Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-20/2025 16.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum edilməsinə və CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair c inayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı4 Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən X4, hakimlər X3 və X1 ibarət təkibdə) 2 fevral 2024-cü il tarixli 1(101)-326/2024 nömrəli hökmü ilə 18 avqust 1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Yevlax şəhəri, Zərərçəkmiş şəxs prospekti, ev 8, mənzil 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yaşayan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 28 dekabr 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2024-cü il tarixli 1(103)-792/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, təmin edilməmiş, Məhkum Azərbaycan Respubl ikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə məhkum edilməsinə və CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 2 fevral 2024-cü il tarixli, 1(101)-326/2024 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli 1(103)-792/2024 nömrəli qərarından Dövlət ittihamçısı4 Ağakərim oğlu tərəfindən kassasiya protesti verilmişdir. Həmin qərardan kassasiya şikayəti və kassasiya protestinə qarşı etiraz verilməmişdir. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək m əhkəməyə verilmişdir ondan ötrü ki, o, 25 dekabr 2022- ci il tarixdə, səhər saatlarında tanışı Zərərçəkmiş şəxs ona məxsus arabanın üzərindən metal qırıntıları və plastik tullantıları hansı səbəbdən yerə tökməsinin səbəbini aydınlaşdırmaq üçün həmin gün saat 10:24-də ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya yerə tökdüyü metal qırıntıları və plastik tullantıları gedib arabaya yığmasını bildirərkən Zərərçəkmiş şəxs ona etiraz etməsini cüzi səbəb kimi bəhanə gətirib digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli də rəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq etməklə cəmiyyətə açıqca hörmətsizlik edib ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs zor tətbiq edərək xuliqanlıq niyyətilə özündə olan silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb həmin bıçaqla Zərərçəkmiş şəxs bədən nahiyəsindən bir dəfə qəsdən vuraraq ona döş qəfəsinin sağ yarısının ön səthinin plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi yetirildiyi anda həyatı üçün təhükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı oz protestində göstərmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum əməlini CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və СМnin 221.3-cü maddəsi ilə bəraət verilməsi ilə əlaqədar gəldikləri nəticəni əsaslandırarkən göstərmişlər ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz zərərçəkmişşəxsin təqsirləndirilən şəxs Məhkum məxsus metal qırıntıları və plastik tullantılarıyerə tökməsi, sonuncunun xəbərdarlığına baxmayaraq onları yerdən yığmaması, həmçininzərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən daha əvvəl borc aldığı pulu qaytarmaması və tərəflərin bir-birini söyməsi ilə bağlı olmuş, tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş vermiş, belə münasibətlər zəminində baş vermiş hadisə nin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi işin faktiki hallarına və tərəflərin münasibətlərinə uyğun olmamış, həmçinin hadisənin ictimai yerdə baş verməsinə baxmayaraq xuliqanlıq cinayətinin subyektiv cəhətinin mütləq şərti olan cinayətin motivi - xuliqanlıq niyyəti təqsirləndirilən şəxsin:əməlində öz əksini tapmamış, tərəflər arasındakı mübahisənin əsasını şəxsi münasibətlərin pozulması zəminində baş vermiş konflikt təşkil etmişdir. Məhkəmələr qərar qəbul edərkən tədqiq edilmiş sübutları düzgünqiymətləndirməmiş və nəticədə işin faktiki halları ilə uyğun olmayan qərar qəbul etmişlər. Bele ki, ibtidai istintaq orqanı tərəfindən hadisəyə dair videogörüntü əldə edilmişdir. Həmin videogörüntü 58 saniyəlik qısa bir videoçarx olsa da, hadisəni tam əhatə edir. Bu videoç arxtəhlil edilərkən müəyyən olunur ki, hadisə piyadaların və nəqliyyat vasitələrinin hərəkətinin intensiv olduğu səhər saatlarında, ictimai yer hesab olunan, iaşə obyektlərinin fəaliyyətgöstərdiyi şirniyyat mağazasının qarşısında baş vermişdir. Videogörüntünün ilk saniyələrindeMəhkum qeyd olunan ünvanda dayanmış vəziyyətdə zərərçəkmiş şəxsə yaxınlaşaraq heç bir danışıq etmədən anidən cibindən çıxardığı bıçaqla onu yaxasından tutub sinə nahiyəsindən bir zərbə vurmuş, zərərçəkmiş şəxs burxulub əlindən çıxdığı üçün, həmçinin ətrafda olan digər şəxslərin müdaxiləsi nəticəsində mübahisə bitmişdir. Həmçinin videogörüntüdə ətrafda çoxlu şəxslərin olması, ictimai nəqliyyatın intensiv hərəkəti, ətrafda nəqliyyat vasitələrinin dayanması müşahidə olunur. Məhkəmələr hadisə yerinin ictimai yer olması, həmçinin hadisə yerində kənar şəxslərin. olması ilə razılaşsalar da, qeyd etmişlər ki, tərəflər arasında münaqişə şəxsi münasibətlər zəminində baş vermiş, belə münasibətlər zəminində baş vermiş hadisənin xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi qiymətləndirilməsi düzgün deyil. Burada bir məsələyə diqqət çəkmək istərdim. Bütün şərhlərdə klassik xuliqanlıq misal kimi göstərilərkən, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən siqaret istəməsi və zərərçəkmiş şəxsin qarşı tərəfə qane etməyən cavab verilməsi (məsələn, siqaretim yoxdur) bəhanə etməklə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə zor tətbiq etməsi xuliqanlıq kimi qiymətləndirilir. Lakin məhkəmələrin mövqeyinə görə, belə çıxır ki, bu da şəxsi münasibətlər zəminində yaranmış mübahisədir. Yəni zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə siqaret vermiş olsaydı, mübahisə ре yaranmazdı, lakin verməməklə, hətta kobud cavab verməklə aralarında şəxsi münasibətlərzəminində mübahisə yaranmışdır. Hadisənin təhlili onu göstərir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə məxsus metalqırıntıları və plastik tullantıları yerə tökmüş, onları yerdən yığması tələbinə məhəl qoymayaraqMəhkum ayrılaraq çıxıb getmişdir. Bundan sonra Məhkum üzərindəolan bıçaqla zərərçəkmiş şəxsi təqib etməyə başlamış və Səməd Vurğun küçəsi 116 ünvanınınqarşısında ona yetişdikdə, ətrafda olan insanlara əhəmiyyət verməyərək, heç bir söz demədən zərərçəkmiş şəxsi bıçaqla vurmuşdur. İttihama diqqət yetirsək, məlum olur ki, "Məhkum... tullantıları gedib arabayayığmasını tələb edərkən Zərərçəkmiş şəxs ona etiraz etməsini cüzi səbəb kimibəhanə gətirib digər şəxsləri n olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlətəhqir etməklə ictimai qaydanı pozaraq...". Yəni, ibtidai istintaq orqanının mövqeyinə görə,mübahisənin səbəbi var, sadəcə bu mübahisə cüzi səbəb və bəhanə kimi qiymətləndirilmiş və məhz buna görə təqsirləndirilən şəxsin əməli CM-nin 221.3 və 126.2.4-cü maddələri ilə tövsif edilmişdir. Göründüyü kimi məhkəmə hökmündə xuliqanlıq cinayətləri ilə bağlı formalaşmış vahidməhkəmə təcrübəsini öz subyektiv mülahizəsinə görə şərh edərək, cinayət işininmateriallarında olan sübutları biri digəri ilə müqayisəli təhlil etməyərək təqsirləndirilən şexs Məhkum eməlini əsassız olaraq onun özünü müdafie xarakterli ifadəsi və öz subyektiv mülahizəsinə görə şərh edərək CM-nin 221.3-cü maddəsinə əməldə cinayət tərkibiolmaması əsası ilə bəraət vermiş, CM -nin 126.2.4-cü maddəsi ilə olan əməlini isə CM-nin 126.1-ci maddəsinə tövsif edib düzgün olmayan qərar qəbul etmişdir. Ona görə də, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası hazırki yekun qərarı qəbul edərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən işdəki sübutları CPM-nin143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və ittiham edilmiş şəxsintəqsirsizliyi barədə məhkəmə hökmünün esasını yolverilməz sübutlar təşkil etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli, 1(103)-692/2024 saylı qərarının ləğv edilməsini və yeni apellyasiya baxışına qaytarılmasını xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiy a müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-ve rməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protest müəllifi qeyd edir ki, Məhkum əməlində ittiham edildiyi hədə qorxu ilə tələb etmə cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmələr həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışlar. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət hadisəsinin olmamasına görə bəraət verilməsi və kassasiya protestində mübahisələndirilən dəlillərə dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetir məyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respu blikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqət i müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tə tbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur: “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib- yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildi yi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı itt ihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.” Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Re spublikası CPM-nin 146-cı maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsasslı olaraq Məhkum CM-in 221.3-cü maddəsi ilə bəraət vermiş, habelə bu vaxt cinayət və cinayətprosessual qanunvericiliyinin normaları düzgün tətbiq edərək qanuni hökm qəbul etmiş, apellyasiya instansiya məhkəməsi haqlı olaraq həmin hökmü qüvvədə saxlamaqla əsaslı və ədalətli qərar qəbul etmişdir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin iş üzrə gəldiyi nəticələri düzgün və əsaslı hesab edir və qeyd edir ki, məhkəmələr Məhku m qarşı irəli sürülmüş ittiham üzrə cinayət əsasının olmaması əsasına görə CM-in 221.3-cü maddəsi ilə bəraət verməkdə haqlı olmuşlar. Belə ki, Məhkum CM-in 221.3-cü maddəsi ilə, Xuliqanlıq hərəkətlərini silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunmasında təqsirləndirilmişdir. İttihama əsasən təqsirləndirilən şəxs Məhkum həmin cinayət əməlini törətməsi şahidlərin ifadələri, iş üzrə tanınmış maddi sübutla əsaslandırılmışdır. Lakin bu əsaslar istər birinci instansiya məhkəməsində istərsədə apellyasiya instansiyası məhkəməsində mötəbər sübutlarla təsdiq edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama g örə Məhkum CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən sübut bazasını ekspert rəyləri və şahidlərin ifadələri təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin təqsirlilik məsələsi həll olunarkən iş üzrə hər hansı bir şübhəyə yer qoymadan işin bütün halları tədqiq edilməli, qanuni və əsaslı yekun nəticəyə gəlinməsi üçün cinayət işi üzrə həqiqət müəyyən edilməlidir. "V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il qərarında qeyd edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədq iq edilmiş sübutlara istinad edə bilər. Məhkəmə hökmdə həm konkret məsələ üzrə gəldiyi nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışlarında toplanmış sübutlar hərtərəfli, tam və obyektiv olaraq tədqiq olunmaqla, yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsasslı hesab edir və həmin sübutların təkrar şərh olunmasını zəruri hesab etmir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ittiham tərəfi Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsində təqsirli olmas ını təsdiq edən mötəbər, əsaslı, şübhə yeri qoymayan, təkzibedilməz nəticəyə gəlməyə əsas verən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsas ını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən or qanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uy ğun olaraq düzgün qiymətləndirmiş və haqlı olaraq X6 barəsində cinayət hadisəsinin olmaması əsası ilə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 20 may 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kassasiya şikayətlərində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsi və CM-in 221.3-cü maddəsi ilə cinayət hadisəsi olmaması əsası ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 may 2024-cü il tarixli 1(103)-692/2024 saylı qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-20/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-20/2025
16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver