şərait yaradılmamışdır. Hadisə zamanı təqsirləndirilən şəxs Məhkum1 az ağır xəsarət alması faktı ilə bağlı hər hansı bir araşdırma aparılmayaraq Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməllərində cinayət tərkibi olmadığından zərərçəkmiş şəxslərin hər biri barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Demək Məhkum1 az ağır xəsarət almasından ibarət fakta münasibətdə cinayət hadisəsi var, lakin zərərçəkmiş şəxslərin əməllərində cinayət tərkibi yoxdur. Sual olunur ki, cinayət hadisəsi varsa onu törətədən şəxsin müəyyən edilməsi istiqamətində istintaq orqanı hansı səbəbdən araşdırma aparmamış, konkret hadisəni törədən şəxs müəyyən edilməmiş və ümumilikdə bütün zərərçəkiş şəxslər, o cümlədən mərhum barəsində ci nayət təqibinə xitam verilmişdir? Təəsüfki bu istiqamətdə ibtidai araşdırma orqanının hərəkətsizliyindən ibarət davranışa məhkəmə kollegiyası da, riayət etmiş, Məhkum1 xəsarətin məhz kim tərəfindən yetirildiyi araşdırılmamışdır. Bu istiqamətdə araşdırmanın aparılmasından həm müstəntiqin, həm də məhkəmələrin yayınmaqda məqsədi bəllidir. Belə ki, həqiqətdə baş verdiyi kimi, Məhkum1 burnunun bıçağa əl atmasından öncə qırıldığı təsbit edilsə, o halda mərhum X15 ölümündən ibarət baş vermiş cinayət hadisəsi özünü müdafiə həddini aşmaqla törədilmiş qətl kimi təzahür edəcəkdir. Məhz bu səbəbdən lazımi araşdırmanın aparılmaması cinayət təqibini həyata keçirən orqanın marağındadır. Eyni zamanda qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs2 yumruq zərbəsini Məhkum1 vurmaqla burnunu qırdığını israrla bildirs ə də, bu tamamilə yalan və cəfəngiyatdır. Belə ki, cinayət işinin materiallarında olan video kadrlardan açıq aşkar görünür ki, Məhkum1 dava-dalaş zamanı Zərərçəkmiş şəxs2 yaxınlaşdıqda artıq onun burun nahiyyəsində xəsarət vardır və Zərərçəkmiş şəxs2 X20 vurmağa başı qarışdığından heç barmağının ucu ilə də, X21 toxuna bilməyib. Ümumiyyətlə müxtəlif şəxslərin iş materiallarında olan izahatları, habelə məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 şəxsiyyətləri ilə bağlı ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmiş hallar baxımından açıq-aşkar şəkildə görünür ki, onların hərəkətlərində xuliqanlıq əməlinin əlamətləri olmamış, X20 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 tərəfindən heç bir əsaslı səbəb olmadan başlanılmış dava-dalaşın nəticəsində döyülmüş, nə X21 nə də k i X20 tərəfindən hər hansı bir şəxsə, o cümlədən zərərçəkmiş şəxslərə qarşı təhqiramiz ifadələr işlədilməmiş, baş vermiş hadisənin səbəbkarı nə X20, nə də ki Məhkum1 deyil, məhz Zərərçəkmiş şəxs2 olmuş, Məhkum1 bıçağa əl atmağa məcbur qalmasının səbəbi isə 4 nəfər idmançının ona və dostu X20 hücum çəkməsi və burnunun sındırılaraq az ağır xəsarət almasından ibarət olmuşdur. Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürülməsinə cəhd olunmamış, adam öldürülməyə cəhddən ibarət ittiham isə yalnız onunla əsaslandırılmışdır ki, guya Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yetirilmiş xəsarətlər həyat üçün təhlükəli xəsarətlər olmuş, o, öz iradəsindən asılı olmayaraq hadisə barəsində təhlükəsizlik xidmətinə məlumat verildiyindən əməlini başa çatdıra bilməmişdir. Qeyd olunanları nəzərə alaraq müdafiə tərəfi, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini, Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 123.1-ci maddəsinə tövsif edilməsini, Məhkum2 əməlində cinayət tərkibinin olmadığına görə ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumlar Məhkum1, Məhkum2 və onların müdafiəçisi Rzazadə Cavid Əfsər oğlu kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavənin təmin olunması, zərərçəkmiş şəxsin hüquqi varisi X4, onun nümayəndəsi İsayev Samir Nadir oğlu və dövlət ittihamçısının apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıda kı əsaslara görə kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavə təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2016-cı il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Məhkəmə kollegiyası həmin normanın tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkumlar Məhkum1 və Məhkum2 təqsirləri bilindikləri cinayət əməlləri birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair nəticəsi ilə razılaşmışdır. Məhkum1 və Məhkum2 törətdikləri əməllərə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməlləri Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.1, 120.2.2, 120.2.3, 29,120.2.1, 29,120.2.2, 29,12 0.2.3, 29,120.2.7-ci maddələri ilə, Məhkum2 əməlləri Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Bu səbəbdən məhkumlar Məhkum1 və Məhkum2 təqsirli bilinməsi və əməllərinin tövsifi baxımından qərarın qanuniliyini şübhə altına almağa əsas yoxdur, kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavənin dəlilləri də buna əsas vermir. Kassasiya şikayətlərində və onlara əlavədə apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi iddia edilir və buna dair dəlillərə istinad olunur. Belə dəlillər apellyasiya şikayətlərində də göstərilmiş, bu səbəbdən də apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə dair nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellaysiya məhkəməsinin qərarında bununla əlaqədar aşağıdakılar göstərilmişdir: “... birinci instansiya məhkəməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və tərəflərin fikirlərini və çıxışlarını dinləməklə hesab etmişdir ki, Məhkum1 Təvəkkül oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 120.2.1, 120.2.2, 120.2.3 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə, Məhkum2 əməli isə həmin Məcəllənin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci m addələri ilə tövsif edilib təqsirli bilinməklə hər biri cəzalandırılmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi məhkumlar: Məhkum1 və Məhkum2 özünü təqsirli bilməmələri və hadisələrin baş verməsinin zərər çəkmiş şəxslərin qanunsuz hərəkətlərinin nəticəsi olması barədə irəli sürdüyü dəlillər faktiki olaraq onların ibtidai istintaqda verdikləri ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə; yuxarıda sadalanan baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və məhkəmə baxışında tədqiq edilmiş başqa mötəbər sübutlarla təkzib edildiyi və işin faktiki hallarına uyğun olmadığından, onların ifadələrinə tənqidi yanaşaraq, həmin ifadələri özünümüdafiə xarakteri daşıyan və məsuliyyətini yüngülləşdirmək üçün irəli sürülən dəlillər kimi qiy mətləndirmişdir. Beləliklə də, məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq və cinayət prosesi iştirakçılarının fikirlərini və çıxışlarını dinləməklə belə nəticəyə gəlir ki,Məhkum1 və Məhkum2 bir qrup şəxs tərəfindən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxslərə müqavimət göstərib silah qismində istifadə etdiyi əşya ilə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmələri, habelə bir qrup şəxs halında, digər şəxsi xuliqanlıq niyyəti ilə və zərərçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmələri, bir qrup şəxs halında digər şəxsləri xuliqanlıq niyyə ti və zərərçəkmiş şəxslərin ictimai borclarını yerinə yetirməsi ilə bağlı iki şəxsi qəsdən öldürməyə cəhd etmələri toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi məhkumlar: Məhkum1 və Məhkum2 təyin olunacaq cəza məsələsini müzakirə edərkən, hər birinin ayrı-ayrılıqda əməlində cəzalarını ağırlaşdıran və yüngülləşdirən halların olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkumlar: Məhkum1 və Məhkum2 cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinə və digər normalarına, habelə «İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi H aqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə əməl etmiş və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının tövsiyyələrini rəhbər tutmaqla, cinayətləri törətmiş şəxslərin şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilmə hallarını, eyni zamanda onların hər birinin ayrıayrılıqda cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası məhkumların cinayətlərdə təqsirlərinin olmaması və istintaq orqanı və məhkəmə tərəfindən prosessual pozuntulara yol vermələri barədə müdafiəçilər tərəfindən apellyasiya şikayətlərində irəli sürülən dəlillər toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş çoxsaylı sübutlarla təkzib edildiyindən, həmin dəlilləri əsassız hesab edərək razılaşmır və onları yalnız müdafiəçilərin subyektiv mülahizələri kimi qiymətləndirir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 yanvar 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır...”. Göründüyü kimi, apellyasiya məhkəməsi qərarında apellyasiya şikayətlərinin dəlillərinə münasibətini bildirmiş, onlarla razılaşmadığının səbəblərini göstərmiş, gəldiyi nəticəni işin faktiki hallarına və qanunun tələblərinə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plen um Qərarlarına və İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyaya istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə işin faktiki hallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və hesab edir ki, kassasiya şikayətlərinə əlavənin dəlilləri də həmin nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyasın ın qənaətinə görə, iş materiallarında olan sübutlar (qanunla nəzərdə tutulmuş qaydada toplanılmış və yoxlanılmış) Məhkum1 və Məhkum2 verilmiş ittihamın təsdiq edilmiş hesab olunması üçün kifayət edir, apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticə də qanunidir, kassasiya şikayətlərinin və kassasiya şikayətlərinə əlavənin dəlilləri isə əsassızdır. Kassasiya şikayətlərinə əlavədə iddia edilir ki, “...apellyasiya instansiyası məhkəməsinin gedişatında sərbəst şəkildə ifadə verən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsi zamanı onların adından tərtib olunmuş ifadələrin məzmununu təsdiq etməyib ümumiyyətlə belə bır ifadə vermədiklərini bildirmişlər. Zərərçəkmiş şəxs2 isə bununla yanaşı ayrıca ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, müraciətində hadisə zamanı Məhkum1 əlində bıçaq görmədiyini, Məhkum2 isə yerə yıxaraq hərəkətsiz vəziyyətə gətirdiyini və bu səbəbdən Mövludun heç kimi, o cümlədən mərhum Azər və zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 tutub onların müqavimətini qırmaq iqtidarında olmadığını, ibtidai istintaq və məhkəmə istintaqları zamanı ifadələrini rus dilində verdiyini, lakin ona apellyasiya instansiyası istisna olmaqla digər mərhələlərdə tərcüməçi təyin olunmadığını və bu səbəbdən adından yazılmış ifadələri oxumadan imzaladığını, yazılı ifadələrin isə onun həqiqətdə gördüklərini və dediklərini əks etdirmədiyini bildirmişdir...”. Kassasiya şikayətlərinə əlavənin bu dəlili ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qərarında həmin zərərçək miş şəxslərin ifadələrinə münasibət bildirilmiş, onların ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrə üstünlük verdiyini, bunun səbəblərini açıqlamışdır. Apellyasiya məhkəməsinin qərarında zərərçəkmiş şəxslərin ifadələri ilə əlaqədar aşağıdakılar göstərilmişdir: “... zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə və birinci instansiya məhkəməsində verdikləri ifadələrindən apellyasiya məhkəməsində əhəmiyyətli dərəcədə fərqli ifadələr verməklə yanaşı, bunun səbəbini Zərərçəkmiş şəxs2 rus dilli olması ilə, Zərərçəkmiş şəxs1 isə müstəntiqə inanaraq oxumaması ilə izah etmişlər. Lakin, cinayət prosesinin bilavasitə iştirakçıları olduqlarından, onlara əvvəlcə ittiham aktı və daha sonra birinci instansiya məhkəməsinin hökmün ün sürətlərinin verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs2 40-dan artıq yaşı olmaqla ali təhsilli, Zərərçəkmiş şəxs1 isə 36-dan artıq yaşı olmaqla orta təhsilli olmaları hər birinin müəyyən həyat təcrübələrinin olduğunu nəzərə alaraq, heç birinin həmin sənədlərdə yazılanlarla maraqlanmamaları inandıcı hesab oluna bilməz. Eyni zamanda, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdikləri və məhkəmədə tədqiq edilmiş ifadələri iş üzrə dindirilmiş və onlarla birlikdə baş vermiş hadisənin bilavasitə şahidləri olmuş X8, X9 və X3 ifadələri ilə və iş üzrə toplanmış digər çoxsaylı mötəbər sübutlarla tam uyğunluq təşkil etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ibtidai istintaq dövründə verdikləri və məhkəmədə tədqiq edilmiş ifadələri toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlarla uyğunluq təşkil etdiyindən, həmin ifadələrə üstünlük verilməklə sübut növü kimi qəbul edilməlidir...”. Göründüyü kimi, həmin zərərçəkmiş şəxslərin apellyasiya baxışı zamanı verdikləri və kassasiya şikayətlərinə əlavədə istinad edilən ifadələrinə apellyasiya məhkəməsi münasibət bildirmiş, bu ifadələrin iş materiallarına, o cümlədən zərərçəkmiş şəxslərin əvvəlki ifadələrinə uyğun olmadığından və digər səbəblərdən onların mötəbər və inandırıcı hesab edilməsi üçün əsasların olmadğını göstərmiş, həmin ifadələrlə əlaqədar gəldiyi nəticəni kifayət qədər geniş və ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin nəticə iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya şikayətlərinin (onlara əlavənin) dəlillərində həmin nəticənin düzgünlüyünü və qanuniliyini şübhə altına almağa əsas vermir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən onu da nəzərə alır ki, hökmdə həmin zərərçəkmiş şəxslərin ifadələri kimi göstərilənlər birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolunda bu şəxslərin verdiyi məlumatlara (ifadələrə) dair qeyd olunanlarla üst-üstə düşür, eynilik təşkil edir (həmin protokoldan verilmiş qeydlərə qanunla nəzərdə tutulmuş qaydada baxılmış və onlar qəbul edilməmişdir). Bu səbəbdən də həmin zərərçəkmiş şəxslərin birinci instansiya məhkəməsindəki ifadələrinin təhrif edilməsi barədə fikir söyləməyə əsas yoxdur. Zərərçəkmiş şəxslərin özləri də əvvəllər verdikləri ifadələrin apellyasiya məhkəməsi ndəki ifadələrdən fərqlənməsini, hətta onlarla kəskin ziddiyyət təşkil etməsinin səbəblərinə dair tutarlı izah və əsas göstərə bilməmişlər. Kassasiya şikayətlərinə əlavədə iddia edilir ki, “... birinci instansiya məhkəməsində ilk gündən ış üzrə ittiham tərəfindən çıxış edəcəyini və ittihamın mövqeyindən asılı olduğunu açıq-aşkar bir üzə vermiş, iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi üçün verilmiş çoxsaylı vəsatətlərdən ikisi istisna olmaqla qalan vəsatətləri təmin etməmiş və ya baxılmamış saxlamış, apellyasiya instansiyası məhkəməsi isə iş üzrə əvvəlcə obyektiv yanaşdığı fonunu yaradaraq qismən məhkəmə istintaqı ilə işi aparıb zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təkrar dindirməklə yanaşı, əlavə olaraq iş üzrə istintaq aparmış müstəntiq X11 dindirib ifadəsini als a da, habelə videogörüntülərə baxış keçirtsə də, son nəticədə özünün keçirdiyi məhkəmə istintaqında əldə olunmuş sübutların bir qismini inandırıcı hesab etməmiş, digər qismini isə ümumiyyətlə öz qərarında əks etdirməyib onlara qiymət verməmişdir...”. Məhkəmə kollegiyası iş materiallarını, o cümlədən məhkəmə iclas protokolunu kassasiya şikayətlərinin (onlara əlavənin) bu dəlil baxımından təhlil edərək vurğulayır ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi müdafiə tərəfinin verdiyi bütün vəsatətlərə qanunla nəzərdə tutulmuş qaydada baxmış, onlar üzrə müvafiq qərarlar çıxarmışlar. Mübahisəsizdir ki, həmin vəsatətlərin bir neçəsinin təmin edilməməsi heç də məhkəmənin qeyri obyektiv olmalarını göstərən, buna dəlalət və ya belə nəticəyə gəlinməyə əsas verən amil kimi qiymətləndiril ə bilməz. Şikayətlərə əlavədə göstərilən həmin fikirlərdə birinci instansiya məhkəməsinin ittiham tərəfindən çıxış edəcəyini və ittiham mövqeyindən asılı olduğunu açıq-aşkar birüzə verdiyi iddia edilsə də, bunun konkret olaraq nədə ifadə olunduğu açıqlanmamışdır. Məhkəmə kollegiyası şikayətlərə əlavənin həmin dəlili ilə əlaqədar vurğulayır ki, iş materiallarında işə baxmış hakimlərin işin nəticəsi ilə bilavasitə ya dolayısı ilə maraqlı olduqları, kimdənsə və ya hər hansı orqandan asılı olduqları barədə məlumat yoxdur. Azərbaycan Respublikası CPM-nin 25-ci maddəsində də birmənalı olaraq təsbit edilmişdir ki, hakimlər müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər; hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticə lərlə bağlı deyillər; hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər; Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini hakimlərin müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirirlər; heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən onların baxdığı, yaxud icraatlarında olan cinayət işləri və ya cinayət təqibi ilə bağlı digər materialların mahiyyəti üzrə izahat tələb etməyə hüququ yoxdur; hər hansı şəxs tərəfindən hər hansı səbəbdən ədalət mühakiməsinin həyata keçirilməsinin birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, ona qanunsuz təsir, hədə- qorxu, müdaxilə edilməsi, hörmətsizlik göstərilməsi, məhkəməyə qarşı açıq-aşkar etinasız hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. X11 apellyasiya məhkəməsində verdiyi ifadələrin həmin məhkəmənin qərarında əks etdirilmədiyinə dair şikayətlərə əlavənin dəlilinə gəldikdə qeyd olunmalıdır ki, həmin ifadələr zərərçəkmiş şəxslərin məhkəmədə verdikləri ifadələrin mötəbərliyinin müəyyən edilməsi məsələsində (şikayətlərə əlavədə müstəntiqin ifadəsi zərərçəkmiş şəxslərin əvvəlki ifadələrinin mötəbər olmadığı ilə əlaqələndirilir) heç bir əhəmiyyət kəsb etmir, müstəntiq birinci instansiya məhkəməsində məhkəmə iclasında iştirak etməmiş, həmin ifadələrin təkzib olunması istiqamətində ifadə verə bilməz və verməmişdir. Müs təntiq apellyasiya məhkəməsində də müdafiə tərəfini mövqeyini birbaşa və dolayı ilə təsdiq edən ifadə verməmişdir. Məhkəmə kollegiyası videoagörüntülərə baxışın apellyasiya məhkəməsinin qərarında əks etdirilmədiyinə dair şikayətlərə əlavənin dəlili ilə əlaqədar vurğulayır ki, ibtidai istintaqda videogörüntülər əks etdirilmiş diskə baxışın keçirilməsi barədə 30 iyun 2015-ci il tarixli protokola apellyasiya məhkəməsinin qərarında da istinad edilir. Həmin protokolun məzmunundan birmənalı olaraq görünür ki, bu videoyazıda hadisə, onu necə cərəyan etməsi, hadisənin iştirakçılarının hərəkətləri tam şəkildə əks etdirilməmiş, yalnız videokameranın spektoru ilə əhatə olunan yerdə cərəyan edən hadisələr və hərəkətlər görünür, bu spektordan kənarda baş verən hadisələr videoyazıya düşməmiş, videoyaz ıda bütün hadisə boyu yalnız kamera çəkən əraziyə ara bir daxil olan hadisənin iştirakçılarının müşahidə etmək mümkündür, həmin videoyazının kifayət qədər dolğun olması barədə fikir söylənilə bilməz. Bu səbəbdən həmin videoyazılar sübut kimi qiymətləndirilsə də, məhkəmələr haqlı olaraq bu videoyazılar ilə yanaşı onlarda olan məlumatları tamamlayan, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrinə əsaslanaraq iş üzrə nəticəyə gəlmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə sübutların və onların qiymətləndirilməsi məsələsinə belə yanaşma qanunun tələblərinə uyğundur və məhkəmənin bu məsələdə mövqelərinin qanuniliyini şübhə altına almağa əsas yoxdur və kassasiya şikayətlərinə əlavənin həmin videoyazı ilə əlaqədar dəlilləri də buna əsas vermir. Bu baxımdan məhkəmələrin gəldiyi nəticənin videoyaz ıda göstərilənlərlə ziddiyyət təşkil etməsinə dair şikayətlərə əlavənin dəlilləri də əsaslı hesab oluna bilməz. Şikayətlərə əlavədə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin saxtalaşdırıldığı iddia edilsə də, bunu təsdiq edən hər hansı bir sübuta istinad olunmamış, müdafiə tərəfinin bu iddiası tutarlı dəlillərlə əsaslandırılmamışdır. İş materiallarında da sübutların saxtalaşdırılması qənaətinə gəlmək üçün əsas verən hər hansı bir məlumat yoxdur. Şikayətlərə əlavədə həm də göstərilmişdir ki, “...məhkəmə kollegiyasının ittiham qarşısında acizliyi həmçinin onda ifadə olunur ki, məhkəmə ittihamı kopyalamaqla yanaşı, dövlət ittihamçısının cəza tələbi ilə bağlı müraciətini eyniliklə təsdiq etmiş, hətta bu hissədə bir addım belə ittihama qarşı gedə bilmədiyini nümayiş etdirmiş, apellyasiya məhkəməsi isə guya araşdırma apardığı və obyektiv nəticəyə gələcəyi fonunu yaradaraq güman ki, mərhum X11 ailə üzvlərini təşviqə salıb onları məhkəmə ilə «dil tapmaqlarına» məcbur etmiş, son nəticədə isə sifarişin icrasına xələl gətirməyən qərar qəbul etmişdir...”. Şikayətlərə əlavədə məhkəmələrin ittiham qarşısında aciz olması, X11 ailə üzlərini məhkəmə ilə “dil tapmalarına” məcbur etməsi, sifarişlə qərar qəbul etməsi iddia edilsə də, bu iddiaların hansı sübutlara, faktiki hallara əsaslandığı açıqlanmamış, iş materiallarından da bu iddiaları bilavasitə və ya dolayısı ilə təsdiq edən məlumat yoxdur. Şikayətlərə əlavədə müdafiə tərəfi hadisəni öz mülahizəsinə görə təsvir etsə də, əlavədə buna dair göstərilənlər iş materialları ilə təsdiq olunmur, əksinə, məhkəmə iclasında qanunla nəzərdə t utulmuş qaydada tədqiq edilərək təhlil edilməklə qiymətləndirilmiş sübutlarla, onlardakı məlumatların məcmusu ilə təkzib olunur. Şikayətlərə əlavədə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə ifadə vermələri üçün şəraitin yaradılmadığına dair göstərilənlər də iş materiallarına uyğun olmamaqla əsassızdır. Məhkəmə iclas protokolundan görünür ki, həmin şəxslərə birinci instansiya məhkəməsi tərəfindən ifadə vermələri təklif olunsa da, onlar ifadə verməkdən imtina etmişlər. Bu dəlillə əlaqədar qeyd olunmalıdır ki, həmin şəxslər apellyasiya məhkəməsində dindirilmiş və onlar ibtidai istintaqda verdikləri ifadələri təsdiq etmələrini bildirməklə ifadə vermiş və sualları cavablandırmışlar. Odur ki, şikayətlərə əlavənin bu dəlili də əsaslı hesab oluna bilməz. Şikayətlərə əlavəd ə iddia olunur ki, “... məhkəmə istintaqının gedişatında Məhkum2 xəstəliyi və psixiatr müşahidəsində olmasına dair sənədlər sədrlik edən tərəfindən elan olunsa da, həmin sənədlər üzrə ibtidai araşdırmanın gedişatında olduğu kimi, məhkəmə istintaqının gedişatında da, əlavə tədqiqat aparılması zəruri bilinməmiş, müvafiq ekspertizanın təyin edilməsi üçün vəsatət verməyə müdafiə tərəfinə fürsət belə verilməmişdir. Apellyasiya instansiyası məhkəməsi də, bu xüsusata qiymət verməmiş, bununla bağlı verilmiş vəsatəti təmin etməmiş, zəruri təkrar məhkəmə-psixiatrik ekspertizanı təyin etməmişdir...”. Müdafiə tərəfinin irəli sürdüyü bu dəlil də iş materiallarına uyğun deyil və əsaslı hesab oluna bilməz. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokolundan görünür ki, kompleks ambulator məhkəm ə psixiatrik ekspertizasının Məhkum2 aid, 09 iyun 2015-ci il tarixli 812 №-li rəyi məhkəmə iclasında qanunla nəzərdə tutulmuş qaydada və Azərbaycan Respublikası CPM-nin 331-ci maddəsinin tələblərinə riayət etməklə tədqiq edilmiş və müdafiə tərəfi bununla əlaqədar hər hansı bir vəsatət (o cümlədən əlavə və ya təkrar ekspertizanın təyin edilməsinə dair) verməmiş, buna fürsət verilməməsi barədə də söhbət gedə bilməz (iş materiallarında belə vəsatətin verilməsinə maneələr yaradılmasını təsdiq edən məlumat yoxdur). Apellyasiya məhkəməsində də əlavə və ya təkrar məhkəməpsixiatrik ekspertizasının təyin edilməsinə dair vəsatət verilməmişdir. Göründüyü kimi, kassasiya şikayətlərinə əlavənin bu dəlilidə iş materiallarına uyğun olmamaqla əsassızdır və məhkəmələr tərəfindən bu məsələdə qanunsuzluğa yo l verildiyi barədə fikir söylənilə bilməz. Müdafiə tərəfi buna da istinad etmişdir ki, “... hadisə zamanı təqsirləndirilən şəxs Məhkum1 az ağır xəsarət alması faktı ilə bağlı hər hansı bir araşdırma aparılmayaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən əməllərində cinayət tərkibi olmadığından zərərçəkmiş şəxslərin hər biri barəsində cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Demək Məhkum1 az ağır xəsarət almasından ibarət fakta münasibətdə cinayət hadisəsi var, lakin zərərçəkmiş şəxslərin əməllərində cinayət tərkibi yoxdur. Sual olunur ki, cinayət hadisəsi varsa onu törədən şəxsin müəyyən edilməsi istiqamətində istintaq orqanı hansı səbəbdən araşdırma aparmamış, konkret hadisəni törədən şəxs müəyyən edilməmiş və ümumilikdə bütün zərərçəkm iş şəxslər, o cümlədən mərhum barəsində cinayət təqibinə xitam verilmişdir? Təəssüf ki bu istiqamətdə ibtidai araşdırma orqanının hərəkətsizliyindən ibarət davranışa məhkəmə kollegiyası da, riayət etmiş, Məhkum1 xəsarətin məhz kim tərəfindən yetirildiyi araşdırılmamışdır. Bu istiqamətdə araşdırmanın aparılmasından həm müstəntiqin, həm də məhkəmələrin yayınmaqda məqsədi bəllidir. Belə ki, həqiqətdə baş verdiyi kimi, Məhkum1 burnunun bıçağa əl atmasından öncə qırıldığı təsbit edilsə, o halda mərhum Azər Məmmədovun ölümündən ibarət baş vermiş cinayət hadisəsi özünü müdafiə həddini aşmaqla törədilmiş qətl kimi təzahür edəcəkdir. Məhz bu səbəbdən lazımi araşdırmanın aparılmaması cinayət təqibini həyata keçirən orqanın marağındadır...”. Bu fikrin özündə qeyd olunmuşdur ki, həmin faktla bağlı zər ərçəkmiş şəxslər barədə cinayət işinin icraatına əməllərində cinayət tərkibi olmadığı əsası ilə xitam verilmişdir (iş materiallarında buna dair qərardan şikayət verilməsi barədə məlumat yoxdur). Hazırkı cinayət işi üzrə yalnız Məhkum1 və Məhkum2 ittiham verilmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə isə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, müdafiə tərəfinin bu də lili də məhkəmə qərarlarının qanunsuz olduğu qənaətinə gəlməyə əsas vermir. Şikayətlərə əlavədə Məhkum1 və Məhkum2 xuliqanlıq cinayətini törətmədikləri, Məhkum1 Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etmədiyi də iddia olunur. Məhkəmə kollegiyası həmin dəlillərlə əlaqədar qeyd edir ki, Məhkum1 və Məhkum2 verilmiş ittiham müvafiq sübutlara əsaslanır, məhkəmə iclasında tədqiq edilmiş həmin sübutlar, onlarda olan məlumatların məcmusu bu ittihamın təsdiq olunduğu qənaətinə gəlməyə əsas verir və bu nəticə şikayətlərə əlavədə istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının izahları ilə heç bir ziddiyyət təşkil etmir. Kassasiya şikayətlərinə əlavədə Məhkum1 əməlinin Azərbaycan Respublikası CMnin 123-cü maddəsi ilə tövsif edilməli olduğu iddia edilir və bu nunla bağlı bir sıra dəlillərə istinad edilir. Həmin dəlillər iş materiallarına uyğun olmamaqla əsassızdır. İş materiallarında olan sübutların (ifadələrin) məzmununun həmin dəlil baxımından təhlili göstərir ki, Məhkum1 verilmiş ittiham tam həcmdə təsdiq edilmiş, onun əməlinə düzgün hüquqi qiymət verilmiş, bu məsələ hökmdə və qərarda ətraflı şərh edilməklə gəlinmiş nəticə əsaslandırlımışdır. Həmin nəticə sübutlara, onlarda olan məlumatlara, qanunun tələblərinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq Plenum qərarlarının izahlarına əsaslanmaqla, onlara uyğundur. Bu səbəbdən məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır, müdafiə tərəfinin irəli sürdüyü bu dəlili isə əsassız hesab edir. Kassasiya şikayətlərinə əlavədə Məhkum2 bəraət verilməli olduğu iddia edilir. Şəxsə bəraət ve rilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətlərinə əlavənin dəlilləri baxımından təhlili göstərir ki, Məhkum2 bəraət verilməsinə əsas verən hallar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 və Məhkum2 cəza təyin edilərkən bu məsələlərin həllinə təsir edə biləcək bütün hallar o, cümlədən onların törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, habelə təyin olunmuş cəzaların onların ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, Məhkum1 və Məhkum2 islah olunması məqsədini və Azərbaycan Respublikası CPM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədlərə nail olunmasını təmin edə bilən ədalətli cəza təyin olunmuşdur. Kassasiya şikayətlərinə əlavədə müstəntiq və hakimlər haqqında xüsusi qərarın çıxarılması xahiş edilir. Azərbaycan Respublikası CPM-nin 419.14-cü maddəsində nəzərdə tutulmuşdur ki, kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxılması nəticəsində məhkəməyədək, birinci və ya apellyasiya instansiyası m əhkəməsində icraat zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, kassasiya instansiyası məhkəməsi bu Məcəllənin 406-cı maddəsində göstərilənlərə uyğun olaraq xüsusi qərar çıxara bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə həmin normada göstərilən pozuntular aşkar edilmədiyindən müdafiə tərəfinin bu xahişi də təmin edilə bilməz. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulan hallar mövcud olmadığından) dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavə isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.1, 120.2.2, 120.2.3, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3, 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum1 və Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 və 29,120.2.7-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum2 barələrində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri və kassasiya şikayətlərinə əlavə təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-2/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-2/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver