Məhkəmə qərarları › İş №1(102)-200/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-200/2019

29.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-200/2019 29.01.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 200/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 29 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2017-ci il tarixli hökmü ilə Məhkum Azə rbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2017-ci il tarixli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), M.A.Xankişiyev və R.A.Əliyevdən ibarət tərkibdə) xx xxxx 1990-cı il tarixdə Şamaxı rayonu, Şərədil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Şamaxı rayonu, Şərədil kəndində qeydiyatda olmaqla, həmin ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzasını ümumi rejim li cəza çəkmə müəssisəsində çəkməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Cəfərov Vidadi Cəfəroğlu oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Elman Məmməd oğlu və Zeynallı Fərmayıl Gülmalı oğlundan ibarət tərkibdə) 09 avqust 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən CM-nin 126.1-ci maddəsinə tövsif edilmiş, Məhkum CM-nin 126.1-ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilərək, cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən Məhkum şifahi razılıq əsasında icarəyə götürüb pivə satışı ilə məşğul olduğu Şərədil kənd ərazisində yerləşən “Ağsu” kafesində olarkən 10 avqust 2016cı il tarixdə saat 23 radələrində iki gün əvvəl aralarında həmin kafedə şəxsi münasibətlər zəminində mübahisə olmuş X6 ilə sonuncunun yeznəsi X2 həmin kafeyə tərəf gəlmələrini görüb onların yenidən mübahisə etmək və onu döymək üçün gəldiklərini zənn edərək kafenin içərisindən bayıra çıxaraq kafenin həyətində yerləşən manqalxanaya daxil olub oradan bir ədə d balta götürərək ümumi təhlükəli üsulla Amid Sultanova qəsdən ağır bədən xəsarəti yetirməkdən ötrü baltanı təxminən 10 metr məsafədən Amidə və Ramilə tərəf atmış, həmin vaxt balta A.Sultanovun sağ ayağına dəymiş və ona sağ qamış sümüyünün aşağı 1/3-nin açıq qəlpəli sınığı, sağ baldırın aşağı 1/3-nin ön səthində yara ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxs və şahid ifadələrinin, həmçinin digər sübutların təhlilindən göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum ağır xəsarət yetirmək üçün seçdiyi üsul və vasitə - təxminən 10-15 metr məsafədən baltanın atılması nəinki zərərçəkmiş şəxs Amid Sultanovun, eyni zamanda o nunla tam yanaşı şəkildə addımlamaqda olan Ramil Mikayılovun da sağlamlığına ağır zərər vurma təhlükəsi yaratmışdır. Cinayətin konkret törədilmə şəraiti və yeri, məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq başqa şəxsin – Ramil Mikayılovun da həyatı və sağlamlığı üçün yaranan təhlükənin tam real olduğunu şərtləndirir. Məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən həmin qərar ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını d inləyib hesab edir ki, kassasiya protesti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassas iya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Dövlət ittihamçısı kassasiya protestində məhkəmənin Məhkum əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsinin əsaslılığını mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 126.1-ci maddəsində Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan v ə ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. Məhkum ifadəsində göstərmişdir ki, hadisə baş verən gündən təxminən iki gün əvvəl saat 23 radələrində Amid yeznəsi Ramill ilə birlikdə onun işlədiyi kafeyə pivə içməyə gəlmişlər. Həmin günü onlar pivə içdikdən sonr a təxminən saat 03-04 radələrində müştərilər hamısı getsədə onlar kafedə qalıb pivə içmişdilər. Amid ondan içdikləri pivənin pulunu soruşduqda O Amidə “içdikləri pivənin pulu 7 manat eləməsini” demişdir. Bu zaman Ramil ona “onların pulunun çatdığını” demişdir. O, Ramilə “sizin pul çatmayıbdır” demişdir. Ramil ona cavab olaraq “onların pulunu Nurlan adlı Şərədil kənd sakininin verməsini” bildirmişdir. O Ramil və Amidə Nurlanın ona pul vermədiyini deyib mobil telefon vasitəsi ilə Nurlana zəng eləmiş, lakin sonuncuya zəng çatmamışdır. O, Amidi kənara çəkib ona “əvvəldən də 3 manat borcu qaldığını və ümumilikdə ona 10 manat pul verəcəyini” bildirmişdir. Amid ona “mənimlə pul söhbət edirsənmi” demişdir. Sonra Amid cibindən çıxarıb ona 20 manat verib “al pulu mən pul altında qalan deyiləm” demiş dir. O, cibindən 10 manat çıxarıb Amidə uzadıb “sənin artıq pulun mənə lazım deyil” demişdir. Amid isə pulu götürməyib yeznəsi Ramilin əyləşdiyi stula tərəf getmişdir. Təxminən 2 dəqiqə sonra Amid geri qayıtmış və ona “nə qədər pivə varsa hamısını süz ver bizə” demişdir. O, çəlləkdəki pivənin hamısını süzmüş və cəmi iki bakal yarım pivə çıxmışdır. O, həmin pivəni Amidə verib qalan pivənin bu qədər olduğunu bildirmişdir. Amid həmin vaxt “mənə dəxli yoxdur get tap gətir” demişdir. O, Amidə gecə vaxtı sənə hardan pivə tapa bilərəm demişdir. Sonra Amid ona “butulka” pivə ver demişdir. O, Amidə “həmin pivələr başqa adamındır, mən satıb həmin pivənin üstündə pul tuturam” demişdir. Bununla yanaşı O, Amidə butulka pivəsinin birinin 2.5 manat olmasını demişdir. Amid isə həmin pivələri ondan 1 manat a alacağını bildirmişdir. O, Amidin içkili olduğunu görüb artıq söz-söhbət yaranmasın deyə 8 butulka pivəni hər birini bir manatdan sonuncuya vermişdir. Sonra onlar pivədən biraz içdikdən sonra Ramil pivənin birini kafenin həyətində sındırmış və digər butulka ilə ayaqlarına töküb yumuşdur. O, Amid və Ramilin sərxoş olduqlarını görüb kənara çəkilərək onların çıxıb getməsini gözləmişdir. Lakin onlar yenədə sərxoş halda özözlərinə uca səslə danışqlarına davam etmişlər. O, Amid və Ramilə yaxınlaşıb kafeni bağlamağını bildirmişdir və onlardan getmələrini xahiş etmişdir. Həmin gündən iki gün keçmiş həmkəndlisi Emin Mikayılov ilə sonuncuya məxsus Vaz-2107 markalı avtomobil ilə Muğanlı kəndinə bazarlığa getmişdir. O, Muğanlı da Çinar marketdən bazarlıq edib çıxanda Amid ilə rastlaşmışdır. O, Amid salamlaşdıqda sonuncu ona “orda-burda niyə dalımca danışmısan deyə” soruşmuşdur. O, Amidə “mən olanın demişəm” demişdir. Amid isə ona “bir çəllək də pivə hazırla gəlib ayağımı yuyacam” demişdir. O, dükandan çölə çıxanda Amid də onun arxasınca çölə çıxmışdır. O, Amidə “indi içkilisən sonra söhbət edərik” demişdir. Amid ona “mən ayağam nə söhbət edə bilərsənki mənimlə” demişdir. O, gedib Eminin avtomobilinə əyləşdikdə Amid onu avtomobildən çıxartmışdır. Həmin vaxt O, Amidin yaxasından yapışanda sonuncu, yumruqla onun baş nahiyyəsindən vurmuşdur. O, həmin vaxt özünü arxaya çəkdiyi üçün yumruq ona bərk xəsarət yetirməmişdir. Bu vaxt Amidlə birlikdə gələn İdrak da onun boğazından yapışmış və yumruqla başının sağ tərəfindən vurmuşdur. Həmin vaxt Emin və tanımadığı bir-iki nəfər onları aralaşdı rmışlar. O, Eminlə gedən də Amid ona “get kafeyə ayağımı pivə ilə yuduzdurmağa gələcəm” demişdir. O, kafeyə getmiş və həmin günü axşam saat 23 radələrində Amid ilə yeznəsi Ramilin kafeyə gəlmələrini görmüşdür. O, Amid və Ramilin onunla dava edəcəklərini düşünüb kafeyə girib bir ədəd balta götürüb Amid tərəfə atmışdır. Həmin vaxt baltanın dəmir hissəsinin arxa tərəfi yerə dəyib qalxdıqdan sonra kəsən hissəsi Amidin sağ ayağına dəyərək xəsarət yetirmişdir. Bu zaman Ramil yerdən baltanı götürüb ona söyüş söyüb üstünə gəlmişdir. O, Ramilin onu vuracağını düşünüb manqalxanaya girib ikinci baltanıda götürmüşdür. Lakin həmin vaxt kafedə olan bir neçə tanımadığı türk vətəndaşı olan şəxslər onu kafedən çıxmağa qoymayıb manqalxananın qapısını bağlamışlar. O, da manqalxanın pəncərəsindən çıxıb evə ge tmişdir. Hadisə baş verən gün Amid ilə arasında olan mübahisəyə və sonuncunun “səninlə gəlib axşam söhbət edəcəm deməsinə görə” atmışdır. X11 xəsarət yetirmək niyyətində olmamış, baltanı onu qorxutmaq məqsədilə birbaşa ona doğru istiqamətləndirərək atmış, bu səbəbdən baltanın Ramil Mikayılova dəymə ehtimalı cox az olmuşdur. Zərər çəkmiş şəxs X6 göstərdi ki, həmkəndlisi Məhkumla münasibətləri həmişə yaxşı olmuş, aralarında hər hansı münaqişə və ya ədavət olmamışdır. Hadisədən təxminən iki gün əvvəl saat 23 radələrində yeznəsi Ramil ilə yaşadığı Şərədil kəndi ərazisində yerləşən «Ağsu» kafesinə pivə içməyə getmişlər. Onlar bir qədər pivə içdikdən sonra təxminən saat 03 radələrində kafedə olan digər müştərilər getmişlər. O, Hümmətdən içdikləri pivələrin hesabının nə qədər etdiyini soruşmuş, H ümmət də 7 manat hesabladığını bildirmişdir. Həmin vaxt yeznəsi Ramil Hümmətə «bizim pulumuzu Nurlan verib» demiş, Hümmət isə «xeyr, sizin pulunuzu heç kim verməyib» deyə cavab vermişdir. Hümmət ona içdikləri pivənin pulunun 7 manat olduğunu, əvvəlcədən də ona 3 manat borcunun qaldığını deyərək cəmi 10 manat verməli olduğunu söyləmişdir. O, cibindən 20 manat pul çıxarıb Hümmətə verərək «10 manat mənim borcum, 10 manata da nə qədər pivə düşürsə ver» demişdir. Hümbət cəmi 10 bakal pivə qaldığını demiş, o da qalan pivənin hamısını verməsini istəmişdir. Onlar stolda əyləşən zaman Hümmət onlara yaxınlaşıb iki bakal yarım pivə gətirərək qalan pivənin cəmi bu qədər olduğunu söyləmiş, o isə «mənə fərqi yoxdur, pulumu vermişəm, tap gətir» demişdir. Hümmət «gecə vaxtı pivəni hardan tapım?» dedikdə o, sonuncuya «qalan pula butulka pivə gətir» deyə bildirmişdir. Hümmət yerdə qalan pula 10 ədəd «NZS» pivəsi gətirib onlara vermişdir. Bundan sonra onlar təxminən 20-30 dəqiqə kafedə oturmuşlar və pivəni həm içmişlər, həm də yerə tökmüşlər. Həmçinin həmin vaxt pivə ayaqlarına da tökülmüşdür. Hadisə baş verən günü, yəni 10 avqust 2016-cı il tarixdə o, Muğanlı kəndində dükanın qarşısında Hümmətlə rastlaşmışdır. Onlar salamlaşdıqdan sonra o, Hümmətdən camaat arasında «Amidi kəsəcəm» deməsinin səbəbini soruşmuş, Hümmət də ona «demişəm, eliyəcəm də, gələrsən kafeyə söhbət edərik» deyə cavab vermişdir. Həmin vaxt onların aralarında mübahisə yaranmış və bir-birlərinin yaxalarından yapışmışlar. Lakin İdrak və Emin adlı həmkəndliləri onları aralamışlar. Bundan sonra o, yaşadığı Şərədil kəndinə qayıt mışdır. Həmin gecə axşam saat 22 radələrində yeznəsi Ramili Ağsu şəhərinə yola salmaq üçün Şamaxı-Ağsu yoluna çıxmışlar, lakin Ağsu şəhərinə gedən avtomobil tapa bilmədikləri üçün evə qayıtmaq qərarına gəlmişlər. Kəndə gedən yolda yerləşən «Ağsu» kafesinin həyətinə çatmağa 10-15 metr qalmış Hümmət onları görərək «gəldilər» deyib manqalxanaya girmiş və əlinə bir ədəd balta götürüb ona tərəf atmışdır. O, baltadan yayınmaq istəsə də balta yerə dəyib istiqamətini dəyişmiş və onun sağ ayağına dəyərək xəsarət yetirmişdir. Hümmət baltanı təxminən 10-15 metr məsafədən birbaşa ona tərəf istiqamətləndirib atsa da, baltanın onunla yanaşı gələn və ondan təxminən 30-40 santimetr aralı olan Ramilə də dəymə ehtimalı olmuşdur. Ramil onun xəsarət aldığını görüb baltanı götürərək Hümmətin üstünə getmişdir. Hümmət həmin vaxt manqalxanaya girib yenidən balta götürsə də atası və orada olan iki-üç nəfər tanımadığı şəxslər manqalxananın qapısını bağlayıb Hümmətin çıxmasına imkan verməmişlər. Sonra Ramil onu xəstəxanaya aparmaq üçün həmkəndliləri İdraka Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 zərərçəkmiş şəxs X6 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Apellyasiya məhkəməsi İş üzrə toplanmış sübutların məcmusuna əsasən Məhkum qəsdən balta ilə vurub Amid Sultanovun sağlamlığına ağır zərər vurma ilə nəticələnən bədən xəsarəti yetirməsini özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxs X6 və şahidlərin ifadələri, məhkəmə-tibb ekspertizasının rəyi ilə təsdiq edildini qeyd edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi və ibtidai i stintaq orqanı Məhkum əməlini ümumi təhlükəli üsula tövsüf edərkən təqsirləndirilənin baltanı iki nəfərə tərəf atması hər iki şəxsin sağlamlığı üçün real təhlükə yaratmışdır. Başqa sözlə, balta atılarkən bir nəfərin, yəni Amid Sultanovun həyat sağlamlığı ilə yanaşı, təsadüfdən və baltanın istiqamətindən asılı olaraq onun yerində ola bilən digər şəxsə də xəsarət yetirmə ehtimalı olmuşdur. Yəni hər iki şəxs eyni zamanda şəraitdən asılı olaraq, real xəsarət alma ehtimalına malık olmuşlar. Ümumi təhlükəli üsulun hüquqi mahiyyəti, belə xarakterli əməlin ictimai təklükəlilik dərəcəsi ondan ibarətdir ki, qəsd seçilmə üsul və vasitəsindən, törədilmə şəraitindən asılı olaraq, yönəldiyi şəxsdən əlavə digər şəxslərin də həyat və sağlamlıqlarına real təhlükə yaranmış olur. Bu əməlin əsas təhlükəliliyi bir neçə nəfərdən birinin xəsarət alma ehtimalının yox, eyni zamanda bir neçə şəxsin xəsarət alma ehtimalının mövcudluluğudur. Yəni seçilmiş üsul və vasitə eyni zamanda bir neçə şəxsə xəsarət yetirmə xüsusiyyətinə malikdir. Ümumi təhlükəli üsulla ağır xəsarət yetirmə cinayətlərində vacib şərt təqsirləndirilənin seçdiyi üsulun eyni zamanda bir neçə şəxsə xəsarət yetirmə xassəsinə malik olmasını dərk etməsidir. İşin hallarından görünür ki, Məhkum baltanı Amid və Ramil istiqamətində atarkən onun niyyəti bir nəfərə xəsarət yetirməyə yönələ bilərdi. O dərk etmişdir ki, balta xarakterinə uyğun olaraq, faktiki yalnız bir nəfərə xəsarət yetirə bilər. Məhkum bir balta ilə hər iki şəxsə xəsarət yetirmək niyyətinin olmasını ehtimal etmək hüquqi müəyyənlik baxımından anlaşılan deyil. “Qəsdən adam öld ürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli qərarında qeyd edilir ki, ümumi təhlükəli üsulla adam öldürmə cinayətində təqsirkar hə hansı şəxsi öldürmək istərkən şüurlu surətdə elə vasitə seçir ki, bu vasitə nəinki zərərçəkmişin həmçinin başqalarının(heç olmasa bir nəfərin) də həyatı üçün təhlükəli olur. Ümumi təhlükəli üsulla adam öldürməyə yandırmaqla, partlatmaqla, zəhərləməklə, dağıtmaqla, qəzalar törətməklə, zərərçəkmiş şəxsi öldürmək məqsədilə onun olduğu qapalı yerə qaz buraxmaqla, kütləyə nizamsız atəş açmaqla adam öldürmə hallarına aid etmək olar. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsi və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qə rarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya protesti təmin olunmadan qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 09 avqust 2018-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar