Məhkəmə qərarları › İş №1(102)-201/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-201/2019

08.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-201/2019 08.01.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-201/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ 08 yanvar 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, Gülnarə Eldar qızı Musayevanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 iştirakı ilə, Bakı şəhər Nərimanov rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə bəraət verilmiş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Ceyhun Əliyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X9) Məhkum- xx xxxxxxx 1952-ci ildə ******** rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan ünvan ********** Azərbaycan Respublikası CM-nin 221.1-cimaddəsiilə bəraət verilmişdir. İşin halları: Məhkum ittiham verilmişdir ona görə ki, o ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, Məhkum 24 avqust 2017-ci il tarixdə saat 21:30 radələrində ünvan 3 ünvanının qarşısında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək X3 ilə sifət nahiyyəsinə vuraraq ona sağ yanağın hematoması ilə nəticələnən, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: X16 (sədrlik edən və məruzəçi), X18 və X 4 ibarət tərkibdə) 04 iyul 2018-ci il tarixli qərarı ilə apellyasiya protestini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr cinayət işi üzrə sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq etməmiş, Məhkum əməllərinə düzgün hüquqi qiymət verməmişdir. bundan başqa protestdə zərərçəkmiş şəxs kimi tanınmış X7, şahidlər X11, X6 ifadələrinə istinad edərək göstərilir ki, V6 X13 həqiqəti bildirməməsi iradını bəhanə edib, hadisə yerində hüquq mühafizə orqanı əməkdaşlarının, eləcə də sakinlərin olmasına əhəmiyyət verməyərək, heç bir əsaslı səbəb olmadan N6 mübahisə etməyə başlamış, hücum edərək sillə ilə onun sifətinə zərbə vurmuş və yalnız polis əməkdaşlarının hadisəyə müdaxiləsi nəticəsində onun qanunsuz hərəkətlərinin qarşısı alınmışdır. Lakin məhkəmələr tərəfindən həmin ifadələrə düzgün hüquqi qiymət verilməmiş, sübutların təhlili və qiymətləndirilməsinə formal yanaşılmış, eləcə də hadisənin ictimai yerdə baş verməsi də məhkəmələrin diqqətindən kənarda qalmışdır. Məhkum N6 dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət yetirməsinin xuliqanlıq kimi deyil, bilavasitə zərərçəkmiş şəxsin “ağsaqqal kişisən polis əməkdaşlarına yalan danışırsan” ifadəsini işlətdikdən sonra 67 yaşlı ahıl insanın göstər miş olduğu ani emossional cavab kimi qiymətləndirilməli olması ilə bağlı məhkəmələrin gəldiyi nəticə isə, Məhkum fərdi psixi xüsusiyyətləri, hadisə zamanı emossional vəziyyəti ilə bağlı müvafiq ekspert rəyinə, hər hansı bir digər sübuta və ya dəlilə əsaslsnmadığından dolğun qənaət kimi qəbul edilə bilməz. Məhkum N6 bir dəfə sillə ilə vurmasından ibarət hərəkəti döymə kimi qiymətləndirilmədiyindən, Məhkum N6 zorun tətbiq edilməsindən ibarət aktiv hərəkətlər etməsinin də istisna olunması barədə məhkəmələrin dəlili ilə də razılaşmaq olmaz. Belə ki, məhkəmə-tibb ekspertizasının 25 avqust 2017-ci il tarixli rəyindən görünür ki, X8 aşkar edilmiş xəsarət-sağ yanağın hematoması küt əşyanın təsirindən törənmişdir. Bu fakt isə özlüyündə N6 fiziki ağrı yetirilməsini və ona qarşı zorakı hərəkətin mövc udluğunu təsdiq edir. Göstərilənlərə əsasən kassasiya protestinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya protesti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 iyul 2018-ci il 23 aprel 2018-ciixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası mə hkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Kassasiya protestinin dəlilləri Məhkum əsassız bəraət verildiyi üçün qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına qaytarılması barədədir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protestinin dəlilləri təkzib olunduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər cinayət tərkibi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini n Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hə rəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictim ai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə gö rə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Hazırkı cinayət işi üzrə Məhkum elan edilmiş ittihamın özünün məzmununda ictimai qaydanın pozulmasının nədə ifadə olunması göstərilməmişdir və cinayət işinin materiallarından da belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Bundan başqa Məhkum ictimai qaydanı pozmaq niyyətinin olması da hər hansı sübutla təsdiq edilməmişdir. X1 Bakı şəhəri Nərimanov rayon Pİ-nin 18-ci PB-nin rəisinə yazdığı ərizədə göstərmişdir ki, 24.08.2017-ci il tarixdə saat 21-22 radələrində yaşadığım evin həyətində gedən tikinti zamanı orada avtomaşının həyətdə olan ağacı əzərək yararsız vəziyyətə saldığı üçün həmin tikintiyə nəzarət edən V6 adlı şəxsə iradımı bildirdiyim üçün aramızda mübahisə və anlaşılmazlıq olmuşdur. Lakin baş vermiş mübahis əyə görə heç bir şikayətim və tələbim yoxdur. Məhkəmə iclasında ifadəsində də eyni mövqedən çıxış etmişdir. Göründüyü kimi zərərçəkmiş şəxs baş vermiş hadisəni özünə qarşı açıqca hörmətsizlik kimi deyil mübahisə və anlaşlmazlıq kimi qiymətləndirmişdir. Məhkum da ifadələrində əvvəllər müəllim işlədiyini, hadisə zamanı hər hansı nalayiq ifadə işlətmədiyini, xuliqanlıq etmək onun yaşına yaraşmadığını, N6 söz mübahisəsi etdiklərini, N6 astaca sillə vurduğunu göstərmişdir. Məhkum hərəkətlərində onun X1na hadisə zamanı bir sillə vurması formal cəhətdən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş zor tətbiq olunması anlayışına uyğun gəlsə də, onun ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməmişdir. Məhk um hərəkətləri az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl hesab edilməlidir. Azərbaycan Respublikası CM-nin 14.2-ci maddəsinə əsasən cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) əlamətləri formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və ya zərər yetirmək təhlükəsi yaratmayan əməl (hərəkət və ya hərəkətsizlik) cinayət hesab edilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə birinci instansiya məhkəməsi bəraət hökmü çıxararkən və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası həmin hökm ü dəyişdirilmədən saxlayarkən qanuni və əsaslı nəticəyə gəlmişlər. Kassasiya protestinin dəlilləri işin faktiki halları ilə təkzib edildiyindən təmin edilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsindəki bəraət hökmünün dəyişdirilmədən saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 04 iyul 2018-ci il tarixli qərarı dəyişikliksiz saxlansın. Sədrlik edən: Fərhad Kərimov Hakimlər: Gülzar Rzayeva İmran Hacıqayıbov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar