Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2005/2023 06.09.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə xx xxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası C inayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən), S.H.Hacıyev və M.H.Əkbərov) Məhkum - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 12 yanvar 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, özü və müdafiəçisi tərəfindən apellyasiya şikayətinə əlavə verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.V.Hüseyn (sədrlik edən), H.Ç.Məmmədov və E.H.Allahverdiyev) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli hökmü dəyişdirilmişdir. Məhkum CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunduğu əməli həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif olunmuş və ona həmin maddə ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olun muşdur. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, 12 yanvar 2022-ci il tarixdə satış məqsədi ilə qanunsuz olaraq Bakı şəhəri, Binəqədi rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən külli miqdarda 1 ədəd polietilen bükümdə təmiz çəkisi 3,279 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd şəffaf polietilen bükümdə ayrı ayrılıqda 3,402 və 0,396 qram olmaqla, ümumi təmiz çəkiləri 3,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin alaraq əldə edib, üzərində saxlamaqla daşımış və 12 yanvar 2022-ci il tarixdə saat 03:00-da Suraxanı RPİnin 32-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq ünvan 4 ünvanında yerləşən Suraxanı RPİ-nin 32-ci PB-nə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 3,279 ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda 3,402 və 0,396 qram olmaqla, ümumi təmiz çəkiləri 3,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr, xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərinə görə eynilik təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilə rək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Protestdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, ona görə də Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Belə ki, Məhkum üzərində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin sonuncunun satış məqsədi ilə əldə etdiyini iş materialları ilə tam təsdiq olunmasına baxmayaraq apelyasiya instansiyası mə hkəməsi təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli ifadələrini əsas götürərək əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun v ə bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Məhkum əməlinin hüquqi tövsifi mübahisə edilir. Protestdə göstərilmiş dəlillərlə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasə n məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-c i maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntu larının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamə tləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün mü əyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək hesab edir ki, apellyasiya instansiya məhkəm əsi Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edilməsi, saxlanması və daşınması ilə əlaqədar törətmiş olduğu cinayət əməlini tövsif edərkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq etməmiş və təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən gəldiyi nəticəni əsaslandırmamışdır. İş materiallarından görünür ki, apellyasiya instansiya məhkəməsi Məhkum əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edərkən gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “İbtidai araşdırma zamanı toplanmaqla və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı a raşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Məhkum 12 yanvar 2022-ci il tarixdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi 3,279 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini və 02 ədəd şəffaf polietilen bükümdə ayrı ayrılıqda 3,402 və 0,396 qram olmaqla, ümumi təmiz çəkiləri 3,798 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə etdikdən sonra üzərində saxlayaraq daşımışdır. Lakin, nə ibtidai araşdırma orqanı, nə də birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən etməmişlər. Halbuki, bu halların müəyyən edilməsi Məhkum əməlinin tövsifində həlledici rol oynayır. İş materiallarından da aydın olur ki, təqsirləndirilən şəxs həm bütün istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri Məhkum narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı və sübuta dayanan məlumat verməmişlər. Onlar müstəsna olaraq Məhkum yuxarıda qeyd olunan narkotik vasitənin və psixotrop maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Məhkum CM-i n 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, birinci instansiya məhkəməsində onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, “müştəri” ilə telefon danışıqları, sm s yazışmaları, “müştərilərin” narkotik vasitələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Məhkum barəsində daxil olmuş əməliyyat məlumatı onun narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə yox, narkotik vasitələri saxlaması və daşıması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası nəzərə alır ki, istintaq orqanının özü belə Məhkum barəsində CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlamış, bir gün sonra isə şəxsin əməlini CM-in 234.1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsif etməyə kifayət ola biləcək hər hansı sübut əldə etmədən əsassız olaraq əməlini CM-in 234.4.3-cü maddəsinə tövsif etmişdir. Digər tərəfdən, iş materiallarının təhlili göstərir ki, Məhkum onda aşkar edilərək götürülmüş metafetamini və heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübut olmamış və bunlar ehtimal xarakteri daşımışdır. Bundan başqa, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsi də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmir, halbuki bu halların da sübuta yetirilib-yetirilməməsi məhkum olunmuş şəxsin əməlinin düzgün tövsif edilməsi üçün mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda bükümlərin sayına münasibətdə məhkəmə kollegiyası nəzərə alır ki, Məhkum narkotik vasitəni və psixotrop maddəni 12 yanvar 2022-ci il tarixdə əldə etdiyini və həmin gün saxlanıldığını göstərmişdir. İttihamda da onun narkotik vasit əni və psixotrop maddəni 12 yanvar 2022-ci il tarixdə əldə etməsi göstərilmişdir. Məhkum 12 yanvar 2022-ci il tarixdə saat 03:00 da saxlanılmışdır. Məhkum narkotik vasitəni və psixotrop maddəni əldə etdikdən qısa müddət sonra saxlanılması, həmin müddətdə narkotik vasitəni və psixotrop maddəni istifadə etmək imkanının olmaması, uzun müddət həmin narkotik vasitəni və psixotrop maddəni üzərində saxlayıb daşımaması da, sonuncunun narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsinə, saxlamsına və daşımasına dəlalət edən hal kimi nəzərə alınmalıdır”. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin Məhkum törətmiş olduğu cinayət əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddə sinə tövsif edilməsi üçün yuxarıda istinad edilən əsaslandırmasını kifayət hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə iclasında Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. O, ifadəsində göstərmişdir ki, 3 ildir ki, xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Şamaxınka adlanan yerə getmiş və əvvəlcədən danışdığı İran İslam Respublikasının (bundan sonra – İİR) vətəndaşı adını ona X11 kimi təqdim edən şəxsin kart hesabına 120 manat pul göndərmişdir. Həmin şəxs ona “Whats App” mobil tətbiqi vasitəsi ilə ünvan demiş və o, həmin ünvana gedərək ona verəcəyi narkotik maddə heroini daşın altından götürmüşdür. Sonra taksi sifariş vermiş, taksinin sürücüsünə onu Xəzər rayonu, Koroğlu metrostansiyasının yanına aparması nı istəmişdir. Taksi sürücüsü onu təxminən saat 02:45 radələrində “Koroğlu” metrosunun yanında düşürtmüşdür. Sonra da o, yenidən 2111 taksi xidmətinə sifariş verərək Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsinə aparmasını bildirmişdir. Bir neçə dəqiqə sonra “Mercedes” markalı avtomobilin sahibi ona zəng etmiş və onu müştəri kimi qəbul etmişdir. Taksi sürücüsü onu Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsinə gətirmiş və həmin sürücüdən “MegaStore” super marketin yanında avtomobili saxlamasını bildirmiş və taksi sürücüsü avtomobili “MegaStore” super marketin qarşında saxlamış, o da, avtomobildən düşüb yaşayış binasına getmişdir. O, geriyə avtomobilə yaxınlaşan zamanı ona 3 nəfər mülkü geyimli şəxslər yaxınlaşmış və ondan şübhələndikləri üçün polis bölməsinə dəvət etmişl ər. Polis bölməsində üzərində olan 3 büküm narkotik maddəni təqdim etmişdir. O, narkotik maddəni İİR-nın vətəndaşı, adını X11 kimi təqdim edən şəxsdən 120 manata almış və o, narkotik maddəni 3 aydır ki, həmin şəxsdən almışdır. Həmin şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş və həmin şəxs mobil nömrəsini ona verərək narkotik maddə verə biləcəyini bildirmişdir. Həmin şəxslə +**********23 saylı mobil nömrə ilə əlaqə saxlamışdır. O, həmin şəxsdən xx.xx.2022-ci il tarixdə 7-8 qram narkotik maddə almışdır. O, narkotik maddəni satmamış, lakin tanışlar ondan istəyəndə onlara pulsuz narkotik maddə vermişdir. Yaşadığı mənzildə narkotik maddə saxlamamış, üzərində olan narkotik maddədən başqa heç bir yerdə narkotik maddə olmamışdır. Həmin narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. O, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. O, öz istifadəsi üçün narkotik maddə olan heroin və metamtefamin əldə etmiş və istifadə etmişdir. Polis tərəfindən hər hansı təzyiqə məruz qalmamışdır. Məhkəmədə şahid dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 12 yanvar 2022-ci il tarixdə “Məhkum” adlı şəxsin narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə rəisə raportla məruzə olunduqdan sonra ondan və Suraxanı RPİ-nin 32-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün saat 03:00-da ünvan 3 ünvanının qarşısında üzərində taksi işarəsi o lan “Mercedes Benz C220” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlığında xarici əlamətlərindən “Məhkum” adlı şəxsə bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və ondan özünü təqdim edilməsini istəmişlər. Həmin şəxs də özünü Məhkum kimi təqdim etmişdir. Həmin avtomobilin sürücüsü isə özünü X2 təqdim etmiş və taksi sürücüsü olduğunu bildirmişdir. Məhkum narkotik maddələrin istifadəsi və üzərində saxlanılmasında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış həyata keçirilməsi zərurətinin yarandığını deyib onu Suraxanı RPİ-nin 32-ci PB-nə dəvət etmişlər. O da, razı olaraq polis bölməsinə gəlmişdir. 32-ci Polis bölməsində xidməti otaqların birində hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına dəvət edilmiş müdafi əçi dəvət edilmiş və sonra Məhkum üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Məhkum üzərində qanunsuz hər hansı bir əşya varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Bu vaxt Məhkum əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olması və nə vaxt, kimdən, hansı üsulla əldə etməsi barədə soruşulmuşdur. Bu zaman Məhkum həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu və həmin bükümlərin onun özünə məxsus olduğunu, həmin narkotik maddəni Suraxanı rayonu, Binəqədi qəsəbəsində Şamaxinka adlanan yerdə İİR-nın vətəndaşından öz şəxsi istifadəsi üçün alıb əldə edərək üzərində saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin 03 ədəd bük üm götürülərək qablaşdırılmışdır. Sonra isə Məhkum üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra Məhkum yaşadığı evə baxış keçirilməsi zərurətini bildirərək evinə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuşdur. Məhkum da yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizəni imzaladıqdan sonra onun yaşadığı ünvan 6 ünvanında yerləşən evinə baxış keçirilmişdir. Baxış zamanı həmin evdən əldə edilməsi, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya maddə aşkar edilməmiş və götürülməmişdir. Bun dan sonra həmin evə baxış keçirilməsi barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkum saxlanılarkən və Suraxanı RPİ-nin 32-ci PB-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha daha təsdiq etmişdir. Cinayət işinin 35-36-ci vərəqlərində olan 12 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Məhkum üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 03 ədəd büküm aşkar edilərək götürülmüşdür. Cinayət işinin 84-cü vərəqində olan Məhkum üzərində şəxs i axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən bir ədəd DVD diskə baxış keçirilərək müəyyən olunmuşdur ki, baxış zamanı Məhkum üzərində ilə şəxsi axtarış keçirilmiş, əvvəlcə ondan üzərində saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, Məhkum əynində olan qara rəngli qış gödəkçsinin sağ yan cibindən 03 ədəd bükümü çıxarıb təqdim etməsi və ondan təqdim etdiyi həmin bükümlərin içərisində nə olması və nə vaxt necə əldə etməsi barədə soruşulduqda təqdim etdiyi həmin bükümlərin içərisində heroin kimi tanıdığı narkotik maddə olduğunu, həmin narkotik maddəni Binəqədi rayonunda Şamaxinka adlanan yerdə İİR-nın vətəndaşından aldığını və sonra özünün istifadə etməsi üçün üzərində saxladığını bildi rmiş, həmin bükümlərin qablaşdırılaraq üzəri imzalarla təsdiq olunduqdan sonra Məhkum üzərində polis əməkdaşları tərəfindən axtarış keçirilmiş və onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. İş üzrə maddi subut olan DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir. DVD diskdə olan görüntülər işin hallarına uyğundur. Cinayət işinin 57-61-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 6/195 saylı, 12 yanvar 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №196” dairəvi möhür əksi və “İştirakçılar, tərtib etdi-imzalar. xx.xx.2022” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 3,279 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və iki ədəd bükümdəki təmiz çəkiləri - 3,402 qram və 0,396 qram olmaqla, ümumi təmiz çəkisi - 3,798 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş, kustar üsulla hazırlanmış 02 ədəd bükümdəki heroinlər xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eynidirlər. Cinayət işinin 121-122-ci vərəqlərində olan ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 1756 saylı, 12 aprel 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Məhkum opioidlərdən istifadə etmə halları olub. Lakin, hal- hazırda Məhkum müa yinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Halhazırda müayinə zamanı Məhkum narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 140-148-ci vərəqlərində olan protokollardan görünür ki, Məhkum üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertizası təyin edilərək müvafiq rəy alınmış 3,798 qram narkotik vasitə heroin və 3,279 qram psixotrop maddə metamfetamin maddi sübut qismində tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 3,698 qram narkotik vasitə heroin və 3,179 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra saxlanılması üçün Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü və evə baxış zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski isə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 N-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» siyahının 5-ci b əndinə görə 2 qram narkotik vasitə olan heroin külli miqdar hesab edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum üzərində aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə etməməsi barədə gəldiyi nəticəni əsaslandırarkən Məhkum “onda aşkar edilərək götürülmüş metafetamini və heroini nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə hər hansı sübutun olmaması, satılacaq narkotik vasitənin müqabilində Məhkum kimdənsə və hər hansı məbləğdə pul vəsaiti alması, yaxud hansısa gəlir əldə etməsinin də toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməməsi”nə istinad edimişdir. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanunun yuxarıda istinad edilən 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddəl ərin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Göründüyü kimi, qanunverici yalnız əvəzli olan halları deyil, həm də digər şəxsi maraq məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla yayılmasına yönəldilmiş hərəkətlər də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. İş materiallarından görünür ki, hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayan və narkomaniya xəstəliyindən əzab çəkməyən Məhkum özü də tanışlarına narkotik vasitəni pay şəklində verməsini etiraf etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, bununla əlaqədar ape lyasiya instansiya məhkəməsi tərəfindən heç bir araşdırılma aparılmamış, Məhkum narkotik vasitələrin yayılmasında iştirak etməsinin məqsədləri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, belə bir araşdırma aparılmadan, külli miqdarda narkotik vasitə və psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanması və daşınması nəticəsinə gəlinməsi əsassız olmuşdur. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ə dalətlə baxmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhə miyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestini təmin etməklə, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsi ni məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respub likası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2023-cü il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2005/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2005/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver