Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2/2022 02.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Seyidov Əziz Cəfər oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Bakı şəhəri “LCG” Vəkil Bürosunun vəkili Qədirova Vəfa İdris qızının iştirakları ilə Bakı Ağır Cinayətl ər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X12, nümayəndə və vəkil Qədirova Vəfa İdris qızı ilə birlikdə verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə (hakimlər: R.Ə.Sadıxov (sədrlik edən), F.A.Qəribov və Ə.N.Hacıyev) 29 avqust 1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, "xxxx" MM C-nin təsisçisi və direktoru vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2, 179.3.2, 308.2, 213.2.2 və 313-cü maddələri ilə təqsirli bilinib, CM-in 178.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə, CM-in 179.3.2-ci maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhum etmə cəzasına, CM-in 213.2.2-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 308.2-ci maddəsi ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 313-cü madd əsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla üzərində qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həbsdə olduğu 2 gün müddət ona təyin olunmuş cəzadan çıxmaqla üzərində qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cə zası saxlanılmış, Təqsirləndirilən şəxs ittihamından CM-nin 213.1-ci maddəsi və zərərçəkmiş şəxs X3 qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq epizodu çıxarılmışdır. İş üzrə mülki iddiaçılara və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənişinin təmin edilməsi məqsədilə Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2 saylı mənzilləri, Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsində yerləşən 21a saylı evin 4, 6, 31, 35, 29, 25, 14, 27, 49, 8 saylı mənzilləri, ünvan 3 ünvanda qeyri-yaşayış sahələri, ünvan 4əşən 1 №-li fotolaboratoriya və 289,25 kv.m qeyri-yaşayış sahəsi, ünvan 5 ünvanda yerləşən 4 saylı atelyenin 172,2 kv.m sahəsi və ünvan 6 ünvanda yerləşən 96,0 kv.m sahələri, ünvan 7a yerləşən “Mehmanxana-ünv an 8inal dəyəri 2 manat olan 853.036 ədəd səhmləri, müsadirə olunmaqla hərrac vasitəsi ilə satılması, hərracdan əldə edilən vəsaitlərin isə ilk növbədə 509.524,25 manat vergi borcunun ödənilməsinə, sonra isə "xxxx" ASC-yə vurulmuş maddi ziyanın qalıq hissəsinə – 28.336.000 manatın və Zərərçəkmiş şəxs3 ASC-yə vurulmuş 2.300.000 manat ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır. Hökmlə həmçinin, X7 da təqsirli bilinib məhkum olunmuşdur. Həmin hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), M.S.Hüseynov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) 26 iyul 2017-ci il tarixli qərarı ilə məhkumların müdafiəçilərinin və mülki iddiaçı Zərərçəkmiş şəxs2 rəisi baş vergi xidməti müşavi ri Məbud Kərimov və Zərərçəkmiş şəxs3 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Sadıqov Elçin Əli oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs CM-in 313-cü maddəsi ilə təqsirli bilinərək, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmiş, CM-in 66.3-cü maddəsinə əsasən, CM-in 178.3.2, 179.3.2, 213.2.2, 308.2-ci maddələri ilə təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etm ə cəzası təyin edilmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən verilmiş təqdimata və məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 01.05.2019-cu il tarixli (sədrlik edən hakim T.L.Kazımov, hakimlər H.Q.Nəsibov və Ə.S.Seyfəliyevdən ibarət tərkibdə) qərarı ilə Ali Məhkəmənin sədri tərəfindən verilmiş 03 sentyabr 2018-ci il tarixli təqdimat təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarı Ali Məhkəmənin sədri tərəfindən verilmiş 03 sentyabr 2018-ci il tarixli təqdimata münasibətdə ləğv edilmiş, cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. İ şə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim R.Səfərov, hakimlər R.Abdulov və Q.Babayevdən ibarət tərkibdə) 28.08.2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.10.2016-cı il tarixli hökmü Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsində yerləşən 21 a saylı evin 4, 6, 31, 35, 29, 25, 14, 27, 49 və 8 saylı mənzillərinin ünvan 9 ünvanında qeyri-yaşayış sahələrinin müsadirə olunmaqla hərrac yolu ilə satılması və əldə edilən vəsaitin vergi borcunun ödənilməsi "xxxx" ASC və Zərərçəkmiş şəxs3 ASC-yə vurulmuş ziyanın ödənilməsinə aid hissədə ləğv olunmuşdur. Həmin əmlakların hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə Mərkəzi Banka ödənilməsi, hərracdan əldə olunan vəsaitdən a rtıq qalarsa "xxxx" ASC-yə 28.336.000 manat vurulmuş ziyan və Bakı Şəhəri Lokal Gəlirlər Departapentinə 509.524.25 manat ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 09 iyul 2021-ci il tarixli (sədrlik edən hakim İ.S.Qılıcov, hakimlər İ.Ə.Rəcəbov və N.R.Mövsümovdan ibarət tərkibdə) qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarından zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X12, nümayəndə və vəkil Qədirova Vəfa İdris qızı ilə birlikdə kass asiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirib dələduzluq etmiş, ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamış, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla əməli ağır nəticələrə səbəb olmuş, vəzifəli şəxs kimi tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törə tmiş və külli miqdarda törədilməklə vergiləri ödəməkdən yayınmışdır. Belə ki, o, "xxxx", "xxxx" və "xxxx" MMC-lərin təsisçisi olmaqla, həmin cəmiyyətlərə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, vahid qəsdlə ona etibar edilmiş özgə əmlakını talama niyyəti ilə, həmin cəmiyyətlərin direktoru vəzifəsinə özünün yaxın münasibətdə olduğu şəxsləri formal olaraq rəsmiləşdirərək, şəriki X7 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girməklə, "xxxx" ASC-dən 25 dekabr 2008-ci il tarixli kredit müqavilələri əsasında "xxxx" və "xxxx", o cümlədən Cavidan Hacıyevin faktiki rəhbərlik etdiyi "xxxx" və «X35» MMC-lərin adına cəmi 25.000.000 (iyirmi beş milyon) manat, 30 dek abr 2008-ci il tarixli kredit müqavilələri əsasında isə "xxxx" və "xxxx" MMC-nin adına cəmi 5.100.000 (beş milyon yüz min) manat, ümumilikdə isə 30.100.000 (otuz milyon yüz min) pul vəsaitini götürüb, qarşılıqlı öhdəlikləri olmadığı halda, formal olaraq ödənişlərin «hesabın möhkəmləndirilməsi» adı ilə həmin cəmiyyətlərin birinin Bank hesabından digərlərinin və ya əksinə köçürülməsini təmin edərək, həmin vəsaitlərin üzərində qanunsuz sahiblik, istifadə və sərancamvermə hüquqları əldə edib, bank hesablarına köçürülmüş göstərilən vəsaitləri nağd olaraq alaraq, aralarında 26 dekabr 2008-ci il tarixdə bağlanmış sazişə əsasən 25.000.000 manat məbləğin 13.000.000 (on üç milyon) manatını özünün, qalan 12.000.000 manatı isə Cavidan Hacıyevin götürməsini müvafiq qaydada razılaşdıraraq, bundan sonra "xxxx" MMC-nin direktoru X13 ilə "xxxx" ASC arasında «Dərman preparatlarının alınması» üçün bağlanmış 25 dekabr 2008-ci il tarixli 380/08 №-li kredit müqaviləsinə əsasən, Cavidan Hacıyevlə aralarında olan həmin saziş əsasında əldə etdiyi 13.000.000 manat vəsaitdən, 27 dekabr 2008-ci ildə həmin Cəmiyyətin "xxxx" ASC-nin Rabitə filialındakı ******************** saylı valyuta hesabına «Hesabın möhkəmləndirilməsi» adı ilə 10.000.000 ABŞ dollarını (həmin dövrün məzənnəsi ilə 8.000.000 manat) ödəyib, sonradan həmin məbləği "xxxx" MMC-nin qeyd olunan filialdakı hesabından Türkiyə Respublikasında qeydiyyatdan keçmiş və həmin ölkənin ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan, özünə məxsus «X17 və DİŞ Ticaret Ltd Sti» Şirkəti ilə formal olaraq klinker alqı-satqısına dair sənədləşdirilmiş 25 d ekabr 2008-ci il tarixli müqavilənin ödənişi üçün əsas göstərilməklə həmin Şirkətin İstanbul şəhərindəki «Denizbank A.Ş.»nin Eyup filialında olan bank hesabına köçürülməsini təmin edib, hissə-hissə nağd olaraq götürmüş, Cavidan Hacıyev isə həmin sazişə əsasən ona çatan 12.000.000 manat vəsaitin 4.800.000 manatını "xxxx" ASC-nin baş ofisinin xəzinəsindən nağd olaraq, qalan 6.988.000 manat vəsaiti isə "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesabından "xxxx" MMCnin həmin bankda olan hesabına köçürməklə eyni qaydada çıxarıb şəxsi ehtiyaclarına, o cümlədən Türkiyə Respublikasında fəaliyyət göstərən səhmlərinin 78 faizi özünə məxsus olan «X31 Turizm və İnşaat Anonim Şirkəti»nin borclarının ödənilməsinə, həmçinin sonuncu ilə birlikdə 5.100.000 (beş milyon yüz min) manatı isə 30 dekabr 2008-ci il tarix də «X35» MMC-nin 10.09.2007-ci il və 18.04.2008-ci il tarixli "xxxx" ASC ilə bağlanmış kredit müqavilələri əsasında həmin bankdan götürülmüş və müqavilələr üzrə banka olan borclarının bir hissəsinin ödənilməsinə yönəltmişdir. Daha sonra Təqsirləndirilən şəxs, "xxxx" ASC-dən götürdükləri göstərilən kredit vəsaitlərinin əsas məbləğini və fazilərini bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müəyyən edilmiş 12 (on iki) ay ərzində ödəməmələrinə baxmayaraq, 2009-cu ilin dekabr ayında yenidən həmin banka müraciət edərək biznes fəaliyyətlərinin genişləndirilməsi barədə yalan məlumatlar verib, özlərini etibarlı iş adamı kimi təqdim edərək, "xxxx" ASC-i ilə 12 (on iki) ay müddətinə faktiki fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin direktoru X14 arasında 25 dekabr 2009cu il tarixli 219/09 №-li kredit müqaviləsi ilə 6.614.150 manat, 12 (on iki) ay müddətinə həmin bankla faktiki fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin direktoru X2 arasında 25 dekabr 2009-cu il tarixli 220/09 №-li kredit müqaviləsi ilə 4.000.000 manat və eyni tarixli 225/09 №-li kredit müqaviləsi ilə 2.550.900 manat olmaqla cəmi 6.550.900 manat, göstərilən bankla faktiki fəaliyyətinə rəhbərlik etdiyi "xxxx" MMC-nin direktoru X4 arasında 25 dekabr 2009-cu il tarixli 222/09 №-li kredit müqaviləsi ilə 6.000.000 manat və eyni tarixli 224/09 №-li kredit müqaviləsi ilə 325.681 manat olmaqla cəmi 6.325.681 manat, qeyd olunan vəsaitlərin yekunu olaraq göstərilən cəmiyyətlərlə 19.490.731 (on doqquz milyon dörd yüz doxsan min yeddi yüz otuz bir) manat məbləğində yeni kredit müqavilələri bağlanmaqla, əvvəl gö türülmüş kreditlərin ödəmə müddətlərinin uzadılmasına nail olmuş, götürdüyü kredit vəsaitini Banka qaytarmamış, fazilərinin bir hissəsini ödəməklə Bank qarşısında inanılmış, etibarlı müştəri görünüşü yaratmaqla özünə məxsus hər birinin nominal dəyəri 2,00 (iki) manat olmaqla cəmi 1.706.072 manat dəyərində "xxxx" ASC-nin 853.036 ədəd sənədsiz adi adlı səhmlərinin yuxarıda qeyd edilən MMC-lərin adına götürdüyü kreditlərin, onlara hesablanmış faizlərin və bank qarşısında digər öhdəliklərin qaytarılmasının təminatı kimi - müvafiq olaraq 21 iyun 2010-cu il tarixli 33/10 №-li, eyni tarixli 30/10 №-li və 24/10 №-li sonrakı ipoteka müqavilələri ilə girov kimi rəsmiləşdirmiş, lakin sonradan qeyd edilən əmlakını "xxxx" ASC-nin girovundan azad etmək üçün Bakı Apellyasiya məhkəməsinin 25 may 2010-cu i l tarixli 2(103)-2553/2010 №-li icra vərəqəsi əsasında "xxxx" ASC-nin iddia tələbinin yerinə yetirilməsinə görə satış üçün hərraca çıxarılmış "xxxx" ASC-nin özünə məxsus 853.036 ədəd səhmini, əmlak dəyərləndirilməsi aparılmasını tələb etmədən, səhmlərin nominal dəyərində 12.08.2012-ci il tarixdə "xxxx" ASC-nin girovundan çıxarmaq üçün formal olaraq keçirilmiş hərrac vasitəsilə özünün yaxın münasibətdə olduğu X15 satılmasını təmin etməklə, "xxxx" ASC-dən götürdüyü 30.100.000 (otuz milyon yüz min) manat pulu birlikdə özlərinin şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamış, bununla da "xxxx" ASC-nin hüquqi varisi "xxxx" ASC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan həmin əməli ağır nəticələrə səbəb olmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, "xxxx" MMC-nin təsisçisi kimi həmin cəmiyyətin direktoru X8 qeyd olunan cəmiyyət tərəfindən ünvan 10 ünvanında inşa olunan çoxmərtəbəli yaşayış binasının tikintisinə sərf edilməsi üçün Zərərçəkmiş şəxs3 ASC-dən kredit götürəcəyinə inandırıb, həmin yaşayış binasında ümumi sahəsi 5944,1 kv.m olan 46 mənzili X18 və X5 adına sənədləşdirməsini tələb edərək, fiziki şəxs kimi özü ilə Zərərçəkmiş şəxs3 ASC-nin arasında mənzillərin təmiri üçün illik 18 % olmaqla 12 (on iki) ay müddətinə bağlanmış 27.10.2010-cu il tarixli 344 İ №-li kredit xətt müqaviləsi əsasında nağd olaraq götürdüyü 100.000 manat vəsaitin v ə ona hesablanmış faizlərin təminatı kimi, 27.10.2010-cu il tarixli 344 İ saylı dörd tərəfli tələb hüququnun girovu haqqında müqaviləyə əsasən 21.10.2010cu il tarixli fərdi yaşayış binasının tikintisinə dair müqavilə ilə Bakı şəhər sakini X5 adına rəsmiləşdirilmiş ümumi sahəsi 274 kv.m olan 2 mənzilə görə ödənilmədiyi halda, guya sonuncu tərəfindən ödənilmiş 205.500 manat məbləğində pul vəsaitini, həmçinin Zərərçəkmiş şəxs3 ASC ilə aralarında eyni məqsədlə və şərtlərlə bağlanmış 29.10.2010cu il tarixli 345 İ saylı kredit xətti müqaviləsinə əsasən nağd olaraq götürdüyü 2.200.000 manat kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi 29.10.2010-cu il tarixli 345 İ saylı dörd tərəfli tələb hüququnun girovu haqqında müqaviləyə əsasən 21.10.2010-cu il tarixli fərdi yaşayış binasının tikintisi haqqında müqavilələr ilə X11 adına sənədləşdirilmiş ümumi sahəsi 5670,1 kv.m olan 44 mənzilə görə guya sonuncu tərəfindən ödənilmiş 4.252.575 manat məbləğində pul vəsaitini "xxxx" MMC-dən tələb etmək hüquqlarını Banka girov qoyaraq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 ASC-nin 2.300.000 manat, yəni külli miqdarda əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Həmçinin, o, təkrarən eyni məqsədlə X7 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, sonuncu tərəfindən faktiki fəaliyyətinə rəhbərlik edilən "xxxx" MMC-nin direktoru kimi rəsmiləşdirilmiş X9 ilə "xxxx" ASC-nin arasında bağlanmış 15 aprel 2011-ci il tarixli 072/11 saylı kredit müqaviləsinə əsasən, mal-material alı nması üçün 12 (on iki) ay müddətinə 9.800.000 manat məbləğində götürüləcək kreditin, ona hesablanmış faizlərin və bank qarşısında digər öhdəliklərin yerinə yetirilməsinin təminatı kimi, eyni tarixli 25/11 saylı kredit müqaviləsi üzrə özünə məxsus hər birinin nominal dəyəri 2,00 (iki) manat olmaqla cəmi 1.706.072 manat dəyərində "xxxx" ASC-nin 853.036 ədəd sənədsiz adi adlı səhmlərinin Bakı Apellyasiya məhkəməsinin 25 may 2010-cu il tarixli qətnaməsi üzrə 2(103)-2553/2010 №-li icra vərəqəsinə əsasən "xxxx" ASC-nin iddia tələbinin yerinə yetirilməsinə görə satış üçün hərraca çıxarıldığıni bildiyi halda, bilə-bilə yenidən həmin səhmlərin girov kimi qoyulmasına nail olmaqla 9.800.000 manat (doqquz milyon səkkiz yüz min) manat pulu, şəxs1 tələbinə əsasən, şəxs1 MMC-nin direktoru kimi imzaladığ ı və 18 aprel 2011-ci il tarixli TB № 407876 saylı çeklə bankın xəzinəsindən nağd olaraq götürüb, həmin tarixdə özlərinə verilmiş qeyd edilən məbləği 2009-cu ildən faktiki rəhbərlik etdiyi "xxxx", "xxxx" və "xxxx" MMC-nin,, şəxs1 faktiki rəhbərlik etdiyi "xxxx" və «X35» MMC-in adına götürdükləri cəmi 9.216.000 manat məbləğində kreditin ödənilməsinə yönəltməklə, öz qulluq mövqeyindən istifadə edib ona etibar olunmuş özgənin külli miqdarda əmlakını mənimsəməklə təkrarən talamışdır. Bundan əlavə, o, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinə faktiki rəhbərliyi həyata keçirən vəzifəli şəxs kimi, hüquqi ünvanı ünvan 11 dekabr 2002-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə» Zaqatala Bölgə şöbəsi tərəfindən qeydi yyata alındıqdan sonra, həmin cəmiyyəti 08.10.2009-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən alaraq direktor vəzifəsinə yaxın münasibətdə olduğu X6 formal olaraq rəsmiləşdirib, cəmiyyətin göstərdiyi fəaliyyət növləri, o cümlədən müxtəlif növ məhsulların istehsalı və realizasiya edilməsi, xidmətlərin göstərilməsi, işlərin görülməsi, xarici və yerli fiziki və hüquqi şəxslərin təlabatının təmini xidmətlərinin göstərilməsi və s. ilə məşğul olmaqla, gəlirlər əldə edib, onun pul vəsaitinə, əmlakına sərəncam verərək, "xxxx" MMC-nin adına "xxxx" ASC-dən götürdüyü kredit vəsaitinin 2.039.197 manat hissəsini özünün şəxsi ehtiyaclarına sərf etməklə ilkin mühasibatlıq sənədlərini vergi orqanlarına təqdim etməyərək, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 150.1.7-ci maddəsinə əsasən vergi orqa nlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə görə həmin fiziki şəxslərə haqq ödəməyərək 2014-cü ilin 1-ci rübündə ödəmə mənbəyindən tutulan 509524,25 manat həcmində külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2019-cu il tarixli qərarı əsassızdır, qanunun tələblərinə cavab vermir və qərarda istinad olunan arqumentlər “İpoteka haqqında” qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən ipoteka qoyanın ipoteka predmeti olan əşyaya mülkiyyət hüququna qanunl a müəyyənləşdirilmiş əsaslar üzrə və qaydada dövlət ehtiyacları üçün özgəninkiləşdirilmə, rekvizisiya və ya milliləşdirilmə nəticəsində xitam verildikdə və ipoteka qoyana başqa əşya (və ya) müvafiq əvəz verildikdə ipoteka hüququ əvəz kimi verilmiş əşyaya şamil edilir və ya müvafiq surətdə ipoteka saxlayan ipoteka qoyana çatası əvəzin məbləğindən öz tələbinin üstün ödənilməsi hüququnu əldə edir. Bu hüquqları tam müdafiə olunmayan ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələb yerinə yetirilmədikdə ipoteka qoyanın aldığı müvafiq əvəzə tutmanı yönəldə bilər. Həmçinin, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ipoteka predmeti olan əşya cinayət törədilməsinə və va başqa hüquq pozuntusuna görə məhkəmə qaydasında müsadirə edild ikdə ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Eyni zamanda, “İpoteka haqqında” Qanunun 26.1.1-ci maddəsinə əsasən ipoteka saxlayanın hüquqlarından biri də ipoteka predmetinin mövcudluğunu, vəziyyətini və saxlama şəraitini sənədlər üzrə və faktik surətdə yoxlamaqdan ibarətdir. Göründüyü kimi, ipoteka haqqında qanunvericiliyin istinad olunan müddəaları Mərkəzi Bankın ipoteka saxlayan qismində sözügedən əmlakların hüquqi vəziyyəti barədə məlumat əldə etmək imkanları mövcud olmuşdur. Eyni zamanda, ipoteka qoyan qismində təqsirləndirilən şəxslərin də həmin əmlakların müsadirəsi, hüquqi vəziyyəti və s. barədə saxlayanı məlumatlandırmaq vəzifəsi mövcud olmuşdur. Belə olan təqdirdə Mərkəzi Bank məsələyə etinasız yanaşmış və ipoteka saxlayan qismində ipoteka haqqında qanunvericiliyin müddəaları ilə ona məxsus olan hüquqlardan vaxtında istifadə etməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2019-ci il tarixli qərarının ləğv edilməsini və Bakı Apellyasiya Məhkəməsinin 26 iyul 2017ci il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş edir. Kassasiya məhkəmə baxışında çıxış edən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qədirova Vəfa İdris qızı kassasiya şikayətində qeyd olunan xüsusatları bir daha vurğulayaraq, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prok uroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının həmin hissədə ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının həmin hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyi şdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətində dəymiş maddi ziyanın öz tələblərinin üstün ödənilməsi hüququnun əldə edilməsi iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtlən dirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarı isə “vurulmuş ziyanın ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kassasiya şikayətində mülki iddianın öz tələblərinin üstün ödənilməsi hüququnun təmin edilməli olduğu iddia edilir və bununla əlaqədar bir sıra dəlillərə istinad edilir. Belə dəlillər apellyasiya məhkəməsində araşdırma predmeti olmuş, həmin məhkəmə bu dəlillərə münasibətini bildirmiş, onlarla razılaşmamasının səbəblərini göstərmiş, bununla bağlı gəldiyi nəticəni qərarda ətraflı şərh etməklə əsaslandırmışdır. Apellyasiya məhkəməsinin gəldiyi nəticəyə əsasən, Təqsirləndirilən şəxs məxsus və üzərinə həbs qoyulmuş, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2 saylı mənzillər, ünvan 12 ünvanda yerləşən 1 nömrəli fotolaboratoriya və 289,25 kv.m qeyri-yaşayış sahəsi, ünvan 13 ünvanda yerləşən 4 saylı atelyenin 172,2 kv.m sahəsi və ünvan 14 ünvanda yerləşən 96,0 kv.m sahələri istisna olmaqla hökmdə göstərilən Təqsirləndirilən şəxs məxsus digər əmlaklar üzərində Azərbaycan Respublikası Mərkəzi Bankının ipoteka hüququ mövcuddur. İpoteka haqqında qanunvericiliyə uyğun olaraq Təqsirləndirilən şəxs məxsus əmlaklar barədə ipoteka predmetlərinə tutma yönəldilməsi prosedurana başlanmış, ipoteka ilə yüklü edilmiş, daşınmaz əmlaklara tutmanın yönəldilməsi haqqında ipoteka qoyanlara 12 may 2017-ci il tarixli məktublarla bildirişlər göndərilmiş və həmin bildirişlər “İpoteka haqqında” Qanunun 36.3-cü naddəsinə uyğun olaraq 26 may 2017-ci il, 27 may 2017-ci il, 30 may 2017-ci il arixlərində hər bir əmlak üzrə ayrı-ayrılıqda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmışdır. Daha sonra Zərərçəkmiş şəxs3 ASC-nin borcunun ödənilməsi ilə bağlı göstərilən əmlakların hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan vəsaitin Mərkəzi Bankın xeyrinə tutulması barədə Xətai rayon məhkəməsinə 05 mart 2018-ci il tarixində iddia ərizəsi verilmişdir. Qanunvericilik hər bir halda əmlak üzərində ipoteka hüququ olan şəxslərin (təminatlı kreditorların) mənafelərini müdafiə edir və bu təminat institutunun xüsusiyyətindən irəli gəlir. Lakin, nə ibtidai istintaq zamanı, nə də işə baxan birinci instansiya məhkəməsi qeyd olunan daşınmaz əmlaklar üzərində üçüncü şəxslərin hüquqlarının olub-olmamasını araşdırmadan və bu məsələyə qiymət vermədən qərar qəbul etmişlər. Bu səbəbdən də, apellyasiya məhkəməsi əsaslı olaraq Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyulmuş Bakı şəhəri Nəsimi rayonunda 28 may küçəsində yerləşən 21 a saylı evin 4, 6,8, 14,25,27,29, 31, 35 və 49 saylı mənzillərinin, Bakı şəhəri Nəsimi rayonunda 28 may küçəsində 21 a ünvanında yerləşən qeyri-yaşayış sahələrinin hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə 12947611,39 (on iki milyon doqquz yüz qırx yeddi min altı yüz on bir manat otuz doqquz qəpik) manatı Azərbaycan Respublikasının Mərkəzi Bankına ödənilməsi qənaətinə gəlmişdir. Kassasiya məhkəmə kollegiyası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə istinad olunaraq “hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə Azərbaycan Respublikasının Mərkəzi Bankına ö dənilməsinə dair” məhkəmənin səhv nəticəyə gəlməsi barədə kassasiya şikayətində göstərilən dəlillərə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən Xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinay ət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi; 99-1.1.4. terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak. Birinci instansiya məhkəməsinin hökmünə və apellyasiya məhkəməsinin qərarına əsasən müəyyən olunur ki, mübahisə obyekti olan, üzərinə həbs qoyulmuş əmlaklar yuxarıda qeyd edilən cinayət qanunvericiliyinin normalarına müvafiq olaraq cinayət yolu ilə əldə olunmuş əmlak və s. kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə olunmamış, yalnız iş üzrə mülki iddiaçılara və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənişinin təmin edilməsi üçün hərracda satılması müəyyən edilmişdir. Bu baxımdan apellyasiya məhkəmə kollegiyası cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində faktiki ziyana məruz qalmış Azərbaycan Respublikasının Mərkəzi Bankın hüuquqlarını qanuna müvafiq müdafiə edirək vurulmuş ziyanın ödənilməsinin təmin olunması məqsədi ilə əmlakların hərrac yolu ilə satılaraq, əldə olunan vəsaitin ilk növbədə Mərkəzi Banka ödənilməsi nəticəsinə gəlmişlər. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının “vurulmuş ziyanın ödənilməsi hisəsində” ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı “vurulmuş ziyanın ödənilməsi hisəsində” əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X12 nümayəndə və vəkil Qədirova Vəfa İdris qızı ilə birlikdə verdiyi kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 avqust 2019-cu il tarixli qərarı zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-nin nümayəndəsi X12, nümayəndə və vəkil Qədirova Vəfa İdris qızı ilə birlikdə verdiyi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-2/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver