Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-200/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsin in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Anar İbrahimov) xx xxxxxx 1989-cu il tarixdə İmişli rayonunun Nurulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum ünvan1 yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılmas ı cəzasına məhkum edilmiş, barəsində CM-nin 67.1-ci maddəsi tətbiq olunaraq, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 09.06.2020-ci il tarixli, 1(010)106/2020 saylı hökmü ilə təyin olunmuş 08 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının məhkəmə hökmü çıxarıldığı tarixədək çəkilməmiş 05 ay 08 gün hissəsi yeni hökmlə təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, üzərində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, 17.09.2020-ci il tarixdən 17.02.2021-ci il tarixədək tutulduğu 05 ay müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, 10 ay ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətinə a zadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, cəzasının əvvəli Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti əsasında işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarı ilə (sədrik edən hakim V.Ə.Mursaqulov, hakimlər M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyasiya protesti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2 021-ci il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında razılaşmaya uyğun olaraq 01 sentyabr 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində üç dəfəyə Zərərçəkmiş şəxs2 məxsus,ünvan1 küçəsində olan, bir tərəfi açıq, bir tərəfi daş hasarla bağlı olan, müşahidə kameraları ilə təchiz olunmuş həyətə daxil olaraq, oradan bir ədədinin dəyəri 6 manat olan ümumilikdə 360 manat dəyərində 60 ədəd 76 diaqonallı dəmir boruları və bir ədəd 200 manat dəyərində dəmir çərçivəni vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 560 manat məbləğdə maddi ziyan vurmaqla oğu rluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 sentyabr 2020-ci il tarixdən 08 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 məxsus, ünvan 1 ünvanda yerləşən mənzilin həyətyanı sahəsinə çəkilmiş daş hasardan qanunsuz olaraq başqa saxlanc yerinə həyətə daxil olub, həyətdə olan zirzəminin qapısını vurub sındıraraq içəri daxil olub, oradan sonuncuya məxsus bir ədəd 300-400 litr tutumlu plastmas materialdan 150 manat dəyərində çən, 700 manat dəyərində 400 metr uzunluğunda elektrik naqili, həyətdən 1.000 manat dəyərində iki ədəd dəmir borunu, evin qarajından bir ədəd 50 manat dəyərində perforator, bir ədəd 50 manat dəyərində laqunda, bir ədəd 30 manat dəyərində drel, bir ədəd 100 manat dəyərində qaynaq aparatı, iki ədəd 100 manat dəyərində kompüter üçün GPS, bir ədəd 20 manat dəyərində əl arabası, bir ədəd 20 manat dəyərində vanna, bir ədəd 50 manat dəyərində dəmir qaz sobası və evin 110 manat dəyərində 11 ədəd pəncərəsi üçün plastikdən olan torları gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 2.380 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının qərarı Təqsirləndirilən şəxs cəza təyini hissəsində əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, məhkum Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrindən görünür ki, o, zərərçə kmiş şəxslərdən olan Zərərçəkmiş şəxs2 məxsus əmlakın oğurlanması epizodu üzrə yaşayış sahəsinə vahid niyyətlə üç dəfəyə qabaqcadan əlbir olub bir qrup şəxs halında, bundan başqa digər Zərərçəkmiş şəxs1 Rafıkoviçə məxsus yaşayış sahəsinə də qanunsuz daxil olaraq oradan müxtəlif əşyalar oğurlamışdır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, o, bir epizod üzrə, yəni Zərərçəkmiş şəxs2 məxsus yaşayış sahəsinə vahid niyyətlə üç dəfəyə qanunsuz daxil olmaqla, digər epizod üzrə isə tək halda və əmlakların olduğu yerin qapısını vurub sındırmaqla qanunsuz daxil olmaqla törətmişdir. Bununla da, məhkum Təqsirləndirilən şəxs cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə qanunsuz olaraq yaşayış sahələrinə daxil olarkən qarşısına insanların çıxa biləcə yi riskini göz önünə almış, niyyətinə çatmaq üçün bilə-bilə qanunsuz hərəkətlərini 2 epizod üzrə davam etdirməklə, öz əməl və şəxsiyyətinin təhlükəliliyini nümayiş etdirmişdir. Həmçinin, məhkəmə-istintaq təcrübəsindən də məlumdur ki, bir çox hallarda evdə heç kimin olmadığını düşünərək yaşayış sahəsinə sadəcə oğurluq məqsədi ilə girən şəxslər öz niyyətlərinə çatmaq üçün qarşılarına çıxan ev sahibinə qarşı şəxsiyyət və sağlamlıq əleyhinə daha ağır cinayət törədirlər. Qanunverici məhz bu səbəbdən “qabaqcadan əlbir olan bir qrup şəxs”, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə” tövsifedici əlamətlərini sadə oğurluq əməlindən fərqləndirmişdir. Bundan başqa, iş üzrə Zərərçəkmiş şəxs1 Rafıqoviç məhkəmə baxışı zamanı oğurluq nəticəsi ndə ona vurulmuş maddi ziyanın ödənilmədiyini və bu səbəbdən şikayətçi olduğunu bildirmişdir. Hazırki iş üzrə də Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanmış əmlakların dəyərinin ödənilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi belə bir vacib halı nəzərə almadan Təqsirləndirilən şəxs yüngül cəza təyin etmiş, apelyasiya məhkəmə kollegiyası da bu cür vacib hala heç bir qiymət vermədən hökmü qanunsuz olaraq qüvvədə saxlamışdır. Yəni, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs yüngül cəza təyin edərkən, apelyasiya məhkəmə kollegiyası isə həmin cəzanı qüvvədə saxlayarkən törədilmiş cinayətlər nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanların ödənilməməsi xüsusatına əhəmiyyət verməmişlər. Həmçinin, məhkum Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ölkə ərazisində karanti n rejimi olduğundan iş tapa bilməmiş, ona görə oğurluq etmək qərarına gəlmişdir, bu hal Təqsirləndirilən şəxs şəxsiyyətinin cinayətkar fəaliyyətə meyilli olduğunu göstərir. Məhkəmələr cəza təyini zamanı bunu da nəzərə almamışlar. Bütün bunlar Təqsirləndirilən şəxs əməlinin və şəxsiyyətinin yüksək ictimaitəhlükəli olmasına, onun kriminal meyllərin təsirindən çəkinməməsinə, ictimai-təhlükəli vərdişlərinin davamlı olmasına, əvvəlki cəzanın islahedici təsirinin yetərli olmamasına dəlalət edən hallardır və bu da onun barəsində daha sərt cinayət-hüquqi tədbirlərin tətbiqini zəruri edir. Bundan başqa, məhkəmə “səmimi peşmançılıq” anlayışına hüquqi müstəvidən qiymət verməmişdir. Belə ki, İlkin Ələkbərovun ifadələrində “əməlimdən səmimi peşmanam” deməsi heç də hüquqi müstəvidə “səmimi peşmançılıq ” anlayışını ehtiva etmir. Birinci instansiya məhkəməsi cəza təyin edərkən təqsirləndirilən şəxsin cinayətini etiraf edib səmimi peşmançılıq çəkməsi halının nədə ifadə olunması və nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində açıqlamamış, apelyasiya məhkəmə kollegiyası da qeyd olunan hala yekun qərarda heç bir münasibət göstərməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni baxışa təyin edilməsi barədə qərar qəbul edilməs ini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassa siya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərar ının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya protestində məhkum edilmiş şəxsin əməlinin hüquqi tövsifi məsələsi mübahisələndirilməsə də işə baxan məhkəmələr tərəfindən məhkumun barəsində əsassız olaraq yüngül cəza təyin edilməsinə istinad edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilərək cinayət işinin apellyasiya məhkəməsində yenidən baxışa təyin edilməsi barədə qəbul edilməsi xahiş edilmişdir. Bununla da, ittiham tərəfi protestdə göstərdiyi halları məhkəmə hökmünün kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protest ini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü təqsirli bilərək cəza təyini zamanı törətdiyi əməlləri etiraf etməsini, səmimi peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslərdən birinin şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdırıcı halların olmamasını, həmçinin cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə aldığını qeyd etərək azadlığın məhdudlaşdırılması cəzası təyin etmək qərarına gəlmişdir. Apellyasiya instansiya m əhkəməsi öz növbəsində Təqsirləndirilən şəxsn cəza tətininə dair apellyasiya protestinin dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli hökmü məhkum Təqsirləndirilən şəxs cəza təyini hissəsində ləğv edilməli, cinayət işi həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinay ət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə təbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törə dilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.161.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası CPM-nin 139.0.5-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institu tlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən dövlət ittihamçısının kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, kassasiya protestinin əsaslı olduğu müəyyən edilir. Dövlət ittihamçısının kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngül olduğu və törədilmiş olan əməlin ədalətli hüquqi nəticəsi olmadığı iddia edilmişdir. Həmin dəlillər dövlət ittihamçısı tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş, apellyasiya məhkəməsi protesti təmin etməmiş, apellyasiya protestinin məhkuma cəza təyin edilməsi ilə dəlillərinə səthi yanaşmış, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Məhkəmə qərarlarından müəyyən olunur ki, məhkuma cəza təyin edilərkən CMnin 8, 41, 58-ci maddələri formal surətdə sadalamaqla cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, uyğun olduğu göstərilsə də, təyin olunmuş cəzanın törədilmiş cinayətin xarakterinə - yəni keyfiyyət göstəricisinə və ictimai təhlükəlilik dərəcəsinə - yəni kəmiyyət göstəricisi ilə məhkəmələrin nə kimi uyğunluq tapdıqlarını müəyyən etmək mümkün deyil. Bundan əlavə otuz üç yaşlı (T əqsirləndirilən şəxs 1989-cu il təvəllüdlü) şəxsin gəncliyini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasının əsaslarını məhkəmə qərarı ilə müəyyən etmək mümkün deyil. Aydın məsələdir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən məcəllədə nəzərdə tutulmamış başqa hallarda cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Lakin belə olduğu bütün hallarda məhkəmə həmin halların cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığını əsaslandırmalıdır. Qeyd edilən tövsiyyə "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 4-cü bəndində də öz əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin məhkumun zərərçəkmiş şəxslərdən yalnız birinə ən az zər ər vurduğu şəxsə dəymiş ziyanı ödəməsini, dıgər zərər çəkmiş şəxslə barışmağa cəhd belə göstərməməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməməsinin, cəza təyini zamanı nəzərə alınmaması barədə protestin dəlillərini də əsaslı hesab edir. Mübahisəsizdir ki, cinayət qanunvericiliyi cəzanı ağırlaşdıran halların dairəsini dəqiq müəyyənləşdirərək onun genişəndirilməsini qadağan edir. Lakin, eyni zamanda həm qanunvericilik, həm də uzun müddət formalaşmış məhkəmə təcrübəsi məhkumun zərərçəkmiş şəxslə barışıq əldə etməsinə, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsinə cəhd göstərməsinə belə cəza təyini zamanı nəzərə alınmalı hallar kimi xüsusi önəm verir. (CM-nin 59.1.11, 59.1.12, 59.1.13, 59.1.14, 60.1-ci maddələri). Bunlardan əlavə, cinayət işinin materiallarına əlavə edilmiş məhkumluğa dair tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 09.06.2020-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 77.2.3-cü maddələri ilə təqsirli bilinərək, 08 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əvvəl də analoji, yəni “təkrar və aşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil lmaqla” oğurluq cinayəti törətmiş, bu əməlinə görə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmaqla ona humanist mövqedən yanaşılmışdır. Lakin o, çəkilməmiş cəzasının olduğunu bildiyi halda buna əhəmiyyət vermədən yenidən eyni növ cinayət törətmişdir. Bütün bunlar Təqsirləndirilən şəxs əməlinin və şəxsiyyətinin yüksək ictimai-təhlükəli olmas ına, onun kriminal meyllərin təsirindən çəkinməməsinə, ictimai-təhlükəli vərdişlərinin davamlı olmasına, əvvəlki cəzanın islahedici təsirinin yetərli olmamasına dəlalət edən hallardır. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Bu baxımdan məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanı ədalətli hesab etmir. Qeyd olunan cinayət-hüquqi normaların pozulması ilə cəzanın təyin edilməsi məhkəmələrin məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini, işin yeni apellyasiya baxışına təyin edilməsini tələb edən Cinayət-Prosessual Məcəllənin 416.1.21ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verdiklərini göstərir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin edilməsi barədə qərar qəbul etməyə haqlıdır. Odur ki, apellyasiya məhkəməsinin hökmü məhkum Təqsirləndirilən şəxs cəza təyini hissəsində əsassız olduğundan həmin hissədə ləğv edilməli, kassasiya protesti isə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 aprel 2021-ci il tarixli hökm ü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilməsi hissəsində ləğv edilsin və cinayət işinin həmin hissədə apellyasiya instansiya məhkəməsində yenidən baxılması təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-200/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-200/2022
19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver