Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2007/2024 04.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Novruzov X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokur oru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü ilə (sədrlik edən hakim E.İ.Rüstəmov, hakimlər A.E.Məmmədov və F.N.Mahmudovdan ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1995-ci ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, orta təhsilli, ünvan1 ünvanında qeydiyyatda olmaqla, faktiki ünvan3ndə fərdi yaşayış evində yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə Məhkum təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 6 (altı) ay təşkil edən hissəsi 3 (üç) ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplanılaraq Məhkum qəti olaraq 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilib cəzaçəkmə müddəti 12 avqust 2021-ci il tarixdən hesablanmaqla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 162.1.2, 162.3 və 162.5.1-ci maddələrinin tələbləri nəzərə alınaraq Məhkum məhkəmə zalında dərhal həbsdən azad edilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin “polisin nəzarəti altına vermə” qətimkan tədbirinə dəyişd irilməsi, ona narkomaniyadan məcburi müalicənin təyin olunması və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim N.T.Əliyev, hakimlər S.B.Hüseynov və Ə.G.Abdullayevdən ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli m iqdarda, yəni, təmiz ümumi çəkisi 2,923 qram narkotik vasitə olan heroini, qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 12 avqust 2021-ci il tarixdə saat 19:50 radələrində keçmiş ünvan9 X35-nin xxx-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan5 ünvanında qeydiyyatda olmaqla ünvan6ndə yaşayan X3 qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək ünvan7ndə yerləşən “X25” parkının qarşısında yolun kənarında saxlanılaraq, ünvan8 ünvanında yerləşən keçmiş X35-yə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ ön cibindən 1 ədəd şəffaf sellofana bükülmüş 2,923 qram maddə, kustar üsulla hazırlanmış, narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış və birinci instansiya məhkəməsində baxılmış sübutlarla Əzizov Məhkum Gəncə şəhərində “X25” parkının yaxınlığında saxlanılıb XX27nə gətirildikdən sonra şəxsi axtarış zamanı onun üzərindən aşkar edilərək götürülmüş, şəxsi istehlak miqdarından dəfələrlə çox olan heroin narkotik vasitəsini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təsdiq olunduğu halda, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlib, əsassız olaraq Məhkum əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişmiş, həmin qanunsuz və əsassız nəticə ilə razılaşmaqla apellyasiya instansiyası məhkəməsi də eyni qanun pozuntularına yol vermişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsasla rdan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə dəyişdirildiyini, apellyasiya instansiya məhkəməsinin isə bu nəticə ilə razılaşmaqla eyni pozuntulara yol verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1. 2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Kassasiya protestindən görünür ki, dövlət ittihamçısının Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında qənaətə gəlməsinə həlledici şəkildə Məhkum aşkar edilmiş narkotik vasitənin – heroinin kütləsinin külli miqdar – 2,923 qram təşkil etməklə şəxsi istehlak miqdarından (0,15 qramdan) təxminən 20 d əfə çox olması, habelə Məhkum aid mobil telefonda narkotik vasitənin qanunsuz dövriyyəsinə (alış-verişinə) xarakterik olan “sms” mətnlərinin aşkarlanması səbəb olmuşdur. O, həm də mövqeyini həmin dövrə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarına istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, Plenumun həmin qərarına görə də narkotik vasitəni satmaq niyyətinin olub-olmamasının müəyyən edilməsi zamanı narkotikin miqdarı nəzərə alınmalıdır. Ali Məhkəmənin Plenumunun sözügedən qərarının kassasiya protestində istinad olunan müddəasında (9-cu bəndinin 2-ci abzasında) məhkəmələrə iza h olunurdu ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarından gətirilmiş həmin müddəa belə dövlət ittihamçısının irəli sürdüyü dəlillərin əsassız olduğunu göstərir. Çünki, Plenum qərarında yuxarıda təsvir olunan halların, o cümlədən narkotik vasitənin miqdarının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyə olunurdu (həmin məsələyə həsr olunmuş hazırda qüvvədə olan Plenum qərarında da eyni müddəa nəzərdə tutulmuşdur). “Başqa sübutlar” dedikdə iş üçün əhəmiyyətli olan halların, o cümlədən cinayət törətmiş şəxsin özünün narkotiklərdən istifadə edib-etməməsinin araşdırılması üzrə sübutlar başa düşülür. Kassasiya protestində istinad olunan Plenum qərarının müddəaları ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, məhkəmə-narkoloji eksprtizanın 15 noyabr 2021-ci il tarixli rəyinə görə Məhkum heroindən sui-istifadə edilməsindən törəyən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Məhkum qanunsuz olaraq əldə edib saxladığı və daşıdığı narkotik vasitə məhz tiryək alkoloidlərini tərkibində saxlayan maddələrə aid edilən heroindir. Eyni zamanda götürülmüş 2,923 qram heroinin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, nark otik vasitənin satış üçün xırda bükümlərə qablaşdırılması, çəkilib bükümlərə bölünməsi üçün tərəziyə, başqa avadanlığa malik olması müəyyən edilməmişdir. Məhkəmələr kassasiya protestində istinad olunan “sms” mətnlərini də onların məzmununa uyğun şəkildə Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməkdən ötrü digər şəxslərlə əlaqə saxladığını təsdiq edən məlumatlar kimi qiymətləndirməmişlər. Məhkum əlaqə saxladığı abonentlərin müəyyən edilib dindirilməsi üçün istintaqa təqdim olunmasına, eləcə də Məhkum narkotik vasitəni əldə etdiyi mənbənin və satmaq istədiyi şəxslərin dairəsinin müəyyən edilməsinə dair müstəntiq tərəfindən əməliyyat tapşırığı verilsə də, X55nin rəisinin 23 mart 2022-ci il tarixli məktubundan görünür ki, tapşırıq üzrə müsbət nəticə əldə edilməmişdir. Birinci ins tansiya məhkəməsində şahid qismində dindirilmiş polis əməkdaşları da (Şahid1 və Şahid2) ifadələrində Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə saxladığını söyləmək üçün əsas ola biləcək heç bir məlumat verməmişlər. Təsvir olunanlardan, ümumiyyətlə cinayət işinin materiallarından belə görsənir ki, birinci instansiya məhkəməsi Məhkum cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edərkən kassasiya protestində irəli sürülmüş iddianın əksinə olaraq, tam, hərtərəfli və obyektiv olaraq araşdırılmış, CPM-in 144-146-ci maddələrinə uyğun olaraq yoxlanılıbqiymətləndirilmiş sübutların məcmusuna (onların gerçək məzmunundan irəli gələn hallara) əsaslanmışdır. Bu səbəblərdən məhkəmə kollegiyası məhkəmələr tərəfindən sü butların düzgün tədqiq edilib-qiymətləndirilməməsinə dair dövlət ittihamçısının kassasiya protestində irəli sürdüyü iddia ilə razılaşmır və müəyyən edilmiş işin faktiki hallarını, eləcə də onlara əsaslanan Məhkum cinayət əməlinin hüquqi tövsifi üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin üst-üstə düşən qənaətlərini (Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib saxlaması, daşıması haqqında nəticəni) şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protestinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilm əsi və yaxud dəyişdirilməsi üçün əsasların müəyyən olunmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 14 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2007/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2007/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver