Məhkəmə qərarları › İş №1(102)-200/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-200/2020

07.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-200/2020 07.01.2020 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından AzərbaycanRespublikasıAliMəhkəməsinin CinayətKollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, müdafiəçi-vəkil Həmidov Səbuhi Maarif oğlunun iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi-vəkil Həmidov Səbuhi Maarif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: R.İ.Hüseynov (sədrlik edən və məruzəçi), C.C.Ramazanov və X.H.Səmədovdan ibarət tərkibdə) xx xxxxxx 2018-ci İl tarixli hökmü ilə, Məhkum-xx xxxxxx 1966-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2n Respublikası CM-nin 234.4.3 maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübut a yetirilmədiyindən bəraət verilmişdir. İşin halları: Elan edilmiş ittihama əsasən Məhkum ittiham olunmuşdur ki, o, qəsdən, tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroin əldə edib özündə saxlayaraq daşımış, Şəki ŞRPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2018-ci ildə saat 22:00 radələrində Şəki şəhəri, P.Manafova küçəsində saxlanılaraq Şəki ŞRPŞ-nə gətirilmiş və üstünə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sol iç cibindən "WİNCHESTR" markalı siqaret qutusunun içərisindən 16 (on altı) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,107 qr, 0,108 qr, 0,075 qr, 0,091 qr, 0,104 qr, 0,091 qr, 0,086 qr, 0,358 qr, 0,094 qr, 0,127 qr, 0,073 qr, 0,075 qr, 0,098 qr, 0,1 21 qr, 0,297 qr. və 0,155 qram olmaqla satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin külli miqdarda ümumi təmiz çəkisi 2,060 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: M.M.Hüseynov (sədrlik edən və məruzəçi), R.Ə.Əliyev və İ.H.Şükürov) apellyasiya protesti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli bəraət hökmü ləğv edilərək Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tar ixədək həbsdə olduğu 9 (doqquz) ay 14 (on dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində cəkməsi, cəzaçəkmənin əvvəli xx xxxxxx 2019-ci il tarixdən müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmündən Məhkum müdafiəçisi-vəkil Həmidov Səbuhi Maarif oğlu kassasiya şikayəti verərək həmin hökmün ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Həmidov Səbuhi Maarif oğlunun kassasiya şikayətində Azərbaycan Respublikası CPM-nin 397.3-cü maddəsinə istinad edilərək Şəki ŞRPŞ-nin sabiq rəis mü avini XXun suallarına Məhkum cavablarına dair xx.xx.2018-ci il tarixə aid səs yazısının sübut kimi qəbuledilməzliyi göstərilmişdir. Kassasiya şikayətində Məhkum küçədən deyil evinin həyətindən zorla sürüklənərək, döyülərək polis şöbəsinə aparılması, polis şöbəsində döyülərək etirafedici ifadələrin alınması, istintaq tərəfindən verilmiş müdafiəçisi X21 lazımi hüquqi yardım göstərməməsi, döyülməsi barədə məlumat versə də ona kömək göstərməməsi, birinci yoxlama zamanı etirafedici ifadələr vermədiyinə görə döyüldükdən sonra şəxsi axtarış protokolunun ikinci dəfə tərtib edilməsi, videoyazının da iki dəfə çəkilməsi göstərilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum müdafiəçisi-vəkil Həmidov Səbuhi Maarif oğlunun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayət inə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Müdafiəçi-vəkil Həmidov Səbuhi Maarif oğlunun kassasiya şikayətində Azərbaycan Respublikası CPM-nin 397.3-cü maddəsinə istinad edilərək Şəki ŞRPŞ-nin sabiq rəis müavini XXun suallarına Məhkum cavablarına dair xx.xx.2018-ci il tarixə aid səs yazısının sübut kimi qəbul edilməsinin qanunsuz olduğunu göstərilmişdir. Apelyasiya məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində dindirilmiş Şəki ŞRPŞ-nin Cinayət Axtarışı bölməsinin rəisi X8 bununla əlaqədar ifadəsində göstərmişdir ki, Məhkum cinayət işində ona istinad edilən əməli törətməsini təsdiqləyən kifayət qədər sübutlar olduğundan onlar əməliyyat işində olan CD diski sübut vasitəsi kimi istintaqa təqdim etməyə zərurət görməmişlər. Lakin, birinci instansiya məhkəməsi tərəfindən Məhkum bəraət veriləndən sonra o, həmin diskin mövcudluğunu ŞRPŞ rəhbərliyinin yadına salmış və qərara alınmışdır ki, apelyasiya məhkəməsində işə yenidən baxılanda sözügedən disk barədə ittihamı müdafiə edən dövlət ittihamçısına məlumat verilsin və lazım gələrsə həmin disk sübut vasitəsi kimi tədqiq olunması üçün apelyasiya məhkəməsinə təqdim olunsun. Cinayət işinin materiallarından müəyyən edilir ki, Məhkum xx xxxx 2018-ci il tarixdə saat 22:20-də şübhəli şəxs qismində tutulmuş, saat 22:40-dək tutma pro tokolu tərtib edilmiş, tutmadan əvvəl dövlət hesabına müddafiəçi ilə təmin edilmiş, hüquqları izah edilmişdir. Tutma protokolundakı qeydlərə əsasən saat 22:48-dək tutma barədə Şəki rayon prokuroruna və tutulmuş şəxsin anasına məlumat verilmişdir Bundan sonra mütəxəssis cəlb edilməsi barədə qərar tərtib edilmiş, mütəxəssis qismində X3 cəlb edilməsi barədə qərarın surəti Şəki rayon prokuroruna göndərilmiş və mütəxəssisə hüquqlarının izah edilməsi barədə protokol tərtib edilmişdir. Daha sonra mütəxəssis şübhəli şəxsə təqdim edilərək, ona etiraz hüququ izah edilərək etirazın olubolmaması müəyyən edilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə barədə qərar tərtib edilmişdir. Həmin qərarın surətləri Şəki rayon prokuroruna və Şəki rayon məhkəməsinə göndərilmiş dir. Bütün bu hərəkətlərin icrasına sərf edilən vaxtı nəzərə alsaq kassasiya şikayətində göstərilən tutlmadan dərhal sonra deyil 27 (35 dəqiqə deyil) dəqiqə sonra şəxsi axtarış aparılmasının obyektiv səbəbləri müəyyən edilmiş olar. Bu hal kobud qanun pozuntusu hesab edilməməsi barədə kassasiya şikayətinin dəlili əsassızdır. Həmin gün saat 23:15-də Məhkum üzərinə şəxsi axtarış və maddi sübutların götürülməsi istintaq hərkəti videoçəkilişdən istifadə etməklə aparılmağa başlanmış və xx xxxx 2018-ci il tarixdə saat 01:50-də başa çatmışdır. Bu barədə tərtib edilmiş, Məhkum və müdafiəçisi tərəfindən imzalanmış protokoldan və videoçəkilişin köçürüldüyü CD diskə baxışdan görünür ki, hər hansı formada təzyiq olmadan, bütün hüquqları geniş şəkildə izah edilməklə aparılan şəxsi axtarış zamanı Məhkum üzərində gəzdirdiyi digər əşyalarla birlikdə üzərində “WİNCHESTR” yazısı həkk olunmuş içərisində 16 ədəd gümüşü rəngli bükülü olan 1 ədəd siqaret qutusunu və üzərində “tramadol 50 mq” sözləri həkk olunmuş üç ədəd kapsulanı təqdim etmişdir. Şəxsi axtarış zamanı Məhkum üzərindən aşkar edilən 16 ədəd gümüşü rəngli bükülülərinin hər birinin içərisində heroin narkotik vasitəsi olduğunu, həmin bükümlərin bir hissəsini öz istifadəsi, digər hissəsini isə satış məqsədi ilə saxladığını göstərmişdir. Şəxsi aştarış zamanı iştirakçılar tərəfindən hər hansı irad bildirilməmiş və bu barədə protokola hər hansı qeyd edilməmişdir. Cinayət işinin 93-94-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinin təqdim etdiyi tibbi arayışda göstərilir k i, Məhkum xx xxxx 2018-ci il tarixdə saat 13:00 radələrində Şəki Penitensiar Müəssisəsinin İstintaq Təcridxanasına daxil olarkən tibbi-sanitar hissəsinin həkimləri tərəfindən müayinədən keçirilmiş, müayinə zamanı bədən səthində işgəncəyə xas olan hər hansı bir zədə və xəsarət izi aşkar edilməmişdir. Müəssisədə saxlandığı müddətdə tibbi-sanitar hissəsinə xəsarətlə bağlı müraciəti olmamışdır. Cinayət işinin materiallarında olan Məhkum anası X1 və həyat yoldaşı X4 şikayətləri əsasında Məhkum polis şöbəsində döyülməsi, ona hər hansı fiziki zor tətbiq edilməsi hallarına yol verilməsinin əsaslılığı Şəki rayon prokurorunun müstəntiqi tərəfindən araşdırılaraq belə halların mövcudluğu öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işin in 1-ci cildinin 51-ci vərəqində olan Məhkum öz xətti ilə yazılmış əlyazma izahatında saxlanması, polis şöbəsinə gətirilməsi və şəxsi axtarış zamanı üzərində narkotik vasitə aşkar edilməsi barədə müdafiəçinin iştirakı ilə izahat yazmış və müdafiəçisi ilə həmin izahatın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Bundan sonra xx xxxx 2018-ci il tarixdə Məhkum yenidən müdafiəçiyə malik olmaq, müstəqil olaraq müdafiəçi seçmək, müdafiəçinin köməyindən pulsuz istifadə etmək hüquqları izah edilmiş və o yenidən onun şübhəli şəxs qismində tutularkən və üzərinə şəxsi axtarış aparılarkən iştirak etmiş müdafiəçi Sarıyev Musa Kahov oğlunun müdafiəçi qismində iştirak etməsini istədiyini bildirmişdir. Bu hal onu göstərir ki, dövlət hesabına təyin edilmiş müdafiəçinin göstərilən proseslərdə iştirakı formal xarakterli olmamış və Məhkum ona etibar etmişdir. Cinayət işinin 1-ci cildinin 76-79-cu vəəqlərində olan Məhkum şübhəli şəxs qismində xx xxxx 2018-ci il tarixdə saat 16:20-dən 17:25-dək dindirilməsi barədə protokoldan müəyyən edilir ki, həmin etiraf ifadəsini də Məhkum öz xətti ilə özü yazmışdır. Cinayət işinin 1-ci cildinin 86-87-ci vərəqlərində olan təqsirləndirilən şəxsə müdafiəçi tutmaq hüquqlarının elan edilməsi barədə protokoldan müəyyən edilmişdir ki, Məhkum ona özünün müdafiəçi seçmək və müdafiəçinin köməyindən pulsuz istifadə etmək hüquqları elan edildikdən sonra yenidən onun hüquqlarının müdafiəçi-vəkil Sarıyev Musa Kahov oğlu tərəfindən təmin edilməsini istədiyini bildirmiş və həmin müdafiəçinin iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində tanınaraq dindirilmişdir. Etirafedici ifadələr vermiş və ona hər hansı fiziki və ya psixi təzyiq edilib-edilməməsi barədə müstəntiqin sualına cavab olaraq, saxlanılarkən, polis şöbəsinə gətirilərkən və orada saxlanılan müddətdə ona qarşı hər hansı fiziki zor və psixoloji təsir göstərilmədiyini göstərmişdir. Nəhayət cinayət işinin materialları ilə tanış olma barədə cinayət işinin 2-ci cildinin 92-ci vərəqində olan xx xxx 2018-ci il tarixli protokoldan müəyyən edilir ki, Məhkum müdafiəçisi-vəkil Sarıyev Musa Kahov oğlu ilə birlikdə cinayət işinin materialları ilə tanış olmuş və hər hansı şikayəti və vəsatəti olmaması barədə qeyd edərək protokolu imzalamışlar. İbtidai istintaq müddətində təqsirləndirilən şəxs Məhkum və ya onun müdafiəçisi Azərbaycan Respublikası CPM-nin 449.1-c i maddəsində nəzərdə tutulmuş şəxslərin təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun CPM-nin 449.3-cü maddəsində nəzərdə tutulmuş tutma və həbsdə saxlanılması, tutulmuş, həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üzrə hərəkət və qərarlarından məhkəmə nəzarəti qaydasında hər hansı şikayət verilməmişdir. Lakin birinci instansiya məhkəməsi iclasında yeni müdafiəçi Həmidov Səbuhi Maarif oğlu ilə təmsil olunan Məhkum mövqeyini dəyişmiş, özünü elan edilmiş ittihamda təqsirli bilməmiş, ibtidai istintaq müddətində etiraf ifadələrini təzyiq altında verdiyini göstərmişdir. Lakin onun təzyiq altında etirafedici ifadələr verməsi cinayət işinin materialları ilə təsdiq edilməmişdir. Cinayət işinə baxmış birinci instansiya məhkəməsi bu halları tam hərtərəfli araşdırmadan Məhkum barəsində bəraət hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadələr elan edilib tədqiq edilməmişdir. Apellyasiya instansiya məhkəməsi bu pozuntuları aradan qaldırmışdır. Azərbay can Respublikası CPM-nin 397.3-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı zamanı aşağıdakı hallardan ən azı biri mövcud olduqda apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni sübutlar tədqiq edilir: 397.3.1. cinayət prosesinin iştirakçıları yeni sübutların birinci instansiya məhkəməsinə təqdim edilməməsini onlardan asılı olmayan səbəblərlə əsaslandırdıqda; 397.3.2. birinci instansiya məhkəməsi bu sübutların tədqiqini obyektiv səbəb olmadan rədd etdikdə. Cinayət işinin materiallarındn görünür ki, Məhkum təqsirləndirilməsinə dair ittiham aktı birinci instansiya məhkəməsinə göndərilərkən toplanmış sübutların məcmusu ilə Məhkum cinayət törətməkdə öz təqsirini etiraf etməsi təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi məhz onun etiraf ifadəsi gö türülmüşdür (CPM-nin 126.6-cı maddəsi). Ona görə də həmin mərhələdə cinayət təqibi üzrə toplanmış və ittiham aktına əlavə edilmiş sübutların məcmusuna Məhkum etiraf ifadəsi ilə birlikdə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsi barədə ittiham tərəfin mövqeyi əsassız deyildir. Ona görə də həmin mərhələdə sonradan apellyasiya instansiya məhkəməsinə təqdim olunmuş Məhkum etifar ifadələrinə dair səs yazısına ehtiyac olmadığından əməliyyataxtarış işində olan həmin sübut ittiham üzrə sübutların toplanmasını həyata keçirən müstətiqə təqdim edilməməsi barədə arqumentlər də təkzib edilmir. Məhkum özü onunla aparılmış sorğuların səs yazısının hər hansı yolverilməz şəraitdə alınması barədə ifadələr verməmişdir. Həmin səs yazısının tədqiqi ekspertizası zamanı K1 kimi işarə olunmuş diktorun səsinin və nitqinin Məhkum aid olduğu təsdiq edilmişdir. Göstərilənlərə əsasən həmin sübutun birinci instansiya məhkəməsinə təqdim edilməməsinin səbəbi Azərbaycan Respublikası CPM-nin 397.3.1-ci maddəsində nəzərdə tutulmuş əsasa uyğundur. Yəni ittiham tərəfin nümayəndəsinin (müstəntiqin, dövlət ittihamçısının) Məhkum səs yazısı olan sübutu birinci instansiya məhkəməsinə təqdim etməməsi onlardan asılı olmayan səbəblərlə əlaqədar olmuşdur. Ona görə də həmin sübutun apellyasiya instansiya məhkəməsi tərəfindən qəbul edilməsi Azərbaycan Respublikası CPM-nin 397.3.1-ci maddəsinin mənasına uyğundur. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin Vİİ-ci bəndində təsbit edilmişdir ki, Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2009-cu il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 397.2-ci maddəsinin ikinci cümləsində apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanununvericiliyin normalarına riayət olunmasının yoxlanılması kontekstində «apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq» sözlərindən istifadə olunması mövcud Konstitusiya və qanunvericiliyin normalarının ruhuna zidd deyil. Belə ki, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməsini və ya ləğv olunaraq əvəzinə yeni qərar qəbul edilməsini yalnız qanunla müvəkkil olunmu ş cinayət prosesinin iştirakçıları tələb etməli olsa da, prosessual qanun apellyasiya instansiyası məhkəməsinin üzərinə apellyasiya icraatı zamanı apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanılması vəzifəsini qoyur (CPM-in 397.2-ci maddəsi). Bu vəzifə təkcə apellyasiya icraatının deyil, həm də bütövlükdə ədalət mühakiməsinin təbiəti ilə bağlıdır. Həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Təsadüfi deyildir ki, Konstitusiyamıza edilmiş son mühüm dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir ( 125-ci maddənin Vİİ hissəsi). Qərarda daha sonra şərh edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 39 7.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. CPM-in 397.2-ci maddəsinin ikinci cümləsi hüquq tətbiqedənlər arasında olan mübahisələrə yalnız o hallarda yol aça bilər ki, yuxarı məhkəməyə apellyasiya müraciəti məhkum edilmiş şəxs tərəfindən deyil, onun ziyanına dövlət ittihamçısı (xüsusi ittihamç ı) tərəfindən verilmiş olsun. Belə ki, apellyasiya müraciəti ittihamçı tərəfindən müstəqil olaraq və ya məhkum edilmiş şəxsin şikayəti ilə bir vaxtda verildiyi halda adətən həmin şəxsə birinci dəfədən fərqli olaraq daha ağır cəzanın verilməsi ehtimalı yaranır. Bundan istisna yalnız o halda mümkündür ki, ittihamçının apellyasiya müraciəti həddindən artıq sərt hesab etdiyi birinci instansiya məhkəməsi hökmünün yüngülləşdirilməsi ilə əlaqədar olsun. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən Məhkum səs yazısı olan CD diski sübut kimi qəbul edilməsində qanunun tələbinin kobud pozuntusuna yol verilməmişdir. Həmin faktla baqlı Şəki ŞRPŞ-nin sabiq rəis müavini XXun apellyasiya məhkəmə iclasında dindirilməsi mümkün olmamışd ır. Apellyasiya instansiya məhkəməsi iclasında şahid qismində ifadə verən Şəki ŞRPŞ-nin Cinayət Axtarış bölməsinin rəisi X10 ifadəsində göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə X16 ŞRPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini XXun onu qəbul etməsini xahiş etmiş və Məhkum Q.İsmayılovun yanına aparılmışdır. Məhkəmə iclasında iştirak edın Məhkum şahidin bu ifadəsinə etiraz etməmişdir. Beləliklə məhkəmə iclasında Məhkum Şəki ŞRPŞ-nin Əməliyyat işləri üzrə rəis müavini XXun suallrına cavab verməsinə dair səs yazısının mənbəyinin təfərrüatları arşdırılmışdır. Həmin səs yazısında göstərilənlər cinayət işinin ibtidai istintaqı zamanı toplanmış sübutların məzmununa uyğundur, həmin sübutların mötəbərliyini təsdiq edir. Ona görə də həmin sübutun mümkünsüzlüyü barədə kassasiya şikayətinin dəlilləri əsassız hesab edilir. Daha sonra kassasiya şikayətində Məhkum küçədən deyil evinin həyətindən zorla sürüklənərək, döyülərək polis şöbəsinə aparılması, polis şöbəsində döyülərək etirafedici ifadələrin alınması, istintaq tərəfindən verilmiş müdafiəçisi X21 lazımi hüquqi yardım göstərməməsi, döyülməsi barədə məlunmat versə də ona kömək göstərməməsi, birinci yoxlama zamanı etirafedici ifadələr vermədiyinə görə döyüldükdən sonra şəxsi axtarış protokolunun ikinci dəfə tərtib edilməsi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən dəlillərin mötəbərliyi Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən tam, hərtərəfli və obyektiv aradırılaraq onlara hüquqi qiymət verilmiş, əksər hallarda ehtimal və subyektiv mülahizə xarakterli həmin dəlillər təkzib edilmişdir. Məhkəmə k ollegiyası həmin dəlillərə apellyasiya instansiya məhkəməsi tərəfindən verilmiş qiymətlərlə razılaşaraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə, təqsirsizlik prezumpsiyası və ədalətli məhkəmə araşdırması hüquqlarının kobud pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəy işdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Həmidov Səbuhi Maarif oğlu kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli hökmü müdafiəçinin kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar