Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2001/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Rzayeva Zeynəb Azad qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun müdafiəçisi Əhmədli Əsəd Yusif oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli, 1(106)-268/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Əhmədli Əsəd Yusif oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 1(099)-404/2023 nömrəli hökmü ilə ( hakimlər: O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyev) xx.xx.1980-ci ildə Lənkəran rayonu Velədi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, XXXX qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 29 mart 2023-cü il tarixdən hesabla nmış, hökmlə həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkum və onun müdafiəçisi İbrahimov Elvin Telman oğlu tərəfindən apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarı ilə (hakimlər: E.İ.Əliyev (sədrlik edən), İ.H.Əhmədov və Y.X.Həşimov) apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Əhmədli Əsəd Yusif oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-12,169 qram psixotrop maddə olan metamfetamin əldə etmiş, saxlamış və həmin maddəni üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 29 mart 2023-cü il tarixdə, saat 18 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran rayonunun Velədi kəndində, yaşadığı evin yaxınlığında saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcəsinin cibindən bir ədəd bükümdə külli miqdarda-12,169 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi Əhmədli Əsəd Yusif oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, nəticədə Məhkum irəli sürülmüş ittiham sübuta yetirilmədiyi, əməlində cinayət tərkibinin əlamətləri olmadığı halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətində həmçinin göstərmişdir ki, tutulan vaxt Məhkum üzərində heç bir psixotrop maddə olmamış, göstərilən psixotrop maddə onun üzərinə polis əməkdaşları tərəfindən qoyulmuş, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə ondan etirafedici ifadə alınmışdır. Verilən ittiham nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqında ona sübuta yetirilməmiş, bu isə məhkəmələr tərəfindən işə baxılarkən CPM-nin 146-cı maddəsinin tələblərinə riayət olunmadığına dəlalət edir. Müdafiəçi kassasiya şikayətində (məzmunundan) göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, və cinayə t işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiy ası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə cinayət təqibini istisna edən halların olmasına baxmayaraq Məhkum əsassız olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işini yeni apellyasiya baxışına təyin edilməsi haqqında k assasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 aprel 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tu tulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, m ümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətində göstərmiş olduğu - Məhkum tutulan vaxt üzərində heç bir psixotrop maddənin olmaması, göstərilən maddənin onun üzərinə polis əməkdaşları tərəfindən qoyulması, istintaq zamanı müxtəlif təzyiq və təsirlər vasitəsi ilə on dan etirafedici ifadə alınması ilə bağlı dəlilərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Məhkum ona isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, yəni 12,169 qram, kütləsinə görə külli miqdar təşkil edən psixotrop maddənin qanunsuz olaraq əldə etməsi, üzərində saxlayaraq 29 mart 2023cü il tarixdə polis əməkdaşları tərəfindən əynindəki gödəkcənin cibində aşkar edilib götürülənədək daşıması birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan sübutların məcmusu ilə müəyyən edilmişdir. Müdafiə tərəfinin Məhkum qeyd olunan hərəkətləri törətməsinin mübahisələndirilməsi üzrə dəlilləri apellyasiya məhkəmə si tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə, o cümlədən Məhkum özünün ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, maddi sübut, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları ilə təkzib olunması haqqında nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi kimi, apellyasiya məhkəməsi də müdafiə tərəfinin sübutların qanunsuz üsullarla, o cümlədən Məhkum işgəncə verilməsi yolu ilə əldə edilməsi barədə iddiasının birinci instansiya məhkəməsində araşdırılmış sübutlarla, eləcə də məhkəməyədək icraat dövründə məhz xüsusi olaraq həmin iddia ilə bağlı Lənkəran rayon prokurorluğu tərəfindən keçirilmiş araşdırmanın nəticələri ilə (cinayət iş inin başlanılmasının rədd edilməsi haqqında 21 sentyabr 2023-cü il tarixli qərarla) təkzib olunması barədə nəticəyə gəlmişdir. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr apellyasiya şikayətində irəli sürülmüş (kassasiya şikayətində göstərilənlə eyni olan) iddianın, bu iddia ilə əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində CPMin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin Məhkum cinayətkar hərəkətlərinin faktiki məzmunu, onun həmin hərəkətlərə görə təqsirli bilinməsini və cəzala ndırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Məhkum hərəkətlərinə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin şamil edilməsinə (əməlin hüquqi tövsifi məsələsinə) gəldikdə, məhkəmə kollegiyası aşağıdakı dəlillərə görə hesab edir ki, sonuncunun əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, məhkəmələr maddi hüquq normasının tətbiqində səhvə yol vermişlər. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum psixotrop maddənin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlmələrinə əsasən iki xüsusat – məhkəmə-narkoloji yoxlama zamanı Məhkum narkotik vasitələrdən istifadə etmə əlamətlərinin və narkomaniya xəs təliyinin müəyyən olunmaması, eləcə də sonuncuda aşkar olunmuş metamfetaminin kütləsinin külli miqdar – 12,169 qram qram təşkil etməsi səbəb olmuşdur. Lakin, məhkəmələr Məhkum psixotrop maddənin məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar. Halbuki Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə izah olunmuşdur ki, “təqs irkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının və bükümlərə ayrılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunur. “Başqa sübutlar” dedikdə, iş üçün əhəmiyyətli olan halların, o cümlədən narkotik vasitənin satış məqsədi ilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq və ya təkzib edən mötəbər sübutlar başa düşülür. Digər tərəfdən Plenumun tövsiyələrinin mənasına görə şəxsin narkom aniya xəstəliyinə düçar olmasının, keçmişdə narkotiklərdən istifadə etməsinin müəyyən olunmaması da onun aşkar edilmiş narkotik vasitəni məhz satış üçün əldə edib saxlamasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hal kimi şərh edilə bilməz. Plenum qərarının tövsiyələri ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji yoxlamanın gedişində Məhkum əvvəllər narkotik vasitələrdən istifadə etmə əlamətləri aşkar olunmasa da (hərçənd məcburi-narkoloji tibbi yoxlamanın 30 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, Məhkum psixi və fiziki asılılıq olmadan narkotik vasitələrdən istifadə halları olub, lakin asıllıq sindromu aşkar olunmur və məcburi müalicəyə ehtiyacı yoxdur), həmçinin icraat zamanı ondan götürülmüş 12,169 qram metamfetaminin külli miqdar olduğu müəyyən edilsə də, sonuncunun digər istehlakçılarla razılıq əldə etməsi, satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, onda narkotik vasitələrin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır. Belə ki, Məhkum məhkəməyədək icraat zamanı psixotrop maddəsini yerdən tapdığını bildirərək, satış məqsədi ilə psixotrop maddəni əldə edib saxlamasını və daşımasını inkar etmişdir. Həmçinin ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetamin al udəçisi deyil. Digər tərəfdən “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü tarixli protokola əsasən Məhkum aşkar edilib-götürülmüş psixotrop maddə metamfetamin satış üçün xırda bükümlərə deyil, cəmi bir bükümə qablaşdırılmışdır. İş üzrə dindirilmiş şahidlərdən heç biri Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər, onlar müstəsna olaraq yuxarıda qeyd olunan psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Belə ki, məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 Niyaz oğlu işin hallarına dair ibtidai araşdırma zamanı verdiyi ifadələrini təkrarlayıb idarəyə daxil olmuş əməliyyat məluma tında Məhkum psixotrop maddələrin satışı ilə məşğul olmasını göstərsələr də həmin şahidlər məhkəmə iclasında verilmiş suallara cavab olaraq Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən sübutların əldə edilmədiyini qeyd etmişlər. Bundan başqa ibtidai istintaq zamanı müstəntiq tərəfindən əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana müvafiq tapşırıq verilsə də, Məhkum gerçəkdən də narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmasına dəlalət edə biləcək, yəni əməliyyat məlumatının (narkotiklərin satışı ilə məşğul olması hissəsində) doğru olduğunu təsdiq edən materiallar əldə edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC-dən 19457 saylı məktubla daxil olmuş, özündə giriş-çıxış zənglərini, SMS mətnlərini və anten əhatə dairələri barədə m əlumatları əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı Məhkum istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsində əhəmiyyətlər hallar, o cümlədən narkotik vasitələrin alqı-satqısı ilə bağlı danışıqların aparılmasına dair məlumatlar müəyyən edilməmişdir. Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş psixotrop maddənin külli miqdar təşkil etməsi və onun narkomaniya xəstəliyindən əziyyət çəkməməsi kimi faktlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2). Təsvir olunanlardan, görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə və ona həqiqi əməlinə müvafiq olmayan həddindən artıq ağır cəza təyin etməklə mübahisələndirilən məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər. Odur ki, (Məhkum psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxili ndə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd olunan cinayət-hüquqi normaların tələbləri və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından Məhkum 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 18 aprel 2024-cü il tarixli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Müdafiəçisi Əhmədli Əsəd Yusif oğlunun kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 18 aprel 2024-cü il tarixli, 1(106)-268/2024 nömrəli qərarı dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilsin. Cinayət Məcəlləsinin 234.4.3-cü Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2001/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2001/2024
08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver