Məhkəmə qərarları › İş №1(102)-2/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2/2023

27.04.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2/2023 27.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və X8 ibarət tərkibdə, Əhmədli Aytac Səfa qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12, Məhkumlar Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs7, X5, Təqsirləndirilən şəxs3 və məhkumların müdafiəçiləri Müdafiəçi2 və X6 iştirakları ilə, Təqsirləndirilən şəxs8, Təqsi rləndirilən şəxs2, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs7, X5, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs8 və müdafiəçisi Müdafiəçi17 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13 tərəfindən verilmiş, məhkum Təqsirləndirilən şəxs7 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, X2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-115/2021 saylı, 21 iyun 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Azər Tağıyev) 28 fevral 1974-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanda yaşayan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıld ığı 11 (on bir) ay 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və üzərinə 03 (üç) il 06 (altı) ay sınaq müddəti müəyyən edilmiş, xx xxxxxxxx 1988-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublik ası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılmış və ona 02 (iki) il 06 (altı) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və uzərində 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilmiş, 28.mart 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nə əsasən şübhəli şəxs qismində tutulduğu və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 05 (beş) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və uzərində 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilmiş, xx xxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev 63 ünvanında yaşayan, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 3 15, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və uzərində 03 (üç) il sınaq müddəti müəyyən edilmiş, 13 avqust 1975-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 7 ünvanda qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34. 2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 10 (on) ay 21 (iyirmi bir) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və uzərində 03 (üç) il sınaq müddəti müəyyən edilmiş, xx xxxxxx 1966-cı il tarixdə Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Qaraxanbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmuş, işləməyən, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərinin Qaraxanbəyli yaşayış massivində fərdi evdə qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev 20 ünvanında yaşayan, Təqs irləndirilən şəxs12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 11 ( on bir) ay 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilsin və uzərində 03 (üç) il sınaq müddəti müəyyən edilmiş, xx xxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, taksi fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Nizami rayonu, N.Abdullayev küçəsi ev 4/41-də qeydiyyatda ola n, ünvan 9 ünvanında yaşayan, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci mad dəsinə əsasən qismən toplanılmış və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və uzərində 03 (üç) il sınaq müddəti müəyyən edilmiş, xx xxxxxx 1989-cu il tarixdə İmişli rayonu, Hacımuradlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, dükanda satıcı işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Hacımuradlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq massivində yaşayan, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə təqsirli bilinmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 127.2.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 186.2.1, 34.2, 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 315-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanılmış və ona 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 11 (on bir) ay 03 (üç) gün müddət təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 03 (üç) il 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmiş və uzərində 03 (üç) il sınaq müddəti müəyyən edilmişdir. Qeyd olunan hökmlə digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs10 da təqsirli bilinərək məhkum ol unmuşdur. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X14, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə, Təqsirləndirilən şəxs12 müdafiəçisi Müdafiəçi7 tərəfindən, Təqsirləndirilən şəxs11 və müdafiəçisi Müdafiəçi8 tərəfindən birgə apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər X16 (sədrlik edən və məruzəçi), X15 və X3 ibarət tərkibdə) 07 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X14, Təqsirləndirilən şəxs4, Təq sirləndirilən şəxs9, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş, Təqsirləndirilən şəxs12 müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs11 və müdafiəçisi Müdafiəçi8 tərəfindən birgə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 oğunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X5, Təqsirləndirilən şəxs12, X4, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)- 115/2021 saylı, 21 iyun 2021-ci il tarixli hökmü təqsirləndirilən şəxslər X10, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, X14, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi4 tərəfindən birgə verilmiş, Təqsirləndirilən şəxs12 müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs11 və müdafiəçisi Müdafiəçi8 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(103)-1368/2021 saylı qərarından məhkum Təqsirləndirilən şəxs8 və müdafiəçisi Müdafiəçi17 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13, məhkum Təqsirləndirilən şəxs7 və müdafiəçisı Müdafiəçi2 tərəfindən birgə, X2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə, məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 oğu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, X14, Təqsirləndirilən şəxs12, X10, Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs11, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs10 qabaqcadan əlbir olan bir qrup şəxs qismində ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan hərəkətlərin bir qrup şəxs tərəfindən törədilməsində fəal iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi cinayətinin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağla mlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma ilə bağlı cinayətin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq borcunu yerinə yetirən və digər zərərçəkmiş şəxslərə məxsus özgənin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan külli miqdarda ziyan vurmaqla bağlı cinayətin törədilməsində qabaqcadan əlbir olduğu qrupun üzvləri ilə birlikdə bilavasitə iştirak etmişlər. Kassasiya şikayətlərinin dəlilləri:

1. Məhkum Təqsirləndirilən şəxs8 və müdafiəçisi Müdafiəçi17 birgə vermiş olduqları kassasiya şikayətinin dəlillərini əsaslandıraraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, iş üzrə maddi və prosesual normalara riayət edilməməsi İnsan hüquqları və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu kimi tanınmasını, məhkəmə hökmündə Təqsirləndirilən şəxs8 təqsirli bilinməsi təqsirsizlik prezumpsiyasına zidd sayılaraq Avropa Konvensiyasının 6.2-ci maddəsinin pozuntusu kimi tanınması, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi ziyan kimi qiymətləndirilərək, bunun əvəzi olaraq ona 49000 manat həcmində kompensasiya ödənilməsi xahiş etmişdir.

2. Məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətinin dəlillərini əsaslandıraraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs2 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13 vermiş olduğu kassasiya şikayətinin dəlillərini əsaslandıraraq işə baxan məhkəmələrin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardığını bildirmiş, apellyasiya instansiya məhkəməsinin qərarının Təqsirləndirilən şəxs12 münasibətdə ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkum Təqsirləndirilən şəxs7 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduql arı kassasiya şikayətinin dəlillərini əsaslandıraraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs7 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. X2 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətinin dəlillərini əsaslandıraraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, X9 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 10, 11 v ə 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətinin dəlillərini əsaslandıraraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs5 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətinin dəlillərini əsaslandıraraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs3 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 vermiş olduğu kassasiya şikayətinin dəlillərini əsaslandıraraq apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş dövlət ittihamçısı çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(103)-1368/2021 saylı qərarının kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs7, X5, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəm ə iclasında iştirak etmiş məhkum Təqsirləndirilən şəxs8 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş məhkum Təqsirləndirilən şəxs2 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş məhkum Təqsirləndirilən şəxs12 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş məhkum Təqsirləndirilən şəxs7 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş X2 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş məhkum Təqsirləndirilən şəxs3 çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məh kəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələbind ən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhk um Təqsirləndirilən şəxs8 və müdafiəçisi Müdafiəçi17 birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, iş üzrə maddi və prosesual normalara riayət edilməməsi İnsan hüquqları və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin pozuntusu kimi tanınmasını, məhkəmə hökmündə Təqsirləndirilən şəxs8 təqsirli bilinməsi təqsirsizlik prezumpsiyasına zidd sayılaraq Avropa Konvensiyasının 6.2-ci maddəsinin pozuntusu kimi tanınması, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi ziyan kimi qiymətləndirilərək, bunun əvəzi olaraq ona 49000 manat həcmində kompensasiya ödənilməsi, Məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs2 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini, Məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13 vermiş olduğu kassasiya şikayətində işə baxan məhkəmələrin cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardığını bildirmiş, apellyasiya instansiya məhkəməsinin qərarının Təqsirləndirilən şəxs12 münasibətdə ləğv edilməsi və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qə rar qəbul edilməsini, Məhkum Təqsirləndirilən şəxs7 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs7 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini, X2 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, X9 münasibətdə Avropa İnsan Hüquqları Konvens iyasının 5, 6, 10, 11 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini, Məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs5 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 5, 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi, Məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 birgə vermiş olduqları kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi, Təqsirləndirilən şəxs3 münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 6, 10, 11, 14 və 18-ci maddələrinin pozuntusu kimi tanınmasını, qanunsuz həbsdə saxlanılmaqla əlaqədar yaşadıqlarının mənəvi və maddi ziyan kimi qiymətləndirilərək, ona 100.000 manat həcmində kompensasiya ödənilməsi və Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 vermiş olduğu kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Odur ki, kollegiya məhkumlar və onların müdafiəçilərinin kassasiya şika yətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(103)-1368/2021 saylı qərarını yoxlayıb, aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu ictimai təhlükəli əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7-ci maddəsində göst ərilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Həmin Məcəllənin 8-ci maddəsində qeyd olunur ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsində əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamət ləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar və həmin məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respubliksı Konstitutsiya Məhkəməsinin 244.1-ci maddəsinin şərh edilməsi barədə plenum qərarında göstərilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirlə ndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Kassasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan mü ddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası belə qənaət ə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və məhkumlar Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, X5, X1, Təqsirləndirilən şəxs7, X4 elan edilmiş ittihamda təqsirli olmaları, onların ifadələri ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin materiallarında olan digər sübutlarla öz təsdiqini tapmış, birinci instansiyası məhkəməsi tam əsaslı olaraq Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, X5, X1, Təqsirləndirilən şəxs7, X4 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 34.2, 233, 34.2, 315, 34.2, 186.2.1, 34.2, 186.2.2 və 34.2, 127.2.1-ci maddələrinə tövsif etmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanması hökmdə göstərilmiş, məhkəmə yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmiş, apellyasiya instansiya məhkəmə isə düzgün olaraq birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmışdır. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, X5, X1, Təqsirləndirilən şəxs7, X4 əməlinin tövsifi ilə barədə mövqeyi ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin ədalətli cəza verilməsi barədə dəlilləri ilə bağlı aşağıda göstərilənləri qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmçinin şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkumlara cəza təyini zamanı onların şəxsiyyəti, törətmiş olduğu cinayət in xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onları səciyyələndirən halları, o cümlədən təyin olunacaq cəzanın onların islah olunmasına və həyat şəraitinə təsiri, həmçinin onların cəzalarını yüngülləşdirən halları, yəni Təqsirləndirilən şəxs9, Təqsirləndirilən şəxs5 himayəsində azyaşlı uşaqların olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, X5, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs7, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 233, 186, 127-ci maddələrinə nəzərdə tutularaq qeyd olunan cinayətləri qabaqcadan əlbir olan bir qrup şəxs qismində törətmələrini cəzalarını ağırlaşdırıcı hal kimi, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirlən dirilən şəxs3, Təqsirləndirilən şəxs5, X5, Təqsirləndirilən şəxs12, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315, 186, 127-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində xüsusilə fəal iştirak etmələrini cəzalarını ağırlaşdırıcı hal kimi, cinayətlərin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərə almaqla onlara təyin edilmiş cəzalar ədalətli olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas olan hallar iş üzrə müəyyən edilmədiyindən kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhk əməsinin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və prostestini təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs8 və müdafiəçisi Müdafiəçi17 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13 tərəfindən verilmiş, məhkum Təqsirləndirilən şəxs7 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, X2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(103)-1368/2021 saylı qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.1.10-cu maddəsini əsas tutaraq Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs8 və müdafiəçisi Müdafiəçi17 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13 tərəfindən verilmiş, məhkum Təqsirləndirilən şəxs7 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, X2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məh kum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 sentyabr 2021-ci il tarixli, 1(103)-1368/2021 saylı qərarı məhkum Təqsirləndirilən şəxs8 və müdafiəçisi Müdafiəçi17 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs12 müdafiəçisi X13 tərəfindən verilmiş, məhkum Təqsirləndirilən şəxs7 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, X2 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs5 və müdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş, məhkum Təqsirləndirilən şəxs3 və m üdafiəçisi Müdafiəçi2 tərəfindən birgə verilmiş və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar