Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2009/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə x xxxxx 1989-cu il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Zərdab rayonu, Şahhüseynli kəndində qeydiyyatda olan və ünvan 1 ünvan da yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2023-cü il tarixli 1(103)-1148/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-262/2023 nömrəli hökmü ilə (hakimlər: C.İ.Hüseynov (sədrlik edən), E.H.İsmayılov və S.İ.Əliyev) Məhkum - Azərbaycan Respublikası CM-in 177.2.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-in 177.2.2-ci maddəsi ilə 3 (üç) il müddətə, CM-in 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqd an məhrum etmə cəzasına, CM-in 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Məhkum 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulub 2 fevral 2022ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün ona təyin olunan cəzadan çıxılması və üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 18 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2023-cü il tarixli 1(103)-1148/2023 nömrəli qərarı ilə (hakimlər: F.İ.Əyyubov (sədrlik edən), E.E.Rəhimov və E.Ə.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.4.3-cü maddələri ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin hökmünə əsasən, həmin maddələr ilə təqsirli bilinərək məhkum edilmişdir оna görə ki, o, təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni külli miqdarda əldə edib saxlayaraq daşımışdır. Belə ki, Məhkum özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 27 noyabr 2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 28 ünvanında yerləşən "X" mağazasına müştəri qismində daxil olaraq orada masanın üzərindən Zərərçəkmiş şəxs5 məxsus 100 manat dəyərində olan, içərisində 700 manat pul, bank kartları saxlanılan əl çantasını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 800 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 6 dekabr 2021-ci il tarixdə saat 14 radələrində müştəri qismində daxil olduğu ünvan 3 ünvanında yerləşən "X" ticarət mərkəzində həmin mağazanın satıcısı işləyən Zərərçəkmiş şəxs2 məxsus içində sim kart nömrəsi ilə birlikdə 360 manat dəyərində «İphone 6S» markalı mobil telefonu, 50 manat dəyərində «Memo» markalı qadın ə tri və 950 manat pul olan, 40 manat dəyərində «Charles&Keith» markalı çantanı masanın altından götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1400 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 dekabr 2021-ci il tarixdə 15 radələrində müştəri qismində daxil olduğu, ünvan 4 ünvanında yerləşən geyim mağazasında digər müştəri Zərərçəkmiş şəxs4 məxsus içərisində 1250 manat pul, 950 manat dəyərində Samsung A 7 markalı mobil telefon və “Bank of Baku” bank kartı, 120 manat dəyərində 1 ədəd ətir və 70 manat dəyərində 1 ədəd qadın papağı olan 40 manat dəyərində «Nine Vest» dəri materialdan əl çantasını masanın üzərindən götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 2430 manat dəyərində z iyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsində yerləşən “Luciana fashion boutique” paltar mağazasına müştəri qismində daxil olduqdan sonra vitrindən asılmış, Zərərçəkmiş şəxs6 məxsus qiyməti 50 manat olan və içində həmin tarixli məzənnə ilə 1190 manat təşkil etməklə hər biri 100 dollarlıq əskinaslar olmaqla 700 ABŞ dolları və 01 ədədi 5 manatlıq əskinas, 02 ədədi 1 manatlıq əskinaslar olmaqla 7 manat pul, qiyməti 350 manat olan 585 əyarlı, çəkisi 4,35 qram 01 ədəd üzük, qiyməti 450 manat olan 585 əyarlı, çəkisi 5,30 qram 01 ədəd üzük, qiyməti 350 manat olan 585 əyarlı, balıq formalı, çəkisi 4,30 qram 01 ədəd klon, qiyməti 150 manat olan 583 əyarlı, at nalı formalı, çəkisi 1,73 qram 01 ədəd klon, qiyməti 350 manat olan 585 əyarlı, at nalı formalı klonu ilə birlikdə çəkisi 4,10 qram 01 ədəd qolbaq, qiyməti 180 manat olan 583 əyarlı, çəkisi 2 qram 01 cüt sırğa, qiyməti 300 manat olan 585 əyarlı, çəkisi 3,50 qram 01 cüt sırğa, qiyməti 200 manat olan 585 əyarlı, çəkisi 2,50 qram dairəvi formalı klonu ilə birlikdə 01 ədəd boyunbağı olan “Galanti Casper” markalı, boz rəngli 01 ədəd qadın əl çantasını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 3527 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində ünvan 5 ünvanda yerləşən “ALİX AVİEN PARİS” parfümeriya və kos metika mağazasına müştəri qismində daxil olaraq, həmin mağazada satıcı işləyən Zərərçəkmiş şəxs3 məxsus içərisində 700 manat nəğd pul, bir ədəd 145 manat dəyərində “İphone 12” markalı mobil telefonun adaptoru, bir ədəd 400 manat dəyərində “İphone 12” markalı mobil telefon qulaqcığı (Airports), bir ədəd 75 manat dəyərində qızıl bilərzik olan 30 manat dəyərindəki əl çantasını piştaxtanın altından götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1350 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum təkrarən, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 17 aprel 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Ticarət Mərkəzində yerləşən 22 nömrəli mağazaya müştəri qismində daxil olaraq, həmin mağazada asılqanının altındakı çamadanın üzərində sonuncuya məxsus içərisində cəmi 50 manat dəyərində bir ədəd paketdə əl salfetkası, dörd ədəd listdə üzərinə “Atarax 25 mg” yazılmış 36 ədəd dərman həbləri, üç ədəd listdə üzərinə “Ekvator 20mg/10mg” sözləri yazılmış 25 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Glucophage 1000mg” sözləri yazılmış 04 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “No-Şpa 80mg” sözləri yazılmış 06 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Kaptopril 50 mg” sözləri yazılmış 08 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Coraspin 100 mg” sözləri yazılmış 07 ədəd dərman həbləri, bir ədəd listdə üzərinə “Spazmalqon” sözləri yazılmş 03 ədəd dərman həbləri, cəmi 10 manat dəyərində 01 ədəd kosmetik güzgü, 01 ədəd “Note” m arkalı kosmetika pudrası, 02 ədəd dodaq boyalarını (pomada), 04 ədəd kosmetik karandaşlardan ibarət kosmetika əşyaları, içində 2840 manat nəğd pul olan 20 manat dəyərində qara rəngli əl çantasını götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 2920 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 5,081 qram narkotik vasitə heroini və külli miqdarda təmiz çəkisi 5,634 qram psixotrop maddə metamfetamini əldə edərək yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat şossesi 1 ünvanına daşıyaraq orada saxlamış, Bakıxanov qəsəbəsində yerləşən mağazalardan oğurlayıb yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, Zabrat şosesi 1 ünvanındakı evində sa xladığı əşyaları təqdim edə biləcəyi barədə verdiyi izahatı əsasında, oğurladığı əşyaların yerinin müəyyən edilərək götürülməsi ilə əlaqədar 18 aprel 2022-ci il tarixdə saat 20:15-də Sabunçu RPİ-nin əməkdaşları tərəfindən yuxarıda göstərilən ünvanda yerləşən evinə Sabunçu RPİ-nin və 13-cü PB-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilən zaman evin qonaq otağındakı mücrünün içərisindən 09 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,634 qram, 0,666 qram, 0,580 qram, 0,592 qram, 0,648 qram, 0,628 qram, 0,611 qram, 0,641 qram, 0,634 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 5,634 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 07 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,458 qram, 0,520 qram, 0,935 qram, 0,544 qram, 0,542 qram, 0,545 qram, 0,537 qram olmaqla, külli miqdarda ümumi təmiz çəkisi 5,081 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 02 ədəd elektron tərəzilər aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarının dəyişdirilməsi və ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkə məsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fə rqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ittihamın əsası deyil, yalnız cəzanın ağır olması mübahisə edilir. Ona görə də məhkəmə kollegiyası məhkum еdilmiş şəхs Məhkum təqsirliliyi ilə əlaqədar sübutların şərh edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsində görə: “Eyni əməllər: 177.2.2.təkrar törədildikdə -bir ildən üç ilədək müddətə azadlığın mə hdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə görə “Bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 234.4. 3. külli miqdarda törədildikdə— beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxs iyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilm əsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığ ı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayə tin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Məhkəmə kollegiyası hesab edi r ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər Abbasova (Fərzəliyeva) Gülarə Anar qızının və Zərərçəkmiş şəxs4 Hənifə qızının onu bağışlayaraq, ona qarşı tələb irəli sürməmələrini onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağırlaşdıran hallar olmamasını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəm əsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsa sən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 iyul 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2009/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2009/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver