Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2005/2024 28.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və müdafiəçisi Salehzadə Ümm an Tofiq oğlu ilə birgə verilmiş kassasiya şikayətinə əlavəyə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxx 1977-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Bakı şəhəri 200 saylı orta məktəbdə müəllimə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Məhkum Təqsirləndirilən şəxs xx xxx 1973-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri 71 saylı orta məktəbdə müəllimə işləyən, ünvan 2 ünvanında qeydiyyatd a olmaqla, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat 2, İstixana kombinatı, yeni yaşayış massivində yaşayır. 2. 12 sentyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, Məhkum tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri 200 saylı orta məktəbdə direktor müavini işləyən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyində guya vəzifədə işləyən tanışları vasitəsi ilə Bakı şəhərində olan məktəblərin birində direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq, 19 noyabr 2016-cı ildə ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısında 38.000 manat pulu, 2017-ci ilin iyun ayının əvvəllərindən - 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində isə Zərərçəkmiş şəxs1 tanışlarını Bakı şəhərində olan müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vədlər verib inandırmaqla onu aldadaraq, Bakı şəhərinin müxtəlif ərazilərində 73000 manat, sonuncu dəfə ünvan 4 ünvanında 7.000 manat pul alaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 cəmi -118.000 (yüz on şəkkiz min) manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum təkrarən tamah niyyəti ilə etiba rdan sui - istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək digər tanışı Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında aldığı magistr təhsilinə dair diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində guya vəzifədə işləyən tanışları vasitəsi ilə təsdiq etdirəcəyinə və Bakı şəhərində olan məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 5 ünvanında yerləşən «Mado» restoranında 5.000 manat, 2019-cu ilin sentyabr ayının sonlarında isə ünvan 6 ünvanında yerləşən «Şəkər Bala» uşaq bağçasının qarşısında 12.000 manat pulu alaraq, sonradan verdikləri vədə əməl etməyib Zərərçəkmiş şəxs2 Cəlal qızına xeyli miqd arda -17.000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələzuluq etmişdir. 3. 03 oktyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə Məhkum və Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, razılaşdırdıqları plana uyğun hərəkət edərək Məhkum Bakı şəhəri 200 saylı orta məktəbdə direktor müavini işləyən Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Təhsil Nazirliyində guya yüksək vəzifədə i şləyən tanışları vasitəsi ilə 38000 manat pul müqabilində Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi ona təqdim edib aldatmış və inandırmışdır. Bundan sonra vəd verdiyi üsulla Bakı şəhərindəki orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyini söz verdiyi Zərərçəkmiş şəxs1 sonuncunun işlədiyi Bakı şəhəri 200 saylı orta məktəbdə xidməti otağında 2016-cı ilin noyabr ayının ortalarında 8000 manat, 19 noyabr 2016-cı il tarixdə isə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanın qarşısında 30000 manat alaraq, Zərərçəkmiş şəxs1 xeyli miqdarda - ümumilikdə 38000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa Məhkum və Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılaşdırdıqları plana uyğun hərəkət edərək, 17000 manat pul müqabilində Zərərçəkmiş şəxs2 Ukrayna Respublikasında aldığı magistr təhsilinə dair diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində guya yüksək vəzifədə işləyən tanışları vasitəsi ilə təsdiq etdirəcəklərinə və Bakı şəhərində orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəklərinə dair yalan vəd verib inandırmaqla aldatmış, Zərərçəkmiş şəxs2 2019-cu ilin sentyabr ayının ortalarında ünvan 5 ünvanında yerləşən «Mado» restoranında 5000 manat, 2019-cu ilin sentyabr ayının sonlarında isə ünvan 6 ünvanında yerləşən «Şəkər Bala» uşaq bağçasının qarşısında 1200 0 manat pulu alaraq, sonradan verdikləri vədə əməl etməyib Zərərçəkmiş şəxs2 Cəlal qızına xeyli miqdarda - ümumilikdə 17000 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişlər.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-290/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli hökmü ilə: Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CMnin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətm əkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 mülki iddiasının qismən – ona qarşı törədilməsi məhkəmədə təsdiqini tapmış cinayət əməli ilə vurulmuş 38000 manat məbləğə münasibətdə təmin edilməsi, göstərilən məbləğ zərərçəkmiş şəxsə (mülki iddiaçıya) tam ödənildiyindən, təmin edilmiş mülki iddia tələbinin icra edilməsinin nəzərə alınması, mülki iddianın qalan hissədə təmin edilməməsi hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Bağırov Əkbər Məmməd oğlu apellyasiya şikayəti verib, hökmün təqsirləndirilən şəxsə aid hissədə ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığına görə Məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
7. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Quliyev Emin Əliağa oğlu apellyasiya şikayəti verib, ittiham olunan cinayət əməlində təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması, Zərərçəkmiş şəxs1 mülki iddiasının təmin edilməməsini xahiş etmişdir.
8. Hökmdən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və onlara ağır cəza təyin edilməsi barədə yeni ittiham hökmünün çıxarılması, mülki iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.
9. Hökmdən həmçinin dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinməsi və maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə yeni hökmün çıxarılmasını xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-290/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
11. A pellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti, müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu ilə birgə kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən kassasiya şikayəti və dövlət ittihamçısı X4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
12. Məhkum kassasiya şikayətində göstərmişdir ki, məhkəmə baxışı zamanı hər hansı bir şəxsin əmlakının, pul vəsaitinin onun tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsi təsdiqini tapmamışdır. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs1 öz ifadəsində ona məxsus pul vəsaitinin, yəni 38000 (otuz səkkiz min) manatın Təqsirləndirilən şəxs verdiyini və Təqsirləndirilən şəxs onu işə düzəldəcəyinə söz verdiyini göstərmişdir. İbtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs onun magistr diplomunu Təhsil Nazirliyində təsdiq etdirmək və məktəb direktoru vəzifəsinə təyin etdirmək adı ilə ondan 17000 manat pul aldığını, pulu alan zaman işi bir ay ərzində həll edəcəyinə söz verdiyini, lakin sonradan sözünə əməl etmədiyinə dair ifadə vermişdir. Məhkum bu cinayət əməlinin törədilməsində iştirakçı olmadığı onunla da sübuta yetirilir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurulmuş zərərin əvəzi Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. O, Zərərçəkmiş şəxs1 pulu Təqsirləndirilən şəxs verdiyi zaman düşünmüşdür ki, Zərərçəkmiş şəxs1 direktor vəzifəsinə düzəldə biləcək, onun niyyəti yalnız zərərçəkmişin direktor düz əlməsi, zərərçəkmişə kömək olunması, bununla da zərərçəkmiş 2 iş bacaran adam kimi nüfuzunun artması olmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, əməlində cinayət tərkibi olmadığından məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Daha sonra Məhkum və müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu ilə birgə verdiyi kassasiya şikayətinə əlavədə bildirmişdir ki, onun əməlində cinayət hadisəsi yoxdur. Məhkum edilmiş şəxslər Zərərçəkmiş şəxs2 ilə borc münasibətlərində olmuşlar. Bundan başqa ittiham üzrə cinayət hadisəsi Məhkum pedaqoji fəaliyyətinə aid olmayan kənar münasibətlər i ilə bağlıdır. Onun pedaqoji fəaliyyətə aid olmayan münasibətlərə görə pedaqoji fəaliyyətdən məhrum edilməsinin cinayət hüquqi əsası yoxdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, Zərərçəkmiş şəxs1 38000 manat pul vəsaitini ələ keçirməsi epizodu üzrə Məhkum barəsində cinayət təqibinə xitam verilməsi, Zərərçəkmiş şəxs2 Cəlal qızının 17000 manat pulunun ələ keçirilməsi epizodu üzrə əməldə cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət təqibinə xitam verilməsi, həmçinin baş vermiş hadisələr bilavasitə pedaqoji fəaliyyətin icrası ilə bağlı olmadığı, maddi zərər tam ödənildiyi, məhkumun yeganə qazanc yerinin onun pedaqoji fəaliyyəti ilə bağlı əmək haqqının olması, himayəsində i nsult xəstəliyi keçirmiş yataq rejimində olan anası olduğunu nəzərə alaraq ona təyin edilmiş əlavə cəzanın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Zərərçəkmiş şəxs (mülki iddiaçı) kassasiya şikayətində özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə istinad edərək bildirmişdir ki, məhkəmə ona ancaq 38000 manat məbləğində ziyan dəyməsi qənaətinə gəlsə də, 42000 manat ödənilməsinin, əlavə ödənişlər üçün əlavə vaxt istənilməsinin məntiqi açıqlamasını göstərməmişdir. Onun məhkəməyədək və məhkəmə istintaqı zamanı verdiyi ifadələri dəqiq olmuş, bir-biri ilə ziddiyyət təşkil etməmişdir. Məhkum cinayət təqibinin bütün dövrlərində verdiyi ifadələrində ondan guya sələmə pul götürdüyünü bildirmişdir. Lakin 29 fevral 2024cü il tarixdə apellyasiya instans iyası məhkəməsinin iclasında əvvəlki ifadələrindən fərqli ifadə verərək, ondan işə düzəltmək adı ilə pullar aldığını və zərərçəkmişə verdiyini təsdiq etmişdir. Məhkəmələr onun tərəfindən təqdim edilmiş işin hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmişlər. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya protestində məhkum edilmiş şəxsl ərin məhkəmə istintaqı zamanı, Zərərçəkmiş şəxs1 məhkəməyədək və məhkəmə istintaqı zamanı, Zərərçəkmiş şəxs2 məhkəmə baxışı dövründə verdiyi ifadəsinə, şahidlərin məhkəməyədək və məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə istinad edilərək göstərilmişdir ki, bu və digər ifadələr məhkəmələr tərəfindən təhlil edilməmiş, ifadələrin sübut kimi qəbul edilməməsi və buna əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmiş, bununla məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmələr ibtidai istintaq orqanının təqdim etdiyi sübutları cinayət prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada araşdırsalar da, əməlin tövsifi ilə bağlı düzgün nəticəyə gəlməmiş, əsasland ırma aparmadan və sübutlara əsaslanmadan Məhkum və Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qənaətinə gəlmişlər. Məhkəmə kollegiyasından Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir.
16. Kassasiya protestinə və kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
17. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edi r.
18. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
19. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfind ən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
20. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
21. Kassasiya protestində, eləcə də zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edi lmədiyi və nəticədə məhkumların törətdiyi əməllərin hüquqi tövsifində səhvə yol verildiyi iddia edilməklə, kassasiya xahişi Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirilmişdir.
22. Məhkum verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyi, barəsində olan ittiham hökmünün əsasını yolverilməz sübutların təşkil etdiyi, təqsirliliyinin sübuta yetirilmədiyi, kassasiya şikayətinə əlavədə isə maddi hüquq normaların düzgün tətbiq edilmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-ni n 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirilmişdir.
23. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
24. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu ə məlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
25. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
26. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş və zifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası C inayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
28. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası dövlət ittihamçısının və zərərçəkmiş şəxsin məhkumların əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə kassasiya müraciətlərinin, eləcə də məhkumun və müdafiəçisinin onun təqsirliliyinin sübuta yetirilmədiyinə dair kassasiya şikayətinin və ona əlavənin dəlillərini əsassız hesab edir.
29. Məhkəmə kollegiyası hər üç kassasiya müraciətlərinin dəlillərinin əsassız olması ilə bağlı qeyd edir ki, bu dəlillər daha əvvəl məhku mların müdafiəçilərinin, Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində, eləcə də dövlət ittihamçının apellyasiya protestində qaldırılmış, bununla bağlı apellyasiya baxışı qismən məhkəmə istintaqı keçirilməklə aparılmış, araşdırma zamanı hər iki məhkum, zərərçəkmiş şəxs, şahidlər dindirilmiş, onların ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat dövründə verdikləri ifadələri, eləcə də cinayət işinin materiallarında olan digər sübutlar yuxarıda qeyd edilmiş maddi və prosessual cinayət-hüquqi normaların tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edilmiş, nəticədə məhkəmə hesab etmişdir ki, verilən ittiham üzrə Məhkum və Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsdən əla və olaraq 80000 manat məbləğində pulun ələ keçirilməsinə aid şahid ifadələrinə sübut kimi istinad edilməsinin mümkün olmadığı barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi düzgündür.
30. Apellyasiya instansiyası məhkəməsi həmin mövqeyini onunla əsaslandırmışdır ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında dindirilmiş məhkumlar və zərərçəkmiş şəxslərin ailə üzvləri olmayan şahidlər, Zərərçəkmiş şəxs1 Məhkum pul verməsinin və həmin pulun hansı məbləğdə olmasının şahidi olmadıqlarını bildirmiş, bu səbəbdən həmin ifadələr və cinayət işinin materiallarında olan digər sübutlarla uzlaşmayan Zərərçəkmiş şəxs1 ziddiyyətli ifadələrinin verilmiş ittihamın əsasını təşkil edən sübut kimi qəbul edilməsi yolverilməzdir.
31. Həmçinin, verilmiş ittiham bütövlükdə natama m olmaqla, konkret olaraq Zərərçəkmiş şəxs1 hansı tanışlarının direktor vəzifəsinə təyin olunacaqlarının vəd olunduğu, Zərərçəkmiş şəxs1 hansı tanışı üçün hansı məbləğdə pulu kimə verdiyi göstərilməmişdir. Bundan başqa, ittihamın həmin bəndi üzrə ümumiyyətlə cinayətin törədildiyi yer, vaxt və üsul konkret olaraq göstərilməmiş, mücərrəd şəkildə “2017-ci ilin iyun ayının əvvəllərindən 2017-ci ilin sentyabr ayınadək olan müddət ərzində”, “Bakı şəhərinin müxtəlif ərazilərində” ifadələrindən istifadə olunmuşdur.
32. Apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalananları ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsinin iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla məhkumlara elan edilmiş ittihamdan qeyd olunan hissəsinin çıxardıqdan sonra Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın 38000 manat, digər Zərərçəkmiş şəxs2 isə 17000 manat təşkil etməsi, dələduzluq əməlinin həm də təkrarlıq tövsifedici əlaməti ilə törədilməsini də nəzərə alaraq, Məhkum və Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi haqda gəldiyi nəticəsi işin faktiki hallarına uyğun olmuşdur.
33. Müvafiq olaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü ümumilikdə götürülməklə yoxlayan apellyasiya instansiyası məhkəməsi, sübutlar və sübutetmə, eləcə də işin faktiki hall arının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum və Təqsirləndirilən şəxs hazırki qərarın işin hallarına aid hissəsində təsviri verilmiş hərəkətlərinin tədqiqindən, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin dispozisiyasından və eyni Məcəllənin Ümumi hissəsinin müddəalarından çıxış edərək, onun əməlində Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkibinin olmasının sübuta yetirildiyi, eyni zamanda bu maddələrlə onların təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələyə aid qənaəti apellyasiya şikayətində irəli sürül müş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə həmin nəticələri təkzib edə biləcək yetərli dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkumlar Məhkum və Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
35. Məhkəmə kollegiyası Məhkum təyin edilmiş əlavə cəzanın ləğv edilməsi barədə kassasiya şikayətinə əlavədə göstərilmiş dəlillərini də əsassız hesab edərək bununla bağlı qeyd edir ki, məhkəmələr Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi rəhbər tutularaq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmayan müəyyən vəzifə tutma və müə yyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə növündə əlavə cəzanı təyin etmişlər.
36. Həmin əlavə cəzanı seçən birinci instansiya məhkəməsi məhkumların qəsdinin yönəldiyi ictimai münasibətlərin xarakterini, onların şəxsiyyətini nəzərə alaraq, hər iki məhkumun, o cümlədən, B.İ.İsmayılovanın pedaqoji fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab etmiş, əlavə cəzanın yaradacağı digər məhdudiyyətlərlə bərabər həm də mənəvi-psixoloji təsirinin təkrar cinayət törətməsinin qarşısının alınmasına, bununla da cəzanın Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədinə nail olmasına xidmət edəcəyi qənaətinə gəlmiş, apellyasiya instansiyası məhkəməsi bu mövqeni əsaslı hesab edərək, təyin edilmiş cəzanı dəyişdirmədən saxlamışdır.
37. Məhkəmələrin qənaəti ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, onların yanaşması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğundur, bu mövqeyə görə əlavə cəzalar – müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Cəzalar sırasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü xüsusi yer tutur. Bu cəza cərimə cəzası ilə birlikdə universal cəza olmaqla həm əsas, həm də əlavə cəza kimi tətbiq edilə bilər (CM-in 43-cü maddəsi). Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-nin Xüsusi hissəsinin maddəsində nəzərdə tu tulmayan hallarda da təyin edilə bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 14 noyabr 2011-ci il)
38. Beləliklə məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya müraciətlərində göstərilənlər bu nəticələri təkzib etmədiyindən, bununla yanaşı mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, həmin qərarı şübhə altına almaq üçün əsas müəyyən edilmir.
39. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsviri verilən əsaslara görə hesab edir ki, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu ilə birgə verilmiş kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublika sı CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və müdafiəçisi Salehzadə Ümman Tofiq oğlu ilə birgə verilmiş kassasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş kassasiya şikayəti və dövlət ittihamçısı X4 tərəfindən verilmiş kassasiya protesti edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-51/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.