Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-20/2020 07.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Hafiz Qənbər oğlu Nəsibov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş k assasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər T.X.Nəsrullayeva (sədrlik edən və məruzəçi), R.A.Allahverdiyeva və N.A.Kərimovadan ibarət tərkibdə) xx xxxxxx 2017-ci il tarixli hökmü ilə xx xxxxxx 1974-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdam şəhəri, S.S.Axundov küçəsi, ev 114-də qeydiyyatda olmaqla ünvan- da yaşayan; Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət təyin edilmiş cəzaya daxil edilməklə üzərində 6 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 06 (altı) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilmiş, təyin edilmiş sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, davranışı üzərində nəzarətin həyata keçirilməsi qeydiyyatda olduğu və yaşadığı Bakı şəhəri, Yasamal rayonu İcra şöbəsinə həvalə edilməsi, Məhkum barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək də yişdirilmədən saxlanılması hökm edilmişdir. Həmin hökmlə həmçinin X4 və X9 da təqsirli bilinib məhkum edilmişlər. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum olunmuşdur ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları X4 və X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda qazanc verəcəyini vəd edərək Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, aldatma yolu ilə xx xxxxxx 2013-cü il tarixdən xx xxxxxx 2014-cü il tarixədək özünün, X2, X5 və uydurduğu müxtəlif şəxslərin adından Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanın yaxınlığında hissə-hissə olmaqla qızıl zinət məmulatları adı ilə üzərilərində qızıl elementinə aid olan 583 və 750 qızıl əyarları işarəsi həkk edilmiş, kustar üsulla dəmir ə saslı ərintidən və əlvan metallar ərintisindən hazırlanmış 124 ədəd bilərzik, 85 ədəd boyunbağı, 5 ədəd tək sırğa, 94 ədəd cüt sırğa, 134 ədəd üzük, 16 ədəd kulon, 1 ədəd qol saatından ibarət bujiteriya məmulatlarını girov qoyub, hər ay 7 faiz ödəmək şərti ilə ümumilikdə 380 800 manat nağd pulu ələ keçirib vahid niyyətlə əhatə olunmuş qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Elmar Rəhimov (sədrlik edən və məruzəçi), Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) xx xxxx 2019-cu il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum barəsində tətbiq olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini n müddəaları hökmdən xaric edilmiş, Məhkum xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2015-ci il tarixədək, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək həbsdə saxlanıldığı müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına bir günə bir gün hesabı ilə hesablanaraq üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 11 (on bir) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, apelyasiya protesti və zərərçəkmiş şəxsin apelyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilsin. H üquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxılması xx xxxxxx 2020-ci il tarixə təyin edilməsi barədə iş üzrə tərəflərə rəsmi məlumat verilmişdir. Cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında baxılanadək, yəni xx xxxxxx 2019-cu il tarixdə Məhkum faksla ərizəsi daxil olmuşdur. Həmin ərizədə Məhkum göstərmişdir ki, o, müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini geri götürür və xahiş edir ki, kassasiya şikayəti məhkəmə baxışından çıxarılsın və geri qaytarılsın. Azərbaycan Respublikası CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək h üququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normaya uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından Məhkum Oqtay qızının müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti məhkəmə baxışından çıxarılıb geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-20/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-20/2020
07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver