Məhkəmə qərarları › İş №1(102)-2008/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2008/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2008/2024 19.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X7 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X7 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, X1 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikas ı CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(104)-67/2024 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X19 xx.xx.1991-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Azəriqaz” X10 rayon X21 çilingər işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. Bəraət almış şəxs X14 ibtidai istintaq orqanı tərəf indən elan edilmiş ittihama əsasən o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda 15,387 qram çəkidə narkotik vasitə heroini və 138,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroini və 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində, külli miqdarda 4,935 qram çəkidə heroini və 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus idarə etdiyi “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 22 oktyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Fəri d Yusubov həmin gün saat 18:30-da ünvan 2 ünvanında yerləşən “Azəriqaz” X10 rayon X18rşısında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə Gəncə şəhəri, Atatürk prospekti 41 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinə dəvət olunub həmin gün saat 20:50-də üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroin və bir ədəd kibrit qutusunda 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bundan başqa həmin tarixdə saat 21:55-də şöbənin inzibati ərazisində baxış zamanı Fərid Yusubova məxsus “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol oturacağın altından bir ədəd sellofan bükümdə üzə rindən aşkar edilərək götürülmüş qurudulmuş marixuana ilə eyni tərkibli olan 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan elektron tərəzi, həmin oturacağın qarşısında yerləşən kül qabının içərisindən isə üzərindən aşkar edilərək götürülmüş heroin ilə eyni kimyəvi tərkibli olan bir ədəd polietilen kəsiyi bükümündə külli miqdarda 4,935 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.

3. Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən), X8 və X4 ibarət məhkəmə təkibində) 26 sentyabr 2023-cü il tarixli, 1(100)-57/2023 nömrəli hökmü ilə X14 CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, X12 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalında həbsdən azad edilməsi hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək hökmün ləğv edilməsini və X12 CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X15 və X13 ibarət məhkəmə tərkibində) 26 fevral 2024-cü il tarixli, 1(104)-67/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(100)-57/2023 nömrəli hökmünün dövlət ittihamçısının apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X7 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X7 üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı4 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla X12 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirli olması kifayət qədər sübut olunduğu hald a, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə əsassız olaraq polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutları qəbul etməyib, müstəsna olaraq X12 özünümüdafiə xarakterli ifadələri əsasında təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(104)-67/2024 nömrəli qərarı ilə, apelyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsi kimi subyektiv mülahizədən ibarət olan əsassız və qanunsuz yanaşma ilə düzgün olmayan nəticəyə gəlmişdir.

8. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-cü maddələri ndə nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(104)67/2024 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.

10. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum X19 və onun müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda kassasiya protestinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Or uc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. IV.Hüquqi məsələlər:

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X12 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə il ə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.

17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(104)-67/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Cinayət məsuliyyətinin əsasla rından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.

19. CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.

20. CPM-in 42.1-ci maddəsi ndə cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyatının olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir.

21. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

22. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçir ilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

23. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

24. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).

25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

26. CPM-in 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfin dən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.

27. Dövlət ittihamçısının kassasiya protestində X12 ibtidai istintaqın ilkin mərhələsində verdiyi izahat və ifadələrinə, külli miqdarda 10,452 qram çəkidə narkotik vasitə heroini və 8,28 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərindən aşkar edilərək götürülməsinə dair “şəxsi axtarış və götürmə barədə” protokol, külli miqdarda 4,935 qram çəkidə heroini və 130 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı özünə məxsus idarə etdiyi “VAZ 21074” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobildən götürülməsinə dair “baxış keçirilməsi və götürmə” haqqında protokola, həmin tədbirlər nəticəsində götürülmüş maddi sübutlara (narkotik vasitələr) və tədbirlərin həyata keçirilməsində işti rak etmiş polis əməkdaşlarının ifadələrinə, eləcə də məhkəmə ekspertizalarının rəylərinə istinad edərək, X12 əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tam sübut olunduğunu iddia etmişdir ki, bu da müraciət müəllifinin adları çəkilən şəxsə qeyd olunan maddə ilə təqsirliliyinin sübuta yetirilməməsi haqqında məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsinə dəlalət edir.

28. Dövlət ittihamçısı kassasiya instansiyası məhkəməsini məhkəmə qərarlarında təsvir edilən və özünün kassasiya protestində gətirdiyi faktiki halların mövcud olubolmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

29. Kassasiya protestinin şərh olunan dəlilləri ilə əlaqədar kolle giya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

30. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birin ci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

31. Odur ki, kassasiya kollegiyası kassasiya protestində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə əsassız olaraq bəraət verilməsinə dair iddiaların) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almağa və kassasiya protestinin müəllifinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya protestində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, on ları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz.

32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya protestinin müəllifinin iddialarının əksinə olaraq, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, baxılmış sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və qərarlar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM- in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

33. Məhkəmələrin X12 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi haqqında qənaətləri X12 özünün verdiyi məlumatlarla yanaşı, həmin məlumatların həqiqəti əks etdirməsi ilə bağlı birinci və apellyasiya məhkəməsində araşdırılmış sübutlara, o cümlədən Fərid Yusubovun külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması təsdiq edilsə də, ondan götürülmüş narkotik vasitələrin əldə edilməsini görə biləcək şəxsləri, eləcə də həmin narkotik v asitə və psixotrop maddənin əldə etdiyi mənbəni müəyyən etməyin mümkün olmamasına dair DİN BNMİ xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubuna, şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4, Şahid5, X9, X6 ifadələrinə, 22 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola və eyni tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokola, bəraət almış şəxs X12, həmçinin şahid qismində ifadəsi alınmış Şahid1, Şahid2, Şahid4, Şahid5 istifadələrində olmuş müvafiq mobil telefon nömrələrə dair məlumatlar əks olunmuş informasiya daşıyıcısı olan diskə, müvafiq ekspertiza rəylərinə və digər sənədlərə əsaslanmışlar.

34. Bu və digər sübutlar yekun məhkəmə aktlarında ətraflı təsvir edilib hökmdə, eləcə də apellyasiya instansiyası məhkəməsinin yek un qərarında ittiham tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya protestində eyni olan) dəlillərin yoxlanılması üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, nə sübutları yenidən təsvir etmək, nə də ki, bu sübutlar əsasında müəyyən olunmuş faktiki halları şübhə altına almaq üçün əsas görmür.

35. X12 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticələrlə razılaşması cinayətprosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.

36. Belə olan halda, X14 bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmü və həmin hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanunsuz və əsassız məhkəmə aktları kimi qiymətləndirilə bilməz.

37. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

38. Beləliklə, məhkəmə kolleg iyası kassasiya proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X12 barəsində olan 26 fevral 2024cü il tarixli, 1(104)-67/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 fevral 2024-cü il tarixli, 1(104)-67/2024 nömrəli qərarı Dövlət ittihamçısı4 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti t

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar