Məhkəmə qərarları › İş №1(102)-201/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-201/2020

19.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-201/2020 19.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlu, Müdafiəçi – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Yusifov Ceyhun Salman oğlunun iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəm əsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim E.H.Vəliyev, hakimlər Ə.Q.Quliyev və İ.X.Həsənzadədən ibarət tərkibdə) xx xxxxxxx 1982-ci ildə Ermənistan Respublikasının Krasnoselo şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 29 may 2016-cı ildə saat 19:00 radələrində Xızı rayonu, Qızılqazma-Xızı yolunun 5-ci kilometrliyində idarə etdiyi «Hyundai Chorus» markalı, Az ** CX *** dövlət qeydiyyat nişanlı mikroavtobusla hərəkətdə olarkən “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci həssəsinin 3-cü bəndinin tələbini pozaraq, yəni, sürücü yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olsa da almayıb, yolun döngəli hissəsini lazımı qaydada dönməyib, idarə etməni itirərək mikroavtobusu yolun sol çiyin hissəsinə çıxarıb yolun kənarındakı dərəyə aşırmış, nəticədə ehtiyatsızlıqdan mikroavtobusda olan sərnişinlər X23 onurğa sütununun qapalı travması, onurğa sütununun boyun şöbəsinin 6-cı fəqərə qövsünün sol hissəsinin yerdəyişməyən sınığı, təpə nahiyəsinin əzilmiş yarası, sağ bazu və boyun nahiyələrinin qançırları kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X32 qapalı kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, travmatik subaraxnoidal qansızına, sol tərəfli 6-8-ci qabırğaların qapalı sınıqları, onurğa sütununun döş şöbəsinin 7 -8-ci fəqərə cisimlərinin kompression fəsadlaşmış sınığı, aşağı ətrafların və çanaq orqanların funksiyasının pozulması ilə sol bud sümüyünün qapalı, qəlpəli sınığı, sol gicgah nahiyəsinin əzilmiş-cırılmış yarası, koma 1-ci dərəcə kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X11 - sağ tərəfli İV qabırğanın qapalı yerdəyişən sınığı, sağ dirsək oynağı nahiyəsinin sıyrığı, sağ bud nahiyəsinin qançırı kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X9 bud-çanaq oynağının travmatik çıxığı, sol bud sümüyünün boynun kənarının qapalı natamam sınığı kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X3 bazu oynağı nahiyəsinin qançırı şişkinlik halında əzilməsi, döş qəfəsinin və sağ said nahiyələrinin yumşaq toxumalarının əzilməsi kimi sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarətləri, X19 onurğa sütununun bel şöbəsinin 2-3-4-cü fəqərələrinin sol yan sıxıntılarının sınığı, sağ tərəfli 8-ci qabırğanın qapalı yerdəyişən sınığı, sağ kürək, bel, sol və sağ baldır nahiyələrinin sıyrıqları kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X25 ilham oğluna sağ gicgah, sağ almacıq və sag yanaq nahiyələrinin kəsilmiş yaraları, sol said və sağ bud nahiyələrinin qançırları kimi sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarətləri, X5 said sümüklərinin dirsək və mil sümüklərinin orta l\3-nin qapalı yerdəyişən sınıqları, sol tərəfli 1-ci qabırqanın qapalı yerdəyişən sınığı, sol qaş nahiyəsinin əzilmiş yarası, sağ baldır nahiyəsinin qançırı kimi sağlamlığa az ağu dərəcəli zərər vuran bədən xəsarətləri, X 13 ənsə və sol qaş nahiyələrinin əzilmiş qaraları, sol gözətrafı yumşaq toxumalarının qançırları kimi sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarətləri, X24 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, başın təpə nahiyəsinin yumşaq toxumalarının əzilməsi və qançırı kimi sağlamlığa yüngül dərəcəli zərər vuran bədən xəsarətləri, X10 ol əlin arxa səthinin 4-5-ci barmaqlarının açan vətərlərinin zədələnməsi ilə müşayiət olunan əzilmiş cırılmış yarası, sağ əlin 5-ci daraq sümüyünün yerdəyişən sınığı kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X44 döş qəfəsinin, küt travması, iki tərəfli hematoraks, ağciyərin əzilməsi, sağ iki tərəfli ikinci qabırğanın qapalı yerdəyişən sınığı, təpə nahiyəsinin və sol qulaq seyvanının əzilmiş yaraları kimi sağlamlığa az ağır dər əcəli zərər vuran bədən xəsarətləri, X4 tərəfli V qabırğanın və sol qamış sümüyünün topuq hissəsinin qapalı yerdəyişən sınıqları, çənə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X20 hər ikı körpücük sümüklərinin və sol əlin İV daraq sümüyünün qapalı yerdəyişən sınıqları, sağ aşıq-baldır oynağının hemartrozu kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X21 başın yumşaq toxumalarının əzilməsi, sağ körpücük altı və hər iki diz oynağı nahiyələrinin sıyrıqları kimi sağlamlığa zərər vurmayan bədən xəsarətləri, X33 döş qəfəsinin küt travması, iki tərəfli hematoraks (döş boşluğuna qanın toplanması), ağ ciyərlərin əzilməsi, sağ tərəfli 5-ci qabırğanın yerini dəyişən və sol tərəfli 5-ci qabırğanın yerdəyişməyən qapalı sınıqları, alın və sağ dirsək oynağı nahiyələrinin əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X8 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, təpə nahiyəsinin əzilmiş yarası, sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı, sağ bazu nahiyəsinin qançırı kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X22ma qapalı kəllə beyin travması baş beyinin əzilməsi, sol tərəfli təpə gicgah paylarının subdural hematoması, sol tərəfli alın və təpə sümüklərinin basılmış qəlpəli sınıqları, sol tərəfli gicgah və ənsə sümüklərinin sınıqları, sol tərəfli təpə-gicgah nahiyələrinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı, sol tərəfli 4-5ci qabırğaların qapalı yerdəyişməyən sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərə cəli zərər-vuran bədən xəsarətləri, X25 qapalı kəllə beyni travması. baş beyin silkələnməsi, burunla tənəffüsün hər iki tərəfli pozulması ilə müşayiət olunan burun sümüyünün yerdəyişən sınığı, burun, sol bazu və bel nahiyələrinin sıyrıqları kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X34 açıq kəllə beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, pnevmosefaliya (kəllə boşluğunda havanın toplanması) hər iki gicgah sümüklərinin kəllə əsası sümüklərinə keçən sınıqları, xəlbir sümüyünün sınığı, hər iki uzaqlaşdırıcı, üz və eşitmə sinirlərinin travmatik nerviti, sağ gicgah nahiyyəsinin dərialtı hematoması kimi həyat üçiin təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X7 dirsək sümüyünün aşağı 1/3-nin qapalı yerdəyişməyən sınığı, üz nahiyəsinin sağ yarısının sıyrıqları kimi sağlamlığa az ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X1 bazu sümüyünün proksimal hissəsinin açıq yerdəyişən sınığı, sağ incik sümüyünün distal ucunun qapalı yerdəyişməyən sınığı, sağ dirsək çuxurunun və sol bazu nahiyəsinin əzilmiş-cırılmış yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X35 ölümünə səbəb olmuş baş beyin əzilməsi, baş beyin maddəsinə və qişalarına qansızına, kəllə əsasının sınığı, daxili qanaxma ilə müşayiət olunan sağ ağ ciyərin cırılması, sağ tərəfli 4-5-6-7-8-ci qabırğaların qapalı yerinidəyişən sınıqları, sağ qulaq seyvanının əzilmiş-cırılmış yarası, alın, sol bazu və qarın nahiyələrinin sınıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X6 ölü münə səbəb olmuş daxili qanaxma ilə müşayiət olunan ağ ciyərlərin və qaraciyərin cırılmaları, sağ tərəfli 2-6-cı və sol tərəfli 1-7-ci qabırğaların, sol baldır sümüklərinin qapalı yerinidəyişən sınıqları, sol bazu və sol said nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ said və sol diz oynağı nahiyələrinin sınıqları qabırğaların və sağ bud söndüyünün qapalı yerinidəyişən sınıqları, alın və hər iki bud nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri, X27 ölümünə səbəb olmuş, daxili qanaxma ilə müşayiət olunan sağ ağ ciyərin cırılması, sağ tərəfli 2-6-cı qabırğaların və sağ bud sümüyünün qapalı yerinidəyişən sınıqları, alın və hər iki bud nahiyələrinin sıyrıqları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə iki və daha cox şəxsin yəni, 3 (üç) nəfər şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Hökmdən məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 07 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmiş, hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 08 il 06 aydan 07 ilə endirilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 03 oktyabr 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti tə min edilməmiş, kassasiya protesti təmin edilərək, Sumqayıt Apelyasiya Məhkəməsinin 07 aprel 2017-ci il tarixli qərarı ləğv edilmiş və iş yeni apellyasiya baxışına təyin olunmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarı ilə Məhkum Murquz oğlunun Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilərək, Məhkum CM-nin 263.3-cü maddəsi ilə təyin edilmiş 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 05 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, hökm qalan hissədə dəy işdirilmədən saxlanılmış və müdafiəçinin apellyasiya şikayəti qismən təmin edilmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 03 may 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 14 dekabr 2017-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilmiş və iş yeni apelyasiya baxışına təyin edilmişdir. Həmin qərardan məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Quliyev Telman Osman oğlu, haki mlər Hüseynov Azər Qəmbər oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə) 19 oktyabr 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərardan Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 19 fevral 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum ərizəsi daxil olmuş, ərizədə o, verilmiş kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası kassasiya şika yətinin geri qaytarılması barədə müdafiəçi və dövlət ittihamçısının çıxışlarını dinləyib (digər proses iştirakçıları qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər), iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.1 və 414.5-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Yusifov Ceyhun Salman oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar