Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-20/2019 20.02.2019 ALİ MƏHKƏMƏ 1(102) – 20/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 20 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum və onun müdafiəçisi – X80nun vəkili X1 iştirakı ilə, Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.A.Rəsulov) Məhkum (xxx xxxx xxx 1995-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan2ndə qeydiyyatda olan və həmin kənddə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən – təyin olunmuş cəzaların qismən toplanalıması yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 16 yanvar 2016-cı il tarixdən hesablanması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.Ə.Camalov, hakimlər Ə. Ə.Novruzov və R.M.Cəfərovdan ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Astara Rayon Məhkəməsinin 16 yanvar 2018-ci il tarixli hökmü dəyişdirilərək Məhkum Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, həmin cəza hökmlə Məhkum Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmış, Məhkum qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə klə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, qalan hissədə hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkumnəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, eləcə də etibarnaməsiz idarə edərək yol hərəkəti qaydalarını pozub ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməklə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 06 avqust 2017-ci il tarixdə, saat 20 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi, həmçinin nəqliyyat vasitəsini idarə etməyə əsas verən etibarnamə olmadan anası XXX35nın adma olan “Vaz-2109” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobili ünvan3ndən ünvan4 istiqamətində idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla sürməmiş, səlahiyyətli orqanlar tərəfindən yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edilmədiyinə baxmayaraq yaşayış məntəqəsi daxilində, idarə etdiyi avtomobili ünvan5 ilə saatda 70 kilometr sürətlə sürücülük vəsiqəsi və etibarnaməsiz sürüb yolurı ünvan6 istiqamətində sol tərə findən sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs oğlunu avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə onun yol hərəkət qaydalarını pozması ehtiyyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sağ ayaqdarağı sümüyü olan qayığabənzər sümüyünün sınığı, sağ daban, sol gicgah, sağ dirsək nahiyələrində yaralar kimi sağlamlığına az ağır zərər vurulmasına səbəb olan xəsarətlər yetirilməsi ilə müşayiət olunan yol-nəqliyyat hadisəsi törətmişdir. Bundan sonra o, “Yol hərəkəti haqqında” Azərbaycan Republikası Qanununun 37-ci maddəsinin, 4-cü hissəsinin, 2-ci bəndinin tələblərini pozaraq, yəni zərər çəkənə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə ged ən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda göstərilənlərə əməl etməyərək Azərbaycan Respubliaksı CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulmuş hadisəsinin baş verdiyi zaman nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti qaydalarını pozan şəxs kimi 06 avqust 2017-ci il tarixdə, saat 20 radəiərində Astara şəhəri, S.Vurğun küçəsində törətdiyi yol nəqliyyat hadisəsi yerindən özünə məxsus olan “Vaz-2109” markalı, **-xx xx xx-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə qaçmışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kaassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirliliyi sübut olunmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkum görə əslində o, yol hərəkəti qaydalarını pozmamış, Zərərçəkmiş şəxs özü özünü avtomobilin qarşısına ataraq özünə qəsd etmək istəmişdir. Belə ki, zərərçəkmiş şəxs əvvəllər də başqa avtomobillərin altına özünü atmaqla sürücülərdən pul tələb etmişdir. Məhkum yuxarıda göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 aprel 2018-ci il tarixli qərarının ləğv edilməsini, təqsirliliyi sübuta yetirilmədiyindən bəraətverici əsasla cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassas iya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə əsassız olaraq Cinayət Məcəlləsinin 263-1.1 və 264cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.2 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndir mişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən görünür ki, o, cinayət törətmədiyini, Zərərçəkmiş şəxs qəsdən özünü onun idarə etdiyi avtomobilin təkərləri altına ondan pul tələb etmək məqsədi ilə atdığını iddia etməklə, işdə cinayət təqibini istisna edən halın olmasına baxmayaraq onun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarılması haqqında qənaə tini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsasla cinayət təqibinə xitam verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktik hallarının inkar edilməsi və özünün işin faktik hallarına verdiyi fərqli təsvirlər (birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktlar) üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini gətirdiyi faktik halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktik hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlili ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419. 1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktik hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müracəti olduqda, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəy yən edilmiş faktik hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası Məhkum kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halın olmasına baxmayaraq barəsində Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinməsinə dair ittiham hökmünün çıxarması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktik hallarını nəzərə almaya və Məhkum məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktik hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktik hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum Cinayət Məcəlləsinin 263-1.1 v ə 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli olması barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi qarşısında isə təqsirlilik, əməlin hüquqi tövsifi kimi məsələlər ümumiyyətlə mübahisələndirilməmiş, müdafiəçinin hökmdən verdiyi apellyasiya şikayətində müstəsna olaraq Məhkum cəzasının yüngülləşdirilməsi barədə tələb qoyulmuşdur. Bununla belə, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə müvafiq olaraq cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərini apellyasiya şikayətinin dəlillərindən asılı olmaya raq yoxlamış, Məhkum hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş əməllərindən eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum əməllərində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayət tərkiblərinin olması, bu maddələrlə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən cinayət-prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası şərh olunan məsələlər üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib e də biləcək, məhkəmə araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, məhkəmələrin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə təqsirli bilinməsi və cəzalandırılması üçün faktik və hüquqi əsasların olması barədə qənaətlərini şübhə altına almaq üçün heç bir əsas görmür. Yuxarıda təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları məhkumun kassasiya şikayətinin məzmunu ilə ehtiva olanan - məhkəmələrin cinayət-prosessual qanunun 416.0.2 və 416.0.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermələri barədə iddiasını təkzib edir və mübahisələndirilən qərarın ləğv edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi üçün əs asların olmadığını göstərir. Məhkum təqsirli bilindiyi cinayətlərə görə ayrı-ayrılıqda və cinayətlərin məsmusu üzrə təyin edilmiş əsas cəzalar da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin, ədalət prinsipinin (CM, maddə 8) tələblərinə cavab verir və həmin cəzaların yüngülləşdirilməsi üçün əsaslar müəyyən edilmir. Məhkum əlavə cəza qismində təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə gəldikdə, məhkəmə kollegiyası hesab edir ki, həmin cəzanın qəti müddətinin müəyyən edilməsi zamanı Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbi pozulmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında Məhkum Cinayət Məcəlləsinin 2631.1-ci maddəsi ilə təyin olunmuş 2 il 6 ay müddətə və Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunmuş 1 il 6 ay m üddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzalarını Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə istinad etməklə qismən topladığını qeyd etsə də, əslində Məhkum yekun əlavə cəza kimi 2 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını təyin etməklə faktiki olaraq həmin cəzaları toplamamışdır. Odur ki, qismən toplamanın düzgün tətbiq edilməsini təmin etmək üçün Məhkum Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təyin olunmuş əlavə cəzanın müddəti 2 il 6 aydan 2 il 4 aya endirilməli, CM-in 66.4-cü maddəsinə əsasən həmin cəza ilə Məhkum hökmlə Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təyin olunmuş 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qismən toplanılmalı, ona qəti əlavə cəza olaraq 2 il 5 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum cəzası təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisinin, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 aprel 2018-ci il tarixli qərarı cinayət-prosessual qanunun 416.0.21-ci maddəsində nəzərdə tutulmuş əsasla yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Şir van Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 aprel 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə əlavə cəza kimi təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmənin müddəti 2 (iki) il 6 (altı) aydan 2 (iki) il 4 (dörd) aya endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən hazırki qərarla Məhkum Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təyin olunmuş 2 (iki) il 4 (dörd) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ona hökmlə CM-in 264-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini diarə etmək hüquqund an məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum qəti olaraq 2 (iki) il 5 (beş) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-20/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-20/2019
20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver