Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-20/2023 11.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, X3 və Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Həmidov Səbuhi Maarif oğlunun, Bəraət almış şəxs Məhkum və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Kərimov Siracəddin Allahverdi oğlunun iştirakları ilə xx xxxxxx 1993-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Binəqədi rayonu 2/53 Binəqədi kəndində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmündən dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əliyev Namiq Qadir oğlu tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər tərəfindən birgə verilmiş kassasiya şikayətinə və zərərçəkmiş şəxs V.Babayev tərəfin dən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü ilə (hakim G.K.Səmədova) Məhkum – Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəlinin 18 fevral 2022-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum edilmiş şəxsin müdafiəçiləri tərəfindən birlikdə, zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, X3 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: Z.B.Babayev (sədrlik edən), İ.A.İbrahimli və Z.A.Şirinov) məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, zərərçəkmiş şəxslər və mülki iddiaçılar tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyərək, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli hökmü məhkum edilmiş şəxs Məhkum müdafiəçiləri tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Zərərçəkmiş şəxslər və mülki iddiaçılar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, X1 və Zərərçəkmiş şəxs4 Məhkum qarşı pul tələbinə dair mülki iddiaları baxılmamış saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum həmin maddələrlə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Belə ki, Məhkum tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək, ona müəyyən məbləğində veriləcək pul müqabilində birgə iş quraraq, qazanc əldə edəcəklərini yalandan vəd verib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 14 may 2019-cu il tarixdə işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanında yerləşən Mərkəzi Univermağın binasında həmin tarixə olan milli məzənnə ilə 5950 (beş min doqquz yüz əlli) manat təşkil edən 3500 (üç min beş yüz) ABŞ dolları məbləğində nağd pulunu, 17 fevral 2020-ci il tarixdə isə onun xammal halında qızıl almaq istəyən tanışının olmasını bildirib aldatmaqla eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları dəyərində 1,200 qram çəkili, 99,5 əyarlı xammal qızılı Zərərçəkmiş şəxs4 alıb, sataraq pulunu həmin gün verəcəyinə yalandan vəd verərək həmin qızılı ələ keçirdikdən sonra verdiyi vədinə ə məl etməyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 14450 (on dörd min dörd yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, ona verəcəyi pulun dəyərində ucuz qiymətə qızıl məmulatı alıb baha qiymətə sataraq qazanc əldə edəcəklərini bildirib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2019-cu ilin avqust ayının ortalarında işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanda yerləşən Mərkəzi Univermağın binasında həmin tarixə olan milli məzənnə ilə 4250 (dörd min iki yüz əlli) manat təşkil edən 2500 (iki min beş yüz) ABŞ dolları məbləğində, 05 sentyabr 2019-cu il tarixdə eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 8.500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində, 2019-cu ilin oktyabr ayının axırlarında eyni ünvanda həmin tarixə olan milli məzənnəsi ilə 1700 (bir min yeddi yüz) manat təşkil edən 1000 (bir min) ABŞ dolları məbləğində, 20 noyabr 2019-cu il tarixdə eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 3400 (üç min dörd yüz) manat təşkil edən 2000 (iki min) ABŞ dolları məbləğində, 15 fevral 2020-ci il tarixdə eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 7990 (yeddi min doqquz yüz doxsan) manat təşkil edən 4700 (dörd min yeddi yüz) ABŞ dolları və 2771,40 (iki min yeddi yüz yetmiş bir manat qırx qəpik) manat təşkil edən 1500 (bir min beş yüz) Avro məbləğində pulu, yəni həmin dövrdəki məzənnə ilə cəmi 28.611 manat 40 qəpik (iyirmi s əkkiz min altı yüz on bir manat qırx qəpik) təşkil edən 15.200 ABŞ dolları və 1500 Avro pulu nağd şəkildə aldıqdan sonra, dələduzluq niyyətini pərdələmək və aldıqları pulun müqabilində guya iş qurmasına inandırmaq üçün özündən aldıqları və ya digər zərərçəkmiş şəxslərdən əldə etdiyi vəsaitlərdən müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla ümumilikdə həmin dövrün məzənnəsi ilə 5100 manat təşkil edən 3000 ABŞ dollarını özünə qaytarmış, qalan məbləğdə pulu şəxsi məsrəflərinə sərf edib, verdiyi vədə əməl etməyərək aldatma yolu ilə Zərərçəkmiş şəxs2 faktiki olaraq 23.511 manat 40 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib ona verəc əyi pulun dəyərində ucuz qiymətə qızıl məmulatı alıb baha qiymətə sataraq qazanc əldə edəcəklərini bildirib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə ilk dəfə 2019-cu ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Nərimanov rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən “Taverna” pub-klubda 5000 (beş min) manat məbləğində, 2019-cu ilin oktyabr ayının əvvəllərində eyni ünvanda 6000 (altı min) manat məbləğində, 12 yanvar 2020-ci il tarixdə ünvan 4 ünvanda yerləşən “Shtutguard” mağazasının qarşısında həmin tarixə olan milli məzənnə ilə 10.200 (on min iki yüz) manat təşkil edən 6000 (altı min) ABŞ dolları məbləğində,04 fevral 2020-ci il tarixdə eyni ünvanda 6080 (altı min səksən) manat məbləğində olmaqla cəmi 27.280 (iyirmi altı min dörd yüz səksən) manat təşkil edən pulu nağd şəkildə aldıq dan sonra, dələduzluq niyyətini pərdələmək və aldıqları pulun müqabilində guya iş qurmasına inandırmaq üçün Zərərçəkmiş şəxs1 özündən aldıqları vəsaitlərdən 800 manatı özünə qaytarmış, qalan məbləğdə pulu şəxsi məsrəflərinə sərf edib, verdiyi vədə əməl etməyərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə faktiki olaraq 26.480 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək, ona məxsus qızıl məmulatlarını əridib qaytaracağını bildirib aldatmaqla, işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti ünvanda yerləşən Mərkəzi Univermağın binasında 2019-cu ilin oktyabr ayının axırlarında həmin tarixə olan milli məzənnə ilə 2 2.950 (iyirmi iki min doqquz yüz əlli) manat təşkil edən 13.500 (on üç min beş yüz) ABŞ dolları dəyərində 313 qram çəkili, 750 əyarlı qızılı Zərərçəkmiş şəxs6 alıb keçirməklə verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs6 ümumilikdə 22.950 (iyirmi iki min doqquz yüz əlli) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək, ona verəcəyi pulun dəyərində ucuz qiymətə xalis qızıl gətirəcəyini bildirib aldatmaqla, vahid niyyətlə əhatə olunmuş qəsdlə 15 fevral 2020-ci il tarixdə işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti,10 ünvanda yerləşən Mərkəzi Univermağın binasında həmin tarixə olan milli məzənnə ilə 9.180 (doqquz min yüz səksən) manat təşkil edən 5400 (beş min dörd yüz) ABŞ dolları məbləğində nağd pulu və 16 fevral 2020-ci il tarixdə satıb pulunu ödəyəcəyini deyib aldatmaqla, eyni ünvanda həmin tarixə olan milli məzənnə ilə 1105 (bir min yüz beş) manat təşkil edən 650 (altı yüz əlli) ABŞ dolları dəyərində 13,1 qram çəkili, 583 əyarlı iki ədəd qadın boyunbağını alıb ələ keçirdikdən sonra verdiyi vədinə əməl etməyərək, Zərərçəkmiş şəxs5 ümumilikdə 10.285 (on min iki yüz səksən beş) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Məhkum təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə X1 etibarından sui-istifadə edərək, müvafiq işlərin görülməsi ilə bağlı sifarişlər aldığını, bunun üçün ona xalis qızıl lazım olduğunu və qızılın pulunu bir həft ə ərzində verəcəyini bildirib aldatmaqla, 2020-ci ilin fevral ayının ortalarında işlədiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 10 ünvanda yerləşən Mərkəzi Univermağın həyətində, həmin tarixə olan milli məzənnə ilə 24.240 (iyirmi dörd min iki yüz qırx) manat təşkil edən 14.400 (on dörd min dörd yüz) ABŞ dolları dəyərində 282 qram çəkili, 99,5 əyarlı qızılı alıb ələ keçirməklə, verdiyi vədinə əməl etməyərək zərərçəkmiş şəxs X10ə ümumilikdə 24.240 (iyirmi dörd min iki yüz qırx) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası mə hkəməsində yenidən baxılması xahiş olunur. Protestdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq bəraət verilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxsləri aldatmaq fikrinin olmaması, onlarla birlikdə iş qurmaq və onlara da gəlir vermək, aralarında şərikli sahibkarlıq münasibətlərinin olmasına dair ifadələrinə tənqidi yanaşmaq əvəzinə, həmin ifadələri səmimi ifadələr kimi qəbul etmişdir. Protestdə həmçinin qeyd olunur ki, Məhkum pandemiya ilə əlaqədar işində problemlərin yaranması barədə ifadəsi də qeyri-səmimi olmuşdur. Belə ki, zərərçəkmiş şəxslər 2020-ci ilin mart ayından etibarən Məhku m şikayət etməyə başlamış, həmin dövrə qədər isə pandemiya ilə əlaqədar məhdudiyyətlər olmamışdır. Dövlət ittihamçısı hesab edir ki, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə Məhkum dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməsi tam təsdiq olunur və ona görə də apelyasiya instansiyası məhkəməsinin hökmü ləğv olunmalıdır. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Zərərçəkmiş şəxs hesab edir ki, Məhkum zərərçəkmiş şəxsləri, o cümlədən onu aldatmaq fikrinin olmaması, onlarla birlikdə iş qurmaq və onlara gəlir vermək, aralarında şərikli sahibkarlıq münasibətlərinin olması barədə özünü müdafiə xarakterli ifadələrinə əsaslanaraq apellyasiya instansiya məhkəməsi qanunsuz olaraq Məhkum bəraət vermişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X3 və Zərərçəkmiş şəxs4 tərəfindən birlikdə verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması xahiş olunur. Şikayətdə qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi öz hökmünü heç bir faktla əsaslandırmamışdır. Bel ə ki, Məhkum cinayət əməlini təsdiq edən iş üzrə dindirilmiş şəxslərin ifadələri, əlavə olaraq səs yazısı, sms mətnləri, özünün qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları və digər sübutlar olmasına baxmayaraq apelyasiya instansiya məhkəməsinin həmin sübutlara şübhə ilə yanaşması, yalnız təqsirləndirilən şəxs Məhkum ifadələrinin mötəbər sübut kimi qəbul etməsi qanuna zidd olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin və kassasiya şikayətlərinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Ç.Məmmədzadənin, nümayəndə S.Həmidovun, kassasiya protest inin və kassasiya şikayətlərinin təmin edilməməsi barədə müdafiəçi S.Kərimovun və bəraət almış şəxs Məhkum çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin h əlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə və zərərçəkmiş şəxslər tərəfindən verilmiş şikayətlərdə qeyd edilir ki, Məhkum əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil et mədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsiz liyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində “Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 178.2-ci maddəsinə əsasən: “Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual q anunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittiham sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsi rləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi b orcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, nəzərə alınsın ki, Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əml akını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn m üvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərərçəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsəd i ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə (qanuni sahibə) vurulur və o da iş üzrə zərərçəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əm lakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərər çəkmiş şəxs kimi tanınmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, cinayət işi üzrə toplanılmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirliliyi, yəni onun zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək, aldatması və onlara xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törədilməsi iş materialları ilə sübut olunmur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktında Zərərçəkmiş şəxs4, Z ərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və X1 etibarından sui istifadə edərək, onları aldatması və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi ilə bağlı Məhkum təqsirliyini təsdiq edən sübutlar kimi onun ibtidai araşdırma zamanı şahid və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrinə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, X10 və Zərərçəkmiş şəxs4 ifadələrinə, habelə şahidlər X4 və Şahid1 ifadələrinə, Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1lə, Zərərçəkmiş şəxs2lə, Zərərçəkmiş şəxs4la, Zərərçəkmiş şəxs5la, 10la və Zərərçəkmiş şəxs6la, həmçinin şahid X11 üzləşdirmə protokollarına, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X8 ilə watsapp sosial şəbəkəsi vasitəsi ilə yazışmaları nı əks etdirən mesajlara, Zərərçəkmiş şəxs1 telefondaki diktofona və CD diskə köçürülmüş səs yazılarına, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 1 ədəd CD diskə baxış keçirilməsi haqqında 20 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokola istinad edilmişdir. Birinci instansiya məhkəməsi isə ittiham orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxs Məhkum, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, X10və Zərərçəkmiş şəxs6, şahidlər X5 və Şahid1 dindirməklə kifayətlənmiş, Zərərçəkmiş şəxs1 Məhkum ilə whatsapp sosial şəbəkəsi vasitəsi ilə aralarında olan yazışmaların götürülməsi və baxış keçirilməsi barədə 28 aprel 2021-ci il tarixli protokolu, Zərərçəkmiş şəxs2 Məhkum ilə whatsapp sosial şəbəkəsi vasi təsi ilə aralarında olan yazışmaların götürülməsi və baxış keçirilməsi barədə 30 aprel 2021-ci il tarixli protokolu, X1 Məhkum ilə whatsapp sosial şəbəkə vasitəsi ilə aralarında olan yazışmaların götürülməsi və baxış keçirilməsi barədə 04 may 2021-ci il tarixli protokolu, ibtidai istintaq zamanı Məhkum ilə, zərərçəkmiş şəxslər X10in 24 iyun 2021-ci il tarixli, Zərərçəkmiş şəxs1 25 iyun 2021-ci il tarixli, Zərərçəkmiş şəxs2 28 iyun 2021-ci il tarixli, Zərərçəkmiş şəxs4 01 iyul 2021-ci il tarixli, Zərərçəkmiş şəxs6 04 iyul 2021-ci il tarixli üzləşdirilməsi haqqında 24 iyun 2021-ci il tarixli protokolları, Zərərçəkmiş şəxs5 12 iyul 2021-ci il tarixli, habelə şahid Kamil İsmayılovun 16 iyul 2021-ci il tarixli üzləşdirilməsi protokollarını, 27 iyun və 20 iyul 2021-ci il tarixli götürmə aparıl ması və baxış keçirilməsi haqqında protokolları, Zərərçəkmiş şəxs1 istintaq orqanına təqdim etdiyi 01 ədəd CD baxış keçirilməsi haqqında diskə baxış keçirilməsi haqqında 20 iyul 2021-ci il tarixli protokolu, həmçinin ittiham aktında sübut kimi istinad olunan və istinad olunmayan digər sənədləri tədqiq edərək, Məhkum verilmiş ittihamda göstərilən cinayət əməlinin törədilməsi nəticəsinə gəlmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslərdən və şahidlərdən heç biri nə ibtidai araşdırma zamanı, nə də birinci instansiya məhkəmə istintaqı zamanı verdikləri ifadələrdə təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edərək onları aldatması və xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi barədə mötəbər sübutlara əsaslanan məlumat verməmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Məhkum ilə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5 və X1 arasında borc münasibətlərindən və sahibkarlıq fəaliyyətindən irəli gələn mülki xarakterli münasibətlər və mübahisə mövcud olmuş, Məhkum zərərçəkmiş şəxslərdən satmaq üçün aldığı qızılları və sərmayə şəklində borc kimi aldığı pul vəsaitlərini etibarından sui-istifadə edərək zərərçəkmiş şəxsləri aldatmaqla ələ keçirilməyə hər hansı təşəbbüs göstərməsi, həmin qızılları və sərmayə şəklində borc kimi aldığı pul vəsaitlərini zərərçəkmiş şəxslərə təhvil verməmək, yaxud qaytarmamaq niyyətində olması kimi hallar mövcud olmamışdır. Məhkum edilmi ş şəxs Məhkum ilə zərərçəkmiş şəxslər arasında borc münasibətlərindən və sahibkarlıq fəaliyyətindən irəli gələn mülki xarakterli münasibətlərin mövcud olması, həmçinin həmin münasibətlərin sonradan mülki xarakterli mübahisəyə çevrilməsi cinayət işinin materialları ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X10, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 ifadələrində Məhkum Mərkəzi Univermaqda yerləşən qızıl-zinət sexində zərgər işləyən ş əxs kimi tanıdıqlarını, digər Zərərçəkmiş şəxs1 isə dostu vasitəsilə tanıdığını, Məhkum təklifi ilə ona 2018-2019cu ildən başlayaraq 2020-ci ilin fevral ayına kimi olan dövr ərzində iş görmək və gəlir əldə etmək məqsədi ilə - Zərərçəkmiş şəxs4 ümumilikdə 8.500 ABŞ dolları (14.450 manat) məbləğində pul və qızıl verdiyini, Məhkum 6-7 ay ərzində hər ay ona 400, 550 manat arasında gəlir verdiyini, Zərərçəkmiş şəxs2 ümumilikdə 15.200 ABŞ dolları və 1.500 Avro (23.511,40 manat) məbləğində pul və qızıl verdiyini, Məhkumun əvvəldən ona 3.000 ABŞ dolları arasında gəlir verdiyini, Zərərçəkmiş şəxs5 ümumilikdə 6.050 ABŞ dolları (10.285 manat) məbləğində pul və qızıl verdiyini, Məhkum ona 150 manat gəlir verdiyini, X10 ümumilikdə 14.400 ABŞ dolları (24.240 manat) məbləğində pul və qızıl verdiyini, Məh kumə verdiyi hər qram qızıla görə ona 1 ABŞ dolları qazanc verdiyini, Zərərçəkmiş şəxs6 ümumilikdə 13.500 ABŞ dolları (22.950 manat) məbləğində pul və qızıl verdiyini, Məhkum tərəfindən ona 5.500 manat qaytarıldığını, Zərərçəkmiş şəxs1 ümumilikdə 26.480 manat məbləğində pul verdiyini, Məhkum tərəfindən ona 800 manat qaytarıldığını, Məhkum ona bank kartı vasitəsi ilə ödədiyi 2.000 manatın birinci instansiya məhkəməsi tərəfindən mülki tələbindən çıxılmasını xırdaçılıq hesab edərək mülki iddiasının tam təmin edilməsini xahiş etmədiyini bildirmişdir. Məhkum isə ifadəsində, Mərkəzi Univermaqda birlikdə işlədiyi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X10, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6, həmçinin dostu vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 təklifi ilə birgə iş görmək üçün həmin şəxslər in ona 2016-cı ildən başlayaraq 2020-ci ilin əvvəlinə kimi müxtəlif məbləğlərdə pul və qızıl verdiklərini, o cümlədən - Zərərçəkmiş şəxs4 verdiyi 3.050 manat məbləğində pula və 4.500 ABŞ dolları dəyərində qızıla görə ona 12.900 manat qazanc verdiyini, hazırda X12 5.000 ABŞ dolları borcunun qalmasını, Zərərçəkmiş şəxs2 verdiyi 12.000 ABŞ dolları məbləğində pula və qızıla görə ona 33.950 manat qazanc verdiyini, hazırda Zərərçəkmiş şəxs2 9.000 ABŞ dolları borcunun qalmasını, Zərərçəkmiş şəxs5 verdiyi 6.050 ABŞ dolları məbləğində pula və qızıla görə ona 9.000 ABŞ dolları qazanc verdiyini, hazırda Zərərçəkmiş şəxs5 borcunun olmadığını, X10in verdiyi qızıllara görə ona 24.000 ABŞ dolları qazanc verdiyini, hazırda X10ə 4.700 ABŞ dolları borcunun qalmasını, Zərərçəkmiş şəxs6 verdiyi 11.700 ABŞ dol ları və 5.000 manat dəyərində qızıla görə ona 12.700 manat pul qaytardığını, hazırda Zərərçəkmiş şəxs6 7.300 ABŞ dolları borcunun qalmasını, Zərərçəkmiş şəxs1 verdiyi 27.280 manat məbləğində pula görə ona 19.200 manat pul, 800 manat dəyərində üzük və 3.300 manat pulu da kart vasitəsi ilə ona verdiyini, hazırda Zərərçəkmiş şəxs1 3.980 manat borcunun qalmasını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 öz ifadələrində Məhkum ilə aralarında şərikli sahibkarlıq və borc münasibətlərinin olmasını qeyd etmişlər. Məhkum gördüyü iş prosesində və faiz ödəmək məqsədi ilə həmin şəxslərdən aldığı pulun və qızılın dəyərinin bir hissəsini pul şəklində qaytarmış, fəaliyyətində yara nmış çətinlikləri ilə bağlı borcunun bir hissəsini zərərçəkmiş şəxslərə qaytara bilməmişdir. Bu hal isə Məhkum niyyətinin zərərçəkmiş şəxsləri aldatmaq, onların pullarını və qızılını ələ keçirtmək olmadığını təsdiq etməklə, zərərçəkmiş şəxslərə olan borcunun bir hissəsini iradəsindən asılı olmayan səbəbdən qaytara bilməməsini sübut etmişdir. İşdə Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X10, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1 əmlaklarını ələ keçirmək niyyətində olmasına dəlalət edən sübutlar müəyyən edilməmişdir. Odur ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X10, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs kimi verdikləri ifadələri Məhkum qarşı verilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinin tələbinə görə «cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür». İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquql arı üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq olsun, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.1.1-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmi ş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq Məhkum təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin protestin və şikayətlərin təmin edilməsi üçün əsaslar tapmır və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmü əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protest və şikayətlər təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayətləri təmin edilməsin. Bəraət almış şəxs Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 may 2022-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, X3 və Zərərçəkmiş şəxs4 tərəfindən birgə verilmiş, həmçinin Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-20/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-20/2023
11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver