Məhkəmə qərarları › İş №1(102)-2007/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2007/2023

26.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2007/2023 26.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 10 aprel 2023-cü il tarixli, 1(104)-180/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx.xx.1948-ci ildə Daşkəsən rayonu Təzəkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 7/34-də daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum 11 avqust 2022-ci il tarixdə saat 14 radələrində Göygöl rayonu Balçılı kəndinin inzibati ərazisində idarə etdiyi özünə məxsus «VAZ 21061 minik» markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmaqla, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, həmin tələbləri pozaraq, onun hərəkət istiqaməti üzrə yolu sağdan-sola keçmək istəyən piyada azyaşlı X4 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vuraraq sonuncunun həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən yumşaq toxumaların alın ənsə nahiyələrinə uyğun hisslərdə böyük ölçülü qansızmalar (hematoma), baş beyin maddəsinin kəskin ödemi, sağ İ, İİ, İİİ, İV, V qabırğaların məmə xətti üzr ə sol İİ, İV, Vİ, Vİİ, İX, Xİ qabırğaların onurğayanı xətti üzrə, sol körpücük və İ, İİ sol qabırğaların orta körpücük xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalarda qansızma, iki tərəfli pnevmatoraks, hər iki ağciyərin kontuziyası, qaraciyərin cırılması, dalağın cırılması (splenektomiya əməliyyatından sonrakı vəziyət), hər iki böyrəyin - böyrəkətrafı yumşaq toxumalarla birgə hematoması, alın nahiyəsinin qançırları, sağ bazu, sağ said, döş qəfəsinin ön səthi, qarın, sağ qasıq, sol qalça, hər iki sağrı, sol əlin arxa səthinin, hər iki diz, hər iki baldır, sağ iç topuq oynağı nahiyələrinin və sol ayaq pəncəsinin üst səthinin sıyrıqları ilə müşayiət olunan xəsarətlər alması və sonuncunun döş və qarının qapaılı küt travması nəticəsində əmələ gələn, qabırğaların çoxsaylı sınığı, iki tə rəfli pnevmatoraks, hər iki ağciyərin kontuziyası, hər iki böyrəyin – böyrəkətrafı yumşaq toxumalarla birgə hematoması, qaraciyərin cırılması, dalağın cırılması səbəbindən xx.xx.2022-ci il tarixdə saat 01:50-də yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən Gəncə Beynəlxalq xəstəxanasında ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir.

3. Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 1(066)-133/2022 nömrəli hökmü ilə (sədrlik edən hakim Q.Ə.Abbasov) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasi CM -nin 69.3-cü maddəsinə əsasən Məhkum 29 sentyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu 2 (iki) ay 15 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılması və qəti olaraq üzərində 3 (üç) il 09 (doqquz) ay 15 gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, azadlıqdan məhrum etmə cəzasının cəza çəkmə müddətinin əvvəlinin onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması və Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.

4. Göygöl Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixl i, 1(066)-133/2022 nömrəli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək hökmü ləğv edib, ona həmin maddə ilə bəraət verilməsi barədə yeni hökm çıxarılmasını və apellyasiya şikayətinin qismən məhkəmə istintaqı ilə aparılmasını xahiş etmişdir.

5. Həmçinin, hökmdən dövlət ittihamçısı Qədimalı Hüseynli apellyasiya protesti verərək, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-133/2022 saylı hökmünün ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək təqsirli bilindiyi maddənin sanksiyası həddində daha ağır azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 apre l 2023-cü il tarixli, 1(104)-180/2023 nömrəli qərarı ilə Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, dövlət ittihamçısı X6 tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(066)-133/2022 saylı hökmünün cəza hissəsində dəyişdirilməsi, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının ağırlaşdırılaraq 5 (beş) il müddətində müəyyən edilməəsi, Azərbaycan Respublikasi CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 29 sentyabr 2022-ci il tarixdən 13 dekabr 2022-ci il tarixədək ev dustaqlığında olduğu 2 (iki) ay 15 gün mü ddətin bir günə bir gün hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması və qəti olaraq üzərində 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 09 (doqquz) ay 15 (on beş) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2023-cü il tarixli, 1(104)-180/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X2 tərəfindən kassasiya protesti və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya protestinin, kassasiya şikayətinin dəlilləri və etirazlar:

8. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi əsassız olaraq bir sıra halların birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirməsinə dair mövqeyi ilə razılaşaraq, Məhkum məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların onun şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə uyğunluğunu qiymətləndirərək əsaslandırmamış, bununla da məhkum barəsində heç bir əsas olmadan daha yüngül cəza təyin edilmişdir. Həmçinin, apellyasiya məhkəməsi dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestini qismən təmin etsə də, formal olaraq azadlıqdan məhrum etmə cəzasının həddini artıraraq 5 il həddində müəyyən etmiş, lakin cəzaçəkmə müəssisənin növünü dəyişdirmədən saxlamışdır.

9. Kassasiya protestinin müəllifi bir sıra qanunvericilik aktlarına istinadlar edərək protestində qeyd etmişdir ki, məhkəmə cəza təyin edərkən həmin qanunvericilik aktlarının tələblərinə əməl etməyərək, əsassız və qanunsuz hökm çıxarmışdır. Belə ki, məhkəmə cəza təyini zamanı cinayət qanununda nəzərdə tutulmayan halları cəzanı yüngülləşdirən hallar kimi qəbul etsə də, onların qəbul edilməsinin motivlərini ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində göstərməmişdir. Qeyd edilən hallara məhkumun yaşlı olması, əlil olması daxildir.

10. Qeyd edilir ki, Məhkum əməli kifayət qədər sübutlarla təsdiq olunmasına baxmayaraq özünü təqsirli bilməməsi onun əməlindən peşman olmamasını, ədalət mühakiməsinə hörmət hissinin aşılanmamasını göstərir.

11. Kassasiya protestində həmçinin qeyd edilmişdir ki, məhkəmə göstərilənləri nəzərə alm ayaraq yüngüllüyünə görə açıq aydın ədalətsiz olan cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuş, qanunun qeyd edilən normalarının tələblərini kobud şəkildə pozmaqla beləliklə də, cinayət qanunu normasını düzgün tətbiq etməmişdir.

12. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2023-cü il tarixli, 1(104)-180/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində y eni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

13. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində bir sıra qanunvericilik aktlarına istinadlar edərək şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən sübutetməyə dair cinayət prosessual normaların tələbləri pozulmuş, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmiş və lazımi araşdırma aparmayıb bu nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni pozuntulara yol vermişdir.

14. Kassasiya şikayətinin müəllifi şikayətinin dəlilləri qismində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini müzakirə edib qiymət verməmiş, yalnız birinci instansiya məhkəm əsinin məhkumun təqsirliliyi və əməlin tövsifi ilə bağlı gəldiyi nəticə ilə razılaşdığını qeyd edərək məhkumun qeyd edilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, instintaq hərəkətləri protokolları, habelə sair iş materialları ilə tam sübuta yetirilməsini göstərməklə kifayətlənmişdir. Bildirir ki, məhkumun təqsirlilik məsələsinin müəyyən edilməsində həlledici rolu iş materialarma, işin faktiki hallarına qətiyyən uyğun gəlməyən, məhkəmə istintaq təcrübəsində analoqu olmayan məhkmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi oynamışdır. Nə istintaq orqanı, nə də işə baxan məhkəmələr həmin rəyə tənqidi yanaşmamış, rəyi kor-koranə toxunulmaz sübut kimi qəbul etmişlər. Əslində isə həmin sübut məhkəmələr tərəfindən kifayət qədər a raşdırılma aparıldığı təqdirdə öz-özlüyündə ziddiyyətli olduğu müəyyən ediləcəkdir.

15. Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, o, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2023-cü il tarixli, 1(104)180/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.

16. Kassasiya protestinə və kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Proses iştirakçılarının çıxışları:

17. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X7 məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya protestini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.

18. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə etiraz edərək təmin edilməməsini, eyni zamanda kassasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi İV. Hüquqi məsələlər

19. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

20. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsə lələri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

21. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

22. Dövlət ittihamçısı kassasiya protestində Məhkum məsuliyyəti yüngülləşdirən hallar düzgün nəzərə alınmadan törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddindən artıq yüngül cəzanın təyin olunduğunu iddia edə rək, mübahisələndirilən hökmün ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir.

23. Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə cinayət işi materiallarındakı sübutları tədqiq etmədən, hökün əsasını yolverilməz sübutlar təşkil etdiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

24. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2023-cü il tarixli, 1(104)180/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

25. Məhkəmə kollegiyası ilk növbədə, dövlət ittihamçısı nın hazırki qərarın “Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri” bölməsində təsvir edilmiş dəlillərinə qiymət verilməsini zəruri hesab edir.

26. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

27. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

28. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngü l cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

29. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

30. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun isla h edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

31. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

32. Cinayət Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

33. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağ ır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər.

34. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca CPM-in 399.1.5, 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyy ətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

35. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır.

36. Çünki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsindən fərq li olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

37. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum münasibətdə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının açıq-aydın yüngül olmasına dəlalət etmədiyi müəyyən olunur.

38. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməli – (hazırki işin kontekstində) Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilməklə sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələri ni idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

39. Məhkum CM-in 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

40. Göründüyü kimi, Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə təyin edilən əsas cəzanın həddi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən 3 (üç) il çox, yuxarı həddən isə 1 (bir) il az olmaqla, qanuni və ədalətli olmuşdur.

41. Kollegiya qeyd edir ki, kassasiya protestində məhkuma daha ağır cəzanın təyin edilməsini tələb edən konkret əsaslar göstərilməmiş, yalnız birinci instansiya məhkəməsi tərəfindən məhkum barəsində nəzərə alınmış yüngülləşdirici hallar mübahisələndirilmişdir.

42. Kassasiya protestində göstərilən – Cinayət Məcəlləsinin 263.2-ci maddəsində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, kateqoriyasını xarakterizə edən əlamətlərə gəldikdə, bunlar CM-in həmin maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmənin təyin edilməsi mümkün görülmüşdür.

43. Məhkəmə kollegiyası belə nəticəyə gələrək xüsusilə onu nəzərə alır ki, birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 263.2-ci maddəsi ilə təyin etdiyi cəza (02 (iki) il müddətə nəqlliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası) bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz.

44. Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayətində irəli sürülmüş cinayət işi materiallarında öz əksini tapan sü butların düzgün tədqiq edilməməsi və məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün (qərarının) əsasını yolverilməz sübutların təşkil etməsi əsası ilə apellyasiya instansiyası məhkəməinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsinə dair tələbə gəldikdə, məhkəmə kollegiyası bu iddia və tələblə də razılaşmaq üçün əsas görmür.

45. Belə ki, Məhkum ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, apellyasiya məhkəməsi tərəfindən də təhlil edilmiş bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını ətraflı yoxlayıb, sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində pozuntu aşkar etməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozisiyasından və cinayət qanununun Ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhk um əməlində Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması, bu maddə ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, yəni cinayət prosessual qanunun 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

47. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır.

48. Məhkum cəza təyin edilərkən, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin əsaslılığı və qanuniliyi apellyasiya qaydasında yoxlanılarkən məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, cəzanı yüngülləşdirən və ağır laşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58.3 və 41.2-ci maddələrinin tələblərinə əməl edilmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipi gözlənilmişdir.

49. Təsvir olunanlar məhkumun müdafiəçisinin kassasiya şikayətinə baxılması nəticəsində CPM-in 416.1.2, 416.1.3-cü maddələrində göstərilən halların müəyyən edilmədiyi, yəni kassasiya şikayətinin də təmin edilməsi (apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi) üçün əsasların müəyyən olunmadığını göstərir.

50. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, Gəncə Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2023-cü il tarixli, 1(104)-180/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 aprel 2023-cü il tarixli, 1(104)-180/2023 nömrəli qərarı apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı X2 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar