Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-20/2021 09.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Kərimov Fərhad Abdulkərim oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Cəbrayılov Mehman Humsi oğlunun iştirakları ilə Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair qərarından məhkumun müdafiəçisi Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Hüseynov Rəşid İnqilab oğlu) xx xxx 1990-cı il tarixdə Şamaxı rayonunun Bəlkə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 181.3.2-ci maddəsi ilə təqsirli bilinib cəzasını ciddi r ejimli cəzaçəkmə müəssisəsində çəkməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən Məhkumun müdafiəçisi Sarıyev Musa Kahov oğlu tərəfindən verilmiş apelyasiya şikayəti və müdafiəçisi Əskərov Zöhrab İmaməli oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əlavəyə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Məhkumun müdafiəçisi Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatətə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim M.M.Hüseynov, hakimlər E.Ş.Hüseynov və G.Q.Abbasovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Məhkumun müdafiəçisi Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Cəbrayılov Mehman Humsi oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verilməsi müddəti üzürlü səbəbdən ötürüldüyündən bərpa edilməlidir. Belə ki, Mə hkumun barəsində “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı müvafiq qaydada məhkəmələr tərəfindən baxılmış və qərarlar qəbul edilmişdir. Tənzimləmə ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından kassasiya şikayəti verildiyindən buraxılmış müddət üzürlü hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, müdafiəçinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara gö rə kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya Məhkəməsinin qərarı elan olunduğu vaxt qüvvədə olmuş Azərbaycan Respublikası CPM-nin 410.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti (məhkumun vəziyyətinin yaxşılaşdırılması əsası ilə) apellyasiya məhkəməsinin qərarının çıxarıldığı vaxtdan 18 ay müddətində verilə bilər. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsinin hökmü xx xxx 2017-ci ildə çıxarıldığı halda, kassasiya şikayəti məhkumun müdafiəçisi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmişdir (apellyasiya instansiyası məhkəməsinin hökmünün çıxarıldığı gündən 03 il 03 aydan çox vaxt keçmişdir). Həmin Məcəllənin 410.1-1-ci maddəsinə görə, azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun apellyasiya instansiyası məhkəməsinin hökmündən (qərarından) kassasiya şikayətinin veril məsi üçün bu Məcəllənin 410.1-ci maddəsində nəzərə tutulmuş müddətlər hökmün və ya müvafiq qərarın ona verildiyi tarixdən hesablanır. Məhkəmə kollegiyası bu şikayətlə əlaqədar verilmiş müddətin bərpasına dair vəsatəti müzakirə edərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 411-ci maddəsinə görə kassasiya şikayəti vermə müddəti yalnız iki halda – kassasiya şikayəti vermə hüququna malik olan şəxsin uzun müddətli fiziki və ya psixi pozuntulara səbəb olan ağır xəstəliyə tutulması nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti vermək imkanına malik olmaması və ya həmin şəxsi kassasiya şikayəti vermək imkanından məhrum edən fövqəladə hadisə baş verməsi hallarında bərpa oluna bilər. İş materialları ilə müəyyən olunur ki, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı apelyasiya baxışı iclasında Məhkum və onun müdafiəçisi Əskərov Zöhrab İmaməli oğlunun iştirakları ilə elan edilmiş, qərarın surəti xx xxx 2017-ci il tarixdə Məhkuma təqdim edilməsi üçün Şəki Penitensiar Müəssisəsinin Mühafizə Taborunun əməkdaşına təqdim edilmiş, Məhkum da həmin tarixdə qəbzə imza edərək rəsmi qaydada qərarın surətini götürmüş, həmçinin xx xxx 2017-ci il tarixdə Məhkumun müdafiəçisi Əskərov Zöhrab İmaməli oğluna qərarın surəti poçt vasitəsi ilə göndərilmişdir. Bundan başqa, Məhkumun özü tərəfindən yazılmış kassasiya şikayəti cəza çəkdiyi Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən xx xxxxxx 2018-ci il tarixli məktubla Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına göndərilmiş, daha sonra Məhkum Ali Məhkəmənin Cinayət Kollegiyasına ərizə ilə müraciət edərək kassasiya şikayətini geri götürmək qərarına gəldiyini bildirmiş, Ali Məhkəmənin Cinayət Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarı ilə Məhkumun kassasiya şikayətinin geri götürülməsi barədə ərizəsi təmin edilmiş və onun Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından vermiş olduğu kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarı elan edilərkən məhkəmə iclasında iştirak etmiş məhkumun və onun müdafiəçisinin yuxarıda göstərilən müddətdə kassasiya şikayəti vermək imkanının olmamasının inandırıcı olmadığını, həmçinin məhkum tərəfindən daha əvvəl kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərildiyini və sonradan kassasi ya şikayətinin geri götürüldüyünü nəzərə alaraq, kassasiya şikayəti vermə müddətləri barədə kifayət qədər məlumatlı olması qənaətinə gəlir və hesab edir ki, kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün qanuni əsas yoxdur. Ona görə də, kassasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarına əsasən Məhkumun əməli CM-in 181.3.2-ci maddəsindən həmin Məcəllənin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilmiş, bununla əlaqədar ona təyin edilmiş 12 il müddətə azadlıqdan məhrum etmə cəzası 10 ilə endirilmiş və cə zasının qalan hissəsini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmin qərardan apelyasiya və kassasiya şikayətləri verilmiş, tənzimləmə ilə bağlı yekun qərar Ali Məhkəmənin Cinayət Kollegiyası tərəfindən xx xxxxxx 2019-cu il tarixdə qəbul edilmişdir. Kassasiya şikayətində məhkumun barəsində tənzimləmə ilə bağlı prosedur qaydalar yekunlaşdıqdan sonra kassasiya şikayəti verildiyi, buna görə də, qanunla nəzərdə tutulmuş prosessual müddətin üzürlü səbəbdən ötürüldüyü iddia edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar qeyd edir ki, şikayətin bu dəlilləri tamamilə əsassız olduğundan təmin edilməməlidir. Məhkumun barəsində cinayət qanununda edilmiş dəyişikliklərin tətbiq olunması ilə bağlı ayrıca icraat aparılmış, həmin icraat, məhkum un apellyasiya məhkəməsinin qeyd olunan qərarından vaxtında kassasiya şikayəti verməsinə maneçilik yaratmamışdır. Odur ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 411 və 419.10.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALIR: Məhkumun müdafiəçisi Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət M əcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli kassasiya şikayətinin verilməsi müddətinin bərpa edilməməsinə dair qərarı məhkumun müdafiəçisi Cəbrayılov Mehman Humsi oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-20/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-20/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver