Məhkəmə qərarları › İş №1(102)-2006/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2006/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2006/2025 30.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət məhkəmə tərkibində, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun iştirakı ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli 1(100)-220/2025 nömrəli (hakimlər: Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1977-ci il tarixdə Şəmkir rayonunda anadan olan, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, məhkumluğu olmayan, xxx-də qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan m əhrum etmə növündə cəzanın təyin edilməsi, CM-in 66.5-ci maddəsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(042)-13/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökmlə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum birinci iş üzrə ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddətin azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növünd ə cəzadan çıxılması və onun üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 4 mart 2024-cü il tarixdən hesablanması müəyyən edilmiş, həmçinin iş üzrə maddi sübut və məhkəmə xərci ilə bağlı məsələlər həll edilmişdir. Hökmdən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Faiq Nüsrət oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə) 15 may 2025-ci il tarixli 1(104)-284/2025 n ömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025ci il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Məhkum təqsirli bilinərək məhkum edilmişdir, ona görə ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Az ərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 8,809 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla ünvan 1 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində Məhkum 4 mart 2024-cü il tarixdə saat 07:30-da yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 2ilmiş və orada həmin tarixdə saat 08:45-dən etibarə n üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 8,809 qram olmaqla, külli miqdar təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİSİNİN ÇİXİŞİ: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkum həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində ona verilmiş ittihamlarla özünü təqsirli bilməmişdir. Lakin həm Gəncə Ağır Cinayətlər Məhkəməsi, həm də Gəncə Apellyasiya Məhkəməsi isə verilmiş ittihamlar üzrə onun təqsirli olması qənaətinə gələrək cəza təyin etmişdir. Gəncə Apelyasiy a Məhkəməsinin gəldiyi nəticə ədalətli, qanuni və əsaslı olmamışdır. Məhkum heç bir cinayət əməli törətməmiş və ona qarşı verilmiş ittiham tamamilə qanunsuz, əsassız və heç bir mötəbər dəlilə dayanmayan, istintaq orqanının mülahizəsindən ibarət bir ittihamdır. Məhkəmələr də həmçinin əsassız olaraq istintaq orqanının vermiş olduğu ittihamı öz hökm və qərarı ilə təsdiq edərək Məhkum təqsirli bilərək barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin təqsirliliyi heç bir mötəbər dəlillə sübuta yetirilməmişdir. İş materiallarına diqqət yetirdikdə aydın olur ki, təqsirləndirilən şəxs tutulduqdan sonra xeyli müddət polis şöbəsində saxlanılmışdır. Onun üzərinə dərhal baxış keçirilməsini qeyri-mümkün edən hər hansı bir hal mövcud olmamışdır. Belə olan halda təqsi rləndirilən şəxsin üzərindən çıxan narkotik vasitənin ona məxsus olması əsaslı şübhə yaradır. İş materiallarından vəkilin orada olması ümumiyyətlə sübuta yetirilmir. Belə ki, həmin vəkilin Məhkum ilə söhbət etməsi, ona axtarış və götürmənin mahiyyətini izah etməsi, onunla konfidensial görüşməsi barədə məlumat ümumiyyətlə mövcud deyildir. Məhkum ağır cinayətdə təqsirləndirildiyindən o müdafiəçidən tam və ya qismən imtina edə bilməzdi və onun bu imtinası qəbul edilə bilməzdi. Vəkilin məcburiliyi onun bütün istintaq hərəkətlərinə şamil edilir və vəkilin iştirakı olmadan keçirilən istintaq hərəkəti etibarsızdır. Səciyyəvi və ya birbaşa hər hansı məhdudiyyət təqsirləndirilən şəxsin malik olduğu effektiv hüquqi yardım hüququna əngəl yaratmamalıdır. Təqsirləndirilən Məhkum bildirir ki, ona qarşı polis əməkdaşları tərəfindən hədəqorxular gəlinmiş, o, təzyiqlərə məruz qalmışdır. Şübhəli şəxs qismində tanınana qədər o şahid qismində prosesdə iştirak edib. Şahidin isə ifadə vermək hüququ deyil vəzifəsidir. Məhkum əməliyyat vaxtı özünə qarşı ifadə verməmək hüququnun olması izah edilmədən, müdafiə hüququ pozulmaqla və işgəncə verilməkdə alınmış ifadələri sübut kimi siyahıdan çıxarmaması və sonradan ittiham hökmünün əsası kimi istifadə edilməsi də Konvensiyanın 6-cı maddəsinə zidd olmuşdur. Bundan əlavə əməliyyatın təxirəsalınmazlığı halı mövcud olmamışdır və polisin əməliyyatın keçirilməsinə məhkəmə qərarı almaq üçün kifayət qədər vaxtı olmuşdur. Gəncə Apelyasiya Məhkəməsi yalnız şahidlərin həqiqətə uyğun olmayan ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas alaraq Məhkum ağır ittiha mda təqsirli bilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2025-ci il tarixli qərarının ləğv edilməsi və Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə dair qərarın qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2025-ci il tarixli qərar ının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkum barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yol verilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətd iyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cin ayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütü n faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarı). Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri (CPM, 28 və 33-cü maddələr), sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar da (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutu lmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2025-ci il tari xli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkum verilmiş satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə öz təsdiqini tapmamış, onun cinayət əməlinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməyi, iş materiallarında olan sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etmədiyi qənaətinə gəlinərək onun əməlinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməli olduğu barədə qənaətə gəlinmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları tədqiq etmiş və qiymətləndirmişdir. Bu məsələlər həll olunarkən Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə riayət olunmuşdur. Kassasiya kollegiyasının bu qənaəti ondan irəli gəlir ki, apellyasiya məhkəməsi bu şikayətin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb, sübutlar və sübutetmə məsələlərində hər hansı bir pozuntu aşkar etməmişdir. Kassasiya məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirərək, Məhkum məhkəmələrin gəldiyi nəticə üzrə cinayət əməlini törətməsi onun məhkəməyədək istintaq dövründə verdiyi izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələri, 3 mart 2024-cü il tarixli “Raport”, “şəxsi axtarış və götürmə haqqında” 4 mart 2024-cü il tarixli protokol və istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk, Şəmkir Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4 mart 2024-cü il tarixli 3-16-16/2-6/1306 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in 18 mart 2024-cü il tarixli 957/K nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 5 mart 2024-cü il tarixli 1479 nömrəli rəyi, maddi sübutlar, həmçinin iş üzrə toplanmış digər sübutlar ilə öz təsdiqini tapdığını müəyyən edir. Belə ki, cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə haqqında” 4 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş vide oçəkilişdən müəyyən olunur ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Məhkum üzərində şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli gödəkcənin sol yan cibindən “Samsung” markalı mobil telefon, 2 manat pul, papaq və 1 ədəd açar, həmin gödəkcənin sol iç cibindən şəxsiyyət vəsiqəsi ilə 1 ədəd pul kartını, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Cinayət işi materiallarına əsasən müəyyən olunur ki, Məhkum saxlanılan zaman üzərində həqiqətən də psixotrop maddə olduğunu, həmin maddəni şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini ibtidai istintaq zamanı həm ifadəsində, həm də üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı bildirmişdir. Şahid2 və Şahid1 ifadələrində göstərmiş olduqları faktlar, o cümlədən şəxsi axtarış və g ötürmə aparılması barədə istintaq hərəkətinin protokolunda göstərilmiş faktlar, həmin istintaq hərəkətinə dair videogörüntüləri özündə əks etdirən disk və həmin diskə baxış keçirilməsi barədə protokol ilə də öz təsdiqini tapır. Məhkum müdafiəçisinin kassasiya şikayətinə gəldikdə isə kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə kollegiyası haqlı olaraq şahid qismində dindirilmiş şəxslərin ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ifadələrini də işdə olan digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək həmin ifa dələrin obyektiv həqiqəti əks etdirməsi və ona görə də onların mötəbər sübut növü kimi qəbul edilməli olması, Məhkum, o cümlədən əlavə şahid qismində dindirilmiş onun həyat yoldaşı X7 və qonşusu X1 məhkəmədə verdiyi ifadələrin isə işin faktiki halları ilə uyğun olmayan, əsl həqiqəti əks etdirməməklə Məhkum müdafiə etmək, onun cinayət məsuliyyətindən azad olunması məqsədi güddüyü barədə nəticəyə gəlmişdir. Müdafiəçi kassasiya şikayətinin tələblərini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair nəticələrin əsasına qoyulmuş faktiki halların işgəncələr altında və qanunsuz psixi, fiziki təsirlər nəticəsində onun verdiyi həqiqətə uyğun olmayan ifadələr təşkil etməsi, verilmiş vəsatətlərə baxmayaraq onun qanunsuz psixi, fiziki təsirlərlə məruz qalmasına dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən “qeyri-insani davranışa, psixoloji təsir və təzyiqlərə məruz qalaraq etirafedici ifadələr verməsinə” dair dəlillərinə də münasibət bildirərək aşağıdakıları qeyd etməyi məqsədəmüvafiq hesab edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblər ini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəf lərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən ba xılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qeyd edilən tələblərdən çıxış edərək məhkəmələr qeyd edilən dəlillər üzrə müvafiq araşdırma aparmış və müəyyən olunmuşdur ki, cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024-cü il tarixli məktubuna əlavə olunmuş Məhkum adına açılmış tibbi kitabçanın surətindən görünür ki, sonuncu istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Həmçinin DİN-nin BMCMİ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Məhkum DİN-nin BMCMİ-yə daxil olan zaman onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X14 istintaq müddəti ərzində işgəncəyə və ya digər qanunsuz hərəkətlərə məruz qalmasına dair məlumat vermədiyi üçün prokurorluq orqanlarına hər hansı araşdırma aparılmamışdır. O cümlədən, həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 mart 2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Məhkum həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinə münasibət bildirərkən polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilməsini, eləcə də sonuncuların onun üzərinə psixotrop maddə metamfetamin qoymalarını göstərməmiş, əksinə əməlindən peşman olduğunu qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkum 4 mart 2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, 4 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində, 5 mart 2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə 4 mart 2024-cü il tarixdə saat 07:30-da Şəmkir şəhəri, H.Cavid küçəsində yaşadığı ünvanın qarşısında olduğu zaman polislər tərəfindən saxlanıldığını və polis şöbəsinə aparıldığını, şöbədə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı üzərindən aşkar edilmiş bir sellofan bükümdə olan psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, polislər tərəfindən nə saxlanılan, nə də üzərinə şəxsi axtarış keçiri lən zaman heç bir fiziki və ya psixi təzyiqə məruz qalmadığını, üzərində xəsarətinin olmadığını, polis əməkdaşlarına da müqavimət göstərmədiyini bildirmişdir. Qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2024-cü il tarixli, 140/MEŞ nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Məhkum bədəni üzərində xəsarət aşkar edilməmişdir. Belə ki, qeyd normaların tələblərindən çıxış edərək məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müdafiə tərəfinin məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında ümumiyyətlə qaldırılmadığı müəyyən edilmişdir. Odur ki, istər Gəncə Ağır Cinayətlər Məhkəməsi, istərsə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası göstərilən dəlilləri araşdırarkən haqlı olaraq Məhkum təzyiq altında işgəncə nəticəsində ondan ifadələr alınması barədə mübahisələndirdiyi dəlilləri qeyd normaların tələblərindən çıxış edərək mötəbər hesab etməmişdir. Kassasiya şikayətinin dəlillərini iş materialları ilə birgə tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş mötəbər, bir-birilə uzlaşan sübutların məcmusu ilə tam təsdiq olunur və apellyasiya instansiyası məhkəməsi tərəfindən də haqlı olaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi kassasiya şikayətində müxtəlif prosessual hərəkətlərin keçirilməsi ilə əldə olunmuş sübutla rın prosessual qanunvericiliyin tələblərinə müvafiq tədqiq edilmədiyi və iş üzrə ədalətli məhkəmə araşdırılması aparılmadığı iddia edilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq, məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət ve rilmiş və Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkum Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə bağlı təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Kassasiya məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir k i, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın təyin e dilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində bir azyaşlı uşağının olması) olması, ağırlaşdıran halların isə olmaması, hab elə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş kifayət qədər ədalətli cəza təyin edilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum b arəsində olan cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 may 2025-ci il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar