Məhkəmə qərarları › İş №1(102)-20/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-20/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-20/2024 25.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1-ci maddəsi ilə, Məhkum1 CM-in 193-1.2.1 və 308.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarından məhkumlar Məhkum3 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum3 xx xxxx 1968-ci il tarixdə Laçın rayonu Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş, əvvəllər - Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 il sınaq müddəti müəyyən olunmaqla 02 il 02 ay müddətinə azadlıqdan m əhrum etmə cəzasına şərti məhkum olunmuş, Laçın rayonu Əhmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri 7-ci mikrorayon A.Kunanbayev küçəsi ev 18, mənzil 106-da yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum1 xx xxxxxx 1972-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 1(101)-862/2022 nömrəli hökmünə əsasən (hakimlər X5 (sədrlik edən), X6 və X1 ibarət tərkibdə ) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 7 il müddətə azadlıqan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən, təyin olunmuş əsas və əlavə cəzalar qismən toplanılmaqla və əlavə cəza birləşdirilməklə ona 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, onun 21 fevral 2022-ci il tarixdən 22 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 01 gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilərək 07 (yeddi) il 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, 01 il sınaq müddəti müəyyən olunmaqla, təyin olunmuş 07 (yeddi) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir. Sınaq m üddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilmiş və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi üzərinə qoyulmuşdur. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan mə hrum etmə cəzası müstəqil icra edilmiş və cəzanın icrası onun yaşadığı yer üzrə Şirvan şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilmişdir.

4. Həmin hökm ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinib dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum olunmamaqla 07 (yeddi) il müddətinə azad- lıqan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə görə 01 il sınaq müddəti müəyyən olunmaqla, təyin olunmuş 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiqi “başqa yerə getməmə barədə” iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmənin hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Onun davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilmişdir. Sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi onun üzərinə qoyulmuşdur.

5. Məhkəmənin eyni hökmü ilə Məhkum3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilib 08 il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmə Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 02 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 08 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 01 il 06 ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla, ona təyin olunmuş 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərt i hesab edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmış, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiqi “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Davranışına nəzarət etmək yaşayış yeri üzrə Bakı şəhəri Probasiya şöbəsinə həvalə edilmiş və sınaq müddəti ərzində davranışı ilə islah olunmasını sübut etmək və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmə vəzifəsi onun üzərinə qoyulmuşdur. Həmin Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası müstəqil icra edilmiş və cəzanın icrası onun yaşadığı yer üzrə Bakı şəhəri İcra və Probasiya şöbəsinə həvalə edilmişdir.

6. Məhkəmənin hökmü ilə razılaşmayan Dövlət ittihamçısı apellyasiya protesti verərək, Məhkum1 Cinayət Məcəlləsinin 193-1.3.2 və 308.2-ci maddələri ilə, Məhkum2 və Məhkum3 isə Cinayət Məcəlləsinin 193-1 3.2-ci maddəsi ilə təqsirli bilinmələrinə dair məhkəmənin 22 iyul 2022-ci il tarixli hökmünün onların hər biri barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqinə dair müddəalarının hökmdən xaric olunmaqla dəyişdirilməsini xahiş etmişdir.

7. Həmçinin hökmdən Məhkum1, Məhkum2 və müdafiəçisi Müdafiəçi7, Məhkum3 və müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının 17 may 2023-cü il tarixli, 1(103)280/2023 nömrəli qərarına əsasən (hakimləri - X10 oğlunun sədrliyi və məruzəsi, X9 və X2 ibarət tərkibdə) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməsi, təqsirləndirilən şəxs Məhkum1, təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi7, təqsirləndirilən şəxs Məhkum3 və müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən şəxslər-Məhkum1, Məhkum2 və Məhkum3 barələrində olan 22 iyul 2022-ci il tarixli hökmünün dəyişdirilməsi, təqsirləndirilən şəxs Məhkum1 əməlinin CM-in 1931.3.2-ci maddəsindən CM-in 193-1.2.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirli bilinib ona 01 il (bir) müddətə dövlət və yerli özünüidarə orqanlar ında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqan məhrum etmə cəzasının və CM-in 308.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə məhkəmənin hökmü ilə ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən, əsas cəzalar qismən toplanılmaqla və əlavə cəzalar birləşdirilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, 21 fevral 2022-ci ildən 22 iyul 2022-ci il t arixədək həbsdə saxlanıldığı 05 ay 01 gün müddət azadlıqdan məhrum etmənin müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüquqdan məhrum olunmaqla 05 (beş) il 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, təqsirləndirilən şəxs Məhkum1 barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, onun barəsində həbs qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin 17 may 2023-cü il tarixdən hesablanması və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun cəzasının icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi ona təyin edilmiş 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsi, əlavə cəzanın icrasının onun yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, təqsirləndirilən şəxs Məhkum2 əməlinin CM-in 193-1.3.2-ci maddəsindən CM-in 193-1.2.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirli bilinib ona 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqan məhrum etmə cəzasının təyin edilməsi, barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, barəsində h əbs qətimkan tədbirinin seçilməsi və dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin 17 may 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının icrasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına tapşırılması, həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi təyin edilmiş 01 il müddətinə dövlət və yerli özünüidarə orqanlarda rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsi və icrasının yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə tapşırılması, təqsirləndirilən şəxs Məhkum3 əməlinin CM-in 193-1.3.2-ci maddəsindən həmin Məcəllənin 193-1.2.1-ci maddəsinə tövsif edilməsi, həmin maddə ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə dövlət və ye rli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqan məhrum etmə cəzasına məhkum edilməsi, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə ona təyin olunmuş şərti məhkum etmənin CM-in 71.5-ci maddəsinə əsasən ləğv edilməsi, CM-in 67.1-ci maddəsinə əsasən, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırki hökmlə təyin edilmiş 05 (beş) il azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarda və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, ona 06 (altı) il müddətinə azadlıqd an məhrum etmə cəzasının təyin edilməsi, təqsirləndirilən Məhkum3 barəsində CM-in 70-ci maddəsinin tətbiqinə dair müddəaların hökmdən xaric edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, dərhal məhkəmə iclas zalından həbsə alınması, cəzasının əvvəlinin 17 may 2023-cü ildən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, CM-in 68.2-ci maddəsinə əsasən, əlavə cəza kimi təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzasının müstəqil icra edilməsi, icrasının onun yaşadığı yer üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

9. Həmin qərardan məhkumlar Məhkum2, Məhkum3 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 28 dekabr 2023-cü il tarixli, 1(102)-1794/2023 nömrəli qərarı ilə Məhkum2 kassasiya şikayətinə baxılmadan geri qaytarılmasına dair ərizəsi təmin edilmişdir.

11. İş üzrə digər məhkumlar Məhkum3 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri kassasiya instansiya məhkəməsində baxılanadək, məhkumlar Məhkum3 və Məhkum1 ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçiləri verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişlər. II. Hüquqi məsələlər:

12. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

13. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum3 və Məhkum1 kassasiya şikayətinin geri götürülməsi barədə verdi kləri ərizələri ilə bağlı dövlət ittihamçısının çıxışlarında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarından məhkumlar Məhkum3 və Məhkum1 müdafiəçisi tərəfindən ayrı-ayrlıqda verilmiş kassasiya şikayətləri geri qaytarılmalıdır.

14. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.1-ci maddəsi ilə, Məhkum1 CM-in 193-1.2.1 və 308.2-ci maddələri ilə məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli, 1(103)-280/2023 nömrəli qərarından Məhkum3 və Məhkum1 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Məhkumlar Məhkum3 və Məhkum1 ərizələri təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar