Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2000/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 150.2-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-107/2024 nömrəli, 10 yanvar 2024cü il tarixli hökmü ilə (hakimlər X5 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) xx xxxx 2000-ci ildə Biləsuvar rayonu Nəsimi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olmuş, Biləsuvar rayonunun Nəsimi kəndində qeydiyyatda olmaqla orada yaşamış hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasınd a saxlanılan Məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan əməlinə Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən xitam verilmiş, Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla o, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 14 mart 2023cü ildən hesablanması qeyd olunmuşdur Həmin hökmdən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə, o cümlədən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), Xasməmmədov elçin İsgəndər oğlu və X2 ibarət tərkibdə) 1(106)-341/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən dəyişdirilmiş, hökmndən Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq olunmasına dair müddəalar xaric edilmiş. Məhkum Azərbaycan Respublikası CM-in 150.2-1.1-ci ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Hökmdən Məhkum barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət təqibinə xitam verilməsinə dair müddəalar xaric edilmişdir. Hökmü qalan hissədə dəyişdir ilmədən saxlanılmışdır. Həmin qərardan Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 150.2.-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, onun üçün aşkar surətdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmiş, bundan əlavə Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Belə ki, o, 04 mart 2023-cü ildə, saat 17 radələrində Biləsuvar rayonunun Nəsimikənd kənd i ərazisində yerləşən, Mübariz Məmmədova məxsus fermada, yardımçı tikilidə xx xxxx 2007-ci il təvəllüdlü, 14 yaşı tamam olmuş Zərərçəkmiş şəxs1 ilə Nəsimikənd kənd sakini Şahid1 qeyri-təbii yolla cinsi əlaqədə olmasını özünə məxsus olan mobil telefonla videogörüntüsünü qeydə almış, daha sonra həmin videogörüntünü Zərərçəkmiş şəxs1 göstərib, yaxın qohumlarına göndərməklə hədələyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmasını tələb etmiş, Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla cinsi əlaqədə olmağa etiraz etdiyi üçün zor tətbiq etməklə həmin yerdə cinsi ehtirasını təmin etmək məqsədi ilə 16 yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə bir dəfə qeyri-təbii yolla, düz bağırsaqdan cinsi əlaqədə olmaqla sonuncuya qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmişdir. Bundan başqa o, 10 mart 2023-cü i ldə, saat 22 radələrində Bəhrəmtəpə-Biləsuvar yolunun Nəsimi kənd ərazisindən keçən hissəsində yolun sağ tərəfində yerləşən «Nicat» şadlıq evinin yaxınlığında, tanışı Zərərçəkmiş şəxs2 ona 16 yaşına çatmayan əmisi qızı Zərərçəkmiş şəxs1 ilə qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı irad bildirməklə onu yumruqla vurmaq istəyərkən, o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd qara rəngli bıçağı çıxarıb Zərərçəkmiş şəxs2 sağ və sol bud nahiyəsinə vuraraq hər iki bud nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə nəticələnən xəsarətlər yetirərək qəsdən zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərmişdir ki, apellyasiya məhkəməsi qərar qəbul edərkən yüngülləşdirici halları yəni, zərərçəkmiş şəxslərlə barışmasını, İİ Qarabağ müharibəsində iştirak etməklə medallarla təltif olunmasını, həmin müharibədə yaralanmasını, atasının İ dərəcə əlil olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, ilk məhkumluğu olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini nəzərə almadan ağır cəza təyin etmişdir. Yuxarıda göstərilənlərə əsasən Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarı qanunsuz, əsassız və ədalətsiz olduğuna görə apellyasiya instansiyası məhkəməsinin qərarının yüngül cəza təyin edilməklə dəyişdirilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət i ttihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr t ərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassator işə baxan məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən onu törətdiyi əməlin sanksiyasında nəzər də tutulmuş aşağı həddə cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təq sirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə məhkum Elvin Məhərrəmovun təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə ə saslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarix li 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlili k dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəz anın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı h esab edilir. Apellyasiya instansiyası məhkəməsi cəza təyini ilə bağlı öz qərarında göstərmişdir ki, “....Göründüyü kimi, Məhkum cinayət əməlini törədərkən, eləcə də bundan sonrakı davranışları CM-in 62-ci maddəsinin ehtiva etdiyi müstəsna hallara qətiyyən aidiyyəti yoxdur. Cinayət kollegiyasının hüquqi təhlilinə əsasən birinci instansiya məkhəməsinin əsas götürdüyü yüngülləşdirici hallar yalnız həmin Məcəllənin 62.1-ci maddəsində nəzərdə tutulan müstəsna hallar olduqda, əlavə hal kimi nəzərə alına bilərdi. Bu mövqedən çıxış edərək, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, CM-in 62-ci maddəsinin tətbiqi zamanı, təqsirləndirilən şəxsin o hərəkətləri müstəsna hallar olaraq qiymətləndirilir ki, onların məcmusu cinayət əməli ilə bilavasitə əlaqəli olsun, törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltsın. Göstərilən hallara əsasən qəti hüquqi nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxsin İİ Qarabağ uğrunda gedən müraribədə fəal iştirak etməsi, müharibə zamanı döyüşlərdə iştirak edərkən partlayış nəticəsində bədənin müxtəlif nahiyyələrindən xəsarətlər alması, atasının İ dərəcə əlil olması, anasının isə (anası oğlu həbs olunduqdan sonra özünü yandırmışdır) ağır dərəcəliı yanıq xəsarətləri alması, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin ilk məhkumluğu, yaşayış yerindən müsbət xarakterizə olunması və gənc olması məcmu halda müstəsna hallar kimi heç də Zərərçəkmiş şəxs1 cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilmiş cinayətin ictimai təhlükəliliyini azalmır və təyin olunan cəza birmənalı CM-nin 62.1-ci maddəs inin, o cümlədən CM-in 8, 41 və 58-ci maddələrinin məqsədlərinə uyğun deyil. Məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib, həm onlara, həm də yuxarıda qeyd edilən hallara, həmçinin apellyasiya protesti üzrə apellyasiya instansiyasında aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, eyni zamanda onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya protesti təmin olunaraq hökmdən Məhkum barəsində istinad olunmuş CM-nin 62-ci maddəsinə aid müddəalar xaric olunmalı, ona CM-in 150.2-1.1-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır. Məhkəmə kollegiyası təyin olunacaq cəzanın həddini müzakirə edərək qeyd edir ki, cinayət işi materiallarına əsasən birinci instansiya məhkəməsinin müəyy ən etdiyi cəzanı yüngülləşdirən hallar, eləcə də təyin olunacaq cəzanın təqsirləndirlən şəxsin ailəsinin həyat şəraitinə təsiri nəzərə alınaraq, ona ittiham olunduğu maddədə nəzərdə tutulmuş azadlıqdan məhrum etmən cəzasının aşağı həddinin təyin olunmasını ədalətli cəza hesab edir....” Bununla bağlı Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdandan məhrum etmə cəzası ədalətli hesab olunur, cəzanın məqsədlərini təmin edir, onun şəxsiyyətinə uyğundur və belə olan halda azadlıqdandan məhrum etmə cəzasının təyin edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya məhkəməsinin də gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, kassasiya şikayətinin bu dəlillərinin heç bir əsası yoxdur. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublik ası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyyələrinə əsaslanaraq kassasiya kollegiyası Elvin Məhərrəmovun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəzanın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə g əlir. Məhkəmə kollegiyası məhkumun kassasiya şikayətinin dəlillərinin tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və həmin faktların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayətprosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum barəsindəki Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 aprel 2024-cü il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin kassasiya şikayəti təmin edilmədən, göstərilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şika yəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-341/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2000/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2000/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver