Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-200/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs X15 və onun müdafiəçisi Bakı şəhəri Kredo Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə 17 mart 1994-cü il tarixdə İsmayıllı rayonu Xənəyə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhk umluğu olmayan, İsmayıllı rayonu Xənəyə kəndində qeydiyyatda olmaqla yaşayan, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, 02 mart 1992-ci il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, himayəsində 4 (dörd) azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2020-ci il tarixli 1(107)-93/2022 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəf indən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 1(091)-117/2021 nömrəli (hakimlər: R.Əliyev (sədrlik edən), B.Məmmədov və N.Mirzəyev) X15 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlilikləri sübuta yetirilmədiyindən bəraət verilmiş, barələrində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilmiş və onlar məhkəmə iclas zalında həbsdən azad edilmişlər. Birinci instansiya məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı Fuad Musayev tərəfindən apellyasiya protesti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.M.Eyvazov (sədrlik edən), E.Ş.Hüseynov və İ.H.Şükürov) apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittiham əsasən X15 tanışı X11 ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaq və satmaq barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə X birlikdə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1370 qram çəkidə çətənə (kannabis) bi tkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib sonuncunun yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinə daşıyaraq gizlədib saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 22:30 radələrində X aralarında olan razılaşmaya əsasən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın külli miqdar təşkil edən 1150 qram çəkidə olan hissəsini və narkotik vasitənin çəkilməsi üçün istifadə etdikləri elektron tərəzini göy rəngli polietilen torbaya qoyaraq daşıyıb İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində ona vermiş, aralarında olan rol bölgüsünə əsasən o, həmin narkotik vasitənin satışından əldə olunacaq puldan 500 manatını X verməyi öhdəsinə götürmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın 220 qram çəkidə olan hissəsini isə X yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisində gizlədərək saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 22:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İdarəyə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o və X13 rayonunun Kürdmaşı kəndində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərlərində şəxsi axtarış aparılarkən onun əlində saxladığı bir ədəd göy rəngli polietilen bağlamadakı bir ədəd sellefan torbadan külli miqdarda, 1150 qram çəkidə tərkibində narkotik maddələ r olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2020-ci il tarixdə, saat 15:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin baş müstəntiqi, polis polkovnik leytenantı X9 tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 dekabr 2020-ci il tarixli 5(005)-1050/2020 nömrəli qərarı əsasında X10 rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evdə axtarış aparılarkən evin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisindən 1 ədəd ağ rəngli polietelin paketdə, şəxsi istehlak miqdar ından artıq miqdarda, 220 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin ibtidai araşdırma orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, X11 tanışı X15 ilə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamaq və satmaq barədə razılaşaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Xla birlikdə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 1370 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinə daşıyaraq gizlədib saxlamış, aralarında ola n razılaşmaya əsasən xx.xx.2020-ci il tarixdə, saat 22:30 radələrində satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə qurudulmuş marixuananın külli miqdar təşkil edən 1150 qram çəkidə olan hissəsini və narkotik vasitənin çəkilməsi üçün istifadə etdikləri elektron tərəzini göy rəngli polietilen torbaya qoyaraq daşıyıb İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində XXXa vermiş, aralarında olan rol bölgüsünə əsasən X həmin narkotik vasitənin satışından əldə olunacaq puldan 500 manatını ona verməyi öhdəsinə götürmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri narkotik vasitə olan qurudulmuş marixuananın 220 qram çəkidə olan hissəsini isə o, yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən evinin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir soba nın içərisində gizlədərək saxlamış, xx.xx.2020-ci il tarixdə, saat 22:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən İdarəyə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o və X14 rayonunun Kürdmaşı kəndində saxlanılaraq ünvan 1 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunub üzərlərində şəxsi axtarış aparılarkən Cəmil Əhmədovun əlində saxladığı bir ədəd göy rəngli polietilen bağlamadakı bir ədəd sellefan torbadan külli miqdarda, 1150 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan bir ədəd elektron tərə zi aşkar edilərək götürülmüş, həmçinin xx.xx.2020-ci il tarixdə, saat 15:45-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinin baş müstəntiqi, polis polkovnik-leytenantı X9 tərəfindən Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 19 dekabr 2020-ci il tarixli 5(005)-1050/2020 nömrəli qərarı əsasında onun İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evdə axtarış aparılarkən evin zirzəmisində, toyuq hini kimi istifadə edilən yerdə olan dəmir sobanın içərisindən 1 ədəd ağ rəngli polietelin paketdə, şəxsi istehlak miqdarından artıq miqdarda, 220 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək göt ürülmüşdür. Birinci instansiya məhkəməsi X15 və X11 tərəfindən yuxarıda təsvir edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsinin, daşınmasının və saxlanmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, onlara Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla X8 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirli olmaları kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq X-un və XXX-in özünümüdafiə xarakterli ifadələri əsasında təqsirliliklərinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib onlara bəraət vermişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli, 1(107)-93/2022 nömrəli qərarı ilə, apelyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşma ilə düzgün olmayan nəticəyə gəlmişdir. Halbuki təqsirləndirilən şəxs X özü məhkəmə ifadələrində göstərmişdir ki, aşkar edilmiş narkotik vasitə 450 qram qurudulmuş marixuana onun olmuş, həmçinin aşkar edilmiş tərəzi də ona məxsus olmuşdur. Dövlət ittihamçısı ka ssasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 27 iyul 2022-ci il tarixli, 1(107)-93/2022 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsini n 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X8 və X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, onlara həmin maddələrlə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaq ələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessul Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yeti rilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instansiya məhkəməsi gəlmiş olduğu və apellyasiya instansiyası məhkəməsi onunla razılaşdığı nəticəyə görə, X8 və X5 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə 1150 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaları, saxlamaları, həmçinin X10 rayonunun Kür dmaşı kəndində yerləşən yaşadığı evdə 220 qram qurudulmuş marixuananın aşkar edilməsi sübuta yetirilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Cinayət təqibi orqanı X8 və X5 onlara istinad edilən əməlləri törətmələrinə dair ittihamı həmin şəxslərin ibtidai istintaqda verdikləri etirafedici ifadələri, onlardan 1150 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” 17 dekabr 2020-cı il tarixli protokol, həmçinin X10 rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evdən 220 qram qurudulmuş marixuananın götürülməsinə dair “axtarış aparılması barədə” 23 dekabr 2020-cı il tarixli protokol, həmi n tədbirlər nəticəsində götürülmüş maddi sübutlarla və onların həyata keçirilməsində iştirak etmiş polis əməkdaşlarının və hal şahidlərinin ifadələri ilə, eləcə də məhkəmə ekspertizalarının rəyləri ilə əsaslandırmışdır. Lakin, birinci instansiya məhkəməsində cinayət işinə baxılarkən X15 və X11 məhkəməyədək icraatda “etirafedici” ifadələri polis əməkdaşlarının qanunsuz təsir və təzyiqlərinə görə verdiklərini, faktiki tutulub polis idarəsinə gətirilmələrinə baxmayaraq, bundan irəli gələn prosessual hüquqlarına əməl olunmadığını, üzərilərində 1150 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsə də, narkotik vasitələrin aşkar edilməsini rəsmiləşdirən sənədlərə imza etməyə məcbur edildiklərini göstərmişlər. X3 əlavə olaraq məhkəmə iclasında Cəmilin əlində t utduğu və evində aşkar olunan marixuananın ona məxsus olmadığını, evində küçədən tapdığı 400 qram narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Məhkəmədə müəyyən edilmişdir ki, həqiqətən də C.N.Əhmədov və C.Şahid7 16 dekabr 2020-cı ildə saat 22.30-da (tutma haqqında qərarda göstərilmiş saat) yaşadıqları İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində Baş Narkotiklərlə Mübarizə idarəsinin əməkdaşları tərəfindən tutulduqları halda, onların şübhəli şəxs qismində tutulmaları müvafiq olaraq 17 dekabr 2020-cı ildə saat 00.50-də və 01.10-da rəsmiləşdirilmişdir. Yəni, təxminən 2 saat artıq müddət ərzində həmin şəxslər prosessual statusları müəyyən edilmədən (özbaşınalığın istisna edilmədiyi şəraitdə), tamamilə polis əməkdaşlarının nəzarəti altında olmuşlar. Digər tərəfdən X8 və Şahid7 yaşadıq ları İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində saxlanılmalarına baxmayaraq üzərilərində “şəxsi axtarış və götürmə”-nin həmin yerdə deyil (ən azından İsmayıllı rayon Polis Şöbəsində), oradan təxminən 150-180 km aralıqda olan Bakı şəhərinə yerləşən Baş Narkotiklərlə Mübarizə idarəsinin inzibati binasında keçirilmiş və ittiham tərəfindən şəxsi axtarışın şübhəlilərin saxlanıldıqları yerdə keçirilməsini istisna edən halların olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmələr məhz göstərilən haldan çıxış edərək X8 və Şahid7 polis əməkdaşlarının nəzarəti altında təxminən 2 saat müddət ərzində qət edilən yolda içərisində narkotik vasitə olan sellofan torbanı əlində saxlamalarına şübhə ilə yanaşmışlar. X10 rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evdən 220 qram narkotik v asitə olan marixuananın aşkar edilməsinə münasibətdə, məhkəmədə müəyyən edilmişdir ki, X10 rayonunun Kürdmaşı kəndində yerləşən yaşadığı evində keçirilmiş “axtarış aparılmasın”da hal şahidi qismində iştirak etmiş Şahid5 dəfələrlə oxşar işlərdə (4 işdə) hal şahidi qismində, hətta əməliyyat müvəkkili Şahid1 (hazırkı iş üzrə əməliyyat qrupunun rəhbəri) tərəfindən keçirilən əməliyyat tədbirinin birində şərti alıcı qismində iştirak etmiş, yəni CinayətProsessual Məcəllənin 94.1-ci maddəsinin hal şahidinə qarşı irəli sürdüyü tələbə (“cinayət prosesində şəxsi marağı olmayan şəxs” meyarına) cavab verməmişdir. Bu cür (yəni, Cinayət-Prosessual Məcəllənin 147.4, 153.1,153.2-ci maddələrindən irəli gələn prosessual hüquqları təmin edilmədiyi üçün onların “etirafedici” ifadələrinin mötəbərliyinə ciddi şü bhələr olduğu; “şəxsi axtarış və götürmə”, “axtarış aparılması barədə” kimi tədbirlər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun, CPM-in 246, 247-ci maddələrinin tələblərinin pozulması ilə keçirildiyi) vəziyyətdə məhkəmələrin X8 və X5 məhkəməyədək icraatda verdikləri izahat və ifadələri, 17 dekabr 2020-cı il tarixli “şəxsi axtarış və götürmə barədə”, 23 dekabr 2020-cı il tarixli “şəxsi axtarış ” protokollarını, bu tədbirlərin gedişində əldə olunanları sübut kimi qəbul etməmələri cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər təl əblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxl anılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlara – şahid qismində dindirilmiş polis əməkdaşlarının, hal şahidlərinin ifadələrinə, məhkəmə ekspertizalarının rəylərinə gəldikdə, hal şahidlərinin, polis əməkdaşlarının ifadələri müstəsna olaraq X8 və Şahid7 barəsində keçirilmiş əməliyyat-axtarış tədbirlərinin gedişində baş verənlərə aid olmaqla, ekspert r əyləri isə narkotik vasitələrin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdrməklə, bilavasitə cinayət əməlləri - X15 və X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dəlalət edə biləcək (əməliyyat-axtarış tədbirlərinin əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermirlər. Digər tərəfdən kassasiya protestində istinad olunan X5-in evində 400-450 qram marixuananın olması barədə etiraf edici ifadələrinə münasibətdə bildirilir ki, qeyd olunan xüsusata tam aydınlıq gətirilməsi və obyektiv qiymət verilməsi üçün apellyasiya məhkəməsi tərəfindən iş üzrə maddi sübut 1149,75 qram çəkidə olan qurudulmuş marixuana cinayət təqibini həyata keçirən orqandan tələb olunmuş və iş üzrə təkrar məhkəmə bioloji ekspertizası (1149,75 qram çəkidə olan qurudulmuş marixuana eyni t ərkibli olub-olmaması barədə) təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şəki Regional Bölməsindən verilmiş 26 may 2022-ci il tarixli, 17/370 saylı rəyinə əsasən Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız torbanın içərisindəki 01 (bir) ədəd rəngli sellofan torbada, təmiz çəkisi-1149,75 qram olan bitki mənşəli kütlə eyni növə aid olan narkotik tərkibli çətənə (kannabis) bitkisinin müxtəlif hissələrindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu bir daha təsdiq olunmuşdur. Belə olan halda apellyasiya məhkəməsi haqlı olaraq Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci, 137-ci və 126.6-cı maddələrinin tələblərinin tələblərindən çıxış edərək 17 dekabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində əldə edilmiş sübutları əhəmiyyətsiz sübut kimi qiymətləndirib, bundan irəli gələrək X5-in vermiş olduğu ifadəsinin isə iş üzrə digər sübutların məcmusu ilə təsdiq edilmədiyinə istinad edərək ona qarşı ittihamın əsası kimi qəbul etməmişdir. Göstərilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin təqdim olunmuş sübutların X8-i və X5-i onlara istinad edilən cinayət əməllərini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onların təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prins ipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli v ə ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). X5 və X8 verdikləri məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonunculara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticələrlə razılaşması cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxs in xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.1 - 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun, habelə kassasiya protestinin təmin edilməməsinə dair bəraət almış şəxs X8un və sonuncunun müdafiəçisi Müdafiəçi1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X8 və X5 barələrində olan 27 iyul 2022-ci il tarixli, 1(107)-93/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Dövlət ittihamçısı Cabbarlı Bəhruz Qənbər oğlu tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X8 və X5 barələrində olan 27 iyul 2022-ci il tarixli, 1(107)-93/2022 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-200/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-200/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver