Məhkəmə qərarları › İş №1(102)-200/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-200/2025

31.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-200/2025 31.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum1 müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Mustafayev Muxtar Nağı oğlunun iştirakları ilə xx xxxxxx 1965-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMC-nin direktoru işləmiş, ünvan 1 ünvanında qeydiy yatda olan və ünvan 2nvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 308.2 və 313-cü maddələri ilə x xxxx 1964-cü ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, "xxxx" MMCnin təsisçisi-faktiki rəhbəri, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4nvanında yaşamış, hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 avqust 2024-cü il tarixli 1(103)-675/2024 nömrəli qərarından dövlət ittihamçısı, Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ələkbərov Anar Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(101)-92/2023 nömrəli hökmü ilə (hakimlər: E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Məhkum1 Azərbaycan Respublikası CM-in 313 və 308.2ci maddələri ilə cəza təyin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən, eyni cinayət hadisəsi üzrə dələduzluq epizodlarına görə Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksi yasında nəzərdə tutulmuş maksimum həddə, yəni 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, hazırkı iş üzrə Məhkum1 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsinin mümkünsüzlüyü nəzərə alınmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə CM-in 66.5-ci maddəsinə uyğun olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınmışdır. Məhkum1 t əyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 18 avqust 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinmiş, Azərbaycan Respublikası CM-in 75.1.1 və 75.1.2-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyinə görə Məhkum2 Azərbaycan Respublikası CM-in 313 və 308.2ci maddələri ilə cəza təyin olunmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən, eyni cinayət hadisəsi üzrə dələduzluq epizodlarına görə Məhkum2 Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tut ulmuş maksimum həddə, yəni 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən, hazırkı iş üzrə Məhkum2 CM-in 178.3.2-ci maddəsi ilə cəza təyin edilməsinin mümkünsüzlüyü nəzərə alınmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyul 2018-ci il tarixli hökmünə əsasən təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən, Məhkum2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə CM-in 66.5-ci maddəsinə uyğun olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınmış, Məhkum2 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ü mumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının 18 avqust 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. İş üzrə zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və X1 təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Məhkum1 və Məhkum2 qarşı mülki iddiaları baxılmamış saxlanılmış, Zərərçəkmiş şəxs1 və X mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmuşdur. Məhkəmənin həmin hökmündən məhkum olunmuş şəxs Məhkum1 və onun müdafiəçisi tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli 1(103)675/2024 nömrəli qərarı ilə (hakimlər: E.Ə.Mehdiyev (sədrlik edən), E.Z.Əliyev və F.İ.Əyyubov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cin ayətlər Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli 1(101)-92/2023 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum1 CM-in 178.3.2-ci maddəsi üzrə verilmiş ittihamın “Məhkum1 "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrarən digər şəxsə satılması ilə əlaqədar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, ünvan 6ci məhəllədə yerləşən bir girişli 60 m ənzilli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 27 nömrəli mənzilin 80000 (səksən min) manat müqabilində Şahid2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə cəmiyyətin direktoru Məhkum2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Şahid2 tərəfindən tam ödənilməsinə baxmayaraq, 2011ci ilin iyun ayında cinayətdən xəbərsiz X4 vasitəsilə mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Məhkum2la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs1 mənzilin ona satılması adı ilə xx. xx.2011-ci il tarixdə cəmiyyətin ünvan 5 ünvanında yerləşən ofisində 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitini alıb Məhkum2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2011-ci il tarixli 59 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 92000 (doxsan iki min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli 67 nömrəli kassa mədaxil orderi qəbzinin qabaqcadan əlbir olduğu cəmiyyətin direktoru Məhkum2 tərəfindən imzalanmasını və MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs1 təq dim olunmasını təmin edib” epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi üçün həmin epizod üzrə cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs Məhkum1 CM-in 178.3.2-ci maddəsi üzrə verilmiş “Zərərçəkmiş şəxs4 məxsus 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar dələduzluq etməsi” epizodu ittihamdan xaric edilmişdir. Təqsirləndirilən şəxs Məhkum2 CM-in 178.3.2-ci maddəsi üzrə verilmiş ittihamın “Məhkum2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən ünvan 6ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə s atılmış mənzilin təkrarən digər şəxsə satılması ilə əlaqədar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 27 nömrəli mənzilin 80.000 (səksən min) manat müqabilində Şahid2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə özü arasında bağlanmış xx.xx.2011-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında cəmiyyətin təsisçisi Məhkum1 göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Şahid2 tərəfindən tam ödən ilməsinə baxmayaraq, 2011ci ilin iyun ayında cinayətdən xəbərsiz X4 vasitəsilə mənzil almaq üçün Məhkum1 müraciət etmiş Zərərçəkmiş şəxs1 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Məhkum1la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs1 mənzilin ona satılması adı ilə xx.xx.2011-ci il tarixdə cəmiyyətin ünvan 5 ünvanında yerləşən ofisində 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitini alıb Məhkum1la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2011-ci il tarixli 59 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 92.000 (doxsan iki min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli 67 nömrəli kassa mədaxil orderi qəbzini şəxsən imzalayıb MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs1 təqdim olunmasını təmin edib” epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti bitdiyi üçün həmin epizod üzrə cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs Məhkum2 CM-in 178.3.2-ci maddəsi üzrə verilmiş “Zərərçəkmiş şəxs4 məxsus 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar dələduzluq etməsi” epizodu ittihamdan xaric edilmişd ir. İşin halları: Məhkəmənin hökmünə əsasən müəyyən edilmişdir ki, Məhkum1 qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrar dələduzluq etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə tamah niyyətilə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid tamah niyyəti ilə rəsmi s ənədlərə bilə-bilə yalan məlumatları daxil edərək təkrar vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Məhkum1 xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi cəmiyyətin ümumi yığıncağında iştirak etmək, orqanlarını seçmək (təyin etmək), onlara seçilmək, səsvermədə (şəxsən) iştirak etmək və ya müəyyən edilmiş qaydada təyin etdiyi nümayəndə vasitəsi ilə təmsil olunmaq, nizamnaməni və onun nizamnamə kapitalının miqdarını dəyişdirmək, icra orqanlarını yaratmaq və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam vermək, o cümlədən direktor və baş mühasibi təyi n etmək və geri çağırmaq, icra orqanlarının səlahiyyətlərini kənar idarəçiyə vermək, illik hesabatları və mühasibat balanslarını təsdiq etmək, mənfəəti və gəliri bölüşdürmək, yenidən təşkil və ya ləğv haqqında qərar qəbul etmək, təftiş komissiyasını (müfəttiş) seçmək, üçüncü şəxsi (şəxsləri) təsisçiliyə qəbul etmək, nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin dəyərini təsdiq etmək, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərini müəyyən etmək, onların yerinə yetirilməsinə dair plan və hesabatları təsdiq etmək, onun filial və nümayəndəlikləri də daxil olmaqla cəmiyyətin fəaliyyətinin illik nəticələrini, auditor rəy və hesabatlarını təsdiq etmək, zərərin ödənilməsi qaydasını müəyyən etmək səlahiyyətlərinə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xx.xx.2006-cı il tarixdən cəmiyyətin direktoru olan Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhkum2 və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrarən digər şəxsə satılması ilə əlaqədar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını Məhkum2la qabaqcadan əlbir olan bir qrup şə xs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, ünvan 6ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 27 nömrəli mənzilin 80.000 (səksən min) manat müqabilində Şahid2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə cəmiyyətin direktoru Məhkum2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Şahid2 tərəfindən tam ödənilməsinə baxmayaraq, 2011-ci ilin iyun ayında cinayətdən xəbərsiz X4 vasitəsilə mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs1 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və ta m əminliklə ona sata biləcəyinə Məhkum2la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs1 mənzilin ona satılması adı ilə xx.xx.2011-ci il tarixdə cəmiyyətin ünvan 5 ünvanında yerləşən ofisində 92000 (doxsan iki min) manat məbləğində pul vəsaitini alıb Məhkum2la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2011-ci il tarixli 59 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 92000 (doxsan iki min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli 67 nömrəli kassa mədaxil orderi qəbzinin qabaqcadan əlbir oldu ğu cəmiyyətin direktoru Məhkum2 tərəfindən imzalanmasını və MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs1 təqdim olunmasını təmin edib, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətmiş, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 92000 (doxsan iki min) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, həmin mənzilin Şahid2 tərəfindən 28 noyabr 2018-ci il tarixdə Bakı şəhəri, 9 saylı Notariat kontorunda reyestrdə 4Ə-1373 nömrəsi ilə rəsmiləşdirilmiş AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 275000 manata Zərərçəkmiş şəxs3 satılması ilə əlaqədar mənzilin qanuni əsaslarla mülkiyyətçisi olan Zərərçəkmiş şəxs3 ona məxsus mənzildən kənar şəxsin hər hansı təsiri olmadan sərbəst şəkildə maneəsiz istifadə etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdi. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, qeyd edilən səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi, təkrar, cəmiyyətin direktoru Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar Məhkum2 və özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi z iddinə istifadə edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006cı il tarixli podrat müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrar digər şəxsə satılması ilə əlaqədar təkrar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 otaqlı 3 nömrəli mənzilin 89725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manat müqabilində X2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə cəmiyyətin direktoru Məhkum2 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 44 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında özünün göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Cəlaləddin Ələsgərov tərəfindən tam ödənilməsinə baxmayaraq, 2013-cü ilin dekabr ayında cinayətdən xəbərsiz X6 vasitəsilə mənzil almaq üçün özünə müraciət etmiş Zərərçəkmiş şəxs4 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Məhkum2la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs4 mənzilin ona satılması adı ilə xx.xx.2013-cü il tarixdə cəmiyyətin ünvan 5 ünvanında yerləşən ofisində 175750 (bir yüz yetmiş beş min ye ddi yüz əlli) manat məbləğində pul vəsaitini alıb Məhkum2la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, cinayət əməlinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2013-cü il tarixli 110 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2013-cü il tarixli 122 nömrəli kassa mədaxil orderinin qəbzinin qabaqcadan əlbir olduğu cəmiyyətin direktoru Məhkum2 tərəfindən imzalanmasını və MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs4 həmin mənzillə birlikdə təqdim olunmasını təmin edib, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid tamah niyyətilə rəsmi sənədlərə biləbilə yalan məlumatları daxil edərək təkrar vəzifə saxtakarlığı törətmiş, Məhkum2la qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs4 məxsus 175750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar dələduzluq etmiş, qeyd edilən mənzilin Zərərçəkmiş şəxs4 təqdim edilməsində ifadə olunan hərəkətləri ilə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 ona məxsus mənzildən maneəsiz istifadə etmək, ona sahiblik etmək kimi qanunla qorunan əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb ola n mühüm zərər vurmaqla təkrar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının ləğv edilməsi,cinayət işinin apelyasiya instansiyası məhkəməsinin təkrar baxışının təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, apellyasiya məhkəməsinin qərarı CPM-nin 143-146-cı maddələrinin tələbləri pozulmaqla irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiq edilməsi, habelə etirazlar barədə CPM-nin 107-109, 112-118, 308 və 309-cu maddələrinin tələblərinin pozulması ilə həll olunduğundan qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Dövlət ittihamçısı hesab edir ki, Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək onun 175.750 (bir yüz yetmiş beş min yeddi yüz əlli) manat pulunu ələ keçirmələri epizodu üzrə təqsirli olmaları iş materialları ilə tam təsdiq olunmasına baxmayaraq məhkəmə həmin epizodu ittihamdan əsassız olaraq xaric etmişdir. Məhkəmə həmçinin Zərərçəkmiş şəxs4 qarşı dələduzluq faktının təsdiq olunmaması nəticəsinə gələrkən, təqsirləndirilən şəxslərə CM-in 308.2 və 313-cü maddələri ilə olan ittihama münasibət bildirməyərək maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə apelyasiya şikayəti vermiş təqsirləndirilən şəxs Məhkum1 barəsində Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edən apelyasiya instansiyası məhkəməsi, eyni zamanda apelyasiya şikayəti verməmiş digər təqsirləndirilən şəxs Məhkum2 barəsində də eyni əsaslarla cinayət işinin xitam edilməsinə dair qərar qəbul etməklə səhvə yol vermişdir. Dövlət ittihamçısı hesab edir ki, apelyasiya instansiya məhkəməsinin hakimi X8 Baxışova satılan mənzillə bağlı həmin mənzili əvvəlki alıcısı X "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iddiasına baxılarkən hakim olması ilə bağlı dövlət ittihamçısının etirazını təmin etməməklə qanunvericiliyin tələblərini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kass asiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin, kassasiya protestinin təmin edilməməsi barədə müdafiəçi M.Mustafayevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti qismən təmin edilməli və apellyasiya instansiya məhkəməsinin qərarı Məhkum2 Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilməsi epizodu üzrə ittiham olunmasına dair epizoda aid hissədə ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının dü zgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarının maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi qeyd olunur və həmin qərarın ləğv edilərək cinayət işinin yenidən apelyasiya instansiyası məhkəməsinin baxışına təyin olunması barədə qərar qəbul edilməsi xahiş olunur. Bununla əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası CM-in 178-ci maddəsinə əsasən: “178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”də ifadə olunur. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsind ə “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqdaiki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublika sı CM-in 313-cü maddəsində “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdəmin beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarının yuxarıda təsvir olunan məzmunundan görünür ki, Məhkum2 və Məhkum1 ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikas ı CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkəmənin hökmünə əsasən ona görə məhkum edilmişlər ki, Məhkum2 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru vəzifəsində işləyərkən, Cəmiyyətin təsisçisi-faktiki rəhbəri Məhkum1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir çox şəxslərə qarşı öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq edərək külli miqdarda əmlaklarını ələ keçirmişlər. Məhkəmə kollegiyası ilkin olaraq protestin Məhkum1 və Məhkum2 Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək onun 175.750 manat pulunu ələ keçirmələri epizodu üzrə təqsirli olmaları iş materialları ilə tam təsdiq olunmasına baxmayaraq məhkəmə həmin epizodu ittihamdan əsassız olaraq xaric etməsi, məhkəmənin Zə rərçəkmiş şəxs4 qarşı dələduzluq faktının təsdiq olunmaması nəticəsinə gələrkən, təqsirləndirilən şəxslərə CM-in 308.2 və 313-cü maddələri ilə olan ittihama münasibət bildirməyərək maddi hüquq normalarını düzgün tətbiq etməməsi, habelə Zərərçəkmiş şəxs4 satılan mənzillə bağlı həmin mənzili əvvəlki alıcısı X "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iddiasına eyni hakim tərəfindən baxılması ilə bağlı dövlət ittihamçısının etirazını təmin etməməklə qanunvericiliyin tələblərini pozmasına dair dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Cinayət işinə əlavə edilmiş 11 fevral 2011-ci il tarixli 44 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında podratçı-sifarişçi müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru Məhkum2 ünvan 6ünvanında yerlə şən çoxmərtəbəli bir bloklu yaşayış evinin 3-cü mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 3 nömrəli mənzili sifarişçi X2 89725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manata satmış, sonuncu, mənzilə görə "xxxx" MMC-yə 89725 (səksən doqquz min yeddi yüz iyirmi beş) manat pul ödəmişdir (cild 1, iş vərəqi 121- 123). Cinayət işində olan 24 dekabr 2013-cü il tarixli, 110 saylı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında podratçı-sifarişçi müqaviləsindən görünür ki, podratçı "xxxx" MMC-nin direktoru Məhkum2 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 717 ünvanında yerləşən çoxmərtəbəli bir bloklu yaşayış evinin 3-cü mərtəbəsində ümumi sahəsi 140.6 m2 olan 3 otaqlı 3 nömrəli mənzili sifarişçi Zərərçəkmiş şəxs4 175750 (yüz yetmiş beş min yeddi yüz əlli) manata satmı ş, sonuncu, mənzilin dəyərini tam ödəmiş və həmin mənzilə görə "xxxx" MMC-yə borcu qalmamışdır (cild 1. iş vərəqi 107-110). İş materiallarına əlavə edilmiş 1 aprel 2014-cü il tarixli razılaşma sənədindən görünür ki, X4 ünvan 6ünvanında yerləşən İ saylı blokun İİİ-cü mərtəbəsində inşa edilən, 3 otaqlı, 140,6 kv.m sahəsi olan 3 saylı mənzilin tikintisinə bağlanmış xx.xx.2011-ci il tarixli 44 saylı müqaviləni "xxxx" MMC-yə geri qaytarır və şirkətdən hər biri 1 kv.m-1000 (min) manat olmaqla, 10000 (on min) manat məbləğində pul vəsaitini həmin tarixdə alır, qalan 130600 (yüz otuz min altı yüz) manat məbləğində pul vəsaitini xx.xx.2014-cü il tarixədək alır və müqaviləyə xitam verir (cild 1, iş vərəqi 124). İş materiallarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tar ixli, e-2(006)-2470/2022 saylı qətnaməsi ilə iddiaçı Zərərçəkmiş şəxs4 həmin mənzilə sahiblik və istifadə hüquqları tanınmışdır. Qətnamə apellyasiya və kassasiya instansiya məhkəmələrində dəyişdirilmədən saxlanılmış və xx.xx.2023-cü il tarixdə qüvvəyə minmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-4747/2022 saylı qətnaməsi ilə iddiaçı X cavabdeh "xxxx" MMC-yə qarşı qeyd edilən mənzilin təhvil verilməsi barədə iddiası tərəflər arasında xx.xx.2011-ci il tarixdə bağlanmış müqavilə onların qarşılıqlı razılığı ilə xx.xx.2014-cü il tarixdə ləğv edilərək, həmin müqavilə üzrə öhdəliklərə xitam verildiyindən və mənzil Zərərçəkmiş şəxs4 sahibliyində olduğundan rədd edilmiş və həmin qətnamədən kassasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. İş material larına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayoni, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə, ev 1, mənzil 3 (yeni qaydalarla: AZ1010, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, giriş 198, M3, m3) Zərərçəkmiş şəxs4 adına xx.xx.2024-cü il tarixdə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs4 nümayəndəsi və vəkili Nümayəndə3 bildirmişdir ki, onlar heç nədən zərər çəkməyiblər, müqavilə bağlanan vaxtdan MTK tərəfindən həmin məzili onlara təhvil verilmiş, mənzilə dair h eç kim ona qarşı bu günə kimi tələb irəli sürməmiş, mənzilin başqa şəxsə məxsus olması barədə onu narahat etməmişlər. Mənzilin mübahisəsiz olduğunu istintaq orqanı onlara bildirdikdən sonra zərərçəkmiş şəxs 2017-ci ildə mənzili təmir edib ailəsi ilə birlikdə yaşayır. Onlar istintaq orqanına "xxxx" MMC-yə qarşı heç bir şikayət verməmişlər və özlərini zərər çəkmiş kimi tanımırlar, onlara qarşı hər hansı dələduzluq əməli törədilməyibdir. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrə tövsiyyə edilir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əml akın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər han sı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Plenum qərarında həmçinin qeyd edilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla p rokurora xəbər verməlidir. İş materiallarından görünür ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs4 nümayəndəsi və vəkili Nümayəndə3 bildirmişdir ki, onlar heç nədən zərər çəkməyiblər, müqavilə bağlanan vaxtdan MTK tərəfindən həmin məzili onlara təhvil verilmiş, mənzilə dair heç kim ona qarşı bu günə kimi tələb irəli sürməmiş, mənzilin başqa şəxsə məxsus olması barədə onu narahat etməmişlər. Mənzilin mübahisəsiz olduğunu istintaq orqanı onlara bildirdikdən sonra zərərçəkmiş şəxs 2017-ci ildə mənzili təmir edib ailəsi ilə birlikdə yaşayır. Onlar istintaq orqanına "xxxx" MMC-yə qarşı heç bir şikayət verməmişlər və özlərini zərərçəkmiş kimi tanımırlar, onlara qarşı hər hansı dələduzluq əməli törədilməyibdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüqu qi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayoni, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllə, 1 saylı evin, 3 saylı mənzili Zərərçəkmiş şəxs4 mülkiyyətindədir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, Zərərçəkmiş şəxs4 qarşı dələduzluq cinayətinin tərkibinin yaranması üçün tələb olunan - özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əlaməti iş üzrə sübuta yetirilməmiş və həmin epizod ittihamdan xaric edilmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilməsi epizodu üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə apelyasiya şikayəti vermiş təqsirləndirilən şəxs Məhkum1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə dair qərar qəbul edən apelyasiya instansiyası məhkəməsi, eyni zamanda apelyasiya şikayəti verməmiş digər təqsirləndirilən şəxs Məhkum2 barəsində də eyni əsaslarla cinayət işinin xitam edilməsinə dair qərar qəbul etməklə səhvə yol vermişdir. Belə ki, CPM-nin 358.3-cü maddəsinə əsasən, məhkəmə baxışının nəticələrinə dair məhkəmənin yekun qərarı bir neçə təqsirləndirilən şəxs barəsində çıxarıldıqda, həmin yekun qərar barəsində apellyasiya qaydasında protest və ya şikayət verilməmiş şəxsə münasibətdə və yalnız ona aid hissədə bu Məcəllənin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkum2 verilmiş ittihamın məzmunundan görünür ki, CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş birinci cinayət əməlini 2011-ci ilin iyun törədilmişdir və həmin cinayət əməli Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 75-ci maddəsinə əsasən, cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2. az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3. ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.4. xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anad ək hesablanır. Yuxarda qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi birinci və mübahisələndirilməyən dələduzluq epizodu üzrə haqqında şikayət verilmiş Məhkum1 barəsində cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar icraata xitam verərkən, haqqında şikayət verilməyən Məhkum2 münasibətdə də xitam verməklə yanlış nəticəyə gəlmişdir. Beləliklə, kassasiya protestinin dəlilləri ilə qismən razılaşan və həmin protestin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 haqqında apellyasiya icraatına dair maddi və prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı hissəvi ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində həmion hissədə yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1 və 419.10.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinay ət kollegiyasının 22 avqust 2024-cü il tarixli qərarı “təqsirləndirilən şəxs Məhkum2 CM-in 178.3.2-ci maddəsi üzrə verilmiş ittihamın “Məhkum2 "xxxx" Mənzil Tikinti Kooperativi ilə MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli podrat müqaviləsinə əsasən ünvan 6ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasında əvvəlcədən başqa şəxsə satılmış mənzilin təkrarən digər şəxsə satılması ilə əlaqədar qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə özgə əmlakını Məhkum1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində ələ keçirməyə dair cinayətkar niyyətlərinə uyğun olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə yerləşən bir girişli 60 mənzilli yaşayış binasının 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 140,6 kv.m. olan 3 o taqlı 27 nömrəli mənzilin 80.000 (səksən min) manat müqabilində Şahid2 xx.xx.2011-ci il tarixdə sonuncu ilə özü arasında bağlanmış xx.xx.2011-ci il tarixli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında cəmiyyətin təsisçisi Məhkum1 göstərişi və razılığı ilə satılmasına və mənzilin dəyərinin Şahid2 tərəfindən tam ödənilməsinə baxmayaraq, 2011ci ilin iyun ayında cinayətdən xəbərsiz X4 vasitəsilə mənzil almaq üçün Məhkum1 müraciət etmiş Zərərçəkmiş şəxs1 aldadıb ona olan inam və etibarından istifadə edərək eyni mənzili göstərməklə heç kimə satılmadığına və tam əminliklə ona sata biləcəyinə Məhkum1la birlikdə onu inandırıb, Zərərçəkmiş şəxs1 mənzilin ona satılması adı ilə xx.xx.2011-ci il tarixdə cəmiyyətin ünvan 5 ünvanında yerləşən ofisində 92.000 (doxsan iki min) manat məbləğində pul vəsaitini alıb Məhkum1la aralarında bölərək şəxsi ehtiyaclarına sərf edib, cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq və qanuni görüntü vermək məqsədilə həmin ofisdə rəsmi sənəd olan mənzilin payçının mülkiyyətinə verilməsi, tərəflərin müqavilə üzrə öhdəliklər daşıması barədə xx.xx.2011-ci il tarixli 59 nömrəli çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqaviləni, pay haqqı kimi 92.000 (doxsan iki min) manat pul vəsaitinin ödənilməsini təsdiq edən xx.xx.2011-ci il tarixli 67 nömrəli kassa mədaxil orderi qəbzini şəxsən imzalayıb MTK-ya məxsus möhürlə təsdiq olunub Zərərçəkmiş şəxs1 təqdim olunmasını təmin edib” epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddə ti bitdiyi üçün həmin epizod üzrə cinayət təqibinə xitam verilməsi”nə dair hissədə ləğv edilsin və cinayət işinin həmin hissədə apelyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar