Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2003/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X9, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Az ərbaycan Respublikası CM-in və ya CM-in) 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına, həmçinin CM-in 178.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 aprel 2025-ci il tarixli, 1(107)-94/2025 nömrəli qərarından apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxx 1980-ci il tarixdə Laçın rayonu Xırmanlar kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, əvvəllər “Şöhlətoğlu” X7 aşpa z işləmiş, hal-hazırda işsiz, Laçın rayonu Xırmanlar kəndində qeydiyyatda olmaqla Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində yaşayır.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən, Məhkum 02 fevral 2019-cu ildən 05 aprel 2023-cü il tarixədək 10 saylı Ərazi Vergilər idarəsində ********** X2 Nömrəsi altında qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs1 məxsus Bakı-Şamaxıİsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlətoğlu” X7 rəsmi olaraq aşpaz, lakin faktiki olaraq administrator işləyərkən sonuncu tərəfindən mərkəzin ümumi fəaliyyəti ilə bağlı müştərilərə xidmət göstərilməsi və müxtəlif çeşiddə yemək hazırlanması üçün alınmış malların, göstərilmiş xidmətlərin dəyərinin və əmək haqqıların, eləcə də mərkəzin təmirbərpa i şlərinə alınmış malların dəyərinin ödənilməsi ona etibar edilməsinə baxmayaraq 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İsmayıllı rayonu Laxıc avtomobil yolunda yerləşən Tikinti malları mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1482 manatı, 2021-ci il ərzində İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olan Şahid1 alınmış mallara görə ödənilməli olan 22000 manatı, 2021-ci ilin yay aylarında İsmayıllı şəhərində yerləşən “Mican” İnşaat mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1833 manatı, 2022-ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 alınmış 50-53 kiloqramlıq ətə görə ödənilməli olan 691 manatı, 2022-ci ilin avqust-sentyabr aylarında mərkəzə gətirilmiş ka fel-metlak mallarına görə Şahid12 xidmət haqqı kimi ödənilməli olan 300 manatı, 2022-ci ilin oktyabr ayında İsmayıllı şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan Şahid13 alınmış 9 kiloqram 900 qram ətə görə ödənilməli olan 132 manatı, 2022-ci ilin avqust ayında X20 Təsərrüfatı Mərkəzindən alınmış odunların “Şöhlətoğlu” X11 boşaldılmasına görə fəhlələrə ödənilməli olan 300 manatı, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X7 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X7 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı, 2022-ci ilin may ayından hal-hazıradək “Şöhlətoğlu” X7 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019cu ildən halhazıradək “Şö hlətoğlu” X4b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı, 2023-cü ilin yanvarfevral aylarında “Şöhlətoğlu” X8 həyətində olan 640 ədəd ot kipini Şahid8 aldıqdan sonra ona ödənilmiş 1728 manatı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 31426 manat (otuz bir min dörd yüz iyirmi altı manat) xeyli miqdarda pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talamışdır.
3. Bundan başqa o, təkrarən 2022-ci ilin aprel-may aylarında “Şöhlətoğlu” X8 müştərisi olan, Laçın rayonu Şeylanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Soğanverdilər kənd sakini Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək, həmin İstirahət Mərkəzində görüşüb sonuncunun oğlu, Laçın rayonu Şeylanlı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Soğanverdilər kəndində yaşayan, xx.xx.1982-ci i l təvəllüdlü Şahid15 dənizdə gəmiyə fəhlə kimi işə düzəldəcəyinə vəd verib aldadaraq ondan 2200 manat pul alıb öz şəxsi ehtiyaclarına istifadə etməklə özgə əmlakını ələ keçirərək dələduzluq etmişdir.
4. Ağsu Rayon Məhkəməsinin (sədrlik edən hakim: X16) 13 dekabr 2024-cü il tarixli, 1(016)-8/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə bəraət verilməsi, Məhkum irəli sürülmüş ittihamdan “müxtəlif çeşiddə yemək hazırlanması üçün alınmış malların, eləcə də mərkəzin təmir-bərpa işlərinə alınmış malların dəyərinin, bundan başqa 20 19-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İsmayıllı rayonu Lahıc avtomobil yolunda yerləşən Tikinti malları mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1482 manatı; 2021-ci il ərzində İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olan Şahid1 alınmış mallara görə ödənilməli olan 22000 manatı; 2021-ci ilin yay aylarında İsmayıllı şəhərində yerləşən “Mican” İnşaat mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1833 manatı; 2022ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 alınmış 50-53 kiloqramlıq ətə görə ödənilməli olan 691 manatı; 2022-ci ilin avqust-sentyabr aylarında mərkəzə gətirilmiş kafel-metlak mallarına görə Şahid12 xidmət haqqı kimi ödənilməli olan 300 manatı; 2022 -ci ilin oktyabr ayında İsmayıllı şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan Şahid13 alınmış 9 kiloqram 900 qram ətə görə ödənilməli olan 132 manatı; 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X7 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 31426 (otuz bir min dörd yüz iyirmi altı) manat xeyli miqdarda” sözlərinin xaric edilməsi, təqsirləndirilən şəxs Məhkum 02 fevral 2019cu ildən 05 aprel 2023-cü il tarixədək 10 saylı Ərazi Vergilər idarəsində ********** X2 Nömrəsi altında qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs1 məxsus Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlətoğlu” X7 rəsmi olaraq aşpaz, lakin faktiki olaraq administrator işləyərkən sonuncu tərəfində n mərkəzin ümumi fəaliyyəti ilə bağlı müştərilərə xidmət göstərilməsi, göstərilmiş xidmətlərin dəyərinin və əmək haqqıların ödənilməsi ona etibar edilməsinə baxmayaraq 2022-ci ilin avqust ayında X20 Təsərrüfatı Mərkəzindən alınmış odunların “Şöhlətoğlu” X11 boşaldılmasına görə fəhlələrə ödənilməli olan 300 manatı, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X7 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin may ayından hal-hazıradək “Şöhlətoğlu” X7 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019- cu ildən hal-hazıradək “Şöhlətoğlu” X4b yuyan işləyən Şahid4 qzına əmək haqqı kimi ödənilməli olan 560 manatı, 2023-cü ilin yanvar-fevral aylarında “Şöhlətoğlu” X8 həyətində olan 640 ədəd ot kipini Şahid8 aldıqdan sonra ona öd ənilmiş 1728 manatı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4088 (dörd min səksən səkkiz) manat pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması ilə bağlı Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsindən həmin Məcəllənin 179.1-ci maddəsinə tövsif edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı 10 aprel 2023cü il saat 10:15-dən 11 aprel 2023-cü il saat 17:20-dək tutulduğu 02 (bir) gün müddətin azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bə rabər tutulmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Məhkum üzərinə hər gün saat 23:30-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Ağcabədi rayonunun ərazisi hüdudlarını tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, Məhkum üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsinin yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, Məhkum cəzaçəkmə müddətinin başlanğıcının cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir.
5. Həmin hökmdən Dövlət ittihamçısı2 tərəfindən apellyasiya protesti, təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmişdir.
6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X13 və X6 ibarət məhkəmə tərkibində) 1 aprel 2025-ci il tarixli, 1(107)94/2025 nömrəli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiy a protestinin, Zərərçəkmiş şəxs1 və təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 1(016)-8/2024 nömrəli hökmünün “təqsirləndirilən şəxs Məhkum 02 fevral 2019-cu ildən 05 aprel 2023-cü il tarixədək 10 saylı Ərazi Vergilər idarəsində ********** X2 Nömrəsi altında qeydiyyatdan keçmiş Zərərçəkmiş şəxs1 məxsus Bakı-Şamaxı-İsmayıllı avtomobil yolunun Ağsu rayonu Nüydü kəndindən keçən hissəsində yerləşən “Şöhlətoğlu” X7 rəsmi olaraq aşpaz, lakin faktiki olaraq administrator işləyərkən sonuncu tərəfindən mərkəzin ümumi fəaliyyəti ilə bağlı müştərilərə xidmət göstərilməsi, göstərilmiş xidmətlərin dəyərinin və əmək haqqıların ödənilməsi ona etibar edilməsinə baxmayaraq 2022- ci ilin avqust ayında X20 Təsərrüfatı Mərkəzindən alınmış odunların “Şöhlətoğlu” X11 boşaldılmasına görə fəhlələrə ödənilməli olan 300 manatı, 2022-ci ilin mart ayından sentyabr ayınadək “Şöhlətoğlu” X7 kababçı işləmiş Şahid16 əmək haqqı kimi ödənilməli olan 1200 manatı, 2022-ci ilin may ayından hal-hazıradək “Şöhlətoğlu” X7 ofisiant işləyən Şahid5 əmək haqqı kimi ödənilməli olan 300 manatı, 2019-cu ildən hal-hazıradək “Şöhlətoğlu” X4b yuyan işləyən Şahid4 əmək haqqı kimi ödənilməli olan 560 manatı, 2023-cü ilin yanvarfevral aylarında “Şöhlətoğlu” X8 həyətində olan 640 ədəd ot kipini Şahid8 aldıqdan sonra ona ödənilmiş 1728 manatı, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4088 (dörd min səksən səkkiz) manat pul vəsaitini mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə talaması ilə bağlı əməli üzrə CM-in 179.1-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.2 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi, lakin ona CPM-in 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməməsi, hökmün baxılmış apellyasiya protesti və apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 aprel 2025-ci il tarixli, 1(107)-94/2025 nömrəli qərarından apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasi ya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
8. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri apelyasiya müraciətinin dəlilləri ilə eynilik təşkil etməklə, birinci instansiya və apelyasiya məhkəməsi tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarının nəticələrinə, cinayət işinin faktiki hallarına, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinə və bir sıra qanunvericilik normalarına istinadlar edilərək Məhkum CM-in 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə barəsində məhkəmələr tərəfindən əsassız və qanunsuz olaraq bəraət hökmü çıxarılması, onun həmin ittiham üzrə təqsirinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə sübut edilməsi qeyd edilmişdir. Həmçinin zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə istinadlar edilərək qeyd ed ilmişdir ki, Şahid14, Şahid1, X5, Şahid3, Şahid12, Şahid13 və Şahid6 Zərərçəkmiş şəxs1 tərəfindən veriləsi borc və əmək haqqına görə pullar sonuncu tərəfindən təqsirləndirilən şəxsə verilmiş, lakin həmin pullar təqsirləndirilən şəxs tərəfindən mənimsənilərək onlara verilməmişdir. Məhkəmələr Məhkum Zərərçəkmiş şəxs1 31426 manat, yəni xeyli miqdarda pul vəsaitini mənimsəyərək talaması zərər çəkmiş şəxsin və çoxsaylı şahidlərin ibtidai istintaqda və məhkəmə baxışında verdikləri ifadələri ilə təsdiqini tapdığı halda qeyd edilən ifadələri nəzərə almamış, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan zərər çəkmiş şəxsin, şahidlərin ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, iş üzrə toplanmış sübutla rı müqayisəli təhlil etməmiş və ziddiyyətləri araşdırmamış, təqsirləndirilən şəxsə verilmiş ittihamdan yuxarıda göstərilən epizodları yalnız zərər çəkmiş şəxsin ifadəsi üzərində qurulması əsası ilə əsaslı səbəb olmadan xaric etmiş, ittihamın bir hisəsi üzrə borc və əmək haqqına görə yaranmış borcun zərər çəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə verilməsini və sonuncunun həmin pulları mənimsəməsi ilə bağlı nəticəyə gəlmiş, lakin eyni ittiham üzrə digər şəxslərə ödənməli olan pulun mənimsənilməsi ilə bağlı fərqli və ziddiyyətli nəticəyə gəlmişdirlər.
9. Bununla da, Şəki Apellyasiya Məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən cinayət işi üzrə toplanmış sübutlar cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respu blikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə uyğun tədqiq edilməmiş və bunun nəticəsi olaraq məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Qanunun bu tələblərinə əməl edilməməsi isə Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Qeyd etdiklərinə əsasən, məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 aprel 2025-ci il tarixli, 1(107)-94/2025 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.
10. Kassasiya protestinə qarşı məhkumun müdafiəçisi Müda fiəçi1 etiraz ərizəsi təqdim edərək, məhkəmə kollegiyasından kassasiya protestinin təmin edilməməsini xahiş etmişdir.
11. Qərardan məhkum verilməmişdir. və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti İİİ. Proses iştirakçılarının çıxışları:
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər biri ayrı-ayrılıqda çıxış edərək, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə etirazlarının olmadıqlarını bildirdilər.
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X17 tərəflərindən verilmiş kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
14. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
15. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
16. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəm əsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
17. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
18. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəmə si tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə əməlin hüquqi tövsifində səhvə yol verildiyini, Məhkum əməlinin hüquqi tövsifinin əsassız olaraq Azərbaycan Respublikası CM-in 179.2.4-cü maddəsindən 179.1-ci maddəsinə tövsif edildiyini, həmçinin ona əsassız və qanunsuz olaraq CM-in 178.2.2-ci maddəsi ilə bəraət verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.1, 416.1.2, 416.1.3 və 416.1.15-ci maddəsində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
19. Odur ki, koll egiya dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 aprel 2025-ci il tarixli, 1(107)-94/2025 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
21. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamət lərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
22. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.
23. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.
24. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
25. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.
26. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üç ün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).
27. Dövlət ittihamçısının kassasiya protestindən görünür ki, X15 ittiham edildiyi CM-in 178.2.2 və 179.2.4-cü maddələri ilə əməllərini təsdiq edən kifayət qədər sübutların – zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin olmasına baxmayaraq, onun əsassız və qanunsuz olaraq – CM-in 178.2.2-ci maddəsi ilə barəsində bəraət hökmü çıxarıldığını, CM-in 179.2.4-cü maddəsi ilə isə əməlinin CM-in 179.1-ci maddəsinə tövsif edildiyini iddia etməklə, həmin mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.
28. Bu isə onu göstərir ki, dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.
29. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
30. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birin ci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.
31. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, məhkumun əməlinin əsassız olaraq CM-in 179.2.4-cü maddəsindən CM-in 179.1-ci maddəsinə tövsif edilməsi və əsassız olaraq barəsində CM-in 178.2.2-ci maddəsi ilə bəraət hökmü çıxarılması barədə iddiasının) əsaslılı ğını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və dövlət ittihamçısının məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.
32. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin məzmunu ilə uzlaşan dəlillər ittiham tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki h alların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxslərin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, apellyasiya protestinin dəlillərinin birinci instansiya məhkəməsinin təqsirkarın əməlinin tövsif edilməsi, digər hissəsi üzrə bəraət verilməsi ilə bağlı gəldiyi nəticənin qanunsuz və əsassız olmasının əsaslı sayıla bilməməsi, ona görə ki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətlərinin təqsirləndirilən şəxs Məhkum CM-in 179.1-ci maddəsi ilə cinayət törətdiyini, həmçinin onun isə ona qarşı verilmiş CM-in 178.2.2-ci maddəsi ilə verilmiş ittihamda təqsirinin sübuta yetirilməməsini deməyə kifayət qədər əsas verməsi, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunması qənaətinə gəlmişdir.
33. Həqiqətən də, kassasiya protestində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxslərin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiy a məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş, Məhkum CM-in 179.1-ci maddəsi ilə təqsirliliyi, həmçinin CM-in 178.2.2-ci maddəsi ilə təqsirsizliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı və məhkəmə icraatı zamanı verdikləri ifadələri, həmçinin zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.
34. Kollegiya dövlət ittihamçısının müraciətinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin dəlillər apelyasi ya müraciətinin dəlilləri ilə eynilik təşkil etməklə həmin instansiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutların əlaqəli tədqiqinə əsasən cavablandırılmışdır. Kassator müraciətinin dəlillərində hər hansı bir konkret sübuta istinad etməmiş, məhkumun CM-in 178.2.2 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinməsinə dair mülahizələrini yalnız cinayət işi materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə istinad edərək təsdiq edildiyini və məhkəmələrin həmin ifadələrə düzgün hüquqi qiymət verməməsi fonunda əsaslandırmışdır.
35. Belə ki, apelyasiya məhkəməsi iş üzrə toplanılmış bütün dəlilləri tədqiq edərək belə nəticəyə gəlmişdir ki, ittiham tərəfi Məhkum CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinay ət əməlini törətməsini təsdiq edən mötəbər, əsaslı şübhə yeri qoymayan, faktlara dair eyni cür təkzibedilməz nəticəyə gəlməyə əsas verən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə olaraq təqsirləndirilən şəxs Məhkum təqsirsizliyi ilə bağlı məhkəmə istintaqında tədqiq olunmuş dəlillər daha məntiqli və ardıcıl olmaqla birbiri ilə uzlaşaraq öz təsdiqini tapır. Həmin sübutlar onun təqsirsizliyi ilə bağlı işin faktiki hallarına uyğundur, tam qanuni və əsaslıdır. Odur ki, ittiham tərəfinin vermiş olduğu apellyasiya protestinin təqsirləndirilən şəxs Məhkum CM-in 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə dəlilləri əsaslı sayıla bilməz.
36. Kassatorun Məhkum CM-in 179.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bili nərək ittiham edilməli olması apelyasiya icraatı zamanı cinayət işi materiallarında olan sübutların qarşılıqlı tədqiqi ilə araşdırılmış, bununla bağlı (hansı ki, hazırkı kassasiya müraciətinin dəlilləri qismində həmin mövqeyi təkzib edəcək heç bir fakta istinad edilməmişdir) apelyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum qarşı irəli sürülmüş ittihamın yeddi epizodu, yəni 2019-cu ilin fevral ayından 2021-ci ilin iyul ayınadək İsmayıllı rayonu Lahıc avtomobil yolunda yerləşən Tikinti malları mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1482 manatı; 2021-ci il ərzində İsmayıllı şəhərində yerləşən bazarda meyvə və tərəvəz satışı ilə məşğul olan Şahid1 alınmış mallara görə ödənilməli olan 22000 manatı; 2021-ci ilin yay aylarında İsmayıllı şəhərində yerləşən “Mican” İnşaat mağazasından alınmış inşaat mallarına görə ödənilməli olan 1833 manatı; 2022ci ilin sentyabr-oktyabr aylarında İsmayıllı rayonu Bizlan kəndində ət satışı ilə məşğul olan Şahid3 alınmış 50-53 kiloqramlıq ətə görə ödənilməli olan 691 manatı; 2022-ci ilin avqustsentyabr aylarında mərkəzə gətirilmiş kafel-metlak mallarına görə Şahid12 xidmət haqqı kimi ödənilməli olan 300 manatı; 2022-ci ilin oktyabr ayında İsmayıllı şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan Şahid13 alınmış 9 kiloqram 900 qram ətə görə ödənilməli olan 132 manatı; 2022-ci ilin iyun ayından sentyabr ayınadək “Şöhlətoğlu” X7 kababçı işləmiş Şahid6 əmək haqqı kimi ödənilməli olan 900 manatı mənimsəyərək öz şəxsi ehtiyaclarına istifadə etməklə xeyli miqdarda pul vəsaitini talama epizodları üzrə onun təqsirliliyinə əsaslı şübhələr olması qənaətinə gəlmişdir. Belə ki, iş materiallarından və tərəflərin izhatlarından görünür ki, yuxarıda qeyd edilən epizodlar üzrə şahidlər Şahid14, Şahid1, X10, Şahid3, Şahid12, Şahid13 və Şahid6 zərər çəkmiş şəxsin onlara çatası pulu təqsirləndirilən şəxsə verməsinin şahidi olmamışlar, ümumiyyətlə iş materiallarına Şahid14 ödənilməli olan 1482 manatın, Şahid1 ödənilməli olan 22000 manatın, X5 ödənilməli olan 1833 manatın, Şahid3 ödənilməli olan 691 manatın, Şahid12 ödənilməli olan 300 manatın, Şahid13 ödənilməli olan 132 manatın və Şahid6 ödənilməli olan 900 manatın zərər çəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə verilməsini təsdiq edən hər hansı bir sübut be lə əlavə edilməmişdir. Bunun əksinə olaraq şahidlər ifadələrində, həmçinin birinci instansiya məhkəməsinin iclasında onlara verilən suallara cavab olaraq bildirmişlər ki, onlar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 borclarını istəyən zaman sonuncu bildirmişdir ki, hazırda pul yoxdur, qısa vaxtda veriləcəkdir, bundan əlavə bəzi epizodlar borclu şəxslərə təqsirləndirilən şəxs vasitəsilə pul göndərilən zaman pulun çatıb-çatmamasını dəqiqləşdirmək üçün onlarla telefon vasitəsilə əlaqə saxlamışdır, ittihamda qeyd olunan epizodlar üzrə pulun Məhkum vasitəsilə onlara verilməsini isə ya özlərinin borclarını Zərərçəkmiş şəxs1 istəməsi, ya da sonradan Adil vasitəsilə göndərdiyi pulu alıbalmamalarını Zərərçəkmiş şəxs1 soruşmasını bildirmişlər. İttiham aktında qeyd olunan epizodlar üzrə pulun zərər çə kmiş şəxs tərəfindən təqsirləndirilən şəxs Məhkum nə vaxt, harada, hansı məbləğdə, kimin yanında verilməsinə dair hər hansı sübut iş materiallarına əlavə edilməmiş, təqsirləndirilən şəxsə verilən ittiham yalnız zərər çəkmiş şəxsin ifadəsi üzərində qurulmuşdur.
37. Cinayət işi üzrə sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib ittiham və müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya protestində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya protestində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya protestində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.
38. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 179.1-ci maddəsi ilə təqsirli bilinməsi, CM-in 178.2.2-ci maddəsi ilə isə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə barəsində bəraət verilməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə onun CM-in 178.2.2 və 179.2.4-cü maddələri ilə ittiahm edilməsi üçün cinayət işinin apelyasiya instansiya məhkəməsində yenidən məhkəmə baxışına təyin edilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya protesti ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.
39. Beləliklə, məhkəmə kollegiyası zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 aprel 2025-ci il tarixli, 1(107)94/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına, həmçinin CM-in 178.2.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 aprel 2025-ci il tarixli, 1(107)-94/2025 nömrəli qərarı apelyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.