Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2/2025 08.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 apre l 2023-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi6 tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rasim Sadıxov (sədrlik edən və məruzəçi), Novruz Kərimov və Azər Paşayev) 25 oktyabr 2022-ci il tarixli 1(101)-981/2022 nömrəli hökmü ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri təqsirli bilinərək, CM-in 32.5,206.3.2-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 02 yanvar 2022-ci tarixdən hesablanmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Məhkum satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs, şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «Yəhya» adlı şəxs və qeyriləri tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, bu məqsədlə «Yəhya» adlı şəxs və qeyriləri naməlum vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli yolla keçirdikləri külli miqdarda ümumi təmiz çəkisi 11.979,823 qram olan narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 10.025 qram olan psixotrop maddə metamfetamini istintaqa məlum olmayan ünvand a yerləşdirib bu barədə ona və Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncular birlikdə həmin kütlələri istintaqa məlum olmayan vaxtda və şəraitdə külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələrin qoyulduğu ünvandan «Yəhya» adlı şəxsin və qeyrilərinin göstərişinə əsasən pul müqabilində daşıma, saxlama və satışını həyata keçirmək üçün razılaşaraq satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib satışını həyata keçirmək məqsədi ilə qeyd edilən çəkidə narkotik vasitə heroinin külli miqdarda 20,274 qram çəkidə hissəsini Məhkum öz üzərində, külli miqdarda 9,549 qram çəkidə hissəsini isə Təqsirləndirilən şəxs öz üzərində saxlamaqla daşımış, qalan külli miqdarda 11.950 qram narkotik vasitə heroini, və külli miqdarda 10025 qram psixotrop maddə metamfet amini Məhkum Təqsirləndirilən şəxs ilə birlikdə sonuncunun idarə etdiyi «Toyota prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilin salonunun arxa hissəsində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum və Təqsirləndirilən şəxs 01 yanvar 2022-ci il tarixdə saat 23:15-də Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci kilometrliyin yaxınlığında saxlanılaraq Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş və orada Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan t ünd göy rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 20,274 qram, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan qəhvəyi rəngli gödəkcəsinin sol yan cibindən bir ədəd bükümdə külli miqdarda təmiz çəkisi 9,549 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroinlər aşkar edilərək götürülmüşdür. Əməliyyat axtarış tədbirinin davamı olaraq 02 yanvar 2022-ci il tarixdə saat 02:20dən etibarən Məhkum və Təqsirləndirilən şəxs öz könüllü razılıqları və birlikdə iştirakları ilə Təqsirləndirilən şəxs idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə Baş Narkotiklərlə Mübarizə İdarəsinin həyətində baxış keçirilən zaman avtomobilin salonun arxa hissəsində olan bir ədəd polietilen kisənin içəri sindən on bir ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 2000 qr, 990 qr, 1000 qr, 990 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr, 990 qr, 1000 qr və 1000 qr olmaqla ümumi təmiz çəkisi 11950 qram öz aralarında və Təqsirləndirilən şəxs və Məhkum üzərindən aşkar edilmiş narkotik vasitə heroinlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və altı ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1000 qr, 995 qr, 2005 qr, 2010 qr, 1990 qr və 2025 qr olmaqla ümumi təmiz çəkisi 10025 qram öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət k ollegiyasının (hakimlər Anar İbrahimov (sədrlik edən və məruzəçi hakim), Mirzəli Abbasov və Ramin Qaraqurbanlı) 13 aprel 2023cü il tarixli 1(103)-209/2023 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(101)-981/2022 nömrəli hökmü Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilmiş və ona CM-in 32.5,206.2-ci maddəsi ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 1(101)-981/2022 nömrəli hökmü ilə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum et mə cəzası ilə qismən toplanılmış, onun üzərində qəti olaraq 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və digər məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunmamışdır. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)-209/2023 nömrəli qərarının ləğv edilməsini, onun işinin yenidən apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli, 1(103)-209/2023 nömrəli qərarının ləğv e dilməsini, Məhkum CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə üzrə bəraət verilməsini, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə və cəzalandırılmasına dair müddəaların apellyasiya instansiyası məhkəməsinin qərarından və birinci instansiya məhkəməsinin hökmündən xaric edilməsi və onun əməlinin CM-in 234.1-cü maddəsi ilə tövsif edilməsini, yüngülləşdirici hallar nəzərə alınmaqla barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsində onun işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, ibtidai istintaqda o həbs olunanda ona qarşı zor tətbiq edilib, işgə ncəyə məruz qalaraq sənədlərə imza atmağı, heç bir sərhəd pozuntusu olmasına dair sübutların olmadığı halda ona CM-in 206-cı maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmələr araşdırma aparmadan, onun ailə vəziyyəti gələcək həyatına edilən təzyiqlər nəzərə almadan, ona həddindən çox cəza təyin etmişlər. Müdafiəçi6 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə hüquqi səhvə yol verərək hər heç bir əsas olmadan məhkumun əməlini təsirli bilindiyi maddələrlə tövsif etmişdir. Bildirir ki, istintaq aparılarkən qanunvericiliyin tələbləri pozulmuş, lakin məhkəmə tərəfindən bu halların heç birinə hüquqi qiymət verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi nəticəsinə gəlməsinin əsası kimi ekspert rəylərini və şahidlərin ifadələrini əsas götürmüş, ümumi sözlərlə «təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən edilmədi» qənaətinə gələrək ona sərt cəza təyin etmişdir. Yəhya adlı şəxsin kimliyi, vətəndaşlığı və digər məlumatları istintaq yolu ilə araşdırılmamışdır. Məhkum Yəhya adlı şəxsin guya özünü məhz İran İslam Respublikasının vətəndaşı kimi təqdim etməsi isə istintaq orqanının həmişəki kimi öz fərziyyəsidir. Nəzərə almaq lazımdır ki, hazırda analoji işlərdə Azərbaycan Respublikasının vətəndaşları da öz adlarını pərdələmək məqsədilə bu və ya sai r formada sosial şəbəkələrdə belə adlarla çıxış edirlər. Bununla yanaşı Məhkum Yəhyanın istəyi ilə narkotik vasitələri bir-neçə ünvanlara aparıb çatdırması və Yəhyanın isə bunun əvəzində onun plastik bank kartına “qeyrimüəyyən məbləğdə” pul göndərməsi də absurddur. Müdafiəçi hesab edir ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülən təqsirləndirilən Məhkum əməlində cinayət tərkibi yoxdur. Yəni Məhkum üzərində aşkar edilmiş maddəni şəxsi istifadəsi üçün əldə etmişdir və onun ümumiyyətlə satış niyyəti olmamışdır. Eyni zamanda o, heç kimlə hər hansı bir cinayətin törədilməsi üçün qabaqcadan birləşməmişdir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə ittiham irəli sürülərək təqsirləndirilən Məhkum cinayət məcəlləsi ilə cəza tə hdidi altında qadağan olunmuş hər hansı bir ictimai təhlükəli əməli təqsirli olaraq törətmədiyi üçün onun hərəkətləri cinayət sayıla bilməz. İstintaq orqanı qərəzlilik nümayiş etdirərək Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə ittiham irəli sürərkən mötəbər olmayan sübutlarla yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələrinə əsaslanmışdır. Lakin həmin şəxslərin ifadələri şəxsin təqsirli olmasına dəlalət edən hər hansı bir halı təsdiq etmədiyi üçün mötəbər sübutların məcmusu kimi qəbul edilə və şəxsin barəsində ittiham irəli sürülməsinə əsas ola bilməz. Həmin sübutlar heç bir halda birbaşa olaraq Məhkum ittiham elan etmək üçün əsas ola bilməz. Belə olduğu halda Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsilə bəraət verilməlidir. İttihamın və məhkəmələ rin Məhkum tərəfindən həm CM-in 206-cı maddəsi ilə, həm də CM-in 234.4.1 və 234.4.2-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsi barədə gəldiyi nəticə sübutlara yox, ehtimallara əsaslanır. Odur ki, qeyd olunan hallara görə Məhkum şərh edilən əməlinə əsassız olaraq şamil edilmiş Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri apellyasiya instansiyası məhkəməsinin yekun qərarından və birinci instansiya məhkəməsinin hökmündən xaric edilməli və onun əməli müstəsna olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri qismən təmin olunmamalı, apellya siya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbu l edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi Müdafiəçi6 kassasiya şikayətlərinin başlıca dəlili ondan ibarətdir ki, məhkəmələr işin hallarını tam araşdırmamış, onun əməlləri əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 32.5,206.2-ci maddələri ilə tövsif edilmiş, məhkumun əməli yalnız CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaradır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək ilk növbədə qeyd edir ki, kassasiya şikayətlərində Məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin əldə edilməsi və saxlanılması faktı mübahi sələndirilmir. Məhkum və müdafiəçi yalnız bu əməlin satış məqsədi ilə və bir qrup şəxs tərəfindən törədilməsini, həmçinin məhkumun həmin narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsində iştirakını mübahisələndirirlər. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrindən görünür ki, həmin maddələr ilə cinayət məsuliyyəti qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “satış məqsədi”, “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən” və “külli miqdar” CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmələr cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişlər ki, həmin sübutlarla Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlin i törətməsi tam təsdiq edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni cinayət işi üzrə digər Təqsirləndirilən şəxsla və istintaqla şəxsiyyəti müəyyən edilməyən İİR vətəndaşı ilə qabaqcadan əlbir olub əldə etmiş və daşımışdır. İşin bu halları məhkum S.Ə.Kərimovun ibtidai istintaq zamanı verdiyi ifadələri ilə yanaşı, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə haqqında” protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təsdiq olunmuşdur. Məhkəmələr həmin sübutlara qiymət verərək, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 2 34.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət tərkiblərinin bütün əlamətlərinin mövcud olmasına dair yekun nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşə baxan məhkəmələr tədqiq edilmiş sübutların mə cmusu ilə müəyyən edilmiş işin hallarını, o cümlədən Məhkum qanunsuz olaraq əldə etdiyi və daşıdığı narkotik vasitə heroinin 11 kiloqram 979,823 qram, psixotrop maddə metamfetaminin isə 10 kiloqram 25 qram miqdarında olmasını onun tərəfindən narkotik vasitə və psixotrop maddə satış məqsədi ilə əldə edilməsini və saxlanmasını təsdiq edən hal kimi qiymətləndirmişdir. Həmçinin yuxarıda sadalanan sübutlarla müəyyən edilmişdir ki, narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə əlaqədar əməlləri Məhkum tərəfindən həm digər məhkumun, həm şəxsiyyəti istintaqla müəyyən edilməmiş şəxslə birgə qabaqcadan əlbir olub törədilmişdir. Məhkəmələr işin bu hallarını nəzərə alaraq nəticəyə gəlmişlər ki, məhkumun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində n əzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri cinayət işi üzrə tədqiq edilmiş sübutlara Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişlər ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində təsbit edilən cinayət əməlini törətməsi tam süb uta yetirilmişdir. Belə ki, həmin sübutların məcmusu bu barədə yekun və mötəbər nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsinin əsassız olması barədə kassasiya şikayətlərinin dəlili ilə aşağıda göstərilən səbəblərə görə razılaşmır. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsi ilə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsir edən, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğı n silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarında g östərilmişdir ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-in 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasit ə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-in 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Yuxarıda qeyd edilən qanunun normalarından və Ali Məhkəmənin Plenumunun qərarında verilmiş izahlardan görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinməsi üçün məhkəmə iclasında tədqiq edilmiş sübutlarla onun digər şəxsə qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə narkotik vasitələrin gətirilməsində köməklik göstərməsi müəyyən edilməli, onlar arasında bu barədə razılaşma (əlbirlik) narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməsindən əvvəl baş tutmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, son zamanlar maddi vəziyyəti yaxşı olmamışdır. Buna görə də asan yolla pul qazanmağın yollarını axtarmışdır. İran İslam Respublikasının vətəndaşı Yəhya adlı şəxslə sosial şəbəkədə danışan zaman o bildirmişdir ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğuldur, əgər istəsə onu da öz işinə şərik edə bilər. Belə ki, Yəhya adlı şəxs ona demişdir ki, Azərbaycan Respublikasında narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan adamları vardır. Onun deməsinə görə işi narkotik vasitəni onun dediyi ünvandan götürüb, onun deyəcəyi ünvana qoymaq olmuşdur. Bunun müqabilində isə pul əldə edəcəkdir. Yəhya adlı şəxslə narkotik vasitənin qanunsuz dövriyyəsində əlbir olmaq üçün razılıq vermişdir. Yəhya narkotik vasitə göndərəcəyini bildirmişdir. Yəhya narkotik vasitəni Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisinə qoyduracağını bildirmişdir. 01 yanvar 2022-ci il tarixdə saat 21 radələrində tanışı Təqsirləndirilən şəxs zəng etmişdir. Çünki Təqsirləndirilən şəxs taksi sürməklə məşğul olmuşdur. Röyala Ələt qəsəbəsinə getmək lazım olduğunu bildirmişdir. Röyal isə Binəqədiyə onun yaşadığı ünvana gələcəyini bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra Röyal onun yaşadığı ünvanın yaxınlığına gəlmişdir. Həmin yerdə onun idarə etdiyi «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobilinə minmişdir. Maşına mindikdən sonra ona iranlı Yəhya adlı şəxsin narkotik vasitə göndərdiyini, həmin narkotik vasitəni götürməyə getdiyini bildirmişdir və narkotik vasitəni Ələt qəsə bəsindən götürüb yaşadığı ünvana gətirmək üçün 25 manat pul verəcəyini, əlavə olaraq iranlının göndərdiyi narkotik vasitənin üzərindən götürüb istifadə etmək üçün ona verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsində pul olub-olmadığını soruşmuşdur. Bu işdən qazanc əldə etdiyini bildirmişdir. Narkotik vasitəni götürməmişdən əvvəl Röyala bu barədə demişdir ki, sonra birdən narazı qalar. Onun xəbəri ola-ola narkotik vasitə götürməyə getmişdir. Bu işdəndə onun 25 manat qazancı olacaqdır. Ələt qəsəbəsinə çatandan sonra narkotik vasitənin harada olmasını öyrənmiş və həmin ünvandan bir ədəd sintetik ağ kisədə narkotik vasitələri və psixotrop maddələri götürmüş və maşının salonunun arxa hissəsinə qoymuşdur. Narkoti k vasitə heroini və psixotrop maddə metamfetamini götürüb salona qoyduqdan sonra həmin narkotik vasitə heroinin üzərindən bir büküm götürüb Röyala vermişdir ki, istifadə etsin, bir bükümüdə götürüb öz üzərində saxlamışdır ki, lazım olanda istifadə edər. Bundan sonra isə hərəkətə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən Qazax-Bakı magistral yolunun 485-ci km-nin yaxınlığında «Toyota Prius» markalı, **-HM-*** qeydiyyat nişanlı avtomobili saxlayıb söhbət edən zaman bir neçə mülki geyimli şəxslər onlara yaxınlaşaraq onları saxlamış və Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişdirlər. Orada onların üzərilərinə axtarış, avtomobilə isə baxış keçirilmiş və narkotik vasitə və psixotrop maddə aşkar edilmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutları təh lil edərək nəticəyə gəlir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum İran İslam Respublikasından gətiriləcək narkotik vasitənin və psixotrop maddənin qəbul etməsini vəd edərək həmin narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə köməklik etmişdir. Məhkəmələrin bu barədə gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarı ilə verilmiş izahlara uyğun gəlir. Məhkəmələr tərəfindən Məhkum qaçaqmalçılıq cinayət əməlinin törətməsi barədə gəldiyi nəticə sübutlara əsaslanır, bu isə Azərbaycan Respublikası CPM-in 139, 349.3 və 351.2-ci maddələrinin tələblərinə uyğundur. Azərbaycan Respublikası CPM -in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-in 351.2-ci maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Kassasiya kollegiyası birinci və apellyasiya məhkəmələrinin qanunun həmin normalarına riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələ rini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməlinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərinin əsassız olduğundan qəbul etmir, məhkəmələrin məhkumun əməllərinin tövsifinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin məhkəmə kollegiyası Məhkum cəza təyin edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərə findən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm o lmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmələr təqsirləndirilən Məhkum cəza təyin edərkən, onun şəxsiyyətini və işin hallarını qiymətləndirməklə Məhkum cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişlər. Kassasiya kollegiyası məhkumun şəxsiyyətini, onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən S.Ə. Kərimliyə təqsirli bilindiyi hər bir maddə üzrə təyin edilmiş cəza müddətlərinin qanuna uyğun və ədalətli olduğunu hesab etsə də, belə nəticəyə gəlir ki, cəzaların qismən toplamaq yolu ilə ona CM-in 66.3-cü maddəsinə əsasən qəti olaraq 16 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, öz sərtliyinə görə Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə cavab vermir və buna görə də ədalətli hesab edilə bilməz. Ona görə də məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzaları qismən toplamaqla ona daha aşağı həddə qəti cəza təyin edilməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 aprel 2023-cü i l tarixli qərarı Məhkum aid olan hissədə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzaları Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən qismən toplamaqla ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver